Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

67 
 
-
 
Qarın boşluğunun səmərəsiz və düzgün seçilməyən drenləşdirilməsi 
Klinika: xəstənin ümumi vəziyyətinin 3-10-cu sutkasında pisləşməsi, ağrılar, 
hərarət,  taxikardiya  yaranır.  Bağırsaqların  hərəki  fəaliyyətinin  pozğunluqları 
(qarında  köp,  bağırsaq  stimulyasiyasının  yetərincə  olmayan  effektsizliyi,  mədə 
zondundan möhtəviyyatın çox olması) üzə çıxır:  
Aktiv  axtarış  və  klinik  diaqnostika  üstünlük  təşkil  etməlidir.  Acar  - 
əməliyyatdan  sonrakı  yara  sahəsindən  başlayaraq  qarının  ön  divarı,  yan  və  arxa 
divarları qabırğaarası sahələrə qədər palpasiya ilə hətta ən az ağrılı və infiltrasiya 
səhəsi  axtarılır.  USM,  KT,  MRT  mütləq  ümidverici  və  universal      yardımçı  ola 
bilməz. 
Diafraqmaaltı  abseslər: 
Daimi  qusma  –  vacib  təzahürdür.  Qrekov  simptomu  əsas  sayılır  –  abses 
üzərində  aşağı  qabırğaarası  sahələrə  barmaqla  təzyiq  etdikdə  ağrı  əmələ  gəlir. 
Kryukov simptomu – qabırğa qövsünə təzyiq Yayre simptomu – qaraciyəri yanlara 
tərpətdikdə  ağrıların  əmələ  gəlməsi  əlaməti  də  vacib  sayıla  bilər.  Xəstənin  şaquli 
vəziyyətində  rentgen  müayinəsi  köməkçi  məlumatları  verə  bilir  (maye  səviyyəsi 
üzərində qaz qabarçığı, diafraqma kümbəzinin hərəkətsizliyi, yanaşı plevrit). 
Müalicə: sağtərəfli yüksək diafraqmaaltı absesslər X qabırğanın rezeksiyası, 
arxa XII qabırğanın rezeksiyası, öndə Klermon üsulu ilə açılır. 
Bağırsaq ilgəkləri arası absesslər
Bu  növ  absesslərin  gedişi  septiki  vəziyyət  və  bağırsaq  keçməzliyinin 
(dinamiki  və  mexaniki)  klinikası  ilə  müştərək  olur.  Kliniki  diaqnostika  üstünlük 
təşkil edir. Müalicə konservativ üsulla başlanılır, infiltrat mərhələsində. 
Köhnə üsul rentgenoqrafiyadır. Septiki vəziyyət vüsat aldıqda ən çox orta xətt üzrə 
relaparotomiya  icra  olunur.  USM  kontrolu  altında  punksiya  və  kateterlə 
drenləşdirmədən istifadə sonrakı mərhələyə addım sayıla bilər.  
Əməliyyatdan sonrakı bağırsaq keçməməzliyi aĢağıdakılara bölünür:  
-
 
erkən (evə yazılana qədər) 
-
 
gecikmiş (evə yazılandan sonra) 


68 
 
Erkən  bitişmə  mənşəli  keçməzlikdən  ancaq  o  halda  söhbət  açmaq  olar  ki, 
mədə  bağırsaq traktının  normal  fəaliyyəti  bərpa  olunduqdan  sonra  hec  olmasa  bir 
dəfə normal defekasiya aktı olsun. 
Erkən mexaniki keçməzliyin səbəbləri:  
-
 
seroz  örtüyünün  tamlığının  pozulmasında  (mexaniki,  kimyəvi,  termiki 
zədələnmələr,  qarın  boşluğunda  irinli-destruktiv  proses  nəticəsində,  talk 
və tənziflə)  əmələ gələn bitişmələr  
-
 
bağırsaq ilgəyinin infiltratla sıxılması, anastomozit səbəbindən keçməzlik 
-
 
Tampon və drenajın qeyri-düzgün yerləşdirilməsi səbəbindən keçməzlik 
-
 
Əməliyyatın  icrasında  texniki  qüsurlar  səbəbindən  keçməzlik 
(anastomozların  qoyulmasında  qüsurlar,  laparotom  kəsiyinin  tikilməsi 
zamanı bağırsaq divarının səhvən tikişə alınması). 
Klinika:  Bağırsaq  möhtəviyyatının  qazların  durğunluğu  ilə  hərəkətinin 
pozulması  və  əməliyyatdan  sonra  4  sutka  defekasiyanın  keçməsinə  baxmayaraq 
olmaması ilə yanaşı qarında köpün qalmaqda davam etməsi, mədə zondu ilə xaric 
olunan möhtəviyyatın miqdarının artması. 
Diaqnostika:  Bitişmədən  əmələ  gələn  erkən  bağırsaq  keçməzliklərini 
defferensasiya  etmək  lazımdır.  Məs.,  tamponlarla  stimullaşan,  bağırsaq  ilgəyinin 
iltihabi infiltrata bitməsi, həmçinin bağırsaq iflici (qarında septiki prosesin olması 
hesabına). Dinamiki formadan mexaniki formaya keçməsini təyin etmək çətindir. 
Cərrahi qərarın verilməsi üçün müddət 4 sutka hesab olunur. 
Rentgenoloji müayinələrin nəticəsi böyük köməkdir.  
Mədə  və  onikibarmaq  bağırsaqda  aparılan  əməliyyatlardan  sonrakı  yuxarı 
keçməzlik  (mədə  rezeksiyasından  sonrakı  kəskin  anastomozit,  deşilmiş 
onikibarmaq  bağırsaq  xorasının  gözənməsindən  sonra  keçiriciliyin  pozulması, 
pankreas  başı  səviyyəsində  sıxılma)  ayrıca  yer  tutur    və  mədə  zondu  ilə 
möhtəviyyatın nəzərə çarpacaq dərəcədə  qalmaqda davam etməsi ilə özünü biruzə 
verir.  Vaxtında  çıxış  yolu:  qastroduodenoskopiya  aparılmalı,  daralmış  sahəni 
bujlamalı  və  daralmış  sahədən  qidalandırma  zondunun  aşağı  keçirməli.  Cərrahi 
əməliyyat  nazointestinal  intubasiya,  cənbər  bağırsağın  anorektal  boru  ilə  


69 
 
dekompressiyası, anal sfinkterin genişləndirilməsi əlavə olunmaqla aparılır. Aktiv 
intensiv terapiya davam etdirilir.  
Mədə rezeksiyasının bəzi xüsusiyyətləri,  əməliyyatdan sonrakı 
ağırlaĢmalar. 
Həzm  kanalının  müştərək  patologiyalarında  həm  diaqnostik,  həm  də 
əməliyyat  zamanı  taktiki  səhvlər,  əməliyyat  növünü  və  ya  onun  ayrı-ayrı 
mərhələlərinin icrasında əsassız seçilən əməliyyat üsullarının tətbiqi əməliyyatdan 
sonrakı ağırlaşmaları qaçılmaz edir. 
Klassik  Bilrot  və  ya  Hofmeyster-Finsterer  üsullarından  başqa  ilk  dəfə  Maki 
1967, 1968-ci ildə isə Şalimov tərəfindən əsası qoyulan, sonradan isə A.İ.Qorbaşko 
tərəfindən  bir  neçə  növü    işlənib  hazırlanan  pilorusun  saxlanması  ilə  mədə 
rezeksiyası da aparılır. Müvafiq göstərişlərə görə tətbiq edilən mədə rezeksiyasının 
növündən  asılı  olmayaraq  bir  sıra  hallarda  rezeksiya  zamanı  seçilən  və  tətbiq 
edilən  anastomoz  növləri  mövcud  vəziyyətin  tələbi  əsasında  formalaşdırılmalıdır.  
Nəzərdə tutulan hallar: 
-
 
onikibarmaq bağırsağın divertikulu olduqda  
-
 
onikibarmaq bağırsağın xroniki keçməzliyi olduqda 
-
 
onikibarmaq bağırsağın polipi  olduqda  
Klassik  Bilrot-II  və  ya  Hofmeyster  –  Finsterer  üsulu  ilə  mədə  rezeksiyası 
zamanı  tətbiq  edilən  qaydalardan  birində  -  gətirici  bağırsaq  ilgəyini  kiçik  əyrilik 
boyunca  qastro-entero  anastomozdan  xeyli  yüksəkdə  tikişlərlə  fiksə  etməklə 
gətirici  bağırsaq  ilgəyi  sindromunun  profilaktikası  həyata  keçirilir.  Bu  ona  görə 
aparılır  ki,  mədə  möhtəviyyatı  gətirici  bağırsaq  ilgəyinə  tökülməsin.  Gətirici 
bağırsaq  ilgəyi  qeyd  olunan  şəkildə  fiksə  olunarkən,  istər-istəməz  onikibarmaq 
barmaq  bağırsağda  durğunluğa  səbəb  olur.  onikibarmaq  barmaq  bağırsağda  qeyd 
olunan dəyişikliklər olduqda rezeksiyadan sonrakı günlərdə aşağıdakı ağırlaşmalar 
ortaya çıxır: 
-
 
onikibarmaq  bağırsaq  güdülü  tikişlərinin  daxili  təzyiqin  yüksəlməsi 
hesabına açılması 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə