6
Yazıçı ədəbiyyatĢünaslığımızı bu gün də məĢğul edən, ayrı-ayrı hallarda
sənətĢünaslıq və estetika elmləri ilə sərhədlənən problemləri iki aspektdə – həm
bədii nəsrin təcrübəsində, həm də onun tənqidində diqqət və ehtiyatla araĢdırır,
müqayisələr aparır, bədii əsərləri və tənqidi fikirləri, müxtəlif müəlliflərin rəylərini
tutuĢdurur, nəticə çıxarır, yüksək səviyyəli elmi xülasələr əldə edir. Elçin
Əfəndiyev həm də 60- 70-ci illərdə tənqidçi həmkarları ilə birlikdə təsvir
tənqidindən təhlil tənqidinə keçidin əsasını qoydu.
Elçin Əfəndiyevin xalqımızın tarixi, taleyi və bədii irsi ilə bağlı olan, uzaq
və yaxın keçmiĢimizin mənzərəsini canlandıran əsərləri XX əsr Azərbaycan
ədəbiyyatında özünəməxsus yer tutur. Yazıçının yaradıcılığı yalnız Azərbaycanda
deyil, sərhədlərimizdən kənarda da elmi tədqiqat obyektinə çevrilir. Yaradıcılığına
metafizik realizm üslubunda hekayələrlə baĢlayan yazıçı Azərbaycan ədəbiyyatının
qızıl fonduna tarixi romanları, absurd dramları, sürrealist və realist hekayə və
povestləri ilə daxil olmuĢdur.
Ümumiyyətlə istedad ali vətənpərvərlik, insansevərlik duyğusu ilə
qovuĢanda, büllur sənətkar təbiəti saf əxlaqla qoĢalaĢanda sənət möcüzələri
yaranır. Bəhs etdiyimiz bu xüsusiyyətlər hamısı xalq yazıçısı Elçin Əfəndiyevdə
var. Bu böyük yazıçının bədii təsvir vasitələri elədir ki, onun əsərlərini oxuduqda,
elə bil, mahir bir rəssamın fırçası ilə canlandırılmıĢ tablolara tamaĢa edirsən.
Elçin Əfəndiyev lirik hekayələr ustası, müqtədir romançı, mahir
komediyalar müəllifi, psixoloji faciələr, tragediyalar dramaturqu, ədəbi prosesə
hakimlik etmək səlahiyyəti olan ustad tənqidçi, fundamental monoqrafiyalarıyla
özünəməxsus elmi-nəzəri sistemini yaradan klassik ədəbiyyatĢünas alimdir. Elçin
Əfəndiyevin adı 60-cı illərin ideoloji qəliblərinə sığmayan üslubda yazıb-
yaratmıĢ və ədəbiyyatımızın yeni mərhələsini formalaĢdırmıĢ nasirlər arasında
daim hörmətlə çəkilir. Yazıçı təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-
çox uzaqlarda tanınan, sevilən yazıçılardandır. HəmiĢə ziyalılar mühitində olan,
ömrü- günü kitablar arasında keçən Elçin Əfəndiyev daim oxumuĢ, öyrənmiĢ,
dünyanın ən böyük yazıçılarının əsərləri onun üçün ədəbi meyara çevrilmiĢdir.
Azərbaycan nəsrini, müasir ədəbi tənqid zirvəsini araĢdıran Elçin Əfəndiyev öz
yaradıcılığına da çox ciddi yanaĢmıĢ, dərindən öyrəndiyi, müĢahidə etdiyi
personajların həyatını yüksək sənətkarlıqla əks etdirməyi bacarmıĢdır. Yazıçının
yaradıcılığının çoxĢaxəli olmağı bəzən onun tədqiqatçılarını çıxılmaz vəziyyətdə
qoyur: nasir, dramaturq, tərcüməçi, publisist, esseist, ədəbi, psixoloji və dramatik
talelər, portretlər silsiləsini yaradan, tənqidçi, ədəbiyyatĢünas, kinossenarist, sevən
və sevilən övlad, ictimai xadim, dövlət xadimi...
7
Yazıçı çox oxumaq və sərbəst düĢünmək nəticəsində lakonik, qısa, yığcam
düĢüncələr dünyası yaratmıĢdır. Elə buna görə də onun hekayələri, povestləri,
romanları həmiĢə diqqət mərkəzində olmuĢdur. Bu əsərlər ümumittifaq miqyasında
da Ģöhrət qazanmıĢdır.
―Vətən‖ cəmiyyətinin sədri kimi Elçin Əfəndiyev böyük iĢlər görmüĢ, ilk
dəfə dünyanın bir sıra ölkələrinə səpələnmiĢ azərbaycanlıların dayağına, pənahına
çevrilmiĢdir.
Elçin Əfəndiyevi bir yazıçı, dövlət xadimi, ziyalı, ata kimi həmiĢə uĢaqların
həyatı, onların təlim-tərbiyə məsələləri, uĢaq ədəbiyyatı və onun problemləri
maraqlandırmıĢdır. 1980-ci ildə ―Aysunun, Humayın, Günayın, Yalçının və
Nigarın nağılları‖, ―Səlimin hekayələri ― göstərdi ki, yazıçı uĢaq ədəbiyyatına
barmaqarası baxmır, öz balaca qəhrəmanlarının daxili dünyasına nüfuz etməyi
bacarır.
Yazıçının bədii əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunmuĢ, kitab
Ģəklində buraxılmıĢdır. ÇağdaĢ milli nəsrimizin və dramaturgiyamızın banilərindən
biri, Ģöhrətli yazıçı Ġlyas Əfəndiyevin ailəsində dünyaya göz açan yazıçının
əsərləri – hekayə, povest, roman, publisistika, ədəbi qeydlər və hətta fundamental
elmi məqalələri, tədqiqatları iĢıq üzü gördüyü vaxtdan dərhal sonra, öncə öz
vətənində, eyni zamanda digər yaxın və uzaq ölkələrdə sürətlə yayılmıĢ, sevilə -
sevilə oxunmuĢ, daxili bir təlabatla neçə-neçə oxucu nəsli arasında əldən-ələ,
zövqdən-zövqə ötürülərək davamlı bədii dəyərə malik olduğunu təsdiqləmiĢdir.
Ġndinin özündə onun yaradıcılığı, onun araya-ərsəyə gətirdiyi ədəbi sərvət zamanın
sınağından çıxmıĢdır. Elçin Əfəndiyevin yaratdığı Söz sınanmıĢ Sözdür!
Son 50 ildə Azərbaycan mədəniyyətinin, Azərbaycandakı yeni estetik
düĢüncənin inkiĢafında hələ ki, yeganə dövr olaraq fərqləndirilən 60-cı illər
nəslinin öncüllərindən olan Elçin Əfəndiyev elə bir sənətkardır ki, qələmə sarıldığı
ilk çağdan, az qala əlli il ərzində heç zaman yazıçı ovqatından , üzərinə götürdüyü
missiyadan, baĢqa sözlə yaradıcı prosesdən heç bir miqyasda iraq düĢməmiĢ, sirli-
sehrli yazı masasının baĢını bir an da olsun tərk etməmiĢ və elə buna görə də ədəbi
varlığının ən yetkin məqamına yetiĢdiyi indiki günlərimizdə heyrətamiz dərəcədə
zəngin ədəbi-bədii irs yaratmağa nail olmuĢdur.
Kimsə hərdən bir adiyə bədii obraz pasportu verəndə Elçin Əfəndiyev bu adi
insanları əsərlərinə dəstə-dəstə gətirdi. Adiliyin estetikasını özününküləĢdirdi.
Adiliyin fəlsəfəsini oxudu və üzə çıxardı, adiliyin poeziyasını duydu və qələmə
aldı. Nəticədə, adilik təməlində qeyri -adi ədəbiyyat yaratdı. Bu, Elçin
Əfəndiyevin zəngin üslub cizgilərindən biri oldu. Yazıçı bu yolda xüsusi istedad
göstərdi. ―BaladadaĢın ilk məhəbbəti‖, ―BaladadaĢın toy hamamı‖ və AbĢeronun,