Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə14/17
tarix31.10.2018
ölçüsü1,21 Mb.
#76970
1   ...   9   10   11   12   13   14   15   16   17

 

                                                

 

32 



 

Əfəndiyev  bu  adi  insanları  əsərlərinə  dəstə-dəstə  gətirdi. 

Adiliyin  estetikasını  özününküləĢdirdi.  Adiliyin  fəlsəfəsini 

oxudu və üzə çıxardı, adiliyin poeziyasını duydu və qələmə aldı. 

Nəticədə, adilik təməlində qeyri-adi ədəbiyyat yaratdı. Bu, Elçin 

Əfəndiyevin  zəngin  üslub  cizgilərindən  biri  oldu.  Yazıçı  bu 

yolda  xüsusi  istedad  göstərdi.  ―BaladadaĢın  ilk  məhəbbəti‖, 

―BaladadaĢın  toy  hamamı‖  və  AbĢeronun,  Bakı  kəndlərinin 

mənzərəsini  canlandıran  neçə-neçə  belə  hekayə  və  povestləri 

son 50 illik ədəbiyyatımızın həmiĢəyaĢarlıq fondunun vəsiqəsini 

almıĢdır. Bu ədalətli qiymətə belə bir fikir də əlavə etmək olar 

ki,  yazıçı  bu  adi  adamların  daxilən  gizlədib  xəlvətdə  saxladığı 

mənəvi  keyfiyyətləri  hamımız  üçün  estetik  sərvətə  çevirir.  Bu 

ədalətli qiymətə belə bir fikir də əlavə etmək olar ki, yazıçı bu 

adi  adamların  heç  birinin  tərəfində  dayanmır,  onların  həyatını, 

mübarizəsini təsvir etdikcə bu adamların daxilində gizlənən və 

qətrə  -  qətrə  üzə  çıxan  bütövlükdə;  –  Ġnsan  gözəldir!  Təbiətin 

yaratdığı  ən  gözəl  varlıq  insandır!  –  fəlsəfəsinin  ifadəsinə 

çevrilir.  Müxtəlif  əhvali-ruhiyyəli,  müxtəlif  fərdi  həyat  yolları 

keçən adamların mənəvi aləminə eyni səviyyədə dərindən nüfuz 

etmək  qabiliyyəti  onun  yazıçılıq  istedadının  ən  qüvvətli 

amillərindəndir. 

II Aparıcı:            Elçin Əfəndiyev  müasir həyatdan, uĢaq vaxtlarından bələd  

olduğu adamlardan və mənbələrdən yazır.  Təsadüfü deyildir ki, 

AbĢeron  bağları  və  kəndləri,  Xəzər  dənizi  onun  əsərlərində 

poetikləĢdirilir.  Bizi  əhatə  edən  xarici  aləm,  yaĢadığımız  evlər, 

gəzdiyimiz  dəniz  sahilləri,  Bakı  bağlarının  sarı  qumu,  dadlı 

üzüm gətirən meynələri, çadır kimi kölgə salan tut ağacı, çılpaq 

qayaları Elçin Əfəndiyevin hekayə və povestlərində daim insan 

hissilərinin hərarətini, insan ürəyinin romantik çırpıntılarını əks 

edir;  çünki  yazıçı  onları  təsvir  xatirinə  deyil,  qəhrəmanlarının 

həyəcan və iztirablarının, hisslərinin tərcümanı kimi əsərə daxil 

edir.  Bu  təsvirlərin  yığcamlığı  və  təbiiliyi  oxucunu  daima  cəlb 

edir.  Xalq  yazıçısı  Elçin  əfəndiyevin    dramaturgiyası  bu  gün 

nəinki  ölkəmizin,  hətta  dünyanın  bir  çox  teatrlarının  diqqət 

mərkəzindədir.  Yazıçının  bu  xüsusiyyəti  sənət  dostları 

tərəfindən  həmiĢə  yüksək  qiymətləndirilmiĢdir.  Ġndi  isə  gəlin 

oxucumuzun  ifasında  Əjdər  Qiyaslının  xalqımızın  yüksək 




 

                                                

 

33 



 

ləyaqətli  yetirməsi,  el-obamızın  qədirkeĢi  və  xeyirxahı  sevimli 

xalq yazıçısı Elçinə həsr etdiyi ‖Parlasın səmada tale ulduzun‖ 

Ģeirindən bir parçanı dinləyək: 

Oxucu: 

 

... Ağac var tükənmir barı, bəhrəsi, 



Bol bəhrə verməkdir eĢqi, həvəsi. 

Bütün budaqları barla doludur, 

Qeyrət ağacı da ömür yoludur... 

Sən belə ağacdan daha barlısan, 

Elinə, obana etibarlısan! 

Səni bənzətsəm də barlı ağaca, 

Sən ondan daha çox ucasan, uca! 

Hər ağac bir dəfə ildə verir bar

Səninsə həmiĢə bəhrə - barın var. 

Sənətin yolları olsa da çətin, 

Ölçüyə sığmazdır sənin xidmətin! 

... Çinartək açmısan qol-qanadını. 

Uca saxlamısan təmiz adını... 

YaxĢılıq etmisən bəsdi deyincə, 

Bəhrəsi tükənməz min il yeyincə! 

Sənə arzularam dünya varından: 

Açılsın ürəyin övladlarından! 

Gözünə nur olsun hər gözəl qızın, 

Parlasın Səmada Tale Ulduzun... 

I Aparıcı:              Cəmiyyətimizdə baĢ verən hadisələrin iti yazıçı qələmi ilə 

bədiiləĢdirilməsi,  zəmanənin  qarĢılığında  həqiqəti  görmək  və 

onu  estetik  ideala  çevirmək,  sonda  isə  oxuculara  və 

tamaĢaçılara  yüksək  mənəvi-əxlaqi  dəyərlər  aĢılamaq  bu 

sənətkarın  yaradıcılığı  üçün  xarakterikdir.  Yaradıcılığına 

metafizik  realizm  üslubunda  hekayələrlə  baĢlayan  yazıçının 

dünya  ədəbiyyatı  səviyyəsində  dünyəvi  dəyərləri  əks  etdirən 

əsərləri  öz  müəllifinə  çoxmilyonlu  oxucu  auditoriyası 

qazandırıb.  Onun  yaradıcılığının  coğrafi  əhatə  dairəsi  çox 

geniĢdir.  Yazıçının  bədii  əsərləri  tərcümə  edilərək  dünyanın 

müxtəlif  ölkələrində  sevilə-sevilə  oxunur.  Müxtəsərlik, 

aydınlıq  və  sadəlik  onun  ilk  yazılarından  özünü  göstərən 

keyfiyyətlərdəndir.  Yazıçının  yaradıcılığında  müasirlik,  dərin 

psixoloji hisslər, humanist ideyalar, nəcib duyğular, saf arzular 



 

                                                

 

34 



 

mükəmməl  Ģəkildə  özünü  göstərir.  Elçin  Əfəndiyev 

Azərbaycan  ədəbiyyatının  Qızıl  fonduna  düĢmüĢ  həm  tarixi 

romanların,  həm  absurd  dramların,  həm  sürrealist  və  realist 

hekayə və povestlərin müəllifidir. 

II Aparıcı:             Elçin Əfəndiyevin  70-ci illərdəki yaradıcılığı haqqında yazan, 

 bu  yaradıcılığın  orijinallığını  xüsusi  qeyd  edən,  onu  yüksək 

qiymətləndirən  müəlliflərin  sadəcə  olaraq,  yalnız  adlarını 

çəkmək  kifayətdir  ki,  yazıçının  əsərlərinin  hələ  o  zaman 

Azərbaycan  ədəbiyyatında  qazandığı  mövqe  barədə  təsəvvür 

əldə edək: Məmməd Arif DadaĢzadə, Mir Cəlal, Məmməd Cəfər 

Cəfərov,  Həmid  Araslı,  Mirzə  Ġbrahimov,  Mehdi  Məmmədov, 

Əziz  Mirəhmədov,  Yəhya  Seyidov,  Kamal  Talıbzadə,  Bəkir 

Nəbiyev,  YaĢar  Qarayev,  Xəlil  Rza  Ulutürk...  Eləcə  də  onlarla 

baĢqa görkəmli tənqidçilər, yazıçılar. Elçin Əfəndiyev ləyaqətlə 

yaĢanmıĢ  bir  ömrün  40  ildən    artıq  müddətini  ədəbiyyata  həsr 

etmiĢdir.  Onun  yaradıcılıq  dünyasının  sərhədləri  heyrətamiz 

geniĢliyi,  əslində,  sərhədsizliyi  ilə  seçilir.  Müasir  cəmiyyətdə 

insan  fenomeni  həmiĢə  Elçin  Əfəndiyevin  diqqət  mərkəzində 

olub.  Ölkəmizdə  cərəyan  edən  mürəkkəb  ictimai-siyasi 

proseslər, 

gərgin 


mənəvi-əxlaqi 

axtarıĢlar 

yazıçının 

qəhrəmanlarının  daxili  aləmində  öz  əksini  tapmıĢdır.  Həyat 

haqqında  olan  ideal  təsəvvürlərin  həyatın  özündən  nə  qədər 

fərqli  olduğunu  dərk  edən  əsərin  qəhrəmanları,  əslində, 

ədəbiyyatımızın  əzəli  mövzusu  olan  insan  azadlığı  problemini 

müasir dövrdə bütün çalarları ilə təcəssüm etdirirlər. 

I Aparıcı:      

Bəli, Elçin Əfəndiyev yaradıcılığının çoxĢaxəli olması ilə 

seçilən,  müxtəlif  janrlarda  uğurla  iĢləməyi  bacaran  qələm 

sahiblərindəndir. Teatr üçün yazdığı əsərlər ədəbi aləmdə 

yazıçını dramaturq kimi tanıtmıĢdır. Ölkəmizdə, habelə, 

dünyada gedən ədəbi-bədii proseslər barədə dövrü mətbuatda  

müntəzəm olaraq dərc etdirdiyi tənqidi məqalələr 

 ədəbiyyatĢünasların yüksək qiymətini qazanmıĢdır. Onun 

 ssenariləri əsasında çəkilmiĢ bədii filmlər tamaĢaçılar  

tərəfindən həmiĢə rəğbətlə qarĢılanmıĢdır.  

                             Bildiyimiz  kimi  Elçin  Əfəndiyev  yaradıcılığı  boyu  bir  sıra 

povestlər,  kinopovestlər  yaratmıĢdır.  Bunlardan  ―Bir  görüĢün 

tarixçəsi‖,  ―Toyuğun  diri  qalması‖,  ―Dolça‖,  ―Bayraqdar‖, 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə