Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix31.10.2018
ölçüsü1,21 Mb.
#76970
1   2   3   4   5   6   7   8   9   ...   17

 

                                                

 



 

hesabına    sui-istifadə  etməyi  müasir  ədəbiyyatın  ən  yaralı  yeri  sayır  və  bədii 

ədəbiyyatın sənətkarlıq məsələlərini, tənqidini həmiĢə onlarla vəhdətdə aparır. 

     Sevimli  yazıçımıza  yaradıcılığında  uğurlar  arzulayaraq,  vəsaiti  sizə  təqdim 

edirik. 

                                    

 

 

 

                                          

 I.   Həyat və yaradıcılığı

 

 

        Azərbaycan  xalqının tarixi-mənəvi  varlığını,  bədii sözü  ədəbiyyət  aləmində 

inadkar  inamla  qoruyan,  əks  etdirən  yazıçı  və  tənqidçilərdən  biri  çağdaĢ 

Azərbaycan  ədəbiyyatının  canlı  klassiki  Elçin  Əfəndiyevdir.  O,  təkcə  ədəbi-tarixi 

prosesdə  yox,  ümumiyyətlə,  milli-ictimai  fikirdə  özünəməxsus  yeri  olan 

əvəzolunmaz  yazıçı,  ictimai  xadim,  təəssübkeĢ  vətəndaĢ,  böyük  ziyalı  və  nəcib 

insandır.  Elçin  Əfəndiyevin  yaradıcılığı  Azərbaycan  ədəbiyyatının  zəngin  bir 

təmayülünü  təĢkil  edir.  Elçin  Əfəndiyev  təkcə  nəsr  və  dramaturgiyada  yox,  ədəbi 

tənqiddə də reforma aparmıĢ müəllifdir. Elçin Əfəndiyev güclü düĢüncələrin, incə 

duyğuların, sarsılmaz sevgilərin yazarıdır. Əsərlərində milli kökə bağlılıq və milli 

heysiyyat,  Azərbaycan  xalqının  ruhundan  uzaqlaĢmamaq,  mənəvi  təmizliyi  və 

saflığı  tərənnüm  etmək  geniĢ  yer  tutur.  Elçin  Əfəndiyevi    oxumaq  Azərbaycan 

xalqını yaxından tanımaq, Azərbaycanın uzun illər boyu milli-mənəvi dəyərlər və 

istiqlal  uğrunda  apardığı  müqəddəs  mücadiləni  öyrənməkdir.  Müasirlik,  həyat 

həqiqətərinə  həssas  və  iti  nəzər,  xəlqilik  və  romantik  pafos  müasir  bir  sənətkar 

kimi Elçin Əfəndiyevin yaradıcılığında öz əksini tapan məziyyətlərdir. Bəli, Elçin 

Əfəndiyev  Azərbaycan  nəsrinin  zirvəsinə  doğru  inamla  addımlayan  yazıçıdır. 

Elçun Əfəndiyev zamanla, dövrlə ayaqlaĢan, xalqı sevən ədibdir.  

        Elçin Ġlyas oğlu Əfəndiyev — Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət 

xadimi, filologiya elmləri doktoru, professordur. Elçin Əfəndiyev 13 may 1943-çü 

ildə  Bakı  Ģəhərində  XX  əsr  Azərbayçan  ədəbiyyatının  böyük  nümayəndələrindən 

biri,  Azərbaycanın  xalq  yazıçısı  Ġlyas  Əfəndiyevin  ailəsində  dünyaya  gəlib. 

UĢaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir 

tərəfdən  milli  ədəbiyyat,  folklor,  o  biri  tərəfdən  isə  dünya  ədəbiyyatı  Elçin 

Əfəndiyevin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa baĢlayıb? 

Bu  suala  Elçin  müəllim  özü  belə  cavab  verir:  ―Özümü  xatırladığım  zamandan. 




 

                                                

 



 

Hələ  yazıb-oxumağı  bacarmırdım,  amma  özümdən  cürbəcür  əhvalatlar  uydurub 

danıĢırdım...‖ 

     


―Ġlk hekayəsi 16 yaĢı olarkən, 1959-cu ildə ―Azərbaycan gəncləri‖ qəzetində 

dərc  olunub.  Bakı  Ģəhərində  orta  məktəbi  (1960),  Bakı  Dövlət  Universitetinin 

filologiya  fakültəsini  (1965),  Azərbaycan  Elmlər  Akademiyası  Nizami  adına 

Ədəbiyyat  Ġnstitutunun  ədəbiyyat  nəzəriyyəsi  üzrə  aspiranturasını  (1968)  bitirib, 

―Azərbaycan  bədii  nəsri  ədəbi  tənqiddə‖  mövzusunda  namizədlik,  ―Ədəbiyyatda 

tarix  və  müasirlik  problemi‖  mövzusunda  doktorluq  dissertasiyalarını  müdafiə 

edib.  ―Min  gecədən  biri‖  adlı  ilk  hekayələr  kitabı  1965-ci  ildə  çapdan  çıxıb. 

Bundan sonra  Elçin Əfəndiyevin dünyanın  müxtəlif  dillərində  100-ə  yaxın  kitabı 

nəĢr  olunub,  əsərləri  ingilis,  rus,  fransız,  alman,  ispan,  türk,  macar,  bolqar,  ərəb, 

fars,  çin,  çex,  slovak,  polyak,  xorvat,  gürcü,  litva,  moldovan,  türkmən,  özbək, 

qazax,  tacik,  serb  və  sairə  dillərə  tərcümə  edilib.  Kitablarının  ümumi  tirajı  5 

milyondan çoxdur. 

       Yazıçı  ABġ-da,  Rusiyada,  Fransada,  Türkiyədə,  Almaniyada,  Hollandiyada, 

Çində,  Belçikada,  Ġspaniyada,  Yunanıstanda,  Lüksemburqda,  Ġsveçdə,  Ġsveçrədə, 

Danimarkada, 

Ukraynada, 

PolĢada, 

Özbəkistanda, 

Çexoslovakiyada, 

Yuqoslaviyada,  Bolqarıstanda,  Ġraqda,  Avstriyada,  Qazaxıstanda,  Ġranda, 

Kanadada,  Səudiyyə  Ərəbistanında,  Rumıniyada,  Macarıstanda,  Gürcüstanda, 

Tunisdə,  Pakistanda  və  digər  ölkələrdə  müxtəlif  elmi,  ədəbi,  ictimai,  siyasi 

konfranslarda, 

simpoziumlarda, 

qurultaylarda, 

görüĢlərdə,  rəsmi  dövlət 

danıĢıqlarında  iĢtirak  edib.  Uzun  illər  Azərbaycan  Ali  Sovetinin  deputatı  olub. 

Hazırda Azərbaycan Respublikası BaĢ Nazirinin müavini, eləcə də Xarici Ölkələrlə 

Mədəni  Əlaqələr  Cəmiyyəti  –  ―Vətən‖  Cəmiyyətinin  sədri  vəzifələrində  çalıĢır. 

Elçin  Əfəndiyev  Bakı  Dövlət  Universitetinin  professorudur.  Bir  sıra  Dövlət 

Komissiyalarının  sədri,  nüfuzlu  Azərbaycan  və  beynəlxalq  ədəbi,  ictimai 

qurumların,  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Təhsil  üzrə 

Komissiyanın üzvüdür.  

Yazıçının    hekayələri  ədəbi-bədii  jurnalların,  deyək  ki,  ―Smena‖  və 

―Nedelya‖nın mükafatlarına layiq görülüb. Elçin Əfəndiyev psixoloji hekayələrin 

ustasıdır. Azərbaycan ədəbiyyatında bu hekayələr həqiqi  bir sənət nümunəsi kimi 

səslənir.  Bu  psixoloji  hekayələrin  ən  dərin  qatlarında  müəllifin  humanist  fikirləri 

dayanır. Ġlk baxıĢda yazıçı qəhrəmanlarının heç birinə öz rəğbətini bildirmir, onları 

ancaq  təsvir  edir.  Lakin  hadisələrin  məntiqi  inkiĢafı  yazıçının  sadə  adamların 

tərəfində  dayandığını,  onları  ürəkdən  sevdiyini  göstərir.  Bəli,  Elçin  Əfəndiyevin 

əsərləri real tarixi hadisələrə iĢıq salan ədəbi-bədii sənədlər salnaməsidir.  



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə