Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix31.10.2018
ölçüsü1,21 Mb.
#76970
1   ...   9   10   11   12   13   14   15   16   17

 

                                                

 

26 



 

Elçin  Əfəndiyevin  irsinin təbliği üçün  ədəbi-bədii gecələrin  keçirilməsi  zəruridir. 

Gecəni  ―MöhtəĢəm  qələmin  möcüzələri‖  baĢlığı  ilə  adlandırmaq  olar.  Tədbirin 

ssenarisini sizə təqdim edirik: 



Tədbirin  əvvəlində  iştirakçılara  Elçin  Əfəndiyevin  yaradıcılığından  bəhs  edən 

slayd təqdim olunur. Səhnə yazıçının portreti, əsərlərindən ibarət sərgi ilə, uşaqlar 

üçün  yazdığı  hekayələri  əks  etdirən  şəkillərlə,  haqqında  yazılmış  sitatlarla 

bəzədilir.  Gecəyə  Elçin  Əfəndiyev,  onun    yaradıcılığına  yaxından  bələd  olan 

tanınmış yazıçılar, tənqidçilər, jurnalistlər dəvət olunur. Aparıcılar səhnəyə çıxıb, 

tədbiri açıq elan edirlər.   

I Aparıcı:   

Salam əziz və hörmətli tədbir iĢtirakçıları! Bu günkü 

tədbirimiz  xalq  yazıçısı,  görkəmli  nasir,  dramaturq,  tənqidçi,            

ədəbiyyatĢünas,  publisist  və  ictimai  xadim  Elçin  Əfəndiyevin 

həyat  və  sənət  yoluna  həsr  olunmuĢdur.  Hamımıza  məlumdur 

ki,  Azərbaycan  nəsrində  müĢahidə  olunan  maraqlı  keyfiyyət 

dəyiĢikliyi  prosesində  özünü  təsdiq  etmiĢ  yazıçılar  içərisində  

Elçin  Əfəndiyev  xüsusi  yer  tutur.  Yazıçının  povest  və 

hekayələri bu cəhətdən səciyyəvi olub, nəsrimizdəki məzmun və 

sənətkarlıq axtarıĢlarının bəzi cəhətləri haqqında aydın təsəvvür 

oyatmağa kömək edir.  

II Aparıcı: 

Vətənimizin  dünəni  ilə  bu  günü,  cəmiyyətimizin  bu  günü  ilə 

sabahı  arasındakı  əlaqə  və  vəhdətin  sarsılmazlığı  ideyası  Elçin 

Əfəndiyevin  əsərlərində  öz  təcəssümünü  tapmıĢdır.  Ġnsan 

Ģəxsiyyətinin,  xarakterin  təĢəkkülündən  mühüm  mərhələ  olan 

yeniyetməlik cağlarında bu yeniyetmələrin düĢdüyü vəziyyətlər, 

keçirdiyi həyacanlar, yaĢadığı fikir və duyğular vasitəsilə yazıçı 

inandıra  bilir  ki,  onlar  sabahın  ləyaqətli  vətəndaĢı  kimi 

yetiĢəcək.  40-45  il  bundan  əvvəl  Elçin  Əfəndiyev  dilinin 

gözəlliyi,  təzəliyi,  süjetlərinin  orijinallığı,  üslubunun  əlvanlığı 

ilə  diqqətimizi  çəkirdi.  Bu  əlamətlər  bu  qələm  sahibinin  yazıçı 

gələcəyinə inam təlqin edirdi. Bununla da Elçin Əfəndiyev hələ 

çox  cavan  yaĢında,  ilk  yaradıcılıq  nümunələrindən  istedadını 

elan  etdi.  O,  bu  gün    70  yaĢının  tamam  olduğu  bir  dövrdə  də 

yaradıcılığının monumentallığı ilə bizi heyrətləndirir. 

                                 Hörmətli  tədbir  iĢtirakçıları!  Gəlin  oxucumuzun  ifasında 

sevimli  Ģairimiz  Fikrət  Qocanın  Elçin  Əfəndiyevin  yubileyi 



 

                                                

 

27 



 

münasibəti  ilə  qələmə  aldığı  ―AltmıĢ  yaĢın  mübarək‖  Ģeirinə 

―YetmiĢ yaĢın mübarək‖ deyək və dinləyək: 

Oxucu: 

 

Dostumuz, qardaĢımız 

El yanında üzün ağ! 

Dünyanı seldə boğar 

Bir damla göz yaĢımız 

Bir gün baĢına yağır 

Sənin güllər, çiçəklər 

Qocalığın gəncliyi 

YetmiĢ yaĢa deyirlər 

Səni istəməyənlər 

BaĢın daĢa döyürlər. 

Dostlar sənə əl çalır. 

YaĢa! YaĢa – deyirlər 

Hələ qılınc kimisən, 

MaĢallah, hələ cağsan. 

Allah qoysa, sən hələ 

Yüz il yaĢayacaqsan! 

Sən yaĢa, biz də görək! 

Hələlik, dostum Elçin, 

YetmiĢ yaĢın mübarək! 

   I Aparıcı:   

Bizim ölkədə 20-80 yaĢ arasında elə bir insan təsəvvür 

etmək  olmaz  ki,  Elçin  Əfəndiyev  yaradıcılığının  çox  qismini 

doyulmaz  zövq  ala-ala,  ruhi  bir  qüdrət  qazana-qazana 

oxumasın,  onun  lirik-psixoloji  üslubu,  poeziya  ovqatlı,  duzlu-

məzəli  dram  əsərlərinə  tamaĢa    etməsin.  Ustad  sənətkarın 

istedad  və  zəhmətlə  nail  olduğu  yazı  mədəniyyəti,  özünü  sözə 

çevirmə  tərzi  insanın  hiss  və  həyəcanlarını,  duyğu  və 

düĢüncələrini ifadə etmək baxımından doğma Azərbaycan dilini 

həsəd aparılacaq bir ucalığa yüksəltmiĢdir. Belə bir bacarıq hər 

yazıçıya qismət olmur. Elçin Əfəndiyevdə dil ürək kimi çırpınır, 

beyin  kimi  düĢünür,  su  kimi  axır,  gün  kimi  iĢıq  saçır,  axĢam 

kimi  düĢür,  dərd  kimi  ağrıdır,  ruh  kimi  susur...  Elçin 

Əfəndiyevin  bu  xüsusiyyətləri  qələm  yoldaĢları  tərəfindən 

həmiĢə yüksək qiymətləndirilmiĢdir.  

II Aparıcı:         Bəlkə  buna  görə  də  Elçin  nəsrinin,  Elçin  yaradıcılığının 

qüdrətini  canlandırmaq  çox  çətindir.  Çünki  bu  yaradıcılıq 



 

                                                

 

28 



 

baxılmağa,  araĢdırılmağa  layiqdir.  Elçin  Əfəndiyevdə  bədii 

idrak  duyğusu  güclü  və  cəlbedicidir.  Yazıçı  Azərbaycan 

ədəbiyyatına  bir-birindən  gözəl  hekayələr  bəxĢ  edib.  Eyni 

zamanda ―Bir görüĢün tarixçəsi‖, ―Toyuğun diri qalması‖, ―Poçt 

Ģöbəsində  xəyal‖,  ―Dolça‖  və  baĢqa  məĢhur  povestlər  də 

yazıçıya uğur gətirib. Bununla bərabər hər biri milli nəsrimizin 

inkiĢafında  önəmli  yer  tutan,  Azərbaycan  bədii  təfəkkürünü 

irəliyə  aparan  ―Ağ  Dəvə‖,  ―Mahmud  və  Məryəm‖,  ―Ölüm 

hökmü‖ əsərləri hekayə, povest ustası Elçin Əfəndiyevi romançı 

olaraq təqdim edir. Bəli, Elçin Əfəndiyev romançıdır. Onun  ən 

yığcam  hekayəsində,  ən  kiçik  povestində  də  roman  tutumu, 

roman dərinliyi, roman siqləti var. Elçin Əfəndiyev Ģöhrət üçün 

yox,  ürəyinin  hökmü  ilə  yaradan  sənətkardır.  Milli  nəsrin  ən 

qiymətli  inciləri  olan  bu  əsərlər  həm  də  çağdaĢ  dünya  nəsrinin 

hadisələri olaraq qiymətləndirilə bilər. 

I Aparıcı:     

Elçin  Əfəndiyev  ilk  hekayələrindən  həyata  cəsarətlə  müdaxilə 

edir.  ĠĢdə  və  fəaliyyətdə,  düĢüncə  və  münasibətdə,  ailə  və 

məiĢətdə  baĢ  verən  nöqsanlarla  barıĢmır.  Yazıçı  gənclərin 

narahat  və  yaradıcı  axtarıĢlarından,  onların  romantik    xəyal, 

arzu  və  düĢüncələrindən,  məiĢətdən,  ailə  həyatından  yazanda 

Ģirin söyləmə üsulu seçir, mənalı yumor lirizmə qarıĢır, surətin 

mündəricəsini  sətiraltı  qənaətlər  tamamlayır.  Əgər  belə 

olmasaydı,  nə  ―BaladadaĢın  ilk  məhəbbəti‖,  ―Toyuğun  diri 

qalması‖,    ―BaladadaĢın  toy  hamamı‖,  nə  də  ―Bir  görüĢün 

tarixçəsi‖ndə  haqqın,  iĢığın,  gözəlliyin  mövcudluğu,  hətta  bir 

çox hallarda təntənəsi barədə ürəkdən tikan çıxaran epizodlar və 

xallar  olmazdı.  Belə  olmasaydı,  BaladadaĢ,  əli  pulla,  ―brilyant 

medalyon‖la  oynayan  Murada,  on  altı-on  yeddi  yaĢlı  məsum 

Məsməxanım  harınlamıĢ  ―Qızıl  AğadadaĢ‖a,  həssas  məktəbli 

Əbili ―çəhrayı qızlara‖, ―Çəhrayı oğlanlara‖, ―Sürücü Ağababa‖ 

―GümüĢ Malik‖ə qarĢı qoyulmazdı. 

  II Aparıcı:     

Elçin Əfəndiyev həyatı, bədii obrazı dərindən düĢünür. Ġnsanı 

özünəməxsusluğu,  daxili  ziddiyyətləri  ilə  təsvir  edir.  Təkcə   

hekayələrində  yox,  povestlərində  də  geniĢ  tərcümeyi-hal  

vermir,  portret  yaradanda  təfərrüata  varmır.  Rənglərlə, 

mükalimələrlə,  bədii  mahiyyətdən  doğan  haĢiyələrlə  surətin 

mühiti, ömür yolu haqqında dolğun təsəvvür oyadır. Çox zaman 




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə