14
yaxın yerdə baş verən bir hadisəni qələmə almışdır. Əsər oxucuya ülvi hissilər
aşılayır, onun gözündə ananı müqəddəsləşdirir.
Ənvər Məmmədxanlı Vətənə məhəbbət, zülmə haqsızlığa nifrət ruhunda
qələmə alınmış çoxlu əsərlərin müəllifidir. Ədibin sevilə -sevilə mütaliə edilən və
böyük təsir gücünə malik belə əsərlərindən biri də “Qızıl qönçələr” hekayəsidir.
Yazıçının “Qızıl qönçələr” əsəri üzərində diskusiya apararakən oxucu anlayır ki,
müəllif hekayədə dərin ümumiləşdirmə apararaq Firuz babanın və onun nəvəsi
Surəyyanın timsalında cəmiyyətdəki qeyri-bərabərliyin, haqsızlığın insanların
həyatına gətirdiyi çətinlikləri yığcam bədii lövhələrlə açıb göstərmişdir. “Qızıl
qönçələr” əsəri ədibin sevilə-sevilə mütaliə edilən və böyük təsir gücünə malik
olan əsərlərindəndir. “Qızıl qönçələr” əsəri Cənubi Azərbaycanda, bütünlüklə
İranda xalqın zəhmətkeş təbəqəsinin ağır vəziyyətindən bəhs edir. Gözəl, qeyrətli,
pak və mehriban qızın rütubətli zirzəmidə qızıl əllərilə sahibkar xalçasına
əbədiyyət naxışları vuran yetim Surəyyanın gözümüz önündə şam kimi əriyib puç
olan ömrünə dərin təəsüf və pərişanlıq duyğuları bu gün də bizi tərk etməmişdir.
Diskusiyada iştirak edən oxucular hekayənin sujet xəttinin dramatik tərzdə
olduğunu bildirib, suallar əsasında söhbət aparırlar. Nə idi Firuz kişinin günahı?
Nə üçün balaca Sürəyyanın həyatı o hələ qönçə ikən soldu? İnsanların belə ağır
həyatı nə vaxtadək davam edəcəkdir?
Ənvər Məmmədxanlının “Karvan dayandı” əsəri üzərində diskusiya
apararakən tədbir iştirakçıları burada baş qəhrəman Odunçu oğlunun dönməzliyini,
möhkəmliyini, sarsılmazlığını anlayırlar. Odunçu oğlu heç bir vara, dövlətə baş
əymir, mənlik və qürurunu sonadək qoruyub saxlayır, sevgisini itirsə də, bunun
əvəzində bütöv bir xalqın məhəbbətini, sevgisini qazanır. Diskusiya zamanı tədbir
iştirakçıları yazıçının yaradıcılığı ilə yaxından tanış olub, bu əsərlərin dəyərini
anlayırlar.
Kitabxanalarda oxucular tərəfindən sevilən tədbirlərdən biri də
müsabiqələrdir. Bildiyimiz kimi Ənvər Məmmədxanlı bir-birindən maraqlı
hekayələrin müəllifidir. Müsabiqə zamanı həmin hekayələrə uşaqlar tərəfindən
illüstrasiyalar çəkilməsi tapşırılır. Şəkilərin hazırlanması üçün uşaqlara iki həftə
vaxt verilir. Bu vaxt ərzində oxucular həm Ənvər Məmmədxanlının əsərlərini
oxuyur, həm də oxuduqları və ən çox bəyəndikləri hekayəyə illüstrasiyalar
çəkirlər. Ən gözəl məna kəsb edən rəsm işləri mükafatlandırılır. Həmçinin rəsm
müsabiqələri üçün məktəblərarası yarışmalar da təşkil etmək olar.
Rəsm müsabiqələri ilə yanaşı başqa müsabiqələrin də təşkili mümkündür.
Məsələn, uşaqların ifasında Ənvər Məmmədxanlının hekayələri səhnələşdirilərək
münsiflərə təqdim olunur. Münsiflər heyəti kitabxana müdirindən, teatrımızın
görkəmli nümayəndələrindən təşkil edilir. Əsəri ən gözəl səhnələşdirən uşaqlardan
ibarət komanda mükafatlandırılır.
15
Kitabxanalarda yuxarı sinif şagirdlərinin iştirakı ilə “Ənvər Məmmədxanlı
yaradıcılığı müasir gəncliyin gözü ilə” konfrans da təşkil etmək mümkündür.
Konfransdan öncə onun proqramı tərtib olunmalı, konfransın keçiriləcəyi dəqiq
vaxt müəyyən olunmalıdır. Proqramda konfransda çıxış edəcək qonaqların,
ədəbiyyatşünasların və şagirdlərin adları, onların çıxış edəcəkləri mövzular,
tədbirin keçiriləcəyi məkan və zaman qeyd olunur. Konfrans zamanı
Ə.Məmmədxanlının yaradıcılığına yaxından bələd olan jurnalist, yazıçı və şairlərin
çıxışları dinlənilir. Yaxşı olar ki, konfransa Ənvər Məmmədxanlının yaradıcılığı ilə
yaxından tanış olan yazıçı və ədəbiyyatşünaslar dəvət olunsun. Oxucu konfransının
planını sizə təqdim edirik:
1. Giriş hissə (Ənvər Məmmədxanlının həyat və yaradıcılığı haqqında məruzə)
2. Ənvər Məmmədxanlının yaradıcılığı haqqında kitabxana rəhbərliyinin, jurnalist,
yazıçı və şairlərin çıxışları.
3.Yuxarı sinif şagirdlərindən ibarət olan oxucuların Ənvər Məmmədxanlının
müxtəlif əsərləri ətrafında müzakirələri.
4. Yazıçının əsərlərindən bir neçə parçanın səhnələşdirilməsi.
5. Konfransın yekunu.
Ənvər Məmmədxanlı irsinin təbliği üçün ədəbi-bədii gecələrin keçirilməsi
zəruridir. Gecəni “Şair təbiətli yazıçı” başlığı ilə adlandırmaq olar. Tədbirin
ssenarisini sizə təqdim edirik.
Səhnə dramaturqun portreti, əsərlərini əks etdirən şəkillər və dramlarının adları
ilə bəzədilir. Səhnənin bir tərəfində Ənvər Məmmədxanlının əsərlərindən ibarət
sərgi təşkil olunur. Sərgi yazıçı haqqında yazılmış sitatlarla bəzədilir. Tədbir
kitabxana rəhbərliyi tərəfindən açıq elan olunur. Gecəyə Ənvər Məmmədxanlı
yaradıcılığına yaxından bələd olan tanınmış yazıçılar, tənqidçilər, jurnalistlər
dəvət olunur.
I aparıcı:
Salam hörmətli qonaqlar, əziz dostlar.
II aparıcı: Bildiyimiz kimi bu il sənət və
ədəbiyyat aləmində
tarixi romanlar müəllifi kimi tanınan Ənvər Məmmədxanlının
100 illik yubileyi qeyd olunur. Bu münasibətlə kitabxanamızda
təşkil olunmuş xatirə gecəsində hamınızı xoş gördük.
I aparıcı:
Ənvər Məmmədxanlı nasir, kinodramaturq, tərcüməçi,
Yazıçılar Birliyinin üzvü, Azərbaycan Əməkdar incəsənət
xadimi, Azərbaycan xalq yazıçısıdır. Görkəmli ədibimiz o
istedadlar nəslinə mənsubdur ki, elə ilk əsərlərindən etibarən öz
mövzuları, öz üslubu ilə ədəbi ictimaiyyətin xüsusi marağına
səbəb olmuş, özünəməxsus yaradıcılıq yolu keçmişlər. Ənvər
Məmmədxanlı Vətənə məhəbbət, zülmə, haqsızlığa nifrət