12
10.
Ənvər Məmmədxanlı ədəbiyyatımızın tarixinə unudulmaz nasir,
dramaturq, klassik hekayə ustadı, uzunömürlü kino – ssenarilər müəllifi,
orijinal tərcüməçi kimi daxil olmuşdur. Ənvər Məmmədxanlı Azərbaycan
ədəbiyyatının zadəganı idi.
Ədəbiyyatşünas Kamal Abdullayev
Orta yaş qrup oxucular arasında Ənvər Məmmədxanlının yubileyi
münasibətilə sual-cavab gecələri, testlər və ya ədəbi viktorinalar təşkil oluna bilər.
Sual-cavab gecəsi kitabxanaçı tərəfindən təşkil olunur və oxuculara suallar təqdim
olunur.
Suallar:
1. Ənvər Məmmədxanlı kimdir?
Ənvər Məmmədxanlı yazıçı, dramaturq, ədəbiyyatşünas, tərcüməçi və publisistdir.
2.Ənvər Məmədxanlı neçənci ildə, harada anadan olmuşdur?
Ənvər Məmmədxanlı 1913-cü il fevralın 29-da Azərbaycanın Göyçay şəhərində
doğulmuşdur.
3. Ənvər Məmmədxanlının ilk yazdığı povest hansıdır?
İlk yazdığı povest “Bakı gecələri” dir.(1935)
4. Azərbaycan kinomatoqrafiyasının inkişafında Ənvər Məmmədxanlının nə kimi
xidmətləri var?
Ənvər Məmmədxanlının ssenarisi əsasında hazırlanmış “Bəxtiyar” kinonovellası,
“Babək”, “Fətəli xan” bədii filmləri bu xidmətlərin nəticəsidir.
5. Ənvər Məmmədxanlı yaradıcılığa hansı janrla başlayıb?
Ənvər Məmmədxanlı yaradıcılığa lirik hekayə janrı ilə başlayıb.
6. Ənvər Məmmədxanlının hansı əsərləri ilə tanışsınız?
“Buz heykəl”, “Ayrıldılar”, “Ananın ölümü”, “Ay işığında”, “Karvan dayandı”,
“Qızıl qönçələr”, “Baş xiyabanda”, “Sevinc”, “Bəxtiyar”, “Ananın çırağı”, “Leyli
və Məcnun” və s.
7. Ənvər Məmmədxanlının hansı romanına film çəkilib?
“Bəxtiyar”, “Babək”, “Fətəli xan”, “Leyli və Məcnun”.
8. Uşaqlar üçün yazdığı hansı əsərləri oxumusunuz?
“Buz heykəl”, “Ananın ölümü”, “Sevinc”, “Balaca Nərgizin bir may sərgüzəşti”
9. Ədəbi yaradıcılığa neçənci ildə başlayıb?
1935-cu ildə.
10. “Cənub hekayələri” silsiləsinə yazıçının hansı hekayələri daxildir?
“Karvan dayandı”, “Qızıl qönçələr”, “Baş xiyabanda”, “Od içində”.
11. Ənvər Məmmədxanlı nə vaxt vəfat edib?
1990-cı il 19 dekabrda Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
12.Yazıçı hansı fəxri adlara layiq görülmüşdür?
13
Yazıçı “Qırmızı Əmək Bayrağı”, iki dəfə “Şərəf nişanı”, II dərəcəli Böyük Vətən
müharibəsi ordenləri, bir çox medallarla təltif edilmiş, “Azərbaycan xalq yazıçısı”,
“Respublikanın əməkdar incəsənət xadimi” kimi fəxri adlara layiq görülmüşdür.
Sual-cavab gecəsinin sonunda kitabxanaçı uşaqlara diqqətli olmalarına görə
öz təşəkkürünü bildirir, sualları düzgün cavablandıran oxucunu mükafatlandırır və
Ənvər Məmmədxanlının həyat və yaradıcılığı haqqında daha dərindən
maraqlanmalarını tövsiyə edir.
Maraqlı roman və hekayə ustası kimi tanınan Ənvər Məmmədxanlının
kitabxanada bir neçə kitabının icmalını keçirmək, onun yaradıcılığından bəhs edən
diskusiyalar da təşkil etmək olar. Diskusiyalar keçirilərkən yazıçının
hekayələrindən, romanlarından, dramlarından söhbət açılır və bu haqda oxucuların
fikirləri öyrənilir. Məsələn, hələ ilk povesti olan “Bakı gecələri” Ənvər
Məmmədxanlıdan artıq yaradıcılıq yönü müəyyənləşmiş bir yazıçı kimi danışmağa
imkan verir. “Bakı gecələri” povesti ətrafında diskusiya apararkən oxucu yazıçının
Bakını ancaq qəhrəmanların fəaliyyət meydanı, hadisələrin baş verdiyi sadəcə bir
fon kimi yox, qədim mədəniyyəti, nadir təbiəti, özünəməxsus kəskin ziddiyyətləri
olan, sürətlə dəyişib təkmilləşən, inkişaf edib irəliləyən, yeni üfüqlər fəth edən
ictimai münasibətlər şəhəri kimi təqdim etdiyini anlayır. Povestdə Bakının özü də,
gecəsi də, gündüzü də gözəldir, əzizdir, doğmadır. Bu doğmalıq, bu sahilsiz sevgi
təsirli sirayətedicidir. Bakıda yaşamayan, ömründə bircə dəfə onu görməyən həssas
oxucu “Bakı gecələri” əsəri ilə ünsiyyətdə olub, bu şəhərə laqeyid qalmır. Realist
təhlükə ilə romantik təsvirin müvəffəqiyyətlə qovuşduğu povest ictimai həyatın
tamamilə yeni bir mərhələyə qədəm qoyduğu çox mürəkkəb bir zamanda bəzən
kifayət qədər baş çıxarmadıqları hadisələrin burulğanında çırpınan, zümrüd quşu
kimi odlara yanan, lakin təzədən canlanan, əvvəlkindən də qüvvətli qanadlar kəsb
edərək inkişafın yeni ənginliklərinə qoşan gəncliyin intibahını özünəməxsus bir
tərzdə əks etdirir.
Müəllifin “Buz heykəl” hekayəsinin diskusiyası zamanı isə ana oxucunun
gözündə şaxtalı gecədə, çölün düzündə, körpəsi donmasın deyə, bütün olan-
olmazını öz əynindən çıxarıb tifili bürüyən, daha heç şeyə gümanı gəlməyəndə isə
büzüşüb bükülərək bədəninin son hərarəti, qəlbinin axırıncı döyüntüləri ilə
körpəsini məhv olmağa qoymayan bir bədii obraz kimi canlanır və onun nəzərində
müəzzəm heykəl kimi ucalır. Hekayənin adında qış soyuqluğu hiss olunsa da,
yazıçı əsərdə bütün varlığı ilə körpəsinə bağlı olan ananın qəlbinin hərarətini
ustalıqla təsvir etmişdir. Oxucu anlayır ki, ananın övladına məhəbbəti bəşəri və
əbədi duyğudur. Dünyaya övlad gətirən ana onu qayğısız böyütmək üçün hər cür
çətinliyə dözməyə, məhrumiyyətlərə qatlaşmağa, hətta canından belə keçməyə
hazırdır. “Buz heykəl” əsərində də belə böyük, sərhədsiz ana məhəbbətinin şahidi
oluruq. Əsərdə yazıçı 1941-1945-ci illər müharibəsinin ilk ilində cəbhə xəttinə