Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 254,09 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix17.01.2018
ölçüsü254,09 Kb.
#21064
1   2   3   4   5   6   7   8

15 

 

dövlətin ―Milli rəqs‖ nominasiyasının qalibi 28 saylı Xəzər Uşaq Yaradıcılıq Mərkəzinin 



üzvləri  oldu.  Nominasiya  qalibinə  diplom  və  hədiyyəni  təqdim  etmək  üçün  səhnəyə 

Respublika  Xoreoqrafiya  Akademiyasının  əməkdaşı,  sənətşünas  Gülşən  xanım  Kəngərli 

dəvət olundu. Bütün nominasiya qaliblərinə diplom və video kamera hədiyyə edildi. 

 

Yarışmanın  qalibi  Nizami  rayon  Uşaq  Yaradıcılıq  Mərkəzi  oldu,  onlar  141  balla 



seçildilər.  Zalda  monitorda  münsiflərin  verdiklər  qiymətlər,  yekun  qiymətlərin  cədvəli 

göründü. Hər bir iştirakçı onlara verilən qiymətlərlə tanış oldular. Qalib komanda kubok 

və kompüter dəsti qazandı. 

 

Yarışmada fəal iştirak etdiklərinə görə Sabunçu rayon 47 saylı Məktəbdənkənar iş 



mərkəzi, Xətai rayon 22 saylı UYM, Nərimanov rayon 21 saylı UYM, Pirallahı rayon 29 

saylı  UYM,  Suraxanı  rayon  32  saylı  UYM-nin  bütün  iştirakçılarına  diplom,  hədiyyələr 

verildi.  Yarımanın  bütün  iştirakçılarına  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası 

tərəfindən təsis edilən ―Göy qurşağı‖ jurnalı, kitab və məktəb ləvazimatı hədiyyə edildi. 

Tədbir iştirakçıları ―Heydər Əliyev və uşaqlar‖, ―22 may- Biomüxtəliflik günüdür‖, ―Biz 

birlikdəyik‖ adlı video çarxlı slaydlara baxdılar. 

 

Yekun  konsertdə  isə  Nizami  rayon  Uşaq  Gənclər  Yaradıcılıq  Mərkəzinin  ―Azəri 



inciləri‖ rəqs kollektivi Azərbaycan ritmləri və holland rəqsi ilə çıxış etdilər.  

 

Kitabxanamızda  gənclərin  təlim  –tərbiyəsində  əsas  yer  tutan  mövzu  icmallarında 



keçirilməsinin  öz  yeri  var.  Müəyyən  bir  problem  və  ya  aktual  məsələyə  həsr  edilmiş 

ədəbiyyat barədə danışılan icmalda, Xəzər dənizində yaşayan quşların növ müxtəlifliyi ilə 

əlaqədar son illərdə nəşr olunmuş İlyas Babayev ―Xəzərin Azərbaycan hissəsinin sudaüzən 

quşları‖  kitabı  seçilir.  Kitabda  quşlar  sinfinin  ümumi  xarakteristikasından,  həyat  tərzi 

davranışı,  növ  müxtəlifliyindən  və  əhəmiyyəti  haqqında  danışlır.  Kitab  paralel  olaraq 

ingilis dilində də çap edildiyindən xarici dilli vətəndaşlar üçün də nəzərdə tutulmuşdur   

 

Mövzu icmalı zamanı yalnız mövzu ilə bilavasitə əlaqəsi olan  bir neçə kitab daxil 



edə  bilərik.  Mövzu  icmallarının  ətraflı  planını,  mətnini  işçilər  və  kitabxana  işinə  cəlb 

edilmiş fəallarla əvvəlcədən müzakirə etmək məqsədəuyğun olardı. 



 

İşğal olunmuş Azərbaycan ərazilərində bioloji müxtəliflik.

 

 



Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın 

yox,  həm  də  dünya  sivilizasiyasının  çox  dəyərli  mədəniyyət  nümunələri  sayılır.  Ölkəyə 

yağı düşmən tərəfindən vurulmuş ziyan iqtisadiyyatla yanaşı onun canlı təbiətini də məhv 

edir,  bioloji  müxtəlifliyin  tarazlığının  pozulmasına  gətirib    çıxardır.1988-94-cü  illər 

ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon 

hektar ərazisi işğal olunmuşdur. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və 

kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda 

bitmir.  Qaracöhrə,  ayıfındığı,  Araz  palıdı,  yalanqoz,  şərq  çinarı,  adi  nar,  meşə  üzümü, 

pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş 

ərazidə  məhv  edilərək  dünya  florasının  xəzinəsindən  silinmək  üzrədir.  Həyata  keçirilən 

məqsədyönlü  tədbirlər  nəticəsində  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  sahəsi 

hazırda  890  min  hektara  çatdırılmışdır  ki,  bunun  da  42997  hektarı  erməni  işğalçılarının 

tapdağı  altındadır.  “Bəsitçay  Dövlət  Təbiət  Qoruğu”,  “Arazboyu  Dövlət  Təbiət 

yasaqlığı”, “Qaragöl Dövlət Təbiət Qoruğu”, “Laçın rayon Dövlət Təbiət yasaqlığı”, 



16 

 

“Qubadlı  rayon  Dövlət  Təbiət  yasaqlığı”  və  “Daşaltı  Dövlət  Təbiət  yasaqlığı”nın 

ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin  digər növləri bu gün də  talan edilir. 

 

Zəngilan rayonunun Rəzdərə kəndində çinar meşəsinin yerləşdiyi ərazidə olan çinar, 



qoz,  palıd  ağacları  artıq  təhlükə  qarşısındadır.  Bəsitçay  vadisindəki    çinar  meşəsi  təkcə 

Azərbaycana deyil, bütün Avropa təbiətinə məxsus olan nadir incidir. 

 

Kəlbəcər  rayonunda  ―Qırmızı  kitab‖a  daxil  edilmiş  968  hektar  ərazini  əhatə  edən 



ayıfındığı ağacları da kütləvi şəkildə qırılır. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ 

bitki  vardır  ki,  bunlardan  200-ə  qədəri  dərman  bitkiləri  kütləvi  şəkildə  talan  olunaraq 

xaricə daşınır. Bu isə bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə səbəb olur.  

 

Məlum  olduğu  kimi  Şuşa  şəhəri  dünya  mədəniyyətinin  incilərindən  biridir.  Bu 



şəhərin mədəniyyət və təbiət abidələri artıq məhv edilib. "Ağzı yastı" kaha adlanan yerin 

qabağından  Topxana  meşəsi,  "Haça  yal"  adlanan  sahəsində  uzun  illər  mədəni  formada 

əkilərək  becərilmiş  2000  ədədədək  palıd  ağacı  məhv  olmaq  təhlükəsindədir.  Şuşa  və 

Əsgəran  ərazisində  nadir  təbiət  komplekslərini  qorumaq  üçün  1988-ci  ildə  təşkil  edilən 

Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında 

qalan yasaqlıq hazırda tamamilə məhv edilib. 

 

Zəngin  biomüxtəlifliyə  malik  Azərbaycan  təbiətinin  bir  parçası  olan  Laçın 



rayonunda  yerləşən  Qaragöl  Dövlət  Təbiət  Qoruğunda  isə  ətraf  mühitə  vurulan  ziyanın 

məbləği ölçüyə gəlməz dərəcədədir. Burada ermənilər tərəfindən fasiləsiz ovlandığı üçün 

heyvan və quşların sayının xeyli azaldığı, bir çox növlərin tamam məhv edilməsi müşahidə 

edilib.Yasaqlığın  ərazisində  Hacışamlı  meşəsində  dünyada  ən  qiymətli  növ  olan  qırmızı 

palıd (qızıl palıd) ağacları var. Azərbaycanda yalnız həmin yasaqlıqda yayılan bu ağacın 

materialından  qiymətli  mebel  və  xüsusən  konyak  spirti  saxlamaq  üçün  çəlləklər 

düzəldilməsində istifadə edilir.  

 

Azərbaycanın  işğal  olunmuş  ərazilərində  ekoloji  əhəmiyyətə  malik  bir  çox  göllər 



böyük  antropogen  təsirə  məruz  qalır.  Bu  ərazilərdə  irili-xırdalı  7  relikt  göl:  Kəlbəcər  və 

Laçın  rayonlarının  yaylaqlarında  Böyük  Alagöl,  Kiçik  Alagöl,  Zalxagöl,  Qaragöl, 

Canlıgöl,  İşıqlı  Qaragöl  və  Ağdərə  rayon  ərazisində  (Tərtərin  qolu  olan  Torağaçayda) 

Qaragöl kimi şirin su ehtiyatları bu gün işğal altındadır. 

 

İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz həddindən artıq çirklənməyə 



məruz  qalır.Araz  və  Kür  çaylarının  qolları  olan  uyğun  olaraq  Oxçuçay  və  Ağstafaçayın 

Ermənistan  tərəfindən  ən  ağır  formada  çirkləndirilməsi  nəticəsində  sözügedən  çaylarda 

canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranmışdır. 

 

Qubadlı  rayonunu  işğal  etdikdən  sonra  kəndlərdəki  evləri  yandırıb  viran  etmiş, 



əmlakını, var-dövlətini  talan  edib  aparmış,  meşələri, həyətlərdəki  ağacları kəsib daşımış, 

təbiət  abidələrini,  dağıdıb  məhv  etmiş,  yasaqlardakı  vəhşi  heyvan  və  quşları  vəşicəsinə 

ovlamış,  ―Bərgüşad‖  və  ―Həkəri‖  çaylarındakı  qiymətli  balıq  növlərini  elektirik 

cərəyanları  və  partlayıcı  maddələrlə  qırıb  tükənmiş  hala  salmışlar.  Başqa  sözlə  desək 

Qubadlının ətraf mühitinə və təbii sərvətlərinə misli görünməmiş dərəcədə dağıdıcı zərbə 

vurmuşlar. 

22  may  Beynəlxalq  Biomüxtəliflik  Gününün  kitabxanada  qeyd  olunmasının  əsas 

məqsədi  uşaqlara  təbiəti  necə  qoruması  yollarını  göstərmək,  onlara  təbiəti  sevdirmək, 

insan  sağlamlığında  təbiətin  rolunun  əvəzsiz  olduğunu  göstərmək  və  onlarda  insan 

orqanizmi  üçün  çox  vacib  olan  bu  sağlamlığı  qoruyub  möhkəmləndirməyə  həvəs 




Yüklə 254,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə