2
Redaktor: Şəhla Qəmbərova - F. Köçərli adına Respublika
Uşaq Kitabxanasının direktoru
Tərtib edəni: Nərgiz Məcidova – F.Köçərli adına Respublika Uşaq
Kitabxanası elmi-metodika şöbəsinin baş kitabxanaçısı
Korrektor: Məmmədli Ruhiyyə - F.Köçərli adına Respublika Uşaq
Kitabxanası elmi-metodika şöbəsinin müdiri
3
Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair
Milli Strategiya və Fəaliyyət Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı:
BMT-nin «Bioloji müxtəliflik haqqında» Konvensiyasının 6-cı maddəsinə uyğun
olaraq qərara alıram:
1. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə
dair Milli Strategiya və Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
3. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.
Bakı şəhəri, 24 mart, 2006-cı il.
4
Tərtibçidən:
Əgər yer üzündə biomüxtəliflik tamamilə
məhv olsaydı, insan birbaşa və ya dolayısı
yolla təbiətdən əldə etdiyi ərzaq və təsərrüfat
məhsullarını tapmaz, ozon qatı yox olar,nəfəs
almaq çətinləşər, iqlim həyat üçün dözülməz
hala düşərdi.
Dünyanın ən böyük möcüzəsi sayılan insana, yaşaması üçün Allah tərəfindən bir
çox nemətlər verilmişdir. Bu nemətlərin hamısı Təbiətdə cəmlənmişdir.
İnsanın yaşaması
və sağlamlığı da elə təbiətin əsasını təşkil edən bu təbii sərvətlərin mövcudluğu ilə ölçülür.
Onları qorumaq və necə istifadə etmək isə bizlərdən asılıdır. Çünki təbiət insanların
yaşaması və yaratması üçün lazımdır. O, insana qidanı, havanı, mineral sərvətləri, göz
oxşayan gözəllikləri təmənnasız verir: Bu təbii sərvətlərin mühüm tərkib hissəsini də
bioloji müxtəliflik təşkil edir. Bioloji müxtəliflik bütün yaşayış mühitlərində, o cümlədən
quruda, dənizdə və digər su ekosistemləri və ekoloji komplekslər də daxil olmaqla, bütün
canlı orqanizmlərin növ müxtəlifliyi deməkdir. O, həyatın mövcudluğunun əsasını təşkil
etməklə, insanların ərzaq, geyim, enerji və digər materiallarla təmin edir. Ona görədə biz
təbiətlə düzgün davranmalı onunla bir növ dostluq etməliyik. Xırda həşəratlardan tutmuş
dəniz heyvanlarına qədər hər bir canlıya qayğı ilə yanaşmalıyıq. Bilməliyik ki, heyvanlar,
bitki örtüyü insansız yaşaya bilər, biz isə onlarsız heç bir gün də belə yaşaya bilmərik.
Buna görə Birləşmiş Millətlər Təskilatı biomüxtəliflik anlayışı haqqında məlumatların
daha geniş ictimaiyyətə təqdim edilməsi üçün hər il may ayının 22-ni beynəlxalq
biomüxtəliflik günü elan etmişdir. Həmin gün 22 may - biomüxtəlifliyin qorunması ilə
əlaqədar olaraq bir çox ölkələrin tərbiyə müəssisələrində, kitabxanalarında, məktəblərində
məktəblilər arasında oyunlar, yarışlar müxtəlif fəaliyyətlər şəklində qeyd edilir.
Kitabxanamız da bir mədəniyyət müəsisəsi olaraq bu işdə bir sıra təbliğat formaları -
rəsm sərgiləri, slayd nümayişləri, monitorinqlər, konfranslar və s. tədbirlər təşkil edir. Bu
tədbirləri həyata keçirməklə biz gənc nəslin təbiətdə biomüxtəliflik anlayışı, onun
qorunması, təbiətin verdiyi nemətlərin qədrini bilmək, canlıları sevmək, düşüncələrini
aşılanmasına köməklik etmiş oluruq. ―22 May Beynəlxalq Biomüxtəliflik günü‖ ilə bağlı
hazırladığımız bu vəsait oxucuları təbiətdə növ müxtəliflikləri, onların qorunması, insanın
yaşamasında rolundan, xalqların mədəniyyətinin inkişafına təsirindən söhbət açacağıq.