Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   2   3   4   5   6   7   8   9   ...   35

 
6
 
 
müvəffəqiyyətlə  becərilməsi  və  onlardan  yüksək  məhsul 
alınması  mümkündür.  Bu  bitkinin  göstərilən  qiymətli  cəhət-
lərini  nəzərə  alaraq  onun  respublikamızın  Gəncə  -  Qazax  və 
Şirvan  bölgələrində  aqrobioloji  və  aqrotexniki  xüsusiyyət-
lərinin  araşdırılması  bu  tədqiqat  işinin  qarşısında  duran  əsas 
vəzifədir. 
Elmi yenilik və nəzəri məsələlər. Aparılan tədqiqat işində 
əldə olunan yenilik ondan ibarətdir ki, ilk dəfə qiymətli texniki  
bitki  olan  həna  bitkisinin  respublikamızın  Gəncə  -  Qazax  və 
Şirvan  bölgələrində  də  becərilərək  keyfiyyətli  quru  yarpaq  və 
toxum  məhsulu  əldə      edilməsinin  mümkünlüyü      və  yolları 
öyrənilmişdir. 
Gəncə  -  Qazax  və  Şirvan  bölgələrində  həna  toxumlarının 
səpilməsi üçün ilk dəfə olaraq ən əlverişli səpin müddəti, səpin 
norması   və   toxumların   basdırılma   dərinliyi müəyyən edil-
mişdir.  Həna  bitkisindən  yüksək  keyfiyyətli  toxum  və  yarpaq 
məhsulu  əldə  etmək  üçün  əlverişli  bölgələr  elmi  cəhətdən 
araşdırılıb  dəqiqləşdirilmiş,  hər  iki  bölgədə  həna  bitkisinin 
çiçəkləmə  biologiyası  və  meyvəvermə  xüsusiyyətləri,  yaruslar 
üzrə  toplanmış  həna  toxumlarının  laboratoriyada  cücərmə 
enerjisi  və  qabiliyyəti,  həna  bitkilərinin  meyvə  orqanlarını 
qoparmaqla  yarpaq  məhsulu  artımı  əldə  edilməsi  məsələləri 
öyrənilmişdir. 
Praktiki  əhəmiyyəti.  Hər  iki  bölgədə  (Gəncə  -  Qazax    və 
Şirvan) yetişdirdiyimiz həna bitkisindən topladığımız məhsullar 
Zaqatala  Ətriyyat  -  Kosmetika  fabrikinin  laboratoriyasında 
analiz edilmişdir.  Bunların  yüksək keyfiyyətə malik olması  və 
mövcud standartın (OCT 18-119-79) tələblərinə cavab verməsi 
təsdiq olunmuşdur. 
Azərbaycanın  Gəncə  -  Qazax  və  Şirvan    bölgələrində  
gələcəkdə sənaye miqyaslı həna plantasiyalarının salınmasında, 
əlaqədar  toxumçuluq  təsərrüfatlarında,  yarpaq  və  toxum 
məhsulu əldə etmək üçün əlverişli   təbii şəraitin   seçilməsində   
tədqiqat  materiallarından istifadə olunacaqdır. 


 
7
 
 
Tətbiqi.  Əldə  etdiyimiz  nəticələr  ADKТA  -  nın  (indiki 
ADAU)  Qovlarsarı  tədris-təcrübə  təsərrüfatında  və  Kürdəmir 
rayonundakı  ”Həna”  istehsalat  kooperativinin  sahəsində  tətbiq 
edilmiş  və  yaxşı  nəticələr  alınmışdır.  Тoxum  və  yarpaq 
məhsulu  üçün  plantasiyalarının  ayrılıqda  bölgələr  üzrə 
salınmasına 
dair 
təkliflərimiz 
gələcəkdə 
yaranacaq 
təsərrüfatlarda öz əksini tapacaqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
8
 
 
I FƏSİL. ТƏCRÜBƏ APARILAN BÖLGƏLƏRİN 
ТƏBİİ ŞƏRAİТİ 
 
GƏNCƏ – QAZAX  BÖLGƏSİ 
 
Coğrafi  mövqeyi.  Gəncə  -  Qazax  bölgəsi  Kür-Araz 
dağarası  depresiyasının  qərb  hissəsində  yerləşir.  Harami 
çayının  Kürə  qovuşduğu  yerdən  Kürün  Mingəçevir 
yaxınlığında  Böyük  Qafqazın  cənub  dağətəyi  sahəsini  kəsib 
keçdiyi  yerə  qədər  uzanır.  Massivin  cənub  sərhəddi  Kiçik 
Qafqaz  dağlarının  ətəyi,  şimal  sərhəddi  isə  Kür  çayı  boyunca 
uzanır.  Bölgənin  çox  hissəsi  Kür-Araz  ovalığında  şimal-şərqə 
doğru uzanan geniş düzənlikdə yerləşir. 
Relyefi.  Ərazi  əsasən  allüvial  və  allüvial-prolüvial  tipli 
akkumulyativ  düzənlikdən  ibarətdir.  Kür  çayına  yaxın  ərazidə 
çay  terrasları,  dağətəyinə  söykənmiş  sahələrdə  isə  gətirmə 
konusları  xeyli  sahə  tutur.  Gəncə  -  Qazax  bölgəsinin  Kürə 
yaxın  sahələrində  mütləq  yüksəklik  0-300  metr  arasında 
dəyişir. Gəncə - Qazax bölgəsinin Gəncə fiziki-coğrafi rayonu 
ərazisində  isə  mütləq  yüksəklik  200-500  metr,  hətta  60  km 
məsafədə 2500-3700 metrə qədər ucalır. Bu ərazi orta dağlığın 
struktur    erozion  tipinə  daxil  olmaqla  tektonik  relyefin 
yaranmasında fəal iştirak etmişdir (13). 
Geoloji  quruluşu.  Ərazi  ancaq  dördüncü  dövrdə  çayların 
gətirdiyi  çay  daşlarından,  qumlardan,  çaqıldaşlarından, 
gillərdən,  andezitlərdən  və  bazaltlardan  yaranmışdır.  Gəncə- 
Qazax  bölgəsinin  dağlıq  ərazisi  mürəkkəb  geoloji  quruluşa 
malik  olub,  süxurların  yaşı  şimaldan  cənuba  doğru  artır.  Əgər 
dağ ətəklərində aşağı dördüncü dövr yaşlı kontinental suxurlar 
geniş  örtük  yaradırsa,  ondan  cənub-qərbə  üst  təbaşirin  dəniz 
karbonat,  vulkanogen  və  vulkanogen  -  cökmə  fasiyaları 
yayılmışdır. Gəncə dağları mərkəzdə ilk alp, şimal və cənubda 
isə orta alp strukturuna malikdir (77; 78; 12; 13). 


 
9
 
 
Тorpaq  və  iqlimi.  Gəncə  -  Qazax  bölgəsi  torpaqlarının 
planlı  elmi  tədqiqinə  ilk  dəfə  1925  -  ci  ildən  başlanmışdır. 
Sonralar  bu  iş  V.  V.  Akimsev  (68)  V.  İ.  Smirnov  Loginov 
(138),  H.  Ə.  Əliyev  (18)  və  s.  tədqiqatçılar  tərəfindən  davam 
etdirilmişdir. 
Burada  torpaq  əmələgətirici  süxurlar  karbonatlı,  killi  və 
gillicəlidir.  Тorpaqları  əsasən  şabalıdı  və  açıq  şabalıdıdır. 
Akademik  H.  Ə.  Əliyev  (18)  Gəncə  -  Qazax  bölgəsində  5 
torpaq tipinin olduğunu qeyd edir. Тünd şabalıdı torpaqlarda 45 
%  -ə  qədər  humus  vardır.  Bölgədə  açıq  -  şabalıdı  torpaqların 
qalın,  orta  qalın  və  az  qalın  növlərinə  rast  gəlinir.  Ağstafa  və 
Şəmkir  çaylarının  Kürə  qarışan  hissəsinin  yaxınlığı  və  Kür 
vadisi  allüvial  -  çəmən  tipli  torpaq  örtüyünə  malikdir  (69;  60; 
135). 
Gəncə  -  Qazax  bölgəsində  yayılmış  şabalıdı  torpaqlar 
azotla zəif, fosfor və kaliumla orta dərəcədə təmin olunmuşdur. 
Bu  torpaqlarda  bitkilər  tərəfindən  asan  mənimsənilən  qida 
formaları  da  azdır.  Şabalıdı  torpaqların  0-30  sm  əkin  qatında 
ümumi  azot  0,187  -    0,199  %,  humus  2,12  -  2,50  %,  ümumi 
fosfor isə 0, 14 - 0,17 % arasında dəyişilir. Əkin qatında pH 7,5 
-  ə  bərabər  olduğu  halda  dərinə  getdikcə  artır  və  100  sm 
dərinlikdə  8,0  -  ə  bərabər  olur.  Bu  da  bölgədəki  torpaqların 
əsasən neytral və zəif qələvi xassəli olduğunu göstərir (37; 82; 
83). 
Yeddi  bala  qədər  seysmik  zonaya  daxil  olan  bu  ərazi 
mülayim axıma malikdir (16). Sularının minerallaşması 13 q/l - 
ə  qədərdir.  Suları  sulfat  -  kalsium  və  natrium  tərkiblidir.  Dağ 
ətəklərinə  yaxın  yerlərdə  minerallaşma  1  q/l  -dən  də  az  olur 
(13; 3; 11; 71). 
Gəncə - Qazax ərazisi üçün qışı mülayim və yayı isti keçən 
quraq  səhra,  yarımsəhra  və  quru  çöl  iqlimi  səciyyəvidir  (64). 
Quru  subtropik  və  mülayim  iqlim  hal-hazırda  bölgə  üçün 
səciyyəvidir. Bölgənin aran hissəsində orta illik temperatur 12-
13 
0
C,  dağətəyi  hissəsində  isə  10-11 
0
C-  dir.  1991-1993-cü 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə