Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   2   3   4   5   6   7   8   9   ...   19

 

16 


 

limanları,  maliyyə-bank  mərkəzləri,  texniki  zonalar  xarakterikdir.  İqtisadi  cəhətdən 

inkişaf etmiş ABŞ, Böyük Britaniya, Fransa kimi dövlətlərdə ilkin olaraq xüsusi iqtisadi 

zonalar  sırf  beynəlxalq  iqtisadi  əlaqələrin  fəallaşdırılması  məqsədi  ilə  yaradılmağa 

başlanılmışdır.  Keçid  iqtisadiyyatlı  və  inkişaf  etməkdə  olan  dövlətlərdə  isə  (Asiya  və 

Latın Amerikası dövlətləri) ixrac-istehsal zonaları daha intensiv fəaliyyət göstərir.  

 

Xüsusi  iqtisadi  zonaların  ən  sadə  növlərindən  biri  azad  gömrük  zonalarıdır.  Bu 



zonalar 

XVII-XVIII 

əsrlərdən  mövcuddur  və  xarici  iqtisadi  fəaliyyətin 

stimullaşdırılmasına xidmət edir. 

 

Xüsusi iqtisadi zonaların dünyada ən geniş yayılmış növü azad ticarət zonalarıdır. 



Tarixi  baxımdan  ən  qədim  azad  ticarət  zonaları  XIX  əsrdə  Almaniyanın  Hamburq  və 

Bremen şəhərlərində yaradılmış zonalar hesab olunur.  

 

Azad  ticarət  zonaları  ABŞ-da  daha  geniş  yayılmışdır.  1930-cu  illərdə  ABŞ-da 



xarici  ticarət  zonaları  (Foreign  Trade  Zones)  yaradıldı.  Xarici  ticarət  zonaları  milli 

ərazinin bir hissəsi olmaqla gömrük, vergi, maliyyə rejimli ticarət və sənaye zonalarıdır. 

ABŞ-da xarici ticarət zonalarının yaradılması prezident Ruzveltin “Yeni kurs” adlanan 

siyasəti  ilə  birbaşa  bağlıdır.  Bu  siyasətlə  əlaqədar  olaraq  1934-cü  ildə  Konqres 

tərəfindən  “Xarici  ticarət  zonaları  haqqında”  Akt  qəbul  olundu.  Bu  Aktla  müəyyən 

edildi ki, hər bir rəsmi sərhəd limanında bir və ya bir neçə xarici ticarət zonası yaradıla 

bilər. Həmin Aktda xarici ticarət zonalarının 2 növü qeyd olunub: 

1.

 



Ümumi təyinatlı; 

2.

 



İxtisaslaşdırılmış. 

 

ABŞ-da xarici ticarət zonalarının fəaliyyəti qeyd olunan Aktla bərabər “Gömrük 



xidməti və sərhəd mühafizəsi” Qaydaları ilə də tənzimlənir. 2013-cü ilədək ABŞ-da 174 

xüsusi iqtisadi zona yaradılmışdır. 

 

ABŞ-ın  xüsusi  iqtisadi  zonalarında  kompleks  güzəştlər  mövcuddur.  20  illik 



müddətinə  yaradılan  xüsusi  iqtisadi  zonalarda  təmir  və  tikinti  işlərinə  5  %-lik  vergi 

güzəşti  tətbiq  edilməklə  yanaşı,  kapitalın  artan  dəyəri  vergidən  azad  edilir,  yeni  iş 

yerləri  açan  sahibkarlara  vergi  güzəştləri  artırılır  və  mənfəət  gəlirindən  ayırmalar 

azaldılır. ABŞ-ın texnoparklarında iri layihələrə dövlət tərəfindən ciddi dəstək göstərilir 

və  bu  kimi  texnoparkların  sayı  ölkədə  200-dən  çoxdur.  Kaliforniya  ştatında  yerləşən 



 

17 


 

“Silikonlu vadi” texnoparkının payına dünyada istehsal olunan kompüter və kompüter 

texnikasının 20 %-dən çoxu düşür.

1

    



 

ABŞ-dan  başqa  Hindistanda  da  azad  ticarət  zonaları  fəaliyyət  göstərir. 

Hindistanda azad ticarət zonalarından əlavə xüsusi iqtisadi zonaların digər növləri olan 

azad ticarət zonalarına, ixrac emalı zonalarına, azad limanlara da rast gəlmək olar. 

 

Ümumiyyətlə,  Hindistan  Asiyada  xüsusi  iqtisadi  zonaları  yaradan  ilk  ölkələrdən 



biri  hesab  olunur.  Hindistandakı  ilk  zona  1965-ci  ildə  təşkil  olunan  Kandla  adlı  ixrac 

emalı zonasıdır. Hazırda bu dövlətdə mövcud olan bir neçə xüsusi iqtisadi zonanı qeyd 

etmək olar. Məsələn: Andxra Pradeşdə “Kanikada” və “Apaçe” xüsusi iqtisadi zonaları, 

Çandiqarxda  “Raciv Qandi”  Texnoloji Parkı, Qucaratda  “Essar  Hazira” xüsusi iqtisadi 

zonası,  Keralada  “Kiber”  Park,  Madxya  Pradeşdə  “İndoze”  xüsusi  iqtisadi  zonası  və 

sair. 2000-ci ilin aprel ayında Hindistanda xüsusi iqtisadi zonalar siyasəti elan edildi. Bu 

siyasət xüsusi iqtisadi zonaların effektivliyinə görə təqdirə layiq hesab olunur.  

 

Xüsusi  iqtisadi  zonaların  növlərindən  biri  olan  açıq  zonalar  daha  çox  Çində 



inkişaf  etmişdir  və  demək  olar  ki,  ölkənin  bütün  sahilboyu  ərazilərini  əhatə  etməklə, 

Çinin  daxilinə  doğru  genişlənirlər.  Belə  zonalar  əsasən  xarici  kapitalın  cəlb  edilməsi 

məqsədi  ilə  güzəştli  investisiya  rejiminin  yaradıldığı  əraziləri  əhatə  edir.  1979-cu  ildə 

Çin  Hökuməti  təcrübə  olaraq  Şençjendə,  Çjuxaedə,  Şantouda,  Şyamendə  xüsusi  ixrac 

rayonlarının yaradılması haqqında qərar qəbul etdi. 1980-ci ildə Çin Hökuməti “xüsusi 

ixrac rayonu” terminini ləğv etdi və rəsmi olaraq “xüsusi iqtsadi zona” terminini daxil 

etdi. Çində  ilk  illər, siyasi  reformasiyadan  sonra  xüsusi iqtisadi  rayonların  yaradılması 

ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynamağa başladı. Xüsusi iqtisadi zonalar 

ilə  əlaqədar  yeni  qanunların  və  qaydaların  nəşri  iqtisadiyyatın  inkişafına  və  daxili 

iqtisadi  əlaqələrin  genişlənməsinə  töhvə  verdi.  İqtisadçılardan  biri  qeyd  edirdi  ki, 

çinlilərin ən böyük uğurlarından biri xüsusi iqtisadi zonaların yaradılması hesab olunur. 

 

Hazırda Çinin ərazisində çoxlu sayda xüsusi iqtisadi zonalar var. Bunlardan 90-nı 



dövlət  səviyyəsində  texniki-iqtisadi  inkişaf  zonalarıdır.  Bu  zonalar  Pekin,  Şanxay, 

Quançjou,  Tyantszin,  Dalyan,  Xarbin,  Urumçi,  Uxan,  Çuntsin,  Xançujou  və  digər 

                                                           

1

 Əliyev Şəfa Tiflis oğlu - “Xüsusi iqtisadi zonalarda vergilərin mühüm aspektləri” Azərbaycanın vergi jurnalı 2/2014 



(səhifə 153) 


 

18 


 

şəhərlərdə  və  rayonlardadırlar.  Çinin  zonalarından  114-ü  yüksək  texnologiya 

zonalarıdır.  Bunlara  Pekin  şəhərində  Çjunquntsun  texnoparkı,  Şanxayın  Pudun 

rayonunda yerləşən Çjantzyan və Tyanszindəki yüksək texnologiyalar parkları, Nankin, 

Çendu  və  Quançjou  şəhərlərindəki  yüksək  texnologiyalı  açıq  zonalar  aiddir.  Çindəki 

xüsusi iqtisadi zonaların 13-ü azad gömrük zonaları (Fuçjou, Syamen, Şindao, Ninbo, 

Santoa  və  sair),  14-ü  isə  dövlət  səviyyəsində  sərhədlənmiş  iqtisadi  əməkdaşlıq 

zonalarıdır (İnin, Taçen, Pincyan, Vantin, Xekou, Xeyxe, Dandun və sair). 

 

Çinin xüsusi iqtisadi zonalarında 5 milyon dollardan yuxarı xarici investisiyalı iri 



müəssisələr gəlir vergisindən azaddırlar və ya müəyyən müddətə vergilər tamamilə ləğv 

olunurlar.  Öz  məhsullarının  70  %-dən  çoxunu  ixrac  edən  xüsusi  iqtisadi  zonaların 

rezidentlərinin  gəlirlərindən  tutulmalar  10  %  azaldılır.  Hindistanlı  tədqiqatçı-alim 

S.K.Singhin  fikrincə  idxal  rüsumlarının  zəiflədilməsi  və  ixrac  rüsumlarının  aradan 

qaldırılması, dolayı vergilərin aşağı salınması, çoxlu xüsusi vergi tətilləri və köməkçi, 

yardımçı,  tənzimləyici  şərait  Çinin  xüsusi  iqtisadi  zonalarının  sənaye  istehsalı  və 

ixracda katalizator rolu oynamasını şərtləndirmişdir. Çində yüksək texnologiya təyinatlı 

xüsusi  iqtisadi  zonalarda  yerli  hakimiyyət  orqanları  tərəfindən  torpaq,  su,  elektrik 

enerjisindən  istifadə  üzrə  əlavə  güzəştlər  verilib.  Torpaqların  icarə  müddəti  50  il 

müəyyənləşdirilmişdir.  Xüsusi  iqtisadi  zonanın  rezidnetləri  daşınmaz  əmlakları  almaq 

və özəlləşdirmək hüququna malikdirlər.

1

 



 

İkinci  Dünya  Müharibəsindən  sonra  Avropada  ilk  ixrac-istehsal  zonasının 

yaradılmasına  İrlandiya  nail  olmuşdur.  Bu  ölkəni  “Avropa  pələngi”  adlandırırdılar. 

İrlandiyada yaradılmış ilk ixrac-istehsal zonası Şennon zonasıdır. Bu zona 1959-cu ildə 

yaradılmışdır. Əvvəllər Transatlantik uçuşları həyata keçirən avialaynerlər üçün aralıq 

yanacaqdoldurma  məntəqəsi  kimi  fəaliyyət  göstərirdi.  Şennon  zonası  İrlandiyanın 

cənub-qərb  hissəsində  dəniz  sahilində  yerləşir.  Dünyada  ilk  dəfə  olaraq  “duty-free” 

mağazası da məhz Şennon hava limanında yaradılmışdır. Hazırda bu təcrübədən demək 

olar ki, bütün hava limanlarında istifadə edilir. 

                                                           

1

 Əliyev Şəfa Tiflis oğlu - “Xüsusi iqtisadi zonalarda vergilərin mühüm aspektləri” Azərbaycanın vergi jurnalı 2/2014 



(səhifə 154) 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə