Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universitetiNİN nəzdində baki neft energetika kolleci


Qeyri-ənənəvi elektrik stansiyaları



Yüklə 34,78 Kb.
səhifə3/3
tarix30.12.2023
ölçüsü34,78 Kb.
#166228
1   2   3
1- “Elektrik stansiyalarının layihələndirilməsi” (VASİF)

Qeyri-ənənəvi elektrik stansiyaları: Qeyri-ənənəvi elektrik stansiyalarına geotermal, günəş (heliotermik), dizel, qabarma, külək, MHD (maqnithidrodinamik) generatorlu elektrik stansiyalarını və s. misal göstərmək olar.

4
Plan 2. “Elektrik stansiyalarının struktur sxemləri və transformatorlarının seçilməsi”

Struktur sxemlər avadanlıqların (generator və transformatorların) sayından, generatorların və yükün müxtəlif gərginlikli paylayıcı qurğular (PQ) arasında paylanmasından və bu PQ-lər arasındakı əlaqədən asılıdır. Şəkil 2.2-də istilik elektrik mərkəzinin (İEM) struktur sxemləri təsvir olunmuşdur. İEM 6-10 kV-luq işlədicilərin yaxınlığında tikilərsə, o zaman generator gərginlikli paylayıcı qurğunun (GGPQ) olması lazımdır. GGPQ-yə birləşdirilən generatorların sayı 6-10 kV-luq yükün miqdarından asılıdır. Şəkil 2.2,a-da iki generator GGPQ-yə, biri isə (bir qayda olaraq daha güclüsü) yüksək gərginlikli paylayıcı qurğuya (YGPQ) birləşdirilmişdir. Bu PQ-yə birləşdririlən 110-220 kV-luq xətlər energetika sistemi ilə əlaqə yaradır. İEM-in yaxınlığında böyük enerji tutumuna malik istehsal sahələri nəzərdə tutulduqda, o zaman onların qidalanması 35-110 kV-luq hava xətləri (HX) ilə həyata keçirilə bilər. Bu halda İEM-də orta gərginlikli paylayıcı qurğu (OGPQ) nəzərdə tutulur (şəkil 2.2,b). Müxtəlif gərginlikli PQ-lər arasındakı əlaqə üçdolaqlı transformatorların və ya avtotransformatorlarm köməyi ilə həyata keçirilir.


6-10 kV-luq yükün miqdarı az olduqda generatorların yüksəldici transformatorlarla blok şəklində (ardıcıl) birləşdirilməsi məqsədəuyğundur. Bu halda generatorlar arasında eninə əlaqə olmadığından qısaqapanma cərəyanları az olur və 6-10 kV-luq işlədicilər üçün bahalı GGPQ- nin əvəzinə komplekt PQ-nin tətbiqinə imkan yaranır (şəkil 2.2,c).


5
Plan 3. “Elektrik stansiyalarının elektrik birləşmə sxemləri”

İEM-lər adətən yerli yük mərkəzlərinin (şəhərlərin, sənaye müəssisələrinin) yaxınlığında tikilir. Qeyd edildiyi kimi bu halda elektrik enerjisi işlədicilərə generator gərginliyində ötürülür. Şəkil 2.6 a-da belə İEM-in struktur sxemi təsvir olunmuşdur. Birinci halda G1 və G2 generatorları QB açarı ilə iki seksiyaya ayrılan yığma şinlərə birləşdirilir. Generatorların qoşulması və açılması Ql, Q2 açarları ilə həyata keçirilir. Bu dövrələrdəki ayırıcılar təmir təhlükəsizliyini təOmin edən görünən qırılma yaratmaq üçündür. Həmin QS1, QS2 ayırıcıları ancaq cərəyansız, yəni əvvəlcədən Ql, Q2 açarları ilə açılmış dövrələri qırır (ayırır). Sex transformator yarımstansiyaları (TYS) və paylayıcı məntəqələr (PM) 6-10 kV-luq xətlərlə LR1, LR2 cərəyan-məhdudlaşdırıcı reaktorlara birləşdirilir. GGPQ-nin şinlərinə birləşdirilən xətlərin və cərəyanməhdudlaşdırıcı reaktorların sayı müəssisələrin və digər işlədicilərin gücündən asılıdır. Sənaye müəssisəsinin yükü azalarkən (bayram və istirahət günlərində) generatorların artıq qalan gücü Tl, T2 transformatorları və 110 kV-luq PQ vasitəsilə energetika sisteminə ötürülür. Bir generatorun təmir və qəza açılması zamanı isə həmin transformatorlar vasitəsilə sistemdən güc almır. Yığma şinlərin seksiyalanması İEM-in iş etibarhğım yüksəldir. Belə ki, şinlərdə qəza olarkən və ya seksiyalardan biri təmirə çıxarkən ikinci seksiya işdə saxlanılır və gərginlik altında qalan xətlərlə işlədicilərin elektrik enerjisi ilə qidalandırılmasmı təmin edir. İEM-in normal işi çoxsaylı mexanizm və qurğuların köməyi ilə təmin olunur. Bunlara yanacaq hazırlanma sistemini, üfürücü ventilyatorları, tüstüsoranları, qida, dövran, kondensat və şəbəkə nasoslarını misal göstərmək olar. Bu mexanizm və qurğular xüsusi sərfiyyat sistemi (xs) adlanır.




6
İstifadə olunan ədəbiyyatların siyahısı

1. N.Eterney “Elektrik stansiyaları və avadanlıqları”


2. K. Quluzadə “Elektrik avadanlıqları”
3. C.Əlibəyov “Elektrik şəbəkələrinin elektriki hesablanması

7
Yüklə 34,78 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə