Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universitetiNİN nəzdində baki neft energetika kolleci


Plan 1. “Elektrik stansiyalarının növləri”



Yüklə 34,78 Kb.
səhifə2/3
tarix30.12.2023
ölçüsü34,78 Kb.
#166228
1   2   3
1- “Elektrik stansiyalarının layihələndirilməsi” (VASİF)

Plan 1. “Elektrik stansiyalarının növləri”

Elektrik stansiyası elektrik enerjisi (bəzi halda həm də istilik enerjisi) istehsal edən sənaye müəssisəsidir. Hazırda elektrik enerjisini almaq üçün müxtəlif növ elektrik stansiyalarından istifadə edilir, göstərilmişdir: Elektrik stansiyalarının növləri aşağıda göstərilmişdir: -istilik elektrik stansiyaları (İES). Bu elektrik stansiyaları öz növbəsində kondesat elektrik stansiyalarına (KES) və istilik elektrik mərkəzlərinə bölünür. Bir sıra IES-lərdə isə qaz turbinli qurğular (QTQ) və buxar-qaz qurğuları (BQQ) istifadə olunur; -hidroelektrostansiyalar (HES) və hidroakkumlyasiya elektrik stansiyaları (HAES).
Kondensat elektrik stansiyaları: Bu növ stansiyalarda turbinə göndərilən buxarın hamısı işləndikdən sonra soyudylmaq (kondensatlaşdırılmaq) üçün kondensatora verilir. Buna görə stansiya kondensat elektrik stansiyası (KES) adlanır. KES-də istehsal olunan elektrik enerjisi əsasən uzaqda yerləşən işlədicilərə ötürülür.
İstilik elektrik mərkəzləri: KES-dən fərqli olaraq istilik elektrik mərkəzləri (İEM) şəhər daxilində və iri sənaye mərkəzində tikilir. Əgər KES-də yalnız elektrik enerjisi istehsal olunursa, istilik elektrik mərkəzlərində həm elektrik enerjisi, həm də istilik enerjisi hasil edilir.
Atom elektrik stansiyaları: Atom elektrik stansiyası (AES) istilik elektrik stansiyalarının bir növüdür. AES-lərin f.i.ə təqribən 40-48% təşkil edir. AES-lərdə üzvi yanacağın yandırılması əvəzinə nüvə reaksiyasının istiliyindən istifadə edilir. Burada buxar qazanı rolunu nüvə reaktoru görür.
Su elektrik stansiyaları: Su elektrik stansiyalarında (SES-lərdə) elektrik enerjisini almaq üçün su selinin enerjisindən istifadə edirlər. Müasir dövrdə elektrik enerjisinin 15%-ə qədəri SES-lərdə istehsal olunur. Bustansiyalarda qoyulan generatorun (hidrogeneratorun) gucu suyun təzyiqi (H) və sərfindən (Q) asılı olur.
Qaz-turbin elektrik stansiyaları: Müasir qaz-turbin elektrik stansiyalarının əsasını gücü 25-100 MVt olan qaz turbinləri təşkil edir. Qaz, yaxud dizel yanacağı yanma kamerasında (YK) yandırılır. Yanma nəticəsində alman yüksək təzyiq və temperaturlu qaz, qaz turbininin (QT) valım fırladır.


Yüklə 34,78 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə