Azәrbaycan respublikasi döVLӘt neft şİRKӘTİ ekoloji SİyasәT



Yüklə 341,25 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix26.10.2017
ölçüsü341,25 Kb.
#6603
1   2   3   4   5   6   7   8   9   ...   13

                                                                                                                           EKOLOJİ SİYASӘT 

      Beynəlxalq  Konvensiyalardan  irəli  gələn  məsələlərin  həllindən  ötrü  Azərbaycan 

Respublikası  Prezidentinin  Sərəncamı  ilə  əlaqələndirici  dövlət  və  mərkəzi  icra  orqanı 

təyin  edilir.  Bu  təşkilatlar  Konvensiyalar  üzrə  Beynəlxalq  təşkilatlarla  əlaqələr  qurur, 

onların  ölkə  daxilində  icrası  ilə  bağlı  məsələlərin  həllindən  ötrü  Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun fəaliyyəti təşkil edirlər və s. 

  

     Konvensiyalardan  irəli  gələn  öhdəliklərin  yerinə  yetirilməsi  ilə  bağlı    məsələlərin 



həlli adətən aidiyyatı  üzrə müvafiq icra orqanları və ya konkret təşkilata həvalə olunur. 

Konvensiya və Protokolların bir çoxunun icra mexanizmlərinin faydalanma, beynəlxalq 

və regional layihələrdə, proqramlarda iştirak, nou‐hauların və  güzəştli investisiyaların, 

kreditlərin  ölkəyə cəlb edilməsi imkanları mövcuddur. 

 

     ARDNŞ‐nin  fəaliyyəti  ilə  bağlı  əsas  beynəlxalq  sənədlər  barədə  aşağıda  qısa 

şərhlər verilir. 

 

   

  

BMT–nin  İqlim  Dəyişmələri  üzrə  Çərçivə  Konvensiyası

  –  1992–ci  ildə  qəbul 

edilmişdir.  Konvensiyanın  ali  orqanı  Tərəflər  Konfransıdır,  Katiblik  Bonn  şəhərində 

yerləşir.  Konvensiyanın  məqsədi  atmosferə  yanacağın  yandırılması  nəticəsində  atılan, 

istixana  effekti  yaradan  qazların  miqdarını  azaltmaqla,  dünya  ölkələrində  davamlı 

inkişafa nail olmaq və iqlim sistemini gələcək nəsillərə saxlamaqdır. Konvensiyaya görə 

atmosferə  atılan  qlobal  tullantıların  miqdarı  1990‐cı  il  səviyyəsində  saxlanılmalı  və  ya 

ondan  aşağı  səviyyədə  olmalıdır.  Konvensiya  inkişaf  etmiş  ölkələr  üçün  tullantıların 

azaldılması üzrə konkret öhdəliklər təyin etmişdir. Həmçinin onların qarşısına   inkişaf 

etməkdə  olan  ölkələrə  yardım  etmələri  barədə  vəzifələr  qoymuşdur.  Azərbaycan 

Respublikası Konvensiyanı 1995‐ci ildə ratifikasiya etmişdir. Bu Konvensiya beynəlxalq 

sistemdə  ətraf  mühit  sahəsində  qəbul  edilmiş  ən  iri  Konvensiyadır  və  o  ətraf  mühit 

sahəsində  mövcud  olan  “Ozon  qatının  qorunması  üzrə  Konvensiya”,  “Bioloji 

müxtəliflik  üzrə  Konvensiya”,  “Səhralaşmaya  qarşı  mübarizə  Konvensiyası”  ilə  sıx 

əlaqədədir.  

 

     1997‐ci  ildə  bu  Konvensiyanın  müddəalarının    icra  mexanizmlərini  özündə 



birləşdirən 

Kioto  Protokolu

  qəbul    edilmişdir.  Protokol  üzrə  birinci  hesabat  dövrü 

2008‐2012 ci illərdir, yəni öhdəliyi olan ölkələr qlobal tullantıların səviyyəsini 1990‐cı il 

səviyyəsindən 5 % aşağı endirməlidirlər. 

 

      Protokolu  2000‐ci  ildə  Azərbaycan  Parlamenti  ratifikasiya  etmişdir.  Protokol  İqlim 



Dəyişmələri Konvensiyasının üç icra mexanizmini müəyyən etmişdir: 

 

1. Birgə həyata keçirmələr mexanizmi. Bu mexanizm inkişaf etmiş və iqtisadiyyatı keçid 



dövründə  olan  ölkələr  arasında  istixana  effekti  yaradan  qazların  emissiyalarının 

azaldılması üzrə birgə layihələrin yerinə yetirilməsini nəzərdə tutur. 

2. Tullantıların ticarəti mexanizmi. Bu inkişaf etmiş ölkələrin öz aralarında kvotalarını 

artırmaqdan ötrü olan bir mexanizmdir. 

17

 



                                                                                                                           EKOLOJİ SİYASӘT 

3. Təmiz İnkişaf Mexanizmi (TİM). Bu mexanizm inkişaf etmiş ölkələrin öz kvotalarını 

artırmaqdan  ötrü  inkişaf  etməkdə  olan  ölkələrdə  tullantıların  azaldılmasına  gətirən 

layihələrin həyata keçirilməsindən ötrüdür.  

     Azərbaycan  Respublikasının  istənilən  özəl  və  dövlət  şirkətləri,  təşkilatları  bu 

mexanizm  vasitəsi  ilə  tullantıların  azaldılması,  enerjidən  istifadəyə  qənaət,  bərpa 

olunan  enerjidən  istifadə,  meşə  örtüyünün  salınması  (karbon  qazının  udulması  və 

yığılması)  layihələrini  inkişaf  etmiş  ölkələrin  şirkətlərinə,  beynəlxalq  maliyyə 

qurumlarına təklif edə bilərlər. 

 

Neftqazçıxarma  və  emal  sənayesində  istixana  effekti  yaradan  qazların  azaldılması 



potensialı böyükdür və neft‐qaz çıxarma artdıqca bu potensial  da artır. Bu vaxta qədər 

bir  çox  enerji  effektivliyi  layihələri  yerinə  yetirilmiş,  lakin  onlar  TİM  layihələri  kimi 

beynəlxalq  səviyyəyə  çıxarılmamışdır.  TİM  layihələri  ən  müasir  texnologiyaların, 

investisiyaların  ARDNŞ‐nin  istehsalat  sahələrinə  gətirilməsinə  imkan  verə  bilər. 

Bundan ötrü beynəlxalq standartlara cavab verən layihələrin işlənilməsi lazımdır. 

 

Odur  ki,  ARDNŞ‐nin  yaxın  gələcəkdə  Ekoloji  Siyasətinin  əsas  istiqamətlərindən  biri 



TİM  layihələrində  aktiv  və  əlaqəli  iştirakı  təmin  etməkdir.  Bundan  ötrü  ARDNŞ 

aşağıdakı işlərin görülməsini planlaşdırır: 

 



 



ARDNŞ‐nin  fəaliyyət  göstərdiyi  sahələrdən  atmosferə  atılan  istixana  effekti 

yaradan  qazların  mənbələrinin  inventarlaşdırılması  və  hər  il  yeniləşən  istixana 

effekti yaradan qazları kadastrının yaradılması; 

 



 

Tullantıların  azaldılmasına  gətirən,  enerjiyə  qənaət  edən  layihə  təkliflərinin 

hazırlanması  və  onların    Kioto  Protokolunun  Təmiz  İnkişaf  Mexanizmi 

çərçivəsində beynəlxalq səviyyəyə çıxarılması; 

 



 



Yeni layihələrin və bərpa işlərinin  həyata keçirilməsində istixana effekti yaradan 

qazların  tullantılarına  nəzarətin  və  onların  azaldılması  tədbirlərinin  həyata 

keçirilməsi; 

 



 

İstixana  effekti  yaradan  qazların    monitorinqi  sisteminin  yaradılması  və  

aparılması; 

 



 

İqlim  dəyişmələri  üzrə  milli  və  beynəlxalq  layihələrdə  fəal  iştirak  etmək, 

beynəlxalq əməkdaşlığın həyata keçirilməsi. 

 

     

 Beynəlxalq  Dəniz  Təşkilatı  Konvensiyası

  1948‐ci  ildə  təsis  olunub,  Azərbaycan 

1995‐ci  ildən  bu  Konvensiyanın  üzvüdür.  Konvensiyanın  məqsədi  beynəlxalq  dəniz 

ticarət gəmiçiliyində bütün məsələlər üzrə texniki əməkdaşlığı həyata keçirmək, dəniz 

naviqasiyası  və  dənizdə  təhlükəsizlik  sahəsində  ən  yaxşı  standartların  tətbiqinə  nail 

olmaq,  dənizin  gəmilər  tərəfindən  çirklənməsinin  qarşısını  almaqdır.  Konvensiyanın 

icra  orqanı  Londonda  yerləşən  Ümumdünya  Dəniz  Təşkilatıdır  və  Konvensiyanın 

18

 



Yüklə 341,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə