Azәrbaycan respublikasi döVLӘt neft şİRKӘTİ ekoloji SİyasәT



Yüklə 341,25 Kb.
Pdf görüntüsü
səhifə13/13
tarix26.10.2017
ölçüsü341,25 Kb.
#6603
1   ...   5   6   7   8   9   10   11   12   13

                                                                                                                           EKOLOJİ SİYASӘT 

çirkli  suların  dənizə  atılmasının  tamamilə  dayandırılması,  onların  təmizlənərək 

təkrar istifadəsi və ya kanalizasiya sistemlərinə ötürülməsi; 

 



İstismarı qeyri‐məqbul qiymətləndirilən neft quyularının ləğv edilməsi. 

 

II.  İCRASI  TƏDQİQAT,  QİYMƏTLƏNDİRMƏ  VƏ  YENİ  METODLARIN 



TƏTBİQİNİ TƏLƏB EDƏN EKOLOJİ TƏDBİRLƏR: 

 

 



Ətraf 

mühitə 


atılan 

tullantıların 

inventarlaşdırılması, 

məlumatların 

qiymətləndirilməsi və  idarə edilməsi sisteminin yaradılması; 

 



Müəssisələrdə tətbiq olunan texnologiyalara uyğun  tullantı və axıntı limitlərinin 

təyin edilməsi; 

 

Yeni  layihələrdə  ətraf  mühitin  ilkin  vəziyyətinin  və  potensial  təsirlərin 



qiymətləndirilməsinin yerinə yetirilməsi; 

 



Tullantıların,  xüsusilə  də  təhlükəli  və  ya  emalı  bu  gün  mümkün  olmayan 

tullantıların  zərərsizləşdirilməsi  üçün  yeni  metodların  və  texnoloji  üsulların 

araşdırılması, tətbiq imkanlarının qiymətləndirilməsi; 

 



Ekoloji  monitorinq  sisteminin  təkmilləşdirilməsi  və  təşkili.  Xəzər  dənizində 

yerləşən obyektlərdə kompleks monitorinqin tətbiqi. 

 

III.  EKOLOJİ  PROBLEMLƏRİN  MƏQSƏDYÖNLÜ  VƏ  DAVAMLI  HƏLLİNİN 

TƏŞKİLİNDƏN  ÖTRÜ  İDARƏETMƏNİN  TƏKMİLLƏŞDİRİLMƏSİ,  FƏALİYYƏT 

PLANLARININ İŞLƏNİLMƏSİ VƏ REALİZƏ EDİLMƏSİ 

 

1.  Ekoloji  idarəetmə  strukturunun  təkmilləşdirilməsi  və  icra  mexanizmlərinin, 

sənədləşmə sisteminin təşkili: 

 

 



ARDNŞ‐də  ekoloji  fəaliyyətin  statusunun  yüksəldilməsi,  Ekoloji  Siyasətin 

tələblərinə cavab verən idarəetmə strukturunun yaradılması; 

 

Ekoloji  Siyasətin  İcra  Mexanizmlərinin  hazırlanması,  istehsalat  sahələrində 



bütün fəaliyyətin Ekoloji Siyasətə uyğun təşkilinin təmini. 

 

2.  İqlim  dəyişmələrinə  səbəb  olan  istixana  effekti  yaradan  qazların  emissiyalarının 

azaldılması strategiyası: 

 

 



ARDNŞ‐nin  istehsalat  sahələrindən  atmosferə  atılan  istixana  effekti  yaradan 

qazların  mənbələrinin  inventarlaşdırılması  və  hər  il  yeniləşən  istixana  effekti 

yaradan qazların kadastrının yaradılması; 

 



Tullantıların  azaldılmasına  gətirən,  enerjiyə  qənaət  edən  layihə  təkliflərinin 

hazırlanması  və  onların    Kioto  Protokolunun  Təmiz  İnkişaf  Mexanizmi 

çərçivəsində beynəlxalq səviyyəyə çıxarılması; 

 



Yeni layihələrin və bərpa işlərinin  həyata keçirilməsində istixana effekti yaradan 

qazların tullantılarının  azaldılması tədbirlərinin həyata keçirilməsi; 

 

İstixana  effekti  yaradan  qazların    monitorinqi  sisteminin  yaradılması  və  



aparılması; 

33

 




                                                                                                                           EKOLOJİ SİYASӘT 

 



İqlim  dəyişmələri  üzrə  milli  və  beynəlxalq  layihələrdə  fəal  iştirak  etmək, 

beynəlxalq əməkdaşlığın həyata keçirilməsi. 



 

3. Neftlə Çirklənmiş Torpaqların Təmizlənməsi Strategiyası və Fəaliyyət Planı 

 

 



Neftlə çirklənmiş torpaqların  inventarlaşdırılması; 

 



Çirklənmənin ölçülərinin, həcminin, dərəcəsinin qiymətləndirilməsi; 

 



Təmizləmə metodlarının və  texnologiyalarının seçilməsi; 

 



Torpaqların təmizlənməsi və landşaftın bərpası planlarının işlənilməsi və onların 

həyata keçirilməsi. 

 

4. 

Gözlənilməz  neft  dağılmalarının  qarşısının  alınması    və  nəticələrinin  ləğvi  üzrə 

Fəaliyyət Planı 

 



ARDNŞ‐nin  Xəzər  dənizində  və  quru  ərazilərdə  neft  dağılmalarının  ləğv 

edilməsi üzrə Fəaliyyət Planı;  

 

Neft  dağılmalarının  qarşısının  alınması  üçün  istehsalat  idarələrinin  müasir 



texniki avadanlıqlarla təmin edilməsi; 

 



ARDNŞ‐nə  məxsus  gəmilərdə  formalaşan  tullantı  sularının,  neft  və  neft 

məhsulları  tullantılarının  toplanması  və  sahildə  zərərsizləşdirilməsi  sisteminin 

təkmilləşdirilməsi; 

 



Neft  dağılmalarına  qarşı  mübarizədə  milli  və  regional  əməkdaşlığın  həyata 

keçirilməsi; 

 

ARDNŞ‐nin  Xəzər  dənizindəki  fəaliyyət  zonalarında  və  onların  ətrafında 



çirklənmənin müntəzəm monitorinqini aparılması; 

 



Xəzər  dənizinin  ekologiyası  və  ətraf  mühitinin  mühafizəsi  ilə  məşğul  olan 

təşkilatlarla  elmi‐texniki,  fövqəladə  hallarda  isə  operativ  informasiya 

mübadiləsinin həyata keçirilməsi; 

 



Xəzər dənizinin ekologiyası və biomüxtəlifliyinin  qorunması sahəsində milli və 

regional    proqramlara,  layihələrə  dəstək  verilməsi,  onların  həyata  keçirilməsinə 

yardım edilməsi. 

5. Daxili Ekspertiza  və Ekoloji Auditin təşkili, aparılması  

 



Layihə və planların daxili ekoloji ekspertizasının aparılması; 

 



 Daxili ekoloji auditin aparılması qaydalarının hazırlanması və tətbiqi; 

 



Avadanlıqların və texnologiyaların sertifikatlaşdırılması; 

 



Ekoloji  baxımdan  təhlükəli  hesab  edilən  tullantılarla  bağlı  fəaliyyətin 

lisenziyalaşdırılması

.

  

6. Təmiz Ekologiya və Davamlı İnkişafa Yardım Proqramı 



 

 



Azərbaycan  Respublikası  ərazisində  bioloji  müxtəlifliyin,  Xəzər  dənizinin  təbii 

mühitinin  qorunması,  gənc  nəslin  ekoloji  şüurunun  inkişaf  etdirilməsi  və 

maarifləndirilməsi  ilə bağlı ekoloji proqramlara dəstək verilməsi; 

34

 




                                                                                                                           EKOLOJİ SİYASӘT 

 



Yoxsulluğun  ləğvi,  regionların  inkişafı,  əhalinin    sağlamlığı  və  ölkənin  davamlı 

inkişafına    yardım  edən  başqa  proqramlarda  iştirak  etmək,  müxtəlif  layihələrin 

yerinə yetirilməsi. 

 

IV. CARI İSTEHSALAT FƏALİYYƏTİ İLƏ BİRBAŞA BAĞLI, OPERATİV EKOLOJİ 



TƏHLÜKƏSİZLİK  QAYDALARININ,  TEXNOLOGİYALARIN,  STANDARTLARIN 

TƏTBİQİNİ TƏMİN EDƏN TƏDBİRLƏR 

 

 



Qüvvədə olan qanunvericilik, təhlükəsizlik, əməyin mühafizəsi, ekoloji standart 

və  qaydalara  uyğun    daxili  standartların,  təlimatların  və  davranış  qaydalarının 

işlənilməsi  və  tətbiqi.  Bu  qaydaların  ARDNŞ‐nin  müəssisələrinə,  agentlərinə, 

podratçılarına şamil olunmasının təmin edilməsi; 

 

Mərhələlərlə  və  ardıcıl  olaraq  daha  yüksək  tələblər  qoyan,  beynəlxalq  aləmdə 



qəbul edilmiş qaydaların tətbiqinə nail olunması; 

 



Personalın  müntəzəm  əsasda  təlimatlandırılması,  biliklərinin  yoxlanılması  və 

artırılması sisteminin tətbiq edilməsi, vaxtaşırı təlimlərin keçirilməsi; 

 

İstehsalatın  bütün  sahələrində  gözlənilməz  qəza  hallarının  ləğv  edilməsindən 



ötrü zəruri olan müasir  texniki avadanlıqların alınmasının təmin edilməsi; 

 



Ekoloji  təhlükəsizliyin  daimi  nəzarətdə  saxlanılması  tələb  olunan  istehsalat 

sahələrində stasionar və mobil monitorinqin təşkil edilməsi, həyata keçirilməsi.  

35

 



                                                                                                                           EKOLOJİ SİYASӘT 

 

8. ARDNŞ‐nin  KADR HAZIRLIĞI VƏ EKOLOJİ TƏHSİL SAHƏSİNDƏ SIYASƏTI 



 

       Ekologiya  sahəsində  kadrların  hazırlanmasının,  personalın  peşəkarlığının 

təkmilləşdirilməsinin  məqsədi  ARDNŞ‐nin  Ekoloji  Siyasətindən  irəli  gələn  vəzifələrin 

yerinə yetirilməsini təmin etməkdir. 

 

     ARDNŞ sistemində ətraf mühitin idarə edilməsi yeni sahədir və ekologiya sahəsində 



elmi‐texniki  tərəqqinin  nailiyyətlərinə  yiyələnmiş  müasir  kadrlara  Şirkətin  ehtiyacı 

vardır.  Həmçinin  kadrların  davamlı  təkmilləşdirilməsi  sisteminin  yaradılması  Şirkətin 

ümumi təhsil sisteminin ayrılmaz hissəsidir. 

 

     Azərbaycan  Respublikası  qanunvericiliyinin  tələblərinə    görə  ətraf  mühitə  və 



insanların  sağlamlığına  zərərli  təsir  göstərən  müəssisə  və  təşkilatların  rəhbərləri, 

mütəxəssisləri  uyğun  ekoloji  hazırlıq  və  biliklərə  malik  olmalıdırlar.  Burada  əsas 

məqsəd  ondan  ibarətdir  ki,  mütəxəssis  o  səviyyədə  hazırlanmalıdır  ki,  o  özü  qərar 

çıxarmağı  və  onun  nəticəsinə  məsuliyyət  daşımağı  bacarmalıdır.  Odur  ki,  ekoloji 

təhsilin  əsas  vəzifəsi  kadrların    biliklərini    və    praktiki  peşə  vərdişlərini  özündə 

birləşdirən ekoloji şüurun formalaşmasıdır 

 

 ARDNŞ Ekoloji Təhsil Siyasətini aşağıdakı kimi aparacaqdır:  



 

 



Ekoloji  Siyasətin  vəzifələrinə  uyğun  olaraq  personalın  təhsil  kateqoriya 

növlərinə görə  tələbatının müəyyən edilməsi; 

 



 



Beynəlxalq  tələblərə  cavab  verən,  ekoloji  təhsil  üzrə  həmişə  yeniləşən  tədris 

proqramlarının,  uyğun  tədris‐metodiki,  texniki  və  informasiya  təminatı 

proqramlarının işlənilməsi; 

 



 

Ekoloji  təhsil,  kadrların  hazırlığı  və  təkmilləşdirilməsi  reqlamentini  təyin  edən 

qaydaların,  ekologiya  üzrə  attestasiya,  tabeli  təşkilatlarda  ekoloji  təhsil  üzrə 

hesabat vermə proseduralarının  işlənilməsi; 

 



 



Yeni  ekoloji  texnologiyaların  tətbiqi  üzrə  ixtisasartırma  kurslarının  təşkili  və 

aparılması; 

 



 



Gənc mütəxəssislərin praktiki peşə vərdişlərinin artırılması “İş yerində fasiləsiz 

təcrübə və xüsusi kurslarda təhsil” sisteminin tətbiq edilməsi; 

 



 



Təkmilləşdirmə  və  ixtisasartırma  kurslarında  tədris  prosesinə  neft‐qaz 

sənayesinin  ekologiyası  sahəsində    yüksək  səviyyəli  mütəxəssislərin  iştirakının 

təmin edilməsi; 

36

 




                                                                                                                           EKOLOJİ SİYASӘT 

 



Ətraf mühitin və ekoloji təhlükəsizliyin ayrı‐ayrı istiqamətləri üzrə xüsusi təlim 

və  sertifikatlar  verən  beynəlxalq  təhsil  mərkəzlərində  mütəxəssislərin 

ixtisaslarının artırılması və yeni ixtisas almalarının təmin edilməsi; 

 

 



 İxtisaslaşdırılmış ali məktəblərin istedadlı tələbələrinin qabaqcıl xarici ölkələrdə 

təhsil almalarına yardım və dəstək verilməsi; 

 



 



Neft‐qaz  çıxarma  və  emal    sənayesinin  ekoloji  problemlərinin  həlli  ilə  məşğul 

olan  alimlərə,    xüsusilə  gənc  alimlərə  və  aspirantlara  lazımı  köməkliyin 

göstərilməsi və inkişaf üçün zəruri şəraitin yaradılmasının təmin edilməsi; 

 



 

Ekoloji  maarifləndirmə  üzrə  ARDNŞ‐nin  fəaliyyət  ərazilərində  yerləşən  yerli 

icmalar və orta məktəb uşaqları üçün ekoloji sərgilərin, müsabiqələrin və ekoloji 

mədəniyyətin yüksəldilməsi tədbirlərinin keçirilməsi; 

 



 



ARDNŞ‐nin  bütün  tabeliyindəki  olan  təşkilatlarında,  müştərək    müəssisələrdə 

ekoloji  təhlükəsizlik,  təbii  mühitin  qorunmasının  stimullaşdırılması  ilə  bağlı 

plakatların, lövhələrin yerləşdirilməsi. 

 

37



 


                                                                                                                           EKOLOJİ SİYASӘT 

 

9.  ARDNŞ‐nin  ƏTRAF  MÜHİTİN  QORUNMASI  VƏ  TƏBİİ  EHTİYATLARDAN 



SƏMƏRƏLİ İSTİFADƏ SAHƏSİNDƏ İNFORMASİYA SİYASƏTİ 

 

      



ARDNŞ‐nin    İnformasiya  Siyasətinin  məqsədi  ölkənin  stabil  iqtisadi  və  davamlı 

inkişafının  qarantı  kimi  neft‐qaz  çıxarılması  və  emalı  sənayesi  barədə  ictimaiyyətdə 

müsbət  fikrin  formalaşdırılmasıdır.  Əsas  istiqamət  aparılacaq    və    görülmüş  ekoloji 

işlərin təbliği və ictimai fikrin inkişaf etdirilməsidir.  



 

      ARDNŞ  son  dövrdə  öz  fəaliyyəti  barədə  məlumatları  kütləvi  informasiya 

vasitələrində,  o  cümlədən  internet  vasitəsilə  (

www.socar.az

)  yayılması  sahəsində 

intensiv  işlər  aparır.  Artıq  qeyri‐hökumət  təşkilatları,  alimlərin,  bələdiyyələrin  və 

ictimaiyyətin  digər  nümayəndələrinin  iştirakı  ilə  müxtəlif  layihələrə  həsr  olunmuş 

görüşlərin  və  mətbuat  konfranslarının  keçirilməsi    adi  hala  çevrilmişdir.  ARDNŞ‐nin 

Ekologiya  İdarəsinin  internet  səhifəsi  yaradılmışdır  (

www.socareco.az

)  və  burada  

Şirkətdə  ekologiya  sahəsində  görülən  işləri,  ekoloji  idarəetmə  strukturu,  yeniliklər 

barədə məlumatlar  yerləşdirilir. 

 

     ARDNŞ‐nin  ümumi  informasiya  sistemində  yeni  ekoloji  siyasətin  icrası  ilə  bağlı 



məsələlərin  geniş  yer  tutması,  onun  2006‐cı  ildən  başlayaraq  fəaliyyət  sahələrində 

 ekoloji  vəziyyətin  yaxşılaşdırılması  sahəsində  konstruktiv  işləri  görməsi,  bu  sahədə 

dövlət proqramlarında aktiv iştirak ilə  şərtləndirilir. 

 

     Digər  fəaliyyət  növlərindən  fərqli  olaraq  ekoloji  informasiyaların  yayılmasına  və 



müzakirəsinə həm beynəlxalq, həm də milli qanunvericilikdə xüsusi əhəmiyyət verilir. 

Belə  ki,  Ətraf  Mühitin  Mühafizəsi  haqqında  Qanuna  görə  hər  bir  layihənin  icrasının 

bütün  mərhələlərində  onun  həyata  keçiriləcəyi  ərazilərin  yerli  əhalisi,  KİV 

nümayəndələri  və  QHT‐larla  müntəzəm  məsləhətləşmələr  aparılmalıdır,  onların 

layihələrdə  fəal  iştirakı  təmin  edilməlidir.  Bu  məsləhətləşmələr  layihələr  çərçivəsində 

görüləcək  işlərin  yerli  ictimaiyyətə  birbaşa  təsir  göstərəcəyi  məqamlarda  mühüm 

əhəmiyyət  kəsb  etməlidir.  Təbii  və  sosial  mühit  yerli  əhalinin  qanuni  istəyinin  əksinə 

olaraq  dəyişdirilə  bilməz,  hər  hansı  dəyişiklik  zamanı  onların  razılığı  ilkin  şərt 

olmalıdır. 

 

     Ətraf mühitlə bağlı məsələlər üzrə İnformasiyalara yol, qərarların qəbulu prosesində 



ictimaiyyətin  iştirakı  və  ədalətə  yol  (imkan)  haqqında  Konvensiyaya  (Orxus 

Konvensiyası) Azərbaycan 1999‐cu ildə qoşulmuşdur.  

 

     İnformasiya  siyasəti  sahəsində  beynəlxalq  təcrübənin    analizi  göstərir  ki,  dünyanı 



əksər neft şirkətləri öz praktikalarında mətbuat haqqında milli qanunvericiliklə yanaşı, 

Orxus 


Konvensiyasının, 

Sərhədlərarası 

kontekstdə 

ətraf 


mühitə 

təsirin 


qiymətləndirilməsinə 

dair 


Konvensiyanın 

müddəalarını, 

Dünya 

Bankının 



İnformasiyaların  Aşkarlığı,  AYİB‐ın  Ətraf  Mühitin  Qorunması  və  Sosial  Siyasət 

sahəsində qaydalarını, İctimaiyyətin Məlumatlandırılması Prinsiplərini rəhbər tuturlar. 

 

38

 




                                                                                                                           EKOLOJİ SİYASӘT 

     ARDNŞ‐də    Ekoloji  Siyasətinin  müddəalarını  yerinə  yetirərkən  yuxarıda  sadalanan 

qanunların,  qaydaların  tələblərini  rəhbər  tutacaq    və  informasiyaların  aşkarlığına  tam 

təminat  verəcəkdir.  ARDNŞ‐nin  ətraf  mühitin  qorunması  və  təbii  ehtiyatlardan 

səmərəli istifadə sahəsində İnformasiya Siyasəti aşağıdakılardan ibarətdir

 



1.  ARDNŞ  Ekoloji  Siyasətin  yerinə  yetirilməsi  üzrə  illik  hesabat  hazırlayacaq.  Bu 

hesabatda  məhdudiyyət  qoymadan  ətraf  mühit  haqqında  bütün,  o  cümlədən 

tullantıların ümumi miqdarı və növü barədə, görülmüş tədbirlər, yeni layihələr onlara 

çəkilən  xərclər  və  s.  məlumatlar  öz  əksini  tapacaqdır.  Hesabat  çap  olunacaq,  Şirkətin 

internet  səhifəsində  yerləşdiriləcək  və  ictimaiyyət  üçün  mətbuat  konfransları 

keçiriləcəkdir; 

 

2. ARDNŞ cari istehsalat və ekoloji layihələrin icrası, Ətraf Mühitin qorunması və təbii 



ehtiyatlardan səmərəli istifadə sahəsində milli, regional, beynəlxalq səviyyədə keçirilən 

konfranslarda  ARDNŞ‐nin  Ekoloji  Siyasəti  üzrə  görülmüş  işlər  barədə  məlumatlar, 

KİV‐nə,  QHT‐na  məlumatlar  informasiya  agentlikləri  və  internet  vasitəsi  ilə 

yayımlanacaqdır, mühüm məsələlər barədə press‐relizlər veriləcəkdir; 

 

3.  Yeni  layihələrin  ictimaiyyətlə  müzakirəsi  barədə  məlumatlar  ən  azı  7  gün 



qabaqcadan  yayımlanacaqdır.  Müzakirələrdə  yerli  əhalinin  və  ictimai  birliklərin,  elmi 

ictimaiyyətin, media nümayəndələrinin iştirakı təmin olunacaqdır. 

  

4. ARDNŞ obyektləri yaxınlığında yerləşən yaşayış  məntəqələrinin sakinlərinin şikayət 



və müraciətlərinə baxılmasını, həmçinin ekologiya sahəsində QHT‐nın, elmi  

təşkilatların  müraciətləri,    dialoq  tələb  edən  məsələlərin  müzakirəsini  həyata 

keçirəcəkdir. Sağlam, obyektiv fikir və təkliflər  qəbul ediləcəkdir; 

 

5.    Kommersiya  sirri  olmayan  və  ölkənin  maraqlarına  xələl  gətirməyən  bütün 



məlumatlar yayımlanacaqdır; 

 

6.  Vətəndaşların  ekoloji  təhlükələr  və  gözlənilməz  hadisələr  barədə  xəbərdarlıqları, 



müraciətləri qaynar xətt vasitəsi ilə operativ şəkildə qəbul ediləcəkdir; 

 

7. Transsərhəd və regional xarakterli ekoloji layihələr, proqramlar, ARDNŞ‐nin onlarda 



iştirakı  barədə  məlumatlar  beynəlxalq  və  regional  ekoloji  mərkəzlərin  internet 

səhifələrində yerləşdiriləcəkdir. 

 

39

 




                                                                                                                           EKOLOJİ SİYASӘT 

40

 



 

İXTİSARLAR 

 

ARDNŞ ‐ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 



AYIB – Avropa Yenidənqurma və İnkişaf Bankı 

AİB – Asiya İnkişaf Bankı 

BMK – Beynəlxalq Maliyyə Korporasiyası 

BMT ‐ Birləşmiş Millətlər Təşkilatı  

DEE‐ Dövlət Ekoloji Ekspertizası 

ETSN – Ekologiya və Təbii Sərvətlər Nazirliyi 

FHN – Fövqəladə Hallar Nazirliyi 

ƏMTQ – Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi  

İPİECA 

‐ 

Ətraf Mühit üzrə Neft Sənayesi Nümayəndələrinin Beynəlxalq Assosiasiyası 



KİV ‐  Kütləvi İnformasiya Vasitələri 

OECD – İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı 

QEF – Qlobal Ətraf Mühit Fondu 

QHT ‐  Qeyri  Hökumət Təşkilatları 

TİM  – Təmiz İnkişaf Mexanizmi 

UNDP – BMT‐nin İnkişaf Proqramı 

UNEP ‐ BMT‐nin Ətraf Mühit Proqramı 

UNESCO ‐ BMT‐nin elm, təhsil və mədəniyyət təşkilatı 



XDGİ – Xəzər Dəniz Gəmiçiliyi İdarəsi 

 

Yüklə 341,25 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə