EKOLOJİ SİYASӘT
•
Mövcud ekoloji problemlərin həllinə, ətraf mühitə təsirlərin azaldılmasına
yönələn tədbirləri özündə birləşdirən fəaliyyət planlarının hazırlanması və
yerinə yetirilməsi;
•
Ekoloji monitorinq, ətraf təbii mühitə və insanların sağlamlığına təsir edəcək
ekoloji
risklərin
proqnozlaşdırılması,
qiymətləndirilməsi
sisteminin
təkmilləşdirilməsi;
•
Ətraf mühitin qorunması, əhalinin sağlamlığı, təbii ehtiyatlardan səmərəli
istifadə sahəsində dövlət, hökumət orqanları və ictimai təşkilatlarla
əlaqələrin genişləndirilməsinin həyata keçirilməsi;
•
Ekologiya və təbii ehtiyatlardan səmərəli istifadə sahələrində elmi‐texniki və
beynəlxalq iqtisadi əlaqələrin inkişaf etdirilməsi ;
•
İstehsalat müəssisələrində və idarələrdə kadrların hazırlanması, biliklərin
təkmilləşdirilməsi sisteminin inkişaf etdirilməsi, personalın ümumi ekoloji
mədəniyyətinin yüksəldilməsi;
•
Ekoloji problemlərin həlli və Siyasətin müddəalarının icrası ilə bağlı geniş
informasiya – təbliğat tədbirlərinin yerinə yetirməsi, ictimai fikirlərin inkişaf
etdirilməsi, ekoloji məsələlərin həllində ictimaiyyətin köməyindən istifadə
olunması.
9
EKOLOJİ SİYASӘT
3. EKOLOJİ SIYASƏTIN HÜQUQİ ƏSASLARI
3.1. GİRİŞ
Bu
bölmədə
neft‐qaz
sənayesinin
bütün
texnoloji
mərhələlərində
(layihələndirmədən başlamış neftin çıxarılması, nəqli və emalına kimi) Azərbaycanda
ətraf mühitin qorunmasını, ekoloji tarazlığı və təhlükəsizliyi tənzimləyən
qanunvericilik aktlarının, fərman və qərarların, norma və qaydaların neft‐qaz
sənayesinə aid hissələrinin təhlili və icmalı verilir. Bu təhlillər əsasında milli hüquqi
çərçivəyə uyğun olaraq ekoloji siyasətin prinsipləri işlənilmişdir. Bu prinsiplər eyni
zamanda əsaslandırılmış daxili standartların işlənilməsi istiqamətlərini də özündə əks
etdirir.
3.2. ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ QANUNVERİCİLİK VƏ
TƏNZİMLƏYİCİ QAYDALAR
Ümumi qanunvericilik
.
Azərbaycan Respublikası Konstitusiyasında Maddə 148
milli qanunvericilik sistemini aşağıdakı kimi təsdiq edib.
I. Milli qanunvericilik sisteminə daxil olan aktlar:
•
Konstitusiya;
•
Referendumla qəbul edilmiş aktlar;
•
Qanunlar;
•
Fərmanlar;
•
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları;
•
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları;
II. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan
Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir.
Ətraf Mühitin Mühafizəsi və Ekoloji Təhlükəsizlik üzrə Qanunlar.
Azərbaycanda ətraf mühitin mühafizəsini və təbii ehtiyatlardan istifadəni tənzimləyən
baza qanunvericilik aktları Cədvəl 1‐də verilmişdir.
Ətraf Mühitin Mühafizəsi Qanunu,
1999‐cu ildə qəbul olunub (son düzəlişlər 30
mart 2000‐ci ildə edilib). Qanunda təbiəti mühafizənin əsas prinsipləri, dövlətin, ictimai
təşkilatların və vətəndaşların bu sahədə hüquq və vəzifələri göstərilmiş, təbiət
istifadəçiləri tərəfindən ətraf mühitin, istehsalat monitorinqinin aparılması vəzifələri
müəyyən edilmiş, təhlükəli fəaliyyət növləri üçün «ekoloji sığorta» termini, habelə
təsərrüfat fəaliyyətinin könüllü və məcburi ekoloji auditi daxil edilmişdir. Həmçinin
qanunda onun tələblərinin pozulmasına görə məsuliyyətin əsasları müəyyən
edilmişdir.
10
EKOLOJİ SİYASӘT
Cədvəl 1.
Ətraf mühit və Təbii ehtiyatlardan istifadə sahəsində əsas qanunlar
Qanunvericilik aktları
Ətraf Mühitin Mühafizəsi Haqqında
Ekoloji Təhlükəsizlik Haqqında
Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri və Obyektləri Haqqında
Sanitar‐Epidemioloji Təhlükəsizlik Haqqında
Atmosfer Havasının Mühafizəsi Haqqında
Torpaq Məcəlləsi
İstehsalat və Məişət Tullantıları Haqqında
Su Məcəlləsi
Radioaktiv Tullantılar Haqqında
Torpaqların Məhsuldarlığı Haqqında
Azərbaycan Respublikasının ʺƏtraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə
edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq
keçirilməsi haqqındaʺ BMT‐nin Konvensiyasına qoşulması barəsində Azərbaycan
Respublikasının Qanunu
Balıqçılıq Haqqında
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: Ekoloji Cinayətlər
Əhalinin Radiasiya Təhlükəsizliyi Haqqında
Heyvanlar Aləmi Haqqında
Yerin Təki Haqqında
Hidrometeorologiya Fəaliyyəti Haqqında
Qanun aşağıdakı məsələlərə ünvanlanıb:
− Dövlət, onun vətəndaşları, ictimai əlaqələr və yerli hakimiyyət orqanlarının hüquq və
öhdəlikləri ;
− Təbii sərvətlərdən istifadə;
− Monitorinq, standartlaşdırma və sənədləşdirmə;
− Ətraf mühitin mühafizəsinin iqtisadi tənzimlənməsi;
− İqtisadi fəaliyyətlər üçün ekoloji tələbatlar;
− Ekoloji təhsil, elmi axtarış, statistika və məlumat;
− Ekoloji böhran və ekoloji cəhətdən təhlükəli zona;
− Ətraf mühitin mühafizəsinə nəzarət;
− Ekoloji auditin aparılması;
− Ətraf mühit qanunvericiliyində pozuntu halları baş verən zaman öhdəliklər;
− Beynəlxalq əməkdaşlıq.
Ətraf mühitin mühafizəsi haqqında Qanuna görə təbii ehtiyatlardan istifadə edənlər
qanunla müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və
ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etməlidirlər. Qanuna görə təbii
ehtiyatlardan istifadə edənlər torpaqların rekultivasiyası, təbii resursların bərpası və
11