Azәrbaycan respublikasi döVLӘt neft şİRKӘTİ ekoloji SİyasәT



Yüklə 341,25 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix26.10.2017
ölçüsü341,25 Kb.
#6603
1   ...   5   6   7   8   9   10   11   12   13

                                                                                                                           EKOLOJİ SİYASӘT 

torpaq təmizləmə qurğularının (1 stasionar və 6 mobil) alınması nəzərdə tutulmuşdur. 

Ümumən ARDNŞ 2010‐cu ilin sonuna kimi köhnə yataqların ərazisində 5410 ha ümumi 

çirklənmiş torpaq sahələrin təmizlənməsini  nəzərdə tutur. 

       

 7.3.5. Neft dağılmaları 

 

     

Neft çıxarma və nəql etmə əməliyyatları zamanı həm dənizdə, həm də quruda neft 

sızmaları  və  dağılmaları  olur.  Bunun  əsas  səbəbi  mədənlərində  istismarda  olan  qurğu 

və  avadanlıqların  köhnə  olması,  gözlənilməz  qəza  hallarıdır.  Neft  mədənlərində  iri 

miqyaslı  neft  dağılmaları  1978‐ci  ildə  Bahar  yatağında,  1986‐cı  ildə  Günəşli  yatağında 

müşahidə  olunmuşdur.  Hələlik  ARDNŞ‐də  neft  dağılmalarına  qarşı  mübarizə  sistemi 

mövcud deyildir. 

 

7.3.6.  Bərk tullantılar 



 

       

ARDNŞ‐nin  fəaliyyət  sahələrində  formalaşan  bərk  tullantılar  korroziyaya  uğramış 

metal  tullantıları,  istismar  müddəti  keçmiş  və  dənizdə  batmış  gəmilər,  tikinti 

materialları  qalıqları  və  başqalarıdır.  Adətən  metal  tullantıları  metal  qəbulu 

məntəqələrinə təhvil verilir. Bakı buxtasında və adalarda batmış gəmilərin çoxu hələ də 

çıxarılmayıb.  Tikinti  materialları  tullantıları  isə  mədən  ərazilərində  abadlaşdırır  və 

torpaq  işlərində  təkrar  istifadə  edilir.  Lakin  neft  mədənləri  ərazisində,  xüsusi  ilə  də 

Abşeron  yarımadasında  əhali  və  başqa  sənaye  obyektləri  tərəfindən  tikinti  və  məişət 

tullantılarının  atılması  hələ  də  davam  edir.  Bu  tullantılar  külli  miqdardadır  və  onlara 

yarımadanın hər yerində rast gəlinir. 

 

7.3.7. Ekoloji Monitorinq 

 

       

ARDNŞ‐nin  fəaliyyət sahələrində  ekoloji monitorinq Ekologiya İdarəsi tərəfindən 

aparılır. Monitorinq Xəzər dənizi akvatoriyası və sahilyanı suların, quruda səth, qrunt 

suların,  torpaqların  çirklənməsi  üzərində  aparılır.  Ekoloji  monitorinqin  müasir 

səviyyədə  təşkilindən  ötrü  yeni  laboratoriya  avadanlıqlarının  alınması,

     


ekologiya  və 

keyfiyyət  sistemlərinin  tələblərinə  uyğun  olaraq  monitorinq  sisteminin  daima 

təkmilləşdirilməsi  və  inkişaf  etdirilməsini    ISO  9001,  ISO  14001  və  OHSAS  18001 

beynəlxalq standartlarının tələblərinə uyğun təşkili həyata keçirilməyə başlanmışdır. 

 

 7.4. TEXNOLOJİ MODERNLƏŞDİRMƏ 



 

     ARDNŞ  keçmişdən  qalmış  ekoloji  problemlərin  həlli  və  cari  əməliyyatlarda  ekoloji 

təhlükəsizliyin  təmin  edilməsindən  ötrü  fəaliyyət  sahələrində  ekoloji  siyasətinə  baxışı 

tamamilə təkmilləşdirmək niyyətindədir.



 

 

     Ekoloji problemlərin mövcud olduğu sahələrin əksəriyyəti  neft mədənləri və digər 



istehsalat  sahələrinin  əraziləridir.  Bu  günə  qədər  neftin  çıxarılması,  nəqli,  emalı 

müəssisələrində  köhnəlmiş  istismar  və  infrastruktur  texnologiyalarından  istifadə  ətraf 

31

 



                                                                                                                           EKOLOJİ SİYASӘT 

mühitin  çirklənməsinə  şərait  yaradır.  Belə  bir  şərait  ekoloji  problemlərin  sürətli  və 

davamlı  həllində  ən  böyük  maneədir,  onları  həll  etmədən  ətraf  mühitin 

sağlamlaşdırılması  tədbirlərinin  görülməsi  mümkün  deyildir.  Məsələn,  mədən 

ərazilərində  neftlə  çirklənmiş  torpaqların  təmizlənməsi  işlərinə  başlamazdan  əvvəl 

mədən  infrastrukturu  (boru  kəmərləri,  lay  suları  anbarları,  suvurma  sistemləri  və  s.) 

əsaslı təmir edilməli çevirilməsi və ya yeniləri ilə əvəz edilməlidir.   

 

      Odur  ki,  ARDNŞ‐nin  həm  quruda,  həm  də  dənizdə  fəaliyyət  sahələrində  texnoloji 



modernləşdirmə istehsalatın aşağıdakı sahələrini əhatə edəcəkdir: 

 

1.



 

Neft çıxarılmasında müasir texnologiyalardan  və üsullardan istifadənin tətbiq 

edilməsi.  Müasir  texnologiyalardan  istifadə  etməklə  köhnə  neftçıxarma 

ərazilərində  quyuların  sayını  optimallaşdırmaq  və  ekoloji  risklərin  bir‐neçə 

dəfə  azaldılmasına nail olmaq. 

 

2.



 

 Neft‐qaz quyularından, boru kəmərlərindən, kompressor stansiyalarından, lay 

suları  çənlərindən  sızmaların  qarşısını    almaq.  Bundan  ötrü    torpaq 

kanallarının  dəmir  ‐  beton  kanal  və  ya  boru  xətləri  ilə  əvəz  edilməsi,  yeni 

enerjiyə  qənaət  edən  nasos  stansiyalarının  quraşdırılması,  boru  kəmərlərinin 

dəyişdirilməsi,  kanalizasiya‐drenaj  sularının  neftçıxarma  sahələrinə  daxil 

olmasının qarşısının alınması. 

 

3.



 

Neftin  susuzlaşdırılması,  duzsuzlaşdırılması  və  emalı  proseslərində  enerjiyə 

qənaət edən  texnologiyaların tətbiqini həyata keçirmək. 

 

7.5. EKOLOJİ SİYASƏTDƏ STRATEJİ İSTİQAMƏTLƏR VƏ TƏDBİRLƏR  

 

ARDNŞ‐nin keçmişdən qalan və cari istehsalat‐texnoloji prosesləri ilə bağlı olan ekoloji 

problemlərini aşağıdakı kimi təsnif etmək olar. 

 

I.  KEÇMİŞDƏN  QALAN,  HƏLLİ  TƏXİRƏSALINMAZ  OLAN  EKOLOJİ 

PROBLEMLƏR: 

 

 



Neft‐qaz əməliyyatları aparılmış bütün yataqların ərazilərində  neftlə çirklənmiş 

torpaqların təmizlənməsi; 

 

Lay  sularının  axıdılması  nəticəsində  tarixən  yaranmış  çirkli  göllərin  və 



gölməçələrin təmizlənərək qurudulması, lay sularının bu ərazilərə axıdılmasının 

qarşısının tamamilə alınması; 

 

Neft  mədənləri  ərazisində  geniş  yayılmış  sənaye‐məişət  tullantılarının  ləğv 



edilməsi; 

 



Xəzər  dənizinin  batmış  və  yarımbatmış  gəmilərdən,  sıradan  çıxmış 

estakadalardan və digər iri qabaritli metal tullantılardan təmizlənməsi; 

 

Xəzər  dənizində  və  sahil  zolağında  yerləşən  neft  mədənlərində  quyulardan, 



borulardan  axıntıların,  sızmaların  qarşısının  alınması,  neft  emalı  zavodlarından 

32

 




Yüklə 341,25 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə