Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s ak a d e m I y a s I



Yüklə 356,44 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix15.03.2022
ölçüsü356,44 Kb.
#84507
1   2   3   4   5   6
329 peshe etikasi movzu 7. menevi medeniyyet. exlaqi ve estetik medeniyyet

  

 

 

 

 

 

 

 


Sual 1. İctimai şüurun formaları və mənəvi mədəniyyət 

 

 

 



Mənəvi  həyat  tərzi  maddi  yaşayış  usulu,  maddi  –ictimai  varlığın  əsasında 

quruluşu  müəyyən  edir.  Elə  ona  görədir  ki,  hər  bir  ictimai-iqtisadi  formasiyanın  

xarakterinə    uyğun  spesifik  mənəvi  həyatı  olur.  Cəmiyyətin  mənəvi  həyatı  anlayışını 

çox  zaman    “ictimai  şüur”  anlayışı  ilə  eyniləşdirirlər.  Lakin,  onlar  bir-birinə  yaxın 

anlayışlar olsalar da, onları eyniləşdirmək düzgün olmazdı. Mənəvi həyat ən ümumini 

ifadə  edib,  geniş  əhatə  dairəsinə  malikdirsə,  ictimai  şüur  onun  tərkib  hissəsidir,  əhatə 

dairəsi cəhətdən nisbətən məhduddur. Cəmiyyətin mənəvi həyatının heç də bütün tərkib 

hissələri  (mədəniyyət,  dünyagörüşü,  adət-ənənələr, təhsil, peşə  fəaliyyəti  və  s.) ictimai 

şüur anlayışına aid edilə bilməz. İnsanlar maddi-iqtisadi fəaliyyət kimi müəyyən siyasi 

və əxlaqi ideyaları rəhbər tutaraq bilik, baxışlar və nəzəriyyələr əsasında hərəkət edirlər. 

Baxış və nəzəriyyələr isə cəmiyyət həyatında mühüm rol oynayan ictimai şüur sahəsinə 

aiddir. 


İctimai  şüurun  inikas  obyekti  –ictimai  varlıqdır,  insanı  əhatə  edən  gerçəklikdir. 

İctimai  şüur  yekcins  deyildir.  İctimai  varlığın  rəgarəng  və  çoxsahəli  olmasına  uyğun 

olaraq,  onun  inikası  olan  ictimai  şüur  da  mürəkkəb  struktura  malikdir.  İctimai  şüurun 

struktur  komponentləri  sırasında  ictimai  şüur  səviyyələrinin  –elmi-nəzəri  və  adi-

gündəlik  şüuru,  ictimai  ideologoya  və  ictimai  psixologiyanı,  ictimai  və  fərdi  şüurun 

düzgün dərk edilməsini və s. göstərmək olar.  

İctimai  şüur  formalarının  qarşılıqlı  əlaqə  və  təsirinin  müəyyənləşdirilməsinin 

xüsusi  əhəmiyyəti  vardır.  İctimai  varlıq  ictimai  şüurdan  asılı  olmayaraq  mövcuddur. 

İctimai  şüur  ictimai  varlıqdan  doğur,  onun  nəticəsidir  və  onu  əks  etdirir.  Odur  ki, 

ictimai  inkişafın  mənbəyi  “ayrı-ayrı  şəxslərin  başında”,  “onların  ideyalarında”  deyil, 

cəmiyyətin maddi həyatında, ilk öncə isə iqtisadi münasibətlərdə siyasi, hüquqi, fəlsəfi, 

xəlaqi, dini vədigər baxış və nəzəriyyələrdə öz əksini tapır.  

İctimai  şüurun  inkişafında  nisbi  müstəqillik  özünü  əsasən  aşağıdakı  formalarda 

göstərir: 




1. İctimai şüur öz inkişafında, əsasən ictimai varlıqdan geri qalır. İctimai şüurun bir 

sıra  formalarında  (din,  əxlaq  və  s.)  özünü  daha  çox  göstərən  geriqalma  meyli  ictimai 

şüurun öz mahiyyətindən irəli gəlir. Çünki, ictimai varlıq dəyişilməlidir ki, ona uyğun 

şəkildə,  onun  ardınca  ictimai  şüur,  mövcud  ideya,  baxış  və  vərdişlər,  bütövlükdə  isə 

şüur səciyyəsi də dəyişsin. 

 2.  İctimai  şüur  (xüsusilə  onun    bir  sıra  ünsürləri:  siyasi,  nəzəriyyələr  və  s.)  öz 

inkişafında  ictimai  varlığı  qabaqlaya  da  bilir.  Bu  isə  o  deməkdir  ki,  ictimai  şüurun 

ictimai varlıqdan geri qalması da mütləq deyildir, müəyyən şəraitlə bağlıdır.  

3.İctimai  şüur  öz  inkişafında  ciddi  varisliyə  malikdir.  Hər  bir  ideologiya  forması 

(siyasi,  hüquqi,  əxlaqi  və  s.)  öz  inkişafında  əvvəlki  ideoloji  irsdən,  mənəvi  sərvətdən 

istifadə  edir, onun  əsas  cəhətlərini  yaşadır  və  inkişaf  etdirir. Cəmiyyət  həyatında  qalib 

gəlmiş hər hansı sinif öz ideologiyasını və mədəniyyətini yaradarkən özündən əvvvəlki 

mənəvi  sərvətdən  imtina  etmir,  əksinə,  onlardan  öz  mənafeyinə  uyğun  şəkildə  istifadə 

edir. Məhz varislik sahəsində mənəvi sərvətlər də nəsldən-nəslə verilir. 

       4.  İctimai  şüurun,  ideologiyanın  gerçəkliyinin  fəal  təsir  göstərməsi  də  onun  nisbi 

müstəqilliyinin  ifadəsidir.  Qabaqçıl  ideyaları  rəhbər  tutan  kütlələr  qarşısında  duran  ən 

mühüm  ictimai  vəzifələri  dərk  edərək  onları  yerinə  yetirməyə  qadir  olan  başlıca 

qüvvədir.  İnkişaf  prosesi  nəinki  ictimai  varlıqla  ictimai  şüur  arasında,  həm  də  ictimai 

şüurun müxtəlif (siyasi ideyalar, əxlaq, elm, incəsənət və s.) formaları arasında möhkəm 

qarşılıqlı  əlaqə  və  təsirdə  davam  edir.  Belə  qarşılqlı  təsir  bütövlükdə  tarixi  tərəqqinin 

ümumi qanunauyğunluqlarından birini təşkil edir. İctimai şüurun ictimai və fərdi şüurun 

qarşılıqlı  münasibətlərinin  düzgün  müəyyənləşdirilməsində  mühüm  metodoloji    və 

nəzəri-idrakı əhəmiyyəti vardır. Bir cəhəti yadda saxlamaq lazımdır ki, ictimai və fərdi 

şüuru  nə  eyniləşdirmək,  nə də  onları bir-birindən  tam    təcrid  etmək  düzgün    deyildir. 

İctimai və fərdi şüur bir-birilə dialektik qarşılıqlı əlaqədədir, onlar bir-birinin varlığı ilə 

mövcud olurlar. Fərdi şüur həm də ictimi şüurdur. İctimai şüur isə həm də fərdi şüurdur. 

Canlı konkret fərdlər, şəxsiyyət olmadan ictimai şüur da ola bilməz. İctimai mühitdən 

kənarda  isə  fərd  yoxdur.  Onun  da  şüuru  ictimaidir.  Lakin,  bu  heç  də  onların  arasında 

bərabərlik işarəsi qoymaq  demək  deyildir, onların  mühüm  fərqləri vardır. Fərdi şüur  –

şəxsiyyətin mənəvi aləmidir, müəyyən konkret şəxsin fikirləri, baxışları və vərdişlərinin 




məcmusudur.  Fərdi  şüur  şəxsin  mənlik  şüurudur,  özü,  dünya,  kollektiv,  sinif  və 

cəmiyyət  haqqında  baxışları  sistemidir.  Bu  baxışları  isə  yalnız  fərdin  “özü”nə 

məxsusluğu  ilə  izah  etmək  olmaz.  Burada  fərdin  yaşadığı  obyektiv  mühitin  (takro  və 

mikro  mühitlərin  vəhdətinin),  onun  sinif  daxilində  fəaliyyət  göstərdiyi  sosial  qrupun, 

mənsub olduğu sinfin, millətin, ailənin, dost və tanışların və s. ciddi təsiri vardır. İctimai  

şüur  cəmiyyətin    ən  ümumi,  qanunauyğun  şüurudur.  İctimai  şüur  –ictimai  qanunları 

dərk etmək yolu ilə yaranır və fəaliyyət göstərir. İctimai şüur, nəhayət etibarıilə ictimai 

varlığın inkişaf səviyyəsinə uyğun olur, onun dəyişməsi əsasında dəyişir və inkişaf edir. 

İctimai şüuru, onu çoxlu adamı əhatə etməsi mənasında başa düşmək olmazdı. İctimai 

psixologiya-maddi iqtisadi münasibətlərin, insanların yaşadığı ictimai şəraitin, gündəlik 

əmək fəaliyyəti nəticəsində əldə etdikləri təcrübənin, onların psixikasında olan hisslər, 

əhval-ruhiyyə, fikirlər, vərdişlər, təsəvvür və xəyallar şəklində əks olunmasıdır. Həmin 

ictimai hiss, əhval ruhiyyə və xəyallar ictimai varlığın ilkin və bilavasitə inikası olsa da, 

onlar ümumiləşmiş sistemləşmiş halda deyildir. İctimai psixologiya sosial-sinfi və milli 

xarakter daşıyır. O, sosial qrup və siniflərin, xalq, millət və etnik qrupların həyat şəraiti 

və mənafelərini əks etdirir. Ona görə də ictiami mənafeləri müxtəlif olan siniflərin, xalq 

və millətlərin psixologiyası da, bir-birindən kəskin surətdə fərqlənir. İctimai ideologiya-

ictimai  varlığı  ümumxalq  və  müəyyən  sinfi  mənafe  mövqeyində  əks  etdirən  ideyalar, 

baxışlar  və  nəzəriyyələrin  məcmusudur.  O,  hər  hansı  xalqın,  millətin,  sinfin  siyasi, 

fəlsəfi,  əxlaqi,  dini  və  s.  baxışları  sistemidir,  gerçəkliyin  nəzəri  dərk  edilib 

ümumiləşdirilməsidir.  Cəmiyyətdə  xalqın  və  sinfin  əsaslı  mənafei  məhz  ideolgiya 

vasitəsilə  daha  dəqiq  və  dolğun  ifadə  olunur  ki,  bu  da  onun  həmişə  sianfi  xarakter 

daşıdığını göstərir. Məhz dərin sinfi xarakter daşıdığına görə bir sıra müəlliflər ictimai 

ideologiyaya  “şüurun  sinfi  tərəfi”,  “nəzəri  sinfi  özünüdərketmə”  və  s.  kimi  təriflər  də 

verirlər.  Mütərəqqi,  inqilabçı  siniflərin  ideologiyası  da,  mütərəqqi,  elmi  olur,  öz 

dövrünü  başa  vurmuş  siniflər  isə  həmişə  köhnə,  mürtəce  ideyaları  təbliğ    edir,  öz 

istismarçı  təbiətlərinə  haqq  qazandırmağa  çalışırlar.  Ona  görə  də  onların  ideoligiyası 

qeyri –elmi və qeyri- mütərəqqidir. 

Adi –kütləvi (və ya gündəlik) şüur insanların gündəlik həyat proseslərində, əmək-

istehsalat,  ictimai  –siyasi  və  mənəvi  fəaliyyətlərində  gerçəkliyə  münasibətləri,  öz 




vəziyyətləri və tələbləri haqqında əldə etdikləri emprik biliklər, təsəvvür, yaradıcılıq və 

idraki  qabiliyyətləri,  vərdiş,  əxlaq  normaları,  adət-ənənələri  və  s.  əhatə  edir.  Adi  şüur 

gerçəkliyin  nəzəri  anlaşması  səviyyəsinə  qalxa  bilmir.  O,  gerçəkliyin  ən  çox  xarici, 

təzahür  cəhətlərini  dərk  edir,  gerçəkliyin  qanunauyğunluqlarına,  hadisələrin  daxili 

mahiyyətinə nüfuz edə bilmir. Elmi-nəzəri şüur təbii və sosial gerçəkliyin elmi dolğun 

inikasıdır,  nəzəri  cəhətdən  sistemli  və  ümumiləşdirilmiş  inikasıdır,  daxili  mahiyyətli, 

qanun  və  qanunauyğunluqlarda  ifadə  olunan  inikasıdır.  Əlbəttə,  bu  iki  şüur  səviyyəsi 

arasında sədd nisbidir, onlar bir-birinə qarşlıqlı təsir edir. Hətta müəyyən dərəcədə bir-

birinə  qarşılıqlı  təsir  edir,  bir-birini  zənginləşdirirlər.  Adi  –gündəlik  şüur  bütün 

dövrlərdə  ictimai  şüur  formalarının  inkişaf  və  qida  mənbəyi  olmuşdur.  Elmin, 

incəsənətin ən görkəmli yaradıcıları həmişə şifahi xalq yaradıcılığına, xalq təfəkkürünə 

istinad etmişlər. İctimai şüurun rəngarəng və müxtəlif formaları, istiqamətləri, aspektləri 

vardır: siyasi ideyalar, hüquq, əxalq, elm, din və s. Həmin formalar arasında möhkəm 

qarşılıqlı təsir əlaqələri mövcuddur. İctimai şüurun müxtəlif formalarının yaranmasının 

və  onlar  arasında  qarşılıqlı  təsirin  mövcudluğunun  əsasında,  bu  formaların  hamısının 

inikası obyektinin ümumiliyi durur: insanı əhatə edən obyektiv gerçəklik, ictimai varlıq 

özünün  rəngarəngliyi,  çoxsahəliliyi  ilə  səciyyələnir.  Bu  müxtəlif  sahələr,  aspektlər 

təcrid olunmuş halda mövcud deyildir, onlar çox müxtəlif forma və vasitələrlə qarşılıqlı 

əlaqədə bir-birinə təsir edir, bir-birinin mövcudluğunu şərtləndirir. 

Siniflərin  dövlətə,  istehsala,  hakimiyyətə,  ictimai  təşkilat  və  təsisatlara  olan 

münasibətləri müəyyən siyasi ideya, baxış təsəvvür və hadisələr doğurur. Həmin ideya 

və  baxışların  məcmusu  siyasi  şüuru  əmələ  gətirir.  Deməli,  siyasi  şüur  xalqın  və 

siniflərin  dövlət  hakimiyyətinə  münasibətləri  əsasında  yaranan  sosial-  iqtisadi  və 

ictimai-siyasi  mövqe  və  mənafeləri  əks  etdirən  ideya  və  təsəvvürlərin,  hiss  və  əhval- 

ruhiyyələrin  məcmusudur.  Həmin  sosial-iqtisadi  və  sinfi  mənafelər  əsasında  xüsusi 

siyasi mənafelər formalaşır. Siyasi mənafe obyektivdir və ona görə də cəmiyyətin bütün 

üzvlərinə (sinif, təbəqə, kollektiv, fərd və s.) toxunur, onları əhatə edir. Siyasi mənafe-

cəmiyyətdəki  bütün  ümumilli,  sosial,  iqtisadi,  sinfi,  mənəvi  məqsədləri  mərkəzləşdirib 

sintez halında ifadə edir. Odur ki, siyasi mənafe cəmiyyətdəki bütün ziddiyyətlərin və 

toqquşmaların  əsasında  durur.  Həmin  mübarizədə  ideoloji  mübühisələr  şəklində  elm, 




incəsənət, din, fəlsəfə  və s. kimi  şüur  formaları da  cəlb olunur, onlar siyasətin təsirinə 

məruz  qalır,  hətta  cəmiyyətin  sosial-  iqtisadi  və  mənəvi  həyatı  siyasi  mənafedən  asılı 

vəziyyətə    düşür.  Lakin,  bunlar  heç  də  bəşəri  incəsənətin,  mütərrəqi  elmin  nisbi 

müstəqilliyini, hətta siyasətə əks təsirini inkar etmir. 

  Hüquq 

şüuru 


qanun 

və 


normaların 

cəmiyyətdəki 

münasibətlərin 

tənzimlənməsindəki  rolunu  özündə  əks  etdirir.  Həmin  qanun  və  normalar  ayrı-ayrı 

fərdlərin,  təbəqələrin,  siniflərin,  əmək  kollektivlərinin,  ictimai  hərəkat  və  partiyaların, 

vəzifəli  şəxslərin,  təşkilat,  idarə,  müəssisələrin  və  s.  sosial-iqtisadi  fəaliyyətini  rəsmi-

hüquqi cəhətdən tənzim edir.  

Əxlaqi  şüur  cəmiyyətin  mənəvi  sturukturunu  təşkil  edən  ən  mühüm 

komponentlərdən  biridir.  İnsan  cəmiyyəti  yaranan  dövrdən  hələ  şifahi  (yazılmamış) 

formada  insanlar  arasında  müəyyən  tənzimedici  norma  və  qaydalar  da  meydana 

çıxmışdır  ki,  onların  məcmusu  məhz  əxlaqi  münasibətlərdir.  Əxlaq-ictimai  həyatın 

bütün  sahələrində  -  əmək  istehsal  prosesində,  sosial-siyasi  fəaliyyətdə,  ailə-məişətdə, 

siyasətdə,  elmdə,  şəxsi,  sinfi,  milli,  beynəlxalq  münasibətlərdə  və  s.  insanların 

davranışını  və  rəftarını  tənzim  edir,  insanlararası  qarşılıqlı  münasibətlərin  ən  ümumi 

əsaslarını  müəyyən  edir.  Ən  ümumi  əxlaqi  prisnsiplər  (humanizm,  vətənpərvərlik, 

millilik,  beynəlmiləçilik,  ədalət,  yaxşılıq,  xeyirxahlıq,  aşkarlıq  və  s.)  bəşəri 

mənəviyyatın  əsaslarını  təşkil  edir.  Əxlaq  normaları  gündəlik  birgəyaşayışda  əldə 

edilmiş inam və əqidə əsasında formalaşmış ictimai rəy üzrə tənzim olunur. Mənəviyyat 

sistemində şəxsiyyətin  nüfuzu  (avtoriteti) heç də  müəyyən  siyasi imtiyaz, rəsmi  vəzifə 

ilə deyil, mənəvi-əxlaqi nümunə əsasında, davranış və rəftar mədəniyyəti sayəsində əldə 

edilir. 

Əxlaqın mənşəyi, mahiyyəti, kateqoriya, prinsip və qanuauyğunluqlarından xüsusi 

fəlsəfə elm–etika bəhs edir. Başqa sözlə, etika əxlaq haqqında elmi nəzəriyyədir. 

Hazırda  respublikamızda,  xüsusilə  əmək  kollektivləri,  ictimai  qruplar,  siyasi 

partiya  və  təşkilatlar,  ailə  məişət  münasibətləri,  mədəni  münasibətlər,  tibb  və  s. 

sahələrdə  insanlar  arasındakı  qarşılıqlı  əlaqə  və  münasibətlər  bir  çox  hallarda  rəsmi, 

hüquqi  normalarla  deyil  (onların  rolu  tam  inkar  edilməmək  şərtilə),  əsasən  əxlaq 

normaları ilə, davranış qaydaları ilə tənzim olunur. İctimai rəy, yəni daha təsirli vasitəyə 




çevrilir. Ona görə də, hazırda şəxsi mənəvi nümunə, nüfuz, şəxsi fəallıq, təşəbbüskarlıq, 

paklıq,  ləyaqət  hissi,  işgüzarlıq  və  s.  kimi  yüksək  mənəvi  keyfiyyətlər  cəmiyyətdə 

mühüm tərbiyəvi və tənzimedici vasitə kimi çıxış edir, sözlə işin uyğun gəlməməsi və 

mənəvi laqeydlik kimi əsas, “əxlaqı bəlaya”çevrilmiş halların aradan qaldırılmasına fəal 

müsbət  təsir  göstərir.  Cəmiyəytin  mənəvi  münasibətləri  sistemində  inzibati  amirlik 

şəraitində  formalaşmış  və  müəyyən  cəhətləri  hələ  indi  də  qalmaqda  olan,  yuxarılar 

qarşısında  mütilik  və  yataqlıq,  aşağılara  isə  laqeyd,  kobud,  bürokratik  münasibət 

bəslənilməsi  kimi  hallar  insanlarda  mənəvi  passivlik,  sosial-siyasi  məqsədələrə  inam-

sızlıq, bədbinlik əhval –ruhiyyəsi və s.yaradır, mənəvi həyat ziddiyyətlərinə isə “çıxıl-

maz” xarakter verir. Məhz bu cür mənfi halların aradan qaldırılması, cəmiyyətdə müsbət 

meyllərin,  yaxşı  əhval  ruhiyyənin,  vətənpərvərlik,  vicdan,  ləyaqət,  sədaqət,  milli 

dəyərlərimizə,  böyüklərə  hörmət  kimi  ali  dəyərlərin,  hisslərin  formalaşdırılması  üçün 

ictimai  şüurun  bütün  formalarının  təsir  qüvvəsindən  düzgün  istiqamətdə  yararlanmaq, 

cəmiyyəti  tərbiyə  etmək,  maarifləndirmək,  mənəvi  mədəniyyəti  inkişaf  etdirmək 

vacibdir. 

 

 



 


Yüklə 356,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə