Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s ak a d e m I y a s I



Yüklə 356,44 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix15.03.2022
ölçüsü356,44 Kb.
#84507
1   2   3   4   5   6
329 peshe etikasi movzu 7. menevi medeniyyet. exlaqi ve estetik medeniyyet

G İ R İ Ş 

 

 

İnsanların vətəndaş cəmiyyətində münasibətlərini tənzimləyən əsas vasitələrdən 

biri  əxlaqi-mənəvi  mədəniyyətdir.  Ənənəvi  cəmiyyətlərdə  əxlaqi-mənəvi  mədəniyyətin 

formalaşması,  mənəvi  tərbiyə  funksiyasını  din  yerinə  yetirir,  ənənəvi  cəmiyyətlərin 

dağılması,  demokratik,  hüquqi  dövlət  və  vətəndaş  cəmiyyətinin  yaranması  zamanı  bu 

vəzifəni  rasional  əxlaq  yerinə  yetirir.  Əxlaq  nəzəriyyəçiləri  əxlaq  və  digər  mənəvi 

prinsiplər arasındakı fərqin spesifik cəhətlərini nəzəri cəhətdən təsdiq etmişlər.  

 

Əxlaqi-mənəvi  mədəniyyət  və  onun  tərkibinə  daxil  olan  ənənələri,  mentaliteti 



sıxışdırmaq  və  milli  şüuru  kosmopolitləşdirməklə  qloballaşma  millətin  özünüqoruma 

instiktlərini zəiflədə bilər. Buna görə qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizi 

təhlükədən  uzaqlaşdırmaq  üçün  milli-fəlsəfi  fikrə  istinad  etmək,  milli  ideologiya  və 

milli-sosial  özünüqoruma  şüuru  formalaşdırmaq,  milli  və  ümumbəşəri  dəyərlərin 

müasirliyin  məzmunu  müstəvisində  vəhdətinə  nail  olmaq  vacibdir.  Azərbaycanın 

Avropaya inteqrasiyası, onun müasir Qərb sivilizasiyasının dəyərlərini qəbul etməsi heç 

də Azərbaycanın öz milli və dini varlığından imtina etməsi demək deyil. Əxlaqi-mənəvi 

mədəniyyət praktik mənəviyyatı şərtləndirir. Mənəvi mədəniyyət cəmiyyətin, hər hansı 

sosial  qrupun  qazandığı  mənəvi  inkişaf  ölçüsüdür.  Bu  ölçü  mənimsənilmiş  və  insan 

fəaliyyətində  realizə  olunan  mənəvi  sərvətlərlə  xarakterizə  olunur.  Mənəviyyat  kimi 

mənəvi  mədəniyyət  də  mənəvi  şüuru,  əxlaqi  münasibətləri  və  mənəvi  fəaliyyəti  əhatə 

edir. 



Yüklə 356,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə