Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə141/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   137   138   139   140   141   142   143   144   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

532


vm 
FƏSİL. ƏDƏBİ TƏNQİD HAQQINDA 
PEDAQOJİ DÜŞÜNCƏLƏR 
XDC əsrin ikinci yansında tamamilə Rusiyaya 
birləşdirilmiş 
Şimali 
Azərbaycan 
inzibati 
cəhətdən 
Zaqafqaziyanın Şamaxı, Tiflis, İrəvan qubemiyalanmn qoltuğuna 
qısılan, geridə qalmış ölkə idi. Rusiya imperiyasının başqa 
əyalətlərində olduğu kimi, burada da çarizmin müstəmləkə 
siyasəti iqtisadi-mədəni inkişafı ləngitmiş, məhsuldar qüvvələri 
iflic vəziyyətinə salmışdı. Çarizm ələ keçirdiyi əraalərdə 
hakimiyyətini möhkəmləndirmək və əbədiləşdirmək qəsdilə 
Azərbaycanda da yerli feodallara arxalanırdı. Onlan inandırmaq, 
şirnikləndirmək üçün feodallann torpaqlan özlərinə qaytanidı. 
Daha doğrusu, onlann əvvəlki hüquqlan bərpa edildi. Bəylərin 
torpaq üzərində xüsusi mülkiyyəti bərqərar oldu. Yeni vergi 
sisteminə görə, kəndlilər bütün vergiləri pulla ödəməli idilər. Bu, 
biçarə kəndlilərin sosial vəziyyətini, dolanışığmı daha da 
ağırlaşdırdı. Məmurlann zülmü, vəhşəti və özbaşmalığı yeni 
mərhələyə qalxmışdı. 
Yaranmış «çibanlı» vəziyyət Azərbaycanda təhkim- çiliyə, 
sərt və amansız müstəmləkəçilik siyasətinə qarşı kəskin etirazlar 
doğurmaya bilməzdi. Əvvəlcə Zaqatalada, əsrin 7.0-ci illərində 
isə Yelizavetpol, İrəvan, Bakı qubemiyalannda üsyanlar, 
iğtişaşlar baş verdi. Fəqət ciddi narazılıqlar amansızcs^sına 
yatınidı. Toqquşmalara baxmayaraq, bu dövrdə respublika 
iqtisadiyyatı, xüsusən kənd təsərriifatı, inkişaf edirdi. Eyni 
zamanda sənaye-ticarət sahəsində də irəliləyişlər baş verir, 
əlaqələr artırdı. Bu inkişaf əsrin sonlannda, xüsusilə də XX əsrin 
əvvəllərində sürətlənməyə başladı. 
XX əsrin iki onilliyi azərbaycanlılann qaranlıq taleyinə 
daha dərin şınmlar açdı. Və bu şınmlar dərinə işləsə də, əzilən 
xalq, istismar oltman kütlə özündə qüvvə tapdı. Milli azadlıq 
hərəkatı öz bəhrəsini verdi. Azərbaycanda Demokratik 
Respublika yarandı. İctimai-iqtisadi inkişaf elm, mədəniyyət, 
ədəbiyyat, incəsənət, xalq yaradıcılığı və digər mühüm sahələrə 
də öz təsirini göstərdi. Yeni məktəblər açmaq, əsrin 
533


tələblərinə uyğun dərsliklər yaratmaq, tədris proqramlan tərtib 
etmək, milli ruhda qəzetlər açmaq, bədii əsərlər çap etdirmək, 
xalqın dərd-sərini, arzu və amallanm oxucularla bölüşmək, onlarla 
dərdləşmək kimi aktual problemlər dövrün qeyrətli ziyalılanm, 
yazıçılannı, tənqidçilərini daim düşündürürdü. 
Bu ağu* yük C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərima- 
nov, S.Qənizadə, A.Şaiq, A.Səhhət, Ə.Ağaoğlu, Ə.Hüseyn- zadə, 
A.Sur və başqalannm çiyinlərinə düşmüşdü. 
Sözügedən dövrlərdə (XIX əsrin ikinci yansı, XX əsrin 
əvvəlləri) başqa sahələrlə bahəm Azərbaycan ədəbi tənqidi də 
formalaşmış, yetişmiş, kamala çatmışdı. Bu böyük ədəbi irs 
indiyədək, təəssüf ki, milli-mədəni irs kimi toplanmamış, ətraflı 
öyrənilməmiş, araşdınlıb «saf-çürüb> edilməmişdir. Halbuki bu, 
elmi-fəlsəfı təfəkkül tariximizin zənginliklərini, dərin qatlannı, 
həmçinin tənqidlə bədii yaradıcılığın sıx əlaqələrini aşkarlamağa 
geniş şərait yaradırdı. 
Həmin nöqteyi-nəzərdən Azərbaycan ədəbi tənqidinin ən 
yaxşı nümunələrinin toplum halında nəşrinə ciddi ehtiyac 
duyulurdu. Professor Məmməd Məmmədovun ilk dəfə çap 
etdirdiyi «Azərbaycan ədəbi tənqidi müntəxəbatı» mövcud 
boşluğiu doldurmaq nöqteyi-nəzərindən çox əhəmiyyətli və 
diqqətə şayandır. Toplumda M.F.Axundovun, H.B.Zərdabinin, 
N.Vəzirovun, F.Köçərlinin, A.Səhhətin, H.Cavidin və başqala- 
nnın ədəbi-tənqidi külliyatından nadir seçmələr verilmişdir. 
Müntəxəbat XIX əsrin 2-ci yansından XX əsrin əwəllərinə- dək 
Azərbaycan ədəbi-tənqidi haqqında çox aydm, obyektiv və 
konstruktiv təssəwür yaradır. Burada müəllif təkcə materiallan 
toplayıb çapa verməklə asan yol tutmağa meyl göstərməmiş, 
zəngin, çoxcəhətli və çoxçalarlı tənqidimizin müxtəlif dövrlərdə 
əsas problemlərinə güzgü tutmuş, ayn-ayn tənqidçilərin 
ədəbi-mədəni irsə münasibətini, nəzəri-estetik, elmi-metodoloji 
görüşlərini obyektiv təhlil süzgəcindən keçirmiş, orta əsr ədəbi 
fikrinin parametrləri, istiqamətləri, janrlan, mərhələləri 
sistemləşdirilmiş, müxtəlif yönümlü tənqid konsepsiyasının 
yaranması və təşəkkülü, ideya-estetik yozumu işıqlandınimışdır. 
534


Azərbaycan ədəbi tənqidinin ən məhsuldar dövrünü 
əhatələyən seçim nümunələrdə dövrün ab-havasmı aydın duyur, 
müqtədir qələm sahiblərinin el üçün, vətənin işıqlı gələcəyi 
naminə şam kimi əridiklərinin bir növ şahidinə çevrilirik. 
Yaxşıdır ki, müəllif zəruri hesab etdiyi hallarda müəyyən 
ixtisarlar aparmış, tələbələrin kitabdan yetərincə bəhrələnmələri 
məqsədilə ərəb-fars mətnlərinin tərcüməsini də vermişdir. 
Kitab milli ədəbi tənqidimizin pioneri, bədii-estetik irsin 
flaqmanı, dahi dramaturq, cahanşümul yazıçı, materialist- filosof 
M.F.Axundovun heç vaxt təravətini və müasirliyini itirməyən 
nəzəri-tənqidi məqalələrilə açılır. 
M.Məmmədov haqlı olaraq M.F.Axundovu realist 
ədəbiyyat və sənət uğrunda ardıcıl, inadlı mübarizə aparan ilk 
tənqidçi, nəzəri-estetik daşıyıcısı kimi təqdim etmişdir. 
Axundovun mühüm tarixi xidmətlərini açıqlayan müəllif 
«Realist ədəbiyyatın gələcək inkişaf yolunu işıqlandırmaq üçün 
elmi-ədəbi tənqidin yaranması zərurətini ilk dəfə dərk edən, 
görüb-göstərən də M.F.Axundov olmuşdun> qənaətinə gəlir. 
«Tənqid risaləsi» məqaləsinin mahiyyətindən söhbət açır, 
yazıçının ədəbi-tənqidi və estetik görüşləri problemi ətrafındakı 
gərgin axtanş-tədqiqatlan xatırladır. Sonda məqalələrin orijinalı 
təqdim olunur. 
M.F.Axundovun «Fehristi-kitab» məqaləsində oxucuya 
xitabən deyilən: «...təvəqqe edirəm ki, sən də mənim kimi adəmi, 
türki dilində - adam yazasan, toxmi - toxum, cifti - cüt, müqəyyədi 
- muğayat, övrəti - arvad, qaidəni - qayda və habelə özgə əlfazı ki, 
xəwass və avamın istemalmda müştərəkdir, fəqət xəwassa 
mütəəlliq olan əlfaz qoy öz imlayi-əslisində baqi qalsın; necə ki, 
təkəllümdə dəxi vəzi- əslisi ilə tələffüz olunur» fikri necə də 
müasir səslənir. 
«Nəzm və nəsr haqqında» məqaləsindəki «şer gərək 
laməhal ziyadə ləzzətə və hüzndə və fərəhdə ziyadə təsirə bais 
ola. Əgər olmasa, sadə nəzmdir...». 
Tarixi-hicridən bu zamana qədər milləti-islam arasında bir 
kihv ənə şer ilə nəzmə fərq verməyib. «Şer əlahiddə bir 
535


bəxşi-ilahidir və maddeyi-qabiliyyəti-şair xudadadədir və təhsil 
və tərbiyət 
0
maddənin ancaq inbisatına və əşarın artıq zinətinə 
bais olar» hökmü Axundovun qələm əhlinə ustad tələbi təsiri 
bağışlayır. Bu mənada o, «səfheyi-Qarabağla Molla Pənah 
Vaqifin bir para xəyalatını» nümunə göstərir. Qasımbəy Zakir 
mənzumatına heyranlığını bildirir. «Mənim əqidəmə görə 
tarixi-hicridən indiyədək türk arasında şair münhəsirdir məhz bu 
iki şəxsə». 
Böyük tənqidçi Yüksək İranın «Millət» qəzeti münşisinə 
yazdığı «Kritika» əsərində bir qədər də qabağa gedərək yazır: «İki 
şey şerin əsas şərtlərindəndir: məzmun gözəlliyi və ifadə 
gözəlliyi. Məzmun gözəlliyi olub ifadə gözəlliyinə malik 
olmayan bir nəzm, Mollayi-Ruminin məsnəvisi kimi, məqbul 
nəzmdir, amma şeri)^ətində nöqsan vardır... Həm məzmun 
gözəlliyinə, həm ifadə gözəlliyinə malik olan nəzm Firdovsinin 
«Şahnaməsi», Nizaminin «Xəmsəsi» və Hafizin divanı kimi, nəşə 
artırıcı və həyəcanlandıncı olub hər kəs tərəfindən bəyənilir. Belə 
nəzm sahiblərini peyğəmbərlərlə bərabər tutmaq olar. Bəli, əsl 
şer, poeziya peyğəmbər kəlamı kimi ölçülü-biçili, təsirli və 
inandıncı olsun gərək! Hər yazıb- pozana şair demək mənəvi 
cinayətdir. 
«Mirzə Ağanın pyesləri haqqında kritika»da özünün «teatr 
nə olan şeydir?» sualına cavab verən M.F.Äxundov dram 
sənətinin məqsədini, məramını aydınlaşdırır, onu inşanlann 
əxlaqını 
yaxşılaşdırmaq, 
«oxucu 
və 
qulaqasanları 
ibrətləndirmək» vasitəsi hesab edir. 
XIX əsrin ortalarında maarifçilik ideyaları, mətbuat 
yaratmaq təşəbbüsləri Cənubi Azərbaycanda öz bəhrəsini 
vermişdi. Təbrizdə «Azərbaycam> qəzetinin nəşr olunması böyük 
əks-səda yaratmışdı. Qəzet çıxarmaq ideyasını Şimali 
Azərbaycanda ilk dəfə ortaya atan və bu xüsusda intəhasız 
əzablara qatlaşan böyük təbiətşünas alim H.Zərdabi olmuşdur. 
Rusiya imperiyasının havasım udan bütün türk-müsəlman 
əhalisinin ilk mətbuat orqanı olan «Əkinçi»nin nəşrə başlaması 
ölkənin sosial-mədəni həyatında, mənəviyyatında bir oyanma, 
sıçrayış əmələ gətirdi. «Əkinçi» böyük maneə və 
536


çətinliklərə baxmayaraq, iki həftədə bir dəfə çıxırdı. 
Azərbaycanın qaymaq ziyaldan qəzetin səhifələrində müntəzəm 
çıxış edərək feodal-patriarxal quruluşunu, orta əsr cəhalət və 
nadanlığını, ictimai bəlaları, zərərli adət-ənənələri tənqid atəşinə 
tutur, çıxış yolu arayıb-axtanrdılar. Burada əkinçilik, bağçılıq, 
bostançılıq, maldarlıq və kənd təsərrüfatının digər sahələrini əks 
etdirən problematik məqalələr dərc olimurdu. Odur ki, 
soydaşlarımız bu qəzet vasitəsilə dünya hadisələrindən, başqa 
xalqlann həyatından xəbərdar ola bilirdilər. Milli mətbuatımızın 
banisi Həsənbəy qəzetin məqsəd və vəzifələrini, onun toxunduğu 
mühüm problemləri qabardan aydın proqram hazırlamışdı. Bu 
xüsusda yazmışdı: «Hər bir vilayətin qəzeti gərək ol vilayətin 
aynası olsun, yəni ol vilayətin sakinləri elədiyi işlər, onlara lazım 
olan şeylər, onlann hər bir dərdi və xahişi ol qəzetində çap 
olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsün». 
Professor M.Məmmədov ««Əkinçi» qəzetində ədəbiyyat 
məsələləri» adlandırdığı fəsildə Zərdabinin öz ətrafına topladığı 
M.F.Axundov, N.Vəzirov, S.Ə.Şirvani, Əhsənül-Qəvaid, Əsgər 
ağa Adıgözəlov və digər qələm əhlinə arxalanaraq, «Əkinçi»nin 
möycud ədəbi prosesə təsiri, realist ədəbi)^at uğrunda apardığı 
inamlı 
mübarizəsini 
yüksək 
dəyərləndirərək 
yazır: 
«M.F.Axundov tərəfindən əsaslandınlan yeni dövr ədəbiyyatının 
ideya-estetik prinsiplərinin intişar və inkişafında «Əkinçi» qəzeti 
və onun mühərrirləri müstəsna rol oynamış, şerdə epiqonçuluğa, 
həcvguluğa və mədhiyyəçiliyə qarşı apanlan ; mübarizə tarixində 
mühüm nəzəri və əməli iş görmüşdür. «Əkinçi»nin realist 
ədəbiyyat uğrunda mübarizə ənənələri az sonra nəşrə başlayan 
«Ziya» (1879-1884) və «Kəşkül» (1883-1891) kimi milli mətbuat 
orqanlannda davam və inkişaf etdirilmişdir». 
Azərbaycan ədəbiyyatı tarixinə dair materiallardan məlum 
olur ki, «Əkinçi»də ədəbi tənqidə dair xüsusi guşə olmamışdır. 
Bu məzmundakı yazılara adətən sərlöhvə qoyulmurdu. Odur ki, 
həmin məqalələr mənbədə olduğu kimi, müntəxəbata sərlövhəsiz 
daxil edilmişdir. Həm də məqalə 
537


müəlliflərinin adı-soyadı, təxəllüsləri mətnin axınnda eynilə 
saxlanıldığı üçün onlann təkrar verilməsi lazım bilinməmişdir. 
«Əkinçi»nin 
topluma 
salınmış 
«adsız-ünvansız» 
məqalələrindən maraqlı məqamlan xatırladıram: 
«Pəs hər bir qəzetin ümdə mətləbi mübahisədir və əgər 
bizim dünyadan və elmdən xəbərdar olanlanmız «Əkinçi» 
qəzetində yazılan mətləblər barəsində mübahisə başlasalar, çox 
şad oluruq!». 
Zənnimcə, bu nəsihətamiz, bu gün də müasir səslənən 
fikirlərin şərhinə ehtiyac yoxdur. 
H.B.Zərdabinin «Bakıda müsəlman vaqiəsindən söhbət 
gedir. Gimnaziyada 50-yə qədər müsəlman şagirdi var idi. Bir 
neçə gün onlan yığıb Mirzə Fətəlinin komediyalannı onlara 
oxuyub, təvəqqe elədim ki, onlardan birisini seçib oynasınlan>. 
«Hacı Qara»m seçdilər... Gimnaziya otaqlannin bir böyüründə 
teatr çıxartdıq». Məqalədən öyrənirik ki. Zərdabinin şəxsində 
Azərbaycan maarifçilərinin qaynaq fəali)^ətini sübuta yetirən 
hadisələrdən biri də teatrın yaranması və yüksəlişilə bağlı 
olmuşdur. Doğrudan da, XIX əsrdə azərbaycanlılann mədəni 
mərkəzi sayılan Tiflisdə peşəkar teatrın meydana gəlməsi, orada 
göstərilən tamaşalar milli ziyalılanmızm teatra göstərdiyi ciddi 
marağı, tamaşa qoymaq meyli və istəyi birə beş artırdı. Bunlardan 
birini 1857-ci ilin sonlannda Şamaxı ziyalılan şəhərin qız 
məktəbinin nəfmə hazırlamışdılar. Müxtəlif vaxtlarda səhnədə 
oynanılan bu tamaşalar Azərbaycan teatrının təşəkkülündə 
mühüm rol oynamışdır. 
«Əkinçi»nin ictimai-siyasi, mədəni-tarixi xidmətlərindən 
biri də ana dilinin saflığı, bakirəliyi uğrunda apardığı 
mübarizədir. Qəzet sadə, aydın, anlaşıqlı yazmağı tövsiyə edirdi. 
Bu tələb-tövsiyə, adətən, gözlənilirdi. «Əkinçi»də çıxış edənlərin 
əksəriyyəti satirik-yumoristik üslubun münasib çalarlanndan
xalqın canlı danışıq üslubundan bəhrələnməyə çalışır, buna çox 
vaxt nail olurdular. H.B.Zərdabinin «Dil və din», «Dil davası» 
tənqidi məqalələrinin müntəxəbata salınması, məncə, uğurlu 
tapıntıdır. «Biz Rusiya dövlətinə tabe olan müsəlmanların hamısı 
türkük. Əsl dilimiz türk dilidir. 
538


Amma bu dil ayn-ayn yerlərdə cari olduğuna hər tərəfdə bir qeyri 
cür şivəyə düşüb. Yəni qaranlıq otaqdan çölə çıxıb tərəqqi yoluna 
düşəndə bir-birindən dəxi artıq uzaqlaşacaqlar... Bir az vaxtdan 
sonra onlar bir-birinin nə ki, danışığını, hətta yazdığını da anlaya 
bilməyəcəklər. Heç insafdırmı ki, biz türklər bir dildə, bir dində 
ola-ola bir- birimizdən aralanıb artıq gücdən düşməyimizə səbəb 
olaq. Ona görə bizlərə vacibdir ki, bir ümumi dil bina edib, bu 
ümumi dildə yazıb oxuyaq ki, o dil hamının yazıb-oxumaq dili 
olsun». «Bizim nəğmələrimiz» məqaləsi bu fikrin, qayğının, 
vətəndaşlıq 
yanğısının 
bir 
növ 
davamıdu*. 
Zərdabi 
nəğmələrimizin «koş sövt ilə oxunması» səbəbini cənnətin özünü 
xatırladan əsrarəngiz Qafqazın bənzərsiz təbiəti, saf sulan, «xoş 
abü havası və hər cəhətdən səfalı və dilguşə olmağı»nda görür. 
Böyük ədib nəğmələrimizi həm də əhalini oyatmaq, 
mehribanlaşdırmaq, ağı qaradan, dostu düşməndən seçmək, 
birliyə, həmrəyliyə səsləmək vasitəsi hesab edir. Türklərin 
musiqisini ermənilərinki ilə müqayisə edən Həsən bəy yazır: 
«Bizim qonşulanmız ermənilər belə şerlər (nəğmələr - F.S.) ilə 
çox iş görürlər. Onların küçələrində gözləri kor, əlində tar aşıqlan 
bir uşaq qolundan tutub qapı-qapı gəzdirir. Heç bilirsinizmi onlar 
nə oxuyurlar? Onlar Ermənistanın keçmişdə olan xoş və yaman 
günlərindən. Osmanlı dövlətinin onlara etdiyi zülmlərdən... 
oxuyurlar. Odur ki, bir millət işi olanda ermənilərin hamısı birdən 
qalxıb bir adam kimi iş görürlər. Məgər bizim belə olmağımız 
günahdır?» Məqalə müəllifi belə qənaətə gəlir ki, müsəlman 
qardaşlanmızı «xabi- qəflətdən» oyatmaq istəyiriksə, gözəl, təsirli 
nəğmələr qurub- quraşdınb, məktəblərimizdə şagirdlərimizə 
öyrədib oxutmalıyıq! 
Milli ədəbi tənqidin formalaşmasında, yeni inkişaf 
mərhələsinə çatmasında Firidunbəy Köçərlinin əməyi misilsizdir. 
M.Cəlil realist ədəbiyyat və mətbuat, M.Ə.Sabir inqilabi satirik 
poeziya, H.Cavid romantik faciə. Üzeyir bəy milli opera 
sahəsində hansı xidməti göstərmişlərsə, həmin xidməti F.Köçərli 
ədəbi tənqid sahəsində göstərmişdir. 
539


F.Köçərlinin adı ədəbiyyatımızın tarixinə ədəbiyyatşünas, 
pedaqoq, jurnalist, publisist, tərcüməçi kimi də daxil olmuşdur. 
Qori müəllimlər seminariyasmı bitirmiş, ana dili və şəriətdən dərs 
demişdir. Sonralar müəllimlik fəaliyyətini Qori seminariyasında 
davam etmişdir. Eyni zamanda «Kafkaz», «Zakafkazye», 
«Kaspi», «Şərqi-Rus» qəzetlərində müxtəlif məzmunlu məqalələr 
nəşr etdirmiş, M.F.Axundovun məşhur «Aldanmış kəvakib» 
povestini 
L.Tolstoyun, 
A.Çexovun 
dilinə 
çevirmişdir. 
«Azərbaycan tatarlanmn ədəbiyyatı», «M.F.Axundzadə», 
«Balalara hədiyyə», «Azərbaycan türklərinin ədəbiyyatı» kitablan 
məşhurdur. Bu əsərlərdən göründüyü kimi, F.Köçərli bütün 
şüurlu həyatmı mənsub olduğu xalqın qədim ədəbi mənbələrinin, 
dilinin, 
mədəniyyətinin, 
tarixinin, 
adət-ənənələrinin 
öyrənilməsinə və geniş təbliğinə sərf etmişdir. 
Sözügedən müntəxəbatda Firidun bəyin çoxcəhətli 
yaradıcılığından ətraflı söhbət açılmış, onun ictimai məzmundan 
məhrum olan formalist-sxolastik poeziyaya qarşı mübarizə 
ideyasmm davam və inkişaf etdirilməsindəki səyləri yüksək^ 
dəyərləndirilmişdir. Realist ədəbiyyatın prinsiplərini müdafiə 
edən tənqidçi vaxtilə yazmışdı ki, erotik hisslər aşılayan, gülün 
bülbülə məhəbbətini, ay üzlü, sərv boylu, tuti-dilli gözəlləri 
dəbdəbəli bir dillə təsvir edən «əldəqayırma şairlər»in əsərləri 
süni və yeknəsəq forma və məzmunu ilə hamının zəhləsini 
tökmüşdür. Həmin fikirləri xatırladan M.Məmmədovun qəna- 
ətincə, Firidunbəy həmesri olduğu şairləri müasir oxucunun 
tələblərini nəzərə almağa, xalqın həyatından yazmağa 
səsləmişdir. 
Müntəxəbatda 
həmçinin 
F.Köçərlinin 
«Ədəbiyyatımıza dair məktub», «Həqiqi gözəllik və hərəkətsiz 
nisfi- miz», «S.M.Qənizadə», «Ana dili» və başqa məqalələrinin 
məziyyətlərindən söz açılır, dövrün görkəmli yaaçılarmm əsələri 
haqqmda onun çox obyektiv və inandmcı fikirləri şərh olunur. 
F.Köçərlinin kitaba salınmış «Azərbaycan komediya- lan», 
«Azərbaycan ədəbiyyatı» (ixtisarla), «Ədəbiyyatımıza dair 
məktub», «Molla Nəsrəddin», «Usta Zeynal», «Həsənbəy 
540


Məlikov», «Həqiqi gözəllik və hərəkətsiz nisfimiz», «Vətən dili» 
dərsliyi haqqında cənab Şirvanskinin rəyi münasibətilə, «Sabir 
haqqmda», «S.M.Qənizadə», «Ana dili» tənqidi məqalələri 
dövrün ictimai-siyasi, ədəbi-mədəni, ideya-nəzəri, elmi- fəlsəfi, 
bədii-estetik mənzərəsi barəsində aydın təsəvvür yaradır. 
Kitabda daha sonra XX əsrin əvvəllərindəki ədəbi- nəzəri 
prosesin apancı nümayəndələrindən sayılan yazıçı Seyid 
Hüseynin tənqidçilik fəaliyyəti konkret fakt və detallarla şərh 
olunur. S.Hüseyn ədəbi fəaliyyətə tənqidçi kimi başlamış, bu 
sahədə ardıcıl və məhsuldar işləmiş, özünün orijinal, bənzərsiz 
dəst-xəttilə seçilmişdir. S.Hüseyn, C.Məmmədqulu- zadə, 
N.Vəzirov, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, F.Köçərli, 
M.S.Ordubadi, Yusif Vəzir, M.Hadi, A.Səhhət, C.Cabbarh, 
A.Şaiqin... ədəbi dünyasına güzgü tutmaqla ədəbiyyatşünaslıq 
elmində yeni məktəb yaratmışdır. 
Toplunun müəllifi S.Hüseynin fəaliyyətini vaxt, zaman 
etibarilə iki mərhələyə ayınr: 
əsrin 10-cu illəri, 1920-ci 
ildən sonrakı dövr. Haqlı olaraq göstərilir ki, S.Hüseynin bədii 
əsərləri əsasən çap olunsa da, ədəbi-tənqidi və estetik irsi bu 
vaxtadək toplanıb nəşr etdirilməmişdir. Müntəxəbata yazçının 
ədəbi tənqid sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətini əks 
etdirən çoxlu məqalələrindən bir neçə nümunə salınmışdır. 
«Nümunələr seçilərkən ali məktəblərin müvafiq dövrə, başqa 
sözlə, XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid buraxılmış tədris 
proqramlannm, dərslik və dərs vəsaitlərinin tələbləri nəzərə 
alınmışdır». 
S.Hüseynin «Can yanğısı»nı həyəcansız, yanğısız oxumaq 
olmur. Burada «yazıçılanmızın tənqidə bu qədər əşədd 
ehtiyacımız olduğu halda, təəssüflər olsun ki, bu vaxtadək bu 
xüsusda bizdə əhəmiyyət» verilməməsini, nəticədə isə 
müəlliflərimizin necə yazacaqlanm, onİann ortaya qoyduqları çap 
məhsullannm necə yazacaqlanm, onlann ortaya qoyduqlan çap 
məhsullannm camaata nə mənfəət verəcəyini dərk etmədikləri 
göstərilir. «Şairin çox olması şərt deyil, nəşrdə, xüsusilə 
romançılıqda da sözümüzü deməyi 
541


bacarmalı» qənaətinə gəlir. 
Abdullabəy Divanbəyoğlunun «Can yanğısı» həmin 
boşluğu qismən doldurmaqla Qafqaz köçəri məişətini doğru- 
dürüst əks etdirir. Lakin tənqidçinin fikrincə, o da nöqsanlardan 
xali deyildir. 
S.Hüseynin M.S.Ordubadinin «Bədbəxt milyonçu», 
Əbdülsəlimzadə Məhəmməd Hadinin «Eşqi-möhtəşəm» əsərləri 
barəsində söylədiyi obyektiv fikirlərilə razılaşmamaq mümkün 
deyildir. Omm «Ölülər» haqqında təəssüratı tənqidi məqaləsi də 
sözçülükdən uzaq olub, dahi C.Məmmədqulu- zadənin sözün təsir 
gücü ilə «tufan» qopardığına, «bu günün ədəbiyyatında» mühüm 
bir hadisə olduğuna şahidlik edir. S.Hüseyn sözünün, fikrinin 
söykəyi kimi, S.Qənizadənin, H.Cavidin, N.Nərimanovun, 
N.Vəzirovun, Ü.Hacıbəyovun «Ölülər» haqqında dediklərini 
qələmində dəstəvuz edir. «Şeyx Nəsrullahm ölüləri diriltməsi 
yalansa da, «Ölülər»in ölü fikirləri diriltməsinə şübhə edilə 
bilməz. «Ölülən>də sənətka- ranə bir dirilik, mahiranə bir incəlik 
var. «Artıq dərəcədə məharətlə yazılmış, məzmunu eynən 
həyatımızdan götürülmüş, ideyası inqilabh bu dram 
müsəlmanlann həyatında böyük rollar oynayacaqdır, paslanmış 
beyinləri pasdan təmizləyib, ölmüş ruhlara can verəcəkdir. 
«Ölülən> - «Molla Nəsirəddin» kimi baltanı dibindən vuran bir 
əsərdir. «Ölülər»in Qoqolun «Revizoru»ndan daha qüvvətli əsər 
olduğunu iddia edən S.Hüseyn yazır: «Zira «Revizor»da kefli 
İsgəndər kimi bir qüvvə yoxdur ki, «elm oxuyun, alim olun» 
deyib, «adam olun» deməyənlərə, doqquz yaşında ərə gedən 
qızlara, qardaşım, ata və anasını diriltməsindən ötrü fikirləşməyə 
gedənlərə, «dirildikdən» sonra evlərinə, yurdlanna qayıtmaq 
istərkən qapısı üzlərinə açılmayan ölülərə gülsün, doqquz yaşmda 
nağılarım şeyx nəsrullahlara məcburən arvad etmək istəyən 
atalannm üzünə tüpürməklə ağlasın və ağlatsın». 
Milli, ədəbi-elmi fikrin inkişaf sürəti baxımından XX əsrin 
«ayağı sayalı»dır, - desək, səhv etmərik. Bu dövrdə meydana 
çıxan realist və romantik tənqid cərəyanlan müasir ədəbi prosesə 
və estetik ideala təkan verdi. Ədəbij^at yeni 
542


məzmun, mündəricə, forma-üslub xüsusiyyətləri kəsb etdi. Milli 
romantizmin A.Səhhət, M.Hadi, H.Cavid, A.Şaiq kimi 
nümayəndələri ədəbiyyatın ideya-sənətkarlıq səviyyəsinin 
yüksəlməsində xeyli iş gördülər. Bununla bahəm, romantik tənqid 
də formalaşır, onun Ə.Hüseynzadə, Ə.Ağayev və başqa məşhur 
«külüngçalanlan» 
yetişirdi. 
Kitabın 
«Romantiklərin 
yaradıcılığında ədəbi tənqid» bölümündə bu barədə ətraflı bəhs 
edən M.Məmmədov dövrün romantiklərinin ədəbi-nəzəri 
görüşlərinin öyrənilməsini, aparılmış tədqiqat işlərinin 
səmərəliliyini vurğulayır. Göstərir ki, «realist ədəbi)^atla 
romantik ədəbiyyat eyni dövrün məhsulu olduğu, eyni amallara 
xidmət edib, müvazi şəkildə inkişaf etdiyi kimi, romantik tənqidlə 
realist tənqid arasında da keçilməz sədd olmamışdır... lakin 
tədqiqatçılann çıxış nöqtəsi kimi, ən çox istinad etdikləri bir 
məqamla, yekrəng təhlil-tədqiq üsulu ilə razılaşmaq çətindip>. 
Çünki romantik tənqidin faydası, həqiqətən, onun realist ədəbi 
görüşlərlə nə dərəcədə yaxınlaşması ilə müəyyənləşir. Dövr üçün 
romantik tənqid diqqət mərkəzində saxladığı portret-oçerk 
jannnın xüsusi məna və əhəmiyyət kəsb etdiyi əsərdə konkret 
faktlarla açıqlanır. Bədii yaradıcılığın özünəməxsus cəhətlərinə 
münasibət baxımından romantik tənqidlə realist tənqidin fərqli 
cəhətləri şərh olunur. A.Səhhətin, H.Cavidin, M.Hadinin və 
qeyrilərinin məqalələrindən misallar gətirilir. «Həyat» qəzetində 
çıxan «Təzə şer necə olmalıdır?» yazısı ədəbiyyatımızın tənqidin 
köhnə, epiqonçu şerə atəş açan, yeni şerin nəzəri-estetik 
prinsiplərini əks etdirən, proqram məzmunlu ilk nümunəsi kimi 
səciyyələndirilir. 
Ədəbi mühitdə realizmlə yanaşı inkişaf edərək xalqın 
həyatını, arzu-amallannı, dərd-ələmlərini özünəməxsus bədii- 
emosional üsullarla, təsirli təhkiyə, obrazlı dil və parlaq üslubla 
tərənnüm edən ikinci cərəyan romantizm hesab olunurdu. Onun 
əsas nümayəndələrindən biri də Abbas Səhhət idi. Müasirləri 
kimi, A.Səhhət də öz əsərlərində cəmiyyətdə gedən prosesləri 
özünün şəxsi mənəvi-psixoloji düşüncə süzgəcindən keçirir, 
onlann subyektiv, şəxsi münasibətini ön 
543


plana çəkir, həyatda olandan daha çox öz xəyal və təsəvvüründə 
«boylanan» həyatı əks etdirirdi. Biz bunlan kitaba salınmış ədəbi 
tənqidin kamil nümunələrindən olan «Təzə şer necə olmalıdın>, 
«Sabir», «Məktəblərdə ana dili», «Nəğmə və musiqinin 
məktəblərdə əhəmiyyəti»ndə aydın görürük. 
A.Səhhət 
həmin 
məqalələrində 
şerin 
insanın 
mənəviyyatında oynadığı rolu ön plana çəkərək, əsl şer odur ki, 
«oxuyanlar qəlbinə artacaq təsir bağışlayıb başqalarının his- 
siyati-qəlbini oyandıra» qənaətinə gəlir («Təzə şer necə 
olmalıdın)); M.Ə.Sabiri «bizləri həm ağladıb, həm güldürən, kor- 
kar ruhlarda milliyət hissi və gözəl duyğular oyandıran bir 
Qafqaz şairi» kimi təqdim edir, onun kifayət qədər tanınma- 
masından, 
az 
yaşamasından 
təəssüflənir 
(«Sabin>); 
məktəblərimizdə sair məcburi dərslər təlim edildiyi kimi, ana dili 
fənninin də tədrisinə geniş yer verilməsi zərurətindən söhbət açır 
(«Məktəblərdə ana dili»); nəğmə və musiqisinin uşaqlann 
bədii-estetik tərbiyəsində, ümumi inkişafında, sağlamlıqlannm 
qorunmasında rolunu vurğulayır. Bu xüsusda yazır: «Nəğmə 
dərslərindən sonra uşaqlar başqa dərslərdə daha sakit oturar... 
Musiqi təliminin hifzi-səhhət üçün də faydası az deyildir... 
Nəğmələr, laylalar körpələri yatırdar, hətta böyük kişilərin də 
dərdini ovudar» («Nəğmə və musiqinin məktəblərdə 
əhəmiyyəti»). 
Müntəxəbata romantizmin böyük nümayəndəsi, görkəmli 
dramaturq və üsyankar şair Hüseyn Cavidin dörd maraqlı 
məqaləsi 
salınmışdır. 
«Nakamlıq»da 
Mirzə 
Abdulla 
Məmmədzadənin (A.Surun) türk dilinə, türk ədəbiyyatına olan 
xidmətlərindən söhbət açılır. «Teatr, yaxud sənəti-tamaşada 
təbəddül və tərəqqi»də N.Kamalın «Akif bəy» faciəsinin «Tiflis 
türk dram dəstəsi»ndə tamaşaya qoyulmasından, tamaşa 
haqqındakı təəssüratlarmdan danışılır. «Müharibə və ədəbiyyat» 
məqaləsində dəhşətli müharibələrin bəşəriyyətə gətirdiyi bəlalar 
təsirli dillə təsvir olunur. «Fəqət bu fəlakətin hər kəsi bir dərəcədə 
düşündürmədiyi», «hər ölkədə bir təsir buraxmadığı» təəssüf 
hissi doğurur. Cavid əfəndi belə 
544


nəticəyə gəlir ki, gənclər yalnız mütaliə sayəsində, öz filosoflan, 
ədibləri tərəfindən yazılmış əsərləri oxumaqla müharibənin nə 
olduğunu aydın dərk edər, onu lənətləyərlər. 
Fərəhli haldır ki, 
')Öİ
əsr Azərbaycan ictimai-siyasi, 
ədəbi-fəlsəfi fikrin inkişafında aynca bir mərhələ təşkil edən 
Əlibəy Hüseynzadənin ədəbi-nəzəri irsinin mahiyyəti ətraflı 
açıqlanmaqla, kitaba onun bu günümüz ilə səsləşən məqalələri də 
salınmışdır. Ə.Hüseynzadə yazıçı, tərcüməçi, mütəfəkkir, 
jurnalist, ictimai xadim, pedaqoq və həkim olmuşdur. 
Gimnaziyada təhsil almış, alman, rus, ərəb, fars, fransız 
dillərini öyrənmişdir. Peterburq universitetinin fizika və təbiyyat 
faldiltəsini bitirmişdir. M.Məmmedovun yazıdğma görə, 
Ə.Hüseynzadənin Bakıdakı ictimai-siyasi və ədəbi fəaliyyəti 
«Həyat» qəzetinin nəşrilə başlanır. Onun bu qəzetdə Qərb və Şərq 
fəlsəfəsinə, tarixinə, ədəbiyyatma dair çoxlu məqaləsi çıxmışdır. 
«Həyat»ın nəşri dayanandan sonra, 1906- cı il noyabnn 1-dən 
Əlibəyin redaktorluğu ilə həftəlik ədəbi, elmi, siyasi-ictimai 
jurnal olan «Füyuzat» nəşrə başlamışdır. Müntəxəbatın tərtibçisi 
haqlı olaraq göstərir ki, son 70 ildə (1920-1990) 
Ə.Hüseynzadənin zəngin ədəbi irsi nə toplayıb nəşr edilmiş, nə də 
həyat və yaradıcılıq yolu öz obyel^v qiymətini almışdır. Uzun 
müddət, «sapı özümüzdən olan baltalar» onu mürtəcü ideoloq, 
xalqın, millətin düşməni kimi tanıtmışlar. Yalnız 90-cı illərin 
sonunda onun əsərləri işıq üzü görməyə başlamışdır. 
Ə.Hüseynzadənin ali məktəb tələblərinin ixtiyanna 
verilmiş ədəbi-tənqidi məqalələri də ilk dəfə təqdim olunur. 
«Zəmanəmizin Ömər Xəyyamı» məzmım və ideya-bədii 
cəhətdən xüsusilə fərqlənir. 
Burada tənqidçi mühüm etik-estetik problemlər qaldınr, 
şəxslər və şəxsiyyətləri təhqir edən hər cür «zatın əleyhinə» çıxır. 
Əşrəfə xitabən deyir: «Ey şair, məhbus olduğunu unut, səni 
incitmiş olan vətənin əfv et! Təbiülviyi-şairanəni «Dəccal» kimi 
kitablar yazmağa sərf etməl Səndən millət və dövlət başqa şeylər 
gözləyin). Məncə, Ə.Hüseynzadənin estetik idealı ay kimi işıqlı, 
gün kimi parlaç və həy atid ’ 
545


Ə.Hüseynzadenin «Erməni vətəndaşlarımıza tövsiyə və 
ixtiratımız» məqaləsində türklərin daim sülhpərvəranə çağın- 
şma, «hidayətə», «ülfətü-ünsiyyətə» şüanna baxmayaraq, 
qudurğan ermənilərin qəzetlərə göndərdikləri kizb və böhtan dolu 
yazılan ilə araya düşmənçilik toxumu səpməsi tənqid atəşinə 
tutulur. Məqalənin bir yerinə diqqətinizi cəlb etmək istəyirəm: 
«...hər iki tərəfdən ölənlərin ədədi təxminən bir olduğu, təəssüb, 
cəhalət, vəhşət hər iki tərəfdən eyni dərə- ceyi-şiddətlə izhar 
edildiyi halda, erməniləri haqlı, msaniy> yətli, bigünah və əlhasil 
məsum bir quzu kibi göstərməyə, bizi isə bütün bunun əksi-övsaf 
ilə tövsif etməyə qeyrət ediyorlar, qəzetələrlə, teleqraflarla, 
ajanslarla Avropanın bir ucundan o biri ucuna, bəlkə ta Amerika 
və Avstraliyaya qədər o yolda fəryadlar ediyorlar. Daha doğrusu, 
bizim kimi aciz qalmayıb edə biliyorlar idi. Pişik öz tsiklini 
torpaqla sitr etdiyi kibi, bunlar 
da.
öz qüsurlarını, öz qəbahətlərini, 
öz vəhşətlərini söztufam içində gizləyib, bizim isə ən kiçik 
qəbahətimizi birəni dəvə edərcəsinə mübaliğələndiriyorlar idi». 
Nümunə gətirdiyimiz bu cümlələr sanki dünən yazılıb, deyilib. 
Dığalarm tarixən başımıza gətirdikləri müsibətləri birər-birər 
yada salır, onlann törətdikləri soyqınm siyasətini yadımızdan 
çıxarmamağa, qisas almağa səsləyir, torpaqlanmızı erməni 
murdarlığından təmizləməyə çağınr. 
O dövrün yazıçılan üçün ən mötəbər tribuna, etibarlı 
sığınacaq, heç şübhəsiz, «Molla Nəsrəddin» jurnalı idi. Bu juipal, 
sözün həqiqi mənasında xalqın xitabət kürsüsü, sadə, əməkçi 
odamlann 
istinadgahı, 
pənahı 
və 
güvənci 
idi. 
«Mollanəsrəddinçilib) adı alan mübariz, mütərəqqi fikir cərəyanı 
olmaqla hər cəhətdən yeni, novator, üsyaı^ar ruhu ilə zəmanənin 
öz bətnindən doğulmuş, pərvazlanmışdı. . “Sizi deyib gəlimişəm, 
ey mənim müsəlman qardaşlanm!» kimi sadə, oynaq, çevik, 
səmimi və məhrəm müraciətlə başlayan «Molla Nəsrəddin» 
millətin həyat, məişət və mübarizə əzminə möhkəm daxil 
olmuşdu. Jurnal bütün Şərq xalqlannm ictimai- mədəni 
tərəqqisində də əvəzsiz rol oynamışdır. Burda İran, Türkiyə, 
Mərakeş... kimi ölkələrdə baş verən hadisələrə mətn və 
rəsmlərində geniş yer verən «Molla Nəsrəddin» məzlum 
546


xalqı birliyə, həmrəyliyə çağınrdı. Onun ən fəal təbliğatçılarından 
biri də Ə.Hüseynzadə idi. «Molla Nəsrəddin»ə təşəkkür», «Bir 
balaca intiqad», «İngilis əşari türk dilində və «Şilyon məhbusu» 
və yüzlərlə kəskin, düşündürücü yazılan ona böyük şöhrət 
qazandırmışdı. 
Sözügedən toplunun tərtibçisi gərgin zəhmət bahasına 
həmin yazılann bir qismini kitaba daxil etmişdi. 
Bu 
nöqteyi-nəzərdən 
Ə.Hüseynzadənin 
«Molla 
Nəsrəddin» və «Dəbistan» məqaləsi daha xarakterikdir. 
Məqalənin qəribə təhkiyə üsulu, canlı, obrazlı və ifadəli dili var. 
Müsəlman aləmini yonulmamış qoz kötüyünə, mərmər daşına, 
qranit qayasına bənzədən yazıçı bu həqiqətin heç də acı olması, 
dərdlərimizə çarə bulunmaması qənaətində deyil. Axı, «qoz 
kötüyünə, mərmər daşına, qranit qayasına»... zərif şəkillər, 
nəqşlər, heykəllər oymaq olur. Nə gözəl, mətin, əzəmətli binalar, 
imarətlər vücuda gəlir qranit qayalanndan. 
«Qafqaziyamızda «qoz kötüklərini», qaya daşlannı 
yonmağa, yonmaq üçün müxtəlif alətlər icad etməyə həzin bir 
meyl və həvəs müşahidə olunur». Bu növ alətlərdən biri də 
Tiflisdə həftədə bir dəfə çıxan «Molla Nəsrəddin» adlı türkcə 
cərideyi-müsəvvər 
eyi-əzhukiyyənin 
baltalandu^> 
deyən 
Ə.Hüseynzadə millətinin elm, mərifət kəsb etməsinə, tərbiyə və 
təlim alması istəyinə əmindir. «Dəbistan» jurnalının estetik 
idealına, ideya-tərbiyəvi istiqamətinə gəlincə isə «bunun da 
camaatımız haqqında fikir və nəzəri, arzu və məqsədi haman 
«Molla Nəsrəddin» nəzər və məqsədinin eynidir». Lakin bu iki 
mətbu orqanını fərqləndirən cəhətlər də var. Məqaləsində həmin 
cəhətlərə güzgü tutan Ə.Hüseynzadə yazır ki, zira «Dəbistan»ın 
əlində «Molla Nəsrəddin»in baltası kimi «qəvi və kəskin bir alət» 
yoxdur. Hər kəsə ki, uşaqlıqda təlimi-ədəb və tərbiyə verilməsə, 
böyüyəndə onun üçün nicat olmaz. Çünki yaş ağacı necə istəsən 
əymək mümkündür. Quru ağacı isə ancaq od ilə düzəltmək 
mümkündür. Deməli, «Molla Nəsrəddin» ilə «Dəbistan»! 
yekdigərinə qiyas etmək lazım gəlsə, demək olur ki, quru ağacı 
yona bilən «Molla Nəsrəddin» daha hünərli, yaş ağacı əyib 
düzəldən «Dəbistan» daha tədbirlidİD). Məcəllənin (jurnalın - 
F.S.) dilinə, üslubuna toxunan müəllif bildirir ki, «Bu dil bəzi 
yerlərdə qayət sadə və 
547


asandiD). Sübut üçün Ə.Əfəndizadənin mənzuməsindən üç bənd 
verir: 
Sən də, nənə, bağçada seyr etmisən? 
Mənim kimi oynamağa getmisən? 
Xırda-xuruşdan gəlinə ev tikib 
Oynatmağa çəməndə meyl etmisən?.. 
«Tolstoyluq nədir?» adlı geniş məqaləsində «ruslann 
Sədisi» Tolstoyu Ə.Hüseynzadə yüksək qiymətləndirir. Qeyd 
edir ki, Tolstoy sadə Rusiyanın deyil, bəlkə bütün cahanın ən 
böyük üdəbasından biridir... onun əftanndan bütün oxucular 
feyziyab olurlar. Şekspirin, Hötenin, Jan Jak Russonun, Viktor 
Hüqonun ədəbiyyatda qiyməti, əhəmiyyəti nə isə, Tolstoyun da 
bizim zəmanədə, Rusiya ölkəsində qiyməti, əhəmİ
5
^əti o 
qədərdir! «ŞilleD>də alman dramaturqu Şiller türk (kama- 
turqlan ilə müqayisə edilir. 
Həmin dövrdə meydana çıxan ədəbi tənqid materiallannı 
ümumən sonrakı dövrlərin ədəbi meyarlan ilə dəyərləndirsək, 
mövzuları seçmək, hadisə, əhvalat və tipləri dərindən araşdırmaq 
baxımından heç də geridə qalmadığı aydınlaşar. Məqalələrdəki 
yeniliklərlə köhnəliyin çarpışması, ikincinin sərt müqavimət 
göstərməsi zəminində realist yazıçılann aşıladıqlan fikir və 
duyğular zəmanəni çalxaladı, həqiqət ələyindən keçirdi, dahi 
Sabir demişkən, yağı üzə çıxardı, ayranı ayranlıq etdi. Kitabda 
getmiş əsərlər dəyişən dövr və şəraitin, bir-birini əvəzləyən rejim 
və hakimiyyətlərin siyasi, ideoloji, bədii, nəzəri, estetik, 
metodoloji qabarma və çəkilmələrin öz doğru yolundan, şəffaf 
əqidəsindən döndərə bilmədiyi müqtədir qələm sahiblərimizin 
şedevrləridir. Həmin «şedevrlərdə» xaos, qarmaqanşıqlıq, kəskin 
sinfi mübarizə burulğanından mətanətlə sıynlıb çıxan söz 
gəmisinin nəinki azmayacağı, gələcəyə doğru düzgün və fasiləsiz 
kurs götürməsi qənaətini durulaşdınr, büllurlaşdınr. İndi də 
müasir oxucu prof M.Məmmədovun sayəsində bu büllurluqda 
dövrünün məhəlli sularından tənqid okeanına çıxan həmin 
gəminin sükançılannı - namuslu, qeyrətli, ötkəm və iddiasız 
şəxsiyyətlərini aydınca görür, yanında hiss edir. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə