Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   40   41   42   43   44   45   46   47   48

 
 
118 
 
Frez  dəzgahı  –  metal  və  digər  məmulatların  frezlə  emalı  üçün  metalkəsən 
dəzgahdır.  O,  universallığı  ilə  fərqlənir:  müstəvi,  əyrixətli  səthləri  yonmaq, 
detallarda  yiv,  çarxlarda  diş  açmaq  və  s.  üçün  işlədilir.  Konstruksiyasına  görə 
konsullu və konsulsuz frez dəzgahları var. 
Frezləmə  –  metal  və  qeyri-metal  materialların  frezlə  kəsərək  emalıdır. 
Frezləmədə  kəsici  alət  –  frez  fırlanır,  emal  ediləcək  pəstaha  isə  irərləmə  hərəkəti 
verilir. Frezləmədə kəsmə sürəti frezin tipindən, onun kəsici hissəsinin materialı və 
həndəsi parametrlərindən, kəsmə rejimi, pəstahın səth qatının vəziyyətindən və s.-
dən asılı olur.  
Friksion  mexanizm  –  elementləri  arasında  yaranan  sürtünmə  qüvvələrinin 
köməyi  ilə  hərəkəti  ötürmək  və  ya  dəyşidirmək  üçün  mexanizmdir.  Bu 
mexanizmlərə  friksion  ötürücü,  friksion  mufta  və  tormozlar,  friksion  sıxac  və  s. 
mexanizmlər aiddir. 
Friksion  ötürücü  –  hərəkəti  bir-birinə  sıxılmış  diyirlənmə  cisimləri  (silindr, 
konus və disklər) arasındakı sürtünmə qüvvələrinin köməyi ilə ötürən və ya çevirən 
mexaniki ötürücüdür. Mexanizmin ötürmə nisbətləri sabit və dəyişən olur. 
 

Gil  –  tərkibi,  əsasən,  gil  minerallarından  ibarət  çökmə  süxurdur.  Plastiklik 
xassəsinə  malikdir.  Odda  yandırıldıqda  daş  kimi  bərk  və  sərt  olur.  Gil  aşınma 
yerlərində  gilli  məhsulların  toplanması  və  aşınma  məhsullarının  aparılaraq 
dənizlərdə  və  kontinental  şəraitdə  çökdürülməsi  nəticəsində  (çökmə  gil)  əmələ 
gəlir. Gil faydalı qazıntıdır, keramika, odadavamlı məmulat hazırlanmasında və s.-
də istifadə olunur. 
Giləmeyvə  –  açılmayan  çoxtoxumlu  meyvədir.  Giləmeyvələrin  müxtəlif 
formaları  vardır.  Əksəriyyəti  üzvi  türşular,  vitamin,  şəkər  və  s.  maddələrlə 
zəngindir.  Qiymətli  yeyinti  məhsuludur.  Bəziləri  zəhərlidir.  Bir  qismindən  isə 
tibbdə istifadə olunur. 
Giləmeyə  bitkiləri  –  yeməli  meyvəsi  məişətdə  giləmeyvə  adlanan  çoxillik 
kol,  yarımkol  və  ot  bitkiləri  (yabanı  və  becərilən)  qrupudur.  Giləmeyvə 
bitkilərindən ən çox çiələy, moruq, qarağat, firəng üzümü, böyürtkən, bağ çiyələyi, 
çay tikanı və s. becərilir. Yabanı giləmeyvə bitkilərinin ən əhəmiyyətlisi mərcanı, 
mərcangilə  və  qaragilədir.  Giləmeyvə  bitkiləri  mülayim  iqlimi  zonalarda 
şəhərətrafı  sahələrdə  becərilir.  Giləmeyvəsində  şəkər,  mineral  maddələr,  üzvi 
turşular, vitaminlər, aormatik maddələr var. Yeyilir, mürəbbə, cem, şərab, kompot, 
marmelad və s. hazırlanır. Bəziləri isə dərman kimi işlədilir. 
Gövdə –  
1)  ali  bitkilərin  əsas  orqanlarından  biridir:  yarpaqlarla  birlikdə  zoğ  əmələ 
gətirir. 
2) texnikada – maşın və ya qurğunun, adətən, əsasını (dayaq mənasında) təşkil 
edən və digər mexanizmləri (elementləri və s.) içərisində, yaxud üzərində toplayan 
hissədir. 
 
 


 
 
119 
 
Güləbətin  
1)  qaymaqçiçəklilər  fəsiləsindən  çoxillik  bitki  cinsidir.  Kökətrafa  yarpaqları 
saplaqlı,  gövdə  üzərindəki  yarpaqları  isə  saplaqsız  otlardır.  Əsasən,  bənövşəyi 
rəngli  iri  çiçəkləri  tək-tək  yerləşir.  Azərbaycanda  2  növü:  alban  güləbətini  və 
bənövşəyi  güləbətin  yayılmışdır.  hər  iki  növü  zəhərlidir,  dekorativ  bitki  kimi 
becərilir. 
2) tel halına salınmış qızılı, gümüşü və bürüncü sapdır. 
3)  eyni adlı  sap  ilə  ağır  parçalar  (tirmə,  məxmər,  xara  və  s.)  üzərində  tikmə 
növüdür.  Güləbətin  tikmədən  bəzi  geyimlərin  (arxalıq,  araqçın  və  s.)  və  məişət 
şeylərinin  (daraq,  saat  qabı,  mütəkkə,  balınc,  taxça  və  rəf  pərdəlari  və  s.) 
bəzədilməsində  istifadə  olunurdu.  Azərbaycanda  bu  tikmə  növünə  yenə  də  rast 
gəlinir. 
 
 

Haşiyə – dekorativ-tətbiqi sənət əsərlərində (metal, keramika, xalça, parça və 
s.),  eləcə  də  miniatür  sənətində  mərkəzi  bəzək  kompozisiyasını  əhatə  edib 
tamamlayan  bədii  zolaqdır.  Haşiyə  bir  və  ya  bir  neçə  naxış  elementinin  lentvarı 
formada təkrarından yaranır. Müxtəlif motivli nəbati və həndəsi naxışlardan, insan, 
heyvan və quş təsvirlərindən, bəzən də bədii xətt ilə yazılan şer parçalarından təşkil 
edilən haşiyə zolaqları tək-tək elementlərin ritmik təkrarı ilə, mürəkkəb haşiyə isə 
bir neçə elementin (islimi «xətai» və s.) hələzunlar (piçək) boyunca təkrarı, yaxud 
birləşməsi  (hörük)  ilə  əmələ  gəlir.  Xalçaçılıqda  mürəkkəb  quruluşlu  haşiyə 
bəzəkləri enli ana haşiyədən, onun yanlarındakı bala haşiyədən, bala haşiyəni əhatə 
edən zəncirdən və «mədaxil», «su» adlanan ensiz zolaqlardan ibarət olur. Haşiyəyə 
yelən də deyilir. 
Heykəl  –  heykəltəraşlığın  əsas  növlərindən  biridir.  İnsan,  yaxud  heyvan 
fiqurunun  (bəzən  fantastik  varlığın)  heykəltəraşlıq  təsviridir.  Adətən,  postament 
üzərində  qoyulur.  İnteryer  bəzəyəndə  tətbiq  olunan  kiçik  heykəllər  heykəlcik 
adlanır. 
Heykəltəraşlıq  –  yapma,  plastika-obyektin  həcmli,  fiziki  cəhətdən  üçölçülü 
(eni,  uzunu,  hündürlüyü)  təsviri  prinsipinə  əsaslanan  incəsənət  növüdür. 
heykəltəraşlığın  təsvir  obyekti,  adətən,  insan,  bəzən  heyvan,  nadir  hallarda  isə 
təbiət (mənzərə) və əşyalar olur. Fiqurun ətraf mühitdə mövqeyi, hərəkəti, pozası, 
həmçinin, kütləsinin və çəkisinin zahiri effekti işıq-kölgə münasibətləri, ölçü, ritm, 
siluet  və  s.  heykəltəraşlığın  bədii  ifadə  vasitələridir.  İki  növü  var:  dairəvi 
heykəltəraşlıq  və  relyev  heykəltəraşlığı.  Azərbaycan  memarlıq  abidələrində, 
xüsusilə  qəbrüstü  daşlarda  həkk  olunmuş  oymalar,  naxışlar,  təsvirlər 
heykəltəraşlığın dekorativ sənətlə üzvi əlaqədə inkişaf etdiyini göstərir. Bakıda və 
rayonlarda bir sıra abidələr qoyulub və indi də qoyulur. 
Heyvan  cinsləri  –  bir  növdən  və  bir  mənşədən  olan  kənd  təsərrüfatı 
heyvanları qrupudur (iri buynuzlu mal-qara, atlar, qoyunlar, dovşanlar və s.) 
Heyvandarlıq  –  kənd  təsərrüfatı  heyvanlarını  yetişdirən  təsərrüfat  sahəsidir. 
Heyvandarlıq  əhalini  süd,  yağ,  ət,  yumurta,  yun,  dəri  və  s.  ilə  təmin  edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə