12
tələbə, əməkdaşlıq edən müəllim və müəllimlərin hazırlanması üzrə proqramın yoxlayıcısı hər üçü birlikdə
tələbənin inkişafına əsaslanan bu təcrübə üçün müvafiq vaxt müəyyənləşdirməlidirlər.
Təcrübə haqqında düşünmə. Praktikum təcrübəsindən maksimum fayda götürmək üçün tələbənin tədris
və öyrənmə ilə bağlı tənqidi təhlil aparması, düşünməsi və dialoqlarda iştirak etməsi zəruridir. Təhlil və
düşünməyə yardım edən vasitə kimi bir çox praktikum proqramları tələbələrin ixtisas üzrə təcrübəyə dair
qeydlər aparması üçün xüsusi jurnalların ayrılmasını nəzərdə tutur. Tələbələr bu jurnalda gündəlik qeydlər
apapıplar; əməkdaşlıq üçün həmin qeydlərdən istifadə edə bilərlər (Qeydiyyat jurnalının nümunəsi və formatları
Əlavə 8-də verilir). Praktikum təcrübəsi üzərində düşünməyin digər bir vasitəsi düşündürücü təcrübə
seminarıdır. Müəllimlərin hazırlanması üzrə proqramların bir çoxu öz tələbələri üçün hər həftə düşündürücü
təcrübə seminarlarının təşkilini nəzərdə tutur. Bu seminarların məqsədi tələbə və müəllimləri öz tədris prosesi
üzərində düşünməyə həvəsləndirmək və praktikum zamanı meydana çıxan problemlərin həlli yollarını
müəyyənləşdirmək, bununla bağlı fikir mübadiləsi aparmaqdan ibarətdir. Nəhayət, müəllimlərin hazırlanması
üzrə proqramların bəzisi təcrübə keçən tələbələri öz işlərinə dair qovluq tərtib etməyə həvəsləndirir. Həmin
qovluqda hər bir tələbənin müəllim kimi necə səriştə qazanması öz əksini tapır.
Əməkdaşlıq edən müəllim
Əməkdaşlıq edən müəllim ixtisas üzrə təcrübənin keyfiyyətinə, xüsusilə də dərs deyən tələbəyə güclü təsir
göstərir. O, tələbə ilə gündəlik və sıx şəkildə işlədiyindən, onların qarşılıqlı münasibətləri himayədarlıq üçün
olduqca zəruridir. Əməkdaşlıq edən müəllimin praktikuma oriyentasiyası Zeyknerin «pedaqoji praktikum»
adlandırdığı təcrübəyə kömək etməlidir: bu təcrübə gələcək müəllimlərə uzunmüddətli təlim prosesində öz
peşəkarlığını daim yüksəltməyi nəzarətdə saxlamaq imkanı verir (Zeykner, 1993). Bu isə o deməkdir ki,
əməkdaşlıq edən müəllim yalnız öz peşə təcrübəsini bölüşməkdə deyil, həm də müəllimlərin hazırlanması
proqramı üzrə tələbələrin təqdim etdikləri şəxsi təcrübələr və kurs işi ilə müqayisəli olaraq öz tədris
təcrübələrinin açıq şəkildə tədqiqşində mühüm rol oynayır. Bu yolla da əməkdaşlıq edən müəllim dərs deyən
tələbə və müəllimlərin hazırlanması proqramı ilə məşğul olan professor-müəllim heyəti ilə birlikdə eyni bir
komandanın üzvü kimi hərəkət etmiş olur.
Aşağıda əməkdaşlıq edən müəllimin dərs deyən tələbənin qiymətləndirilməsi və inkişafına yardım etmək
məqsədi ilə dərs deyən tələbələrlə və müəllimlərin hazırlanması proqramının yoxlayıcıları ilə necə birgə
işləməsinə dair təkliflər verilir.
İstiqamətlərdinmə (oriyentasiya). Əməkdaşlıq edən müəllim və məktəb rəhbəri dərs deyən tələbəni
məktəbin üstünlükləri, digər müəllimlər, məktəbdaxili qayda və prosedurlarla tanış etməyə görə məsuliyyət
daşıyırlar. Məktəb rəhbərinin dərs deyən tələbəyə kömək etmək və onda inam hissi yaratmaq məqsədi ilə həmin
tələbə ilə qısa bir görüş keçirməsi də faydalıdır. Əməkdaşlıq edən müəllim və tələbə də istiqamətləndirmə ilə
bağlı görüş keçirməlidirlər. Bu görüş zamanı dərs deyən tələbə və əməkdaşlıq edən müəllim özlərinin tədrislə
bağlı fikirlərini bölüşə, məqsəd və vəzifələri müəyyənləşdirə, həftəlik konfranslar cədvəlini tərtib edə və dərs
deyən tələbəni məktəb işçilərinə və valideynlərə təqdim edən məktub yaza bilərlər. Əməkdaşlıq edən müəllim
dərs deyən tələbəyə məktəbin sxemi, telefon nömrələri, məktəb qaydaları, dərs planlarının nümunəsi və s. kimi
bir çox faydalı materiallardan ibarət «oriyentasiya paketi» təqdim edə bilər. Bu ilkin istiqamətləndirmə zamanı
əməkdaşlıq edən müəllim və tələbə üçün özlərinin tədris və sinfin idarəçiliyi ilə bağlı fəaliyyət qaydalarını aydın
müəyyən edən platforma rolunu oynaya bilər.
Planlaşdırma. Praktikum təcrübəsinin lap əvvəlindən dərs deyən tələbənin həmin təcrübənin son
məqsədlərini görə bilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə tələbə, əməkdaşlıq edən müəllim və
müəllimlərin hazırlanması üzrə proqramın yoxlayıcısı praktikum planını işləyib hazırlamalıdırlar (Semestrlik və
həftəlik praktikum planlarının nümunələri üçün Əlavə 7 və Əlavə 8-ə baxın). Bu cür birgə planlaşdırma işi
zamanı yoxlayıcı məktəbin və müəllimlərin hazırlanması üzrə proqramın akademik təqvimlərinə nəzər salmalı
və onların toqquşmadığına əmin olmalıdır. Yoxlayıcı, həmçinin, müəllimlərin hazır-lanması üzrə proqramın
tələblərini dönə-dönə təkrar etməlidir. Əməkdaşlıq edən müəllim həmin tələblər siyahısına tələbədən gözlədiyi
nəticələri də əlavə etməlidir. Tələbə sonradan işə girməklə bağlı intervülərdə istifadə oluna biləcək qovluğa
daxil etmək istədiyi müddəaların siyahısının tərtibinə girişə bilər.
Praktikum planını tərtib edərkən, bütün tərəflər həm uzunmüddətli, həm də qısa müddətli planlaşdırmaya
diqqət yetirməlidirlər. Uzunmüddətli planlaşdırma təqvimində gözlənilən təlim fəaliyyətləri, əlaqəli fəaliyyətlər
və praktikum tələbləri öz əksini tapa bilər. Praktikumla bağlı əhəmiyyətli hadisələri ardıcıl əks etdirmək üçün
aylıq təqvimdən istifadə etmək olar. Nəhayət, əməkdaşlıq edən müəllimin və tələbənin planlaşdırılmış
dərslərdən müntəzəm olaraq məlumatlı qalması üçün həftəlik planlaşdırma forması tətbiq oluna bilər.
Müşahidə. Əməkdaşlıq edən müəllim dərs deyən tələbəyə sinfi planlaşdırılmış və mütəşəkkil qaydada
müşahidə etməkdə kömək göstərməlidir. Bu təcrübə «yolgöstərən müşahidə» adlanır. Əməkdaşlıq edən müəllim
tələbəni müxtəlif müəllimləri və tədris üsullarını müşahidə etməyə həvəsləndirməlidir. Müşahidə obyekti
hansısa bir uşaq (çox zaman onu «tədqiq olunan uşaq» adlandırırlar), uşaqlardan ibarət kiçik bir qrup, bütöv bir
sinif, dərsin təşkili və təhlili məqsədi güdülməklə konkret bir dərs prosesi ola bilər. Tələbənin məktəbdəki