5
MÜƏLLİMLƏRİN HAZIRLANMASI PROQRAMLARINDA İXTİSAS ÜZRƏ TƏCRÜBƏNİN ROLU
İXTİSAS ÜZRƏ TƏCRÜBƏ NƏDİR?
Müəllimlərin hazırlanmasına dair istənilən proqramın zəruri bir hissəsini ixtisas üzrə təcrübə təşkil edir.
Praktikum və ya «tələbənin dərs deməsi» çox zaman bu ixtisas təcrübəsinin kulminasiyası olur. Praktikumun
müəllim ixtisasına yiyələnmə proqramı
1
çərçivəsində bir sıra xüsusi adlara və statusa malik olmasına
baxmayaraq, ixtisas üzrə bütün təcrübələr bir-birinə bənzəyir. Ümummilikdə bu təcrübələrin iki səciyyəvi cəhəti
var:
Onlar tələbələrin müəllimlik peşəsi mədəniy-yətinə uyğunlaşmasına yardımçı olan inkişaf yolunu təmin
edir;
Onlar tələbələrə nəzəriyyəni birbaşa təcrübə ilə birləşdirmək imkanı verir. (Pozner, 1996).
İxtisas üzrə təcrübələrin digər ümumi cəhətləri də var. Birincisi, ixtisas üzrə təcrübələr öz təyinatından
asılı olaraq, müəllimi və ya təlim şəraitini prosesə cəlb edir. İkincisi, onlar öyrənən şəxsi cəlb edir. Üçüncüsü,
onlar müəllimin öyrənən kəslə bölüşdüyü təlim materialını (bu materialın texniki informasiya, vərdişlər və ya
şəxsi hisslərdən ibarət olmasından asılı olmayaraq) cəlb edir. Nəhayət, ixtisas üzrə bütün təcrübələr təlim və
öyrənmə təcrübəsinə təsir göstərən __________
1
İxtisasa yiyələnmə treninqi diplomlu müəllim olmağa hazırlaşan tələbələrin ixtisas hazırlığı keçməsini
nəzərdə tutur. İxtisas artırma treninqi isə artıq bu ixtisas almış müəllimlərin təkmilləşməsi analayışını ifadə edir.
qaydalardan, üstünlüklərdən, dəyərlərdən, gözlənilən nəticələrdən və fərdi yetişmə mühitindən ibarət olan
kontekst çərçivəsində aparılır.
İXTİSAS ÜZRƏ TƏCRÜBƏNİN TİPLƏRİ
Oxşar cəhətlərin bu qədər çox olmasına baxmayaraq, ixtisas üzrə hər hansı iki təcrübə bir-birini dəqiq
təkrarlamır. Tələbələrə ixtisasla bağlı işi müxtəlif məşğələlərdə, müxtəlif yaşlı və qabiliyyətli uşaqlarla aparmaq
seçimini təklif etmək olar (Bu tələbələrə hərtərəfli təcrübə qazanmaq və öz maraqları haqqında daha çox şey
öyrənmək imkanı verir). İxtisas üzrə təlimlə bağlı məşğələlər məktəblərdə, məktəb idarəçiliyi mərkəzində,
məktəb klinikasında və ya ictimai agentlikdə keçirilə bilər.
İxtisas üzrə təlim keçən tələbələrin malik ola biləcəkləri təcrübə tipləri sırasına sinif müşahidəsi,
öyrətmək, məktəb rəhbərlərinin və müəllimlərin yardımçı olmaq, məktəb həyatında və ictimai tədbirlərdə iştirak
etmək, dərs demək və təcrübə mübadiləsi aparmaq kimi formalar daxil ola bilər. Bundan başqa, ixtisas üzrə hər
bir təcrübə həmin təcrübəyə sponsorluq edən müəllimlərin hazırlanması üzrə proqramın fəlsəfi oriyentasiyasının
təsirinə məruz qalır. Müəllimlərin hazırlanması üzrə proqram təcrübənin necə təşkil və icra edilməsini xeyli
dərəcədə müəyyənləşdirmiş olur. Məsələn, nəzəri kurs işinin tətbiq olunmuş təcrübələrlə birləşdirilməsini
qiymətləndirən müəllimlərin hazırlanması üzrə proqram tələbələr üçün onların sinifdəki işini ixtisas üzrə işlə sıx
əlaqələndirən bir sıra ixtisas təcrübələrini özündə əks etdirir. İxtisas üzrə işi qiymətləndirməyən müəllimlərin
hazırlanması üzrə proqram isə belə bir iş üçün az imkanlar və minimal kömək təklif edir və nəzəri işi ixtisas
üzrə işlə əlaqələndirməyə zərurət kimi yanaşmır.
Praktikum və ya tələbənin dərs deməsi ixtisas üzrə təcrübənin bir formasıdır. İxtisas üzrə digər təcrübələr
kimi, praktikum da ilkin təlim təcrübəsini inkişaf etdirmək məqsədi güdən keçid təcrübəsidir, o tələbəyə real və
əlverişli bir mühitdə müşahidə və təlim üçün imkanlar yaradır. Praktikumda bütünlükdə ixtisas üzrə təcrübə
üçün nəzərdə tutular əsas iştirakçılarından daha az sayda şəxs iştirak edir. Buraya dərs deyən tələbəyə nəzarət
edən müəllim
1
, eləcə də müəllimlərin hazırlanması proqramı üzrə inspektor (həm də təlimatçı olan bu şəxs
təcrübə keçən tələbəyə və ya tələbələr qrupuna nəzarət edir)
2
daxildir.
İxtisas üzrə digər təcrübələrdən fərqli olaraq, çox zaman praktikum erkən tədqiqatın əsas hissəsi kimi
sonradan müəllimlərin hazırlanması üzrə proqram çərçivəsində həyata keçirilir. O, əsasən, tələbənin bir neçə,
daha az intensiv olan təlim təcrübələrində iştirak etməsindən sonra aparılır. Tələbənin öyrəndiyi kursla bağlılın
dərəcəsindən asılı olaraq praktikum müddəti bir neçə həftədən bir ilə qədər ola bilər.
İxtisas üzrə işin və praktikanın rolu
Son illər pedaqoji təhsil sahəsi üzrə ekspertlər müəllimlərin hazırlanması prosesi çərçivəsində ixtisas üzrə
təcrübələrin və praktikanın rolunun mühüm oldu-
_____________
2
Əməkdaşlıq edən müəllim dedikdə, bəzən nəzarətçi (yoxlayıcı) müəllim və ya məktəb laboratoriya
müəllimi (laborant) nəzərdə tutulur.
3
İnspektora verilən spesifik ad çox zaman müəllimlərin hazırlanması üzrə proqramın tipi ilə əlaqədar olur.
məsələn,
universitet inspektoru, kollec inspektoru.
ğu barədə yekdil fikrə gəlmişlər. Bu yekdil fikri şərtləndirən ümumi səciyyəvi cəhətlər aşağıdakılardır:
İxtisas üzrə iş, xüsusən, tələbələri sinifdə nəzəri bilikləri təcrübə ilə əlaqələndirməyə həvəsləndirdiyi
zaman müəllimlərin hazırlanması işinin zəruri və qiymətli hissəsidir.
6
Tələbələr onlara müxtəlif məşğələləri sınaqdan çıxarmaq imkanı verən bir sıra ixtisas təcrübələrindən
faydalanırlar (müxtəlif yaşa və xarakterə malik uşaqlarla aparılan dərslər, müxtəlif iş üslubu və fəlsəfi düşüncəsi
olan müəllimlər, eləcə də müxtəlif sosial və iqtisadi şəraitləri təmsil edən öyrəncilər).
İxtisas üzrə iş müəllimlərin hazırlanması üzrə proqram çərçivəsində mümün qədər tez başlamalı və
proqram davam etdikcə ona daha çox əhəmiyyət verilməlidir.
Təcrübə üstəgəl düşüncə inkişafın əsasıdır. Müəllimlərin hazırlanması üzrə proqramlar tələbələri
nəzəriyyəyə və praktikanı əlaqələndirməyə həvəsləndirirsə, o zaman bu proqramlar tələbələrin öz bacarıqlarını
hazırlıq proqramı başa çatdıqdan sonra da uzun müddət davam etdirən «düşüncəli praktikantlar» olmasına
yardım göstərmiş olur.