19
müqavilənin əsas Ģərtləri kimi səciyyələnir. Müqavilə bir tərəfdən hüquqları, digər tərəfdən müqavilədən doğan
vəzifələri müəyyən edir.
Konstitusiyada qeyd edildiyi kimi əmək müqaviləsi bağlanarkən məcburiyyətə yol verilə bilməz, yəni
müqavilə könüllü prinsipə əsaslanmalıdır. Həmçinin göstərilir ki, heç kəs zorla iĢlədilə bilməz.
Yalnız məhkəmə qərarı əsasında, hərbi xidmət zamanı rəisin əmrinə əsasən, fövqəladə vəziyyət və hərbi
vəziyyət zamanı məcburi əməyə cəlb olunmaya Konstitusiya yol verir.
Konstitusiyanın əhəmiyyətli göstəriĢlərindən biri, iĢləyənlər üçün heç bir ayrı-seçkiliyə yol
verilməməsidir. Qanunun mənasına görə əməyin ödənilməsində, iĢ Ģəraitinin müəyyən edilməsində iĢçilər
arasında heç bir fərq qoyulmamalıdır.
Qanunla müəyyən edilən minimum əmək haqqı miqdarından az olmayan haqq almaq ümumi Ģərt kimi
qəbul edilməklə, iĢçi öz iĢinə, sərf etdiyi əməyin kəmiyyət və keyfiyyətinə görə əmək haqqı almalıdır.
ĠĢsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır.
ĠĢsiz statusu alan Ģəxslər dövlətdən müavinət almaq hüququ qazanırlar.
Milli mənsubiyyət hüququ. Respublika Konstitusiyasının 44-cü maddəsinin hər kəsin öz milli
mənsubiyyətini qoruyub saxlamaq hüququnu təsbit etməsi çoxmillətli bir ölkə üçün xüsusilə əhəmiyyətlidir.
Məlumdur ki, hazırda Azərbaycan çoxsaylı millət və xalqların nümayəndələri tamhüquqlu insanlar kimi
yaĢayırlar. Onlar özlərinin mədəniyyətlərini, dillərini, irsi bağlılıqlarını, adət və ənənələrini, musiqi və
incəsənətlərini saxlayır, inkiĢaf etdirirlər. Azərbaycanlılara eyni hüquq bərabərliyi verməklə, bu hüquq və
bərabərliklərin qorunub saxlanmasına təminat verir.
Milli ayrı-seçkiliyə yol verilməsinə görə, cinayət məsuliyyəti nəzərdə tutulur.
Konstitusiya milli mənsubiyyətin dəyiĢdirilməsinə yönəldilən hər hansı məcburiyyətin yolverilməzliyini
təsbit edir.
Beləliklə, respublikada yaĢayan hər bir kəs öz milli mənsubiyyətinin saxlanılmasına təminat alır. Bununla
birlikdə milli dildə təhsil almaq, milli mədəniyyətin qorunub saxlanması imkanları geniĢləndirilir.
Hər kəsin öz dini etiqadının yerinə yetirilməsində sərbəstliyini də nəzərə almıĢ olur, qeyd edilməlidir ki,
Azərbaycan öz beynəlmiləlçilik xüsusiyyətlərinə görə beynəlxalq aləmdə irəli getmiĢ ölkələrdən biri
sayılmalıdır.
Ana dilindən istifadə hüququ. Konstitusiyanın təsbit etdiyi əhəmiyyətli hüquqlardan biri də ana dilindən
istifadə hüququdur.
Burada göstərilir ki, hər kəsin ana dilindən istifadə hüququ vardır, istədiyi dildə tərbiyə və təhsil almaq,
yaradıcılıqla məĢğul olmaq hüququ vardır.
Ġnsanlar arasında ünsiyyət yaradılmasında dilin əvəzsiz rolu vardır. Hər bir xalqın özünəməxsus dilinin
olması, bu dildə heç bir məhdudiyyətə rast gəlmədən istifadə etmək imkanının mövcudluğu milli inkiĢaf üçün
əsas Ģərtdir.
Dilin itirilməsi xalq üçün ən böyük faciədir. Ona görə də Konstitusiyada göstərilir ki, heç kəs ana dilindən
istifadə hüququndan məhrum edilə bilməz.
Azərbaycan dili dövlət dili kimi qəbul edilməsinə baxmayaraq hər millətin öz dilində danıĢmasına, təhsil
almasına, mədəniyyət hüququndan dolğun surətdə istifadə etməsinə Ģərait yaradırlar. Milli mənsubiyyət
zəminində hər hansı qanunsuzluğa yol verilməsinə görə cinayət və baĢqa qaydalarda məsuliyyət müəyyən edilir.
Şərəf və ləyaqətin müdafiəsi hüququ (maddə 45). Əsas qanunun 45-ci maddəsi insanların öz Ģərəf və
ləyaqətini müdafiə etmək hüququnu təsbit edir. Ġnsan üçün hava və su kimi vacib olan amillərin sırasına onun
Ģərəf və ləyaqətinin qorunub saxlanması da daxildir.
Ġnsan üçün ləyaqətini və Ģərəfini itirmək qədər mənəvi sarsıntı gətirən baĢqa bir halı təsəvvür etmək
çətindir. ġərəf və ləyaqət anlayıĢı geniĢ məna daĢıyır. ġərəfli və ləyaqətli o kəslər hesab edilirlər ki,
mənəviyyatca sağlam, əqidəli və məsləkli olmaqla, öz əxlaqına və vətəninə bağlıdırlar. Vətənin Ģərəfini öz
Ģərəfləri, uğursuzluğunu isə öz Ģəxsi uğursuzluqları hesab edirlər. ġərəfli və ləyaqətli olanların sözləri ilə
əməlləri bir-birindən fərqlənmir, öz xeyirxahlıqları və davranıĢları ilə seçilirlər. Qeyd edilən Ģərtlərə sahib olan
hər bir kəsin Ģərəf və ləyaqətinin alçaldılmasına qanun heç bir vəchlə yol vermir.
Konstitusiya müəyyən edir ki, heç bir hal Ģəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
Həmçinin göstərilir ki, heç kəsə iĢgəncə və əzab verilə bilməz, heç bir kəs insan ləyaqətinin alçaldan
rəftara və cəzaya məruz qala bilməz.
3. Hüquq və azadlıqların məhkəmə təminatı
Əsas Qanunun 60-cı maddəsi respublikada yaĢayan insanların hüquq və azadlıqlarının məhkəmədə
müdafiəsinə təminat verir. Qanunun bu müddəasının xüsusi əhəmiyyəti vardır, ona görə ki, məhkəmə müstəqil
20
respublikanın dövlət hakimiyyətinin sərbəst qolu kimi fəaliyyət göstərməklə, öz fəaliyyəti çərçivəsində heç bir
dövlət, icra hakimiyyəti və ictimai orqandan asılı deyil.
Məhkəmələr öz fəaliyyətlərini yalnız qanunlara əsaslanaraq qururlar. Hakimlərin yüksək qanunvericilik
orqanı olan Milli Məclis tərəfindən seçilməsi və Prezident tərəfindən təyin edilmələri onların sərbəstliyini və
müstəqilliklərini dolğunluğu ilə təmin edir.
Ġnsanlar hüquqları müxtəlif səbəb və əsaslardan poza bilər. Məsələn, mənzilə olan hüququn
tanınmasından, vəzifədən, yaxud iĢdən qanunsuz çıxarılmaqdan, əsassız olaraq inzibati, yaxud cinayət
məsuliyyətinə alınmaqdan və s.
Hüququn müxtəlif sahələri üzrə yaranan münasibətlər, sahələr üzrə qanunun nəzərdə tutduğu metod və
üsullara əsasən nizama salınır. Mülki-hüquq münasibətləri mülki qanunvericiliyə, təsərrüfat münasibətlərindən
yaranan ictimai münasibətlər iqtisadi hüquq qaydalarına, cinayət-hüquq münasibətləri isə cinayət münasibətləri
isə cinayət qanunvericiliyinə əsasən nizama salınır.
Beləliklə, hüquq sahəsinə aid olan hüquq və azadlıqlarının pozulması və onun səbəblərindən asılı olaraq,
Ģəxs sadalanan hüquq normalarına əsaslanmaqla aid məhkəmə orqanına müraciət edə bilər.
Mülki-hüquq və əmək-hüquq münasibətlərindən doğan mübahisələrə baxılıb həll edilməsi üçün Ģəxs,
cavabdeh olduğu yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Əgər Ģəxsin Ģikayəti hüquqi faktların
təsdiq edilməsi ilə əlaqədardırsa, o zaman Ģəxs öz yaĢadığı ərazinin məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bi-
lər.
Konstitusiyanın göstəriĢinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, Həmkarlar Ġttifaqının və
digər ictimai birliklərin, onların vəzifəsi Ģəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliklərindən) məhkəməyə
Ģikayət edə bilər.
Beləliklə, hər bir kəs heç bir məhdudiyyət qoyulmadan məhkəməyə bilavasitə müraciət etmək hüququna
malikdir.
Hüquqi yardım almaq hüququ Konstitusiyanın təsbiti bu norma insan hüquq və azadlıqlarının qorunması
üçün çox əhəmiyyətlidir.
Göstərilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuĢ
hallarda hüquqi yardım ödəniĢsiz, dövlət hesabına göstərilir.
Əsas Qanunun müəyyən etdiyi bu imkan çox əhəmiyyətlidir, ona görə ki, vətəndaĢların heç də hamısı öz
azadlıq və hüquqlarının hansı yollarla müdafiə edilməsini bilmir. Bəzi məqamlarda bu qanunları düzgün dərk
etməmək üzündən Ģəxs öz qanuni hüquqlarını müdafiə edə bilmir, bəzi hallarda isə azadlıq və hüquqlarından
çox-sox kənara çıxan tələblər irəli sürülür. Hər iki halda yaranan vəziyyət tərəfindən birinin hüququnun
məhdudlaĢdırılmasına səbəb olur. Bu baxımdan yüksək keyfiyyətli hüquqi yardım alma imkanları bir tərəfdən
hüquq və azadlıqların dolğun surətdə qanunla qorunmasını təmin edir, digər tərəfdən isə əsassız və qanunlara
əsaslanmayan iddiaların irəli sürülməsinin qarĢısını alır. Konstitusiyanın bu məsələyə həsr edilmiĢ 61-ci
maddəsinin üçüncü bölməsinin göstəriĢləri hüquqlarının qorunması üçün daha geniĢ imkanlar yaradır. Yəni hər
bir Ģəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham
olunduğu andan müdafiəsinin köməyindən istifadə etmək hüququ vardır.
Təqsirsizlik prezumpsiyası. Təqsirsizlik anlayıĢının Konstitusiya səviyyəsində təsbit edilməsi xüsusi
əhəmiyyətlidir (Konstitusiyanın 63-cü maddəsi).
Konstitusiya müəyyən edir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Yəni təqsiri qanun
nəzərdə tutduğu qaydada sübut edilməyən Ģəxs, hər hansı cinayətin törədilməsində təqsirli sayıla bilməz. Bu
prinsip iki əsas Ģərtin üzərində dayanır. Onlardan biri səlahiyyətli orqanın Ģəxsin təqsirli olması barədə çıxardığı
nəticə, 2-cisi isə məhkəmənin qanuni qüvvəsini almıĢ təqsirləndirici hökmünün mövcud olmasıdır.
Konstitusiyanın 63-cü maddəsinin 2-ci bəndində göstərilən «ġəxsin təqsirli olduğuna əsaslı Ģübhələr
varsa, onun təqsirli bilinməsinə yol verilmir» ifadəsilə nəzərdə tutulmuĢ hüquq norması çox zaman cinayət
sübut edilmədiyi halda iĢin ictimaiyyətin müzakirəsinə verilməsi, Ģəxsin üzərində təqsirin saxlanılması
hallarının qarĢısını alacaqdır.
Cinayətin törədilməsində təqsirləndirilən Ģəxsin təqsirsizliyini sübuta yetirməyə borclu olmaması, qanun
pozğunluğu ilə əldə edilmiĢ sübutlarından istifadə edilməsinin yolverilməzliyi barədə həmin maddənin göstəriĢləri
hüquqi cəhətdən yüksək qiymətləndirilməlidir.
Sosial ədalət prinsipinin ən öndə Ģərtlərindən biri olan «məhkəmənin hökmü olmasa kimsə cinayətdə
təqsirli sayıla bilməz» normasının Konstitusiyada qətiyyətlə təsbit edilməsi məhkəmə hökmlərinə qarĢı tələbləri
artırır, məhkəmələrin bu sahədəki məsuliyyətini yüksəldir.
Qanunun tələblərinə görə hər bir hökm iki əsas Ģərti özündə əks etdirməlidir. Bu sənəd qanuni və
əsaslanmalı və həm də əsaslı olmalıdır. Qanuni və hərəkətin cinayət hesab edilməsi, seçilən cəza hökmünün
Ģəxsin hərəkətinə və Ģəxsiyyətinə uyğun seçilməsi, eyni zamanda sübutların prosessual qaydalara əməl
edilməklə toplanılması və onlara düzgün qiymət verilməsi nəzərdə tutulmalıdır.