Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41

12 

 



 

dövlət vətəndaĢlarının mənafelərinin üstün tutulan daha çox müdafiəsi, dövlət və Ģəxsiyyətin qarĢılıqlı 

məsuliyyəti. 

Respublika  idarəetmə  formasının  iki  əsas  növü  fərqləndirilir.  Parlamentli  respublika,  Prezidentli 

respublika. 

5.1. Parlamentli respublika 

Parlamentli  respublika  –  dövlət  idarəçiliyi  formasının  dövlət  həyatının  təĢkilində  ali  rolun  parlamentə 

məxsus  olduğu  müasir  növlərindən  biridir.  Belə respublikada  hökumət  parlament  üsulu  ilə  parlamentdə  əksər 

səsə  malik  partiyaların  deputatlarından  formalaĢdırılır.  Hökumət  öz  fəaliyyətinə  görə  parlament  qarĢısında 

kollektiv  məsuliyyət  daĢıyır.  O,  parlament  çoxluğu  tərəfindən  dəstəkləndikcə  hakimiyyətdə  qalır.  Parlament 

üzvləri əksəriyyətinin etibarını itirdikdə hökumət  ya istefaya çıxır, ya da dövlət baĢçısı vasitəsilə parlamentin 

buraxılmasına  və  vaxtından  əvvəl  parlament  seçkilərinin  təyin  olunmasına  və  vaxtından  əvvəl  parlament 

seçkilərinin təyin olunmasına müvəffəq olur. 

Belə  respublikalarda,  bir  qayda  olaraq,  dövlət  baĢçısı  parlament  və  yaxud  xüsusi  olaraq  yaradılan 

parlament  kollegiyası  tərəfindən  seçilir.  Dövlət  baĢçısının  parlament  tərəfindən  seçilməsi  icra  hakimiyyəti 

üzərində parlament nəzarətinin baĢlıca növüdür. 

Dövlət baĢçısı parlamenti respublikada kifayət qədər geniĢ səlahiyyətlərə malikdir. O, qanunları elan edir, 

dekretlər  verir,  parlamenti  buraxmaq  hüququna  malikdir,  hökumət  baĢçısını  təyin  edir,  silahlı  qüvvələrin  baĢ 

komandanıdır və s. 

Hökumət baĢçısı (baĢ nazir, nazirlər Ģurasının sədri) bir qayda olaraq prezident tərəfindən təyin edilir. 

Parlamenti respublika idarə formasından istifadə edən Ölkələrə misal olaraq AFR, Avstriya, Portuqaliya, 

Hindistan, Ġtaliya, Yunanıstan, Ġrlandiya, Ġslandiya və s. göstərə bilərik. 

5.2. Prezidentli respublika 

Prezidentli respublika – dövlət idarəçiliyi formasının parlamentarizmlə yanaĢı, prezidentin əlində dövlət 

baĢçısı və hökumət baĢçısı səlahiyyətlərinin birləĢdirilməsini nəzərdə tutan müasir növlərindən biridir. 

Prezidentli respublikanın ən səciyyəvi cəhətləri aĢağıdakılardır: 

 

prezidentin seçilməsinin və hökumətin təĢkilinin parlamentdənkənar metodu; 



 

hökumətin parlament qarĢısında deyil, prezident qarĢısında məsuliyyəti; 



 

dövlət baĢçısının parlamentli respublikadakından daha geniĢ səlahiyyətlərə malik olması. 



Klassik  prezidentli  respublika  ABġ-dır.  Əsasında  hakimiyyətlər  bölgüsü  duran  ABġ  Konstitusiyasına 

müvafiq  olaraq  dəqiq  müəyyən  olunmuĢdur  ki,  qanunverici  hakimiyyəti  parlamentə,  icra  hakimiyyəti  – 

prezidentə, məhkəmə hakimiyyəti Ali məhkəməyə məxsusdur. 

Prezidentli  idarəçilik  formasının  müxtəlif  ölkələrdə  öz  xüsusiyyətləri  vardır.  Fransada  prezident  ümumi 

səsvermə  yolu  ilə  seçilir.  Səslərin  mütləq  çoxluğunu  qazanan  namizəd  seçilmiĢ  hesab  edilir.  Prezident 

seçilməsinin belə qaydası 1991-ci ildən Rusiya Federasiyasında da müəyyən edilmiĢdir. 

Prezidentli  respublikaların  müxtəlifliyinə  baxmayaraq,  onların  hamısı  üçün  səciyyəvi  olan  budur  ki,  ya 

dövlət  baĢçısı  və  hökumət  baĢçısı  bir  Ģəxsin  –  prezidentin  əlində  cəmlənir,  ya  da  prezident  bilavasitə  özü 

hökumət  baĢçısını  təyin  edir  və  kabinetin  və  ya  nazirlər  Ģurasının  təĢkilində  iĢtirak  edir.  (Fransa,  Hindistan) 

Prezidentə  digər  mühüm  səlahiyyətlər  də  verilmiĢdir.  Bir  qayda  olaraq,  o  ali  baĢ  komandan  olur,  fövqəladə 

vəziyyət elan edir, qanunları imza, etmək yolu ilə təsbit edir, bəzən hökumətə sədrlik edir, Ali məhkəmə üzv-

lərini təyin edir, bağıĢlamaq hüququnu həyata keçirir. 

Sivilizasiyalı  ölkələrdə  prezidentli  respublika  güclü  icra  hakimiyyəti  əlaməti  fərqlənir,  bununla  yanaĢı 

hakimiyyətlər bölgüsü prinsipi üzrə qanunverici və məhkəmə hakimiyyətləri normal fəaliyyət göstərir. Müasir 

prezidentli  respublikalarda  mövcud  olan,  səmərəli  fəaliyyət  göstərən  çəkindirmə  və  tarazlaĢdırma  mexanizmi 

hakimiyyətlərin  ahəngdar  fəaliyyəti  üçün  imkan  yaradır,  icra  hakimiyyəti  tərəfindən  özbaĢınalıqdan  yaxa  qur-

tarmağa imkan verir. 

 

 



6. Azərbaycan dövlətinin xarici siyasətinin konstitusiya prinsipləri 

 

Konstitusiyada təsbit edilmiĢdir ki, Azərbaycan Respublikası baĢqa dövlətlərlə münasibətlərini hamılıqla 



qəbul edilmiĢ beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. 

Beynəlxalq münasibətlərin düzgün təməl üzərində qurulması üçün respublika öz xarici iĢlər Nazirliyini və 

onun müvafiq strukturlarını yaradır. 

Dünya  ölkələri  ilə  normal  münasibət  yaradılması  hər  bir  ölkə  kimi  Azərbaycan  da  baĢqa  dövlətlərin 

ərazilərində  öz  səfirliklərini,  konsulluqlarını  və  nümayəndəliklərini  yaradır.  Bu  səfirlik  və  nümayəndəliklər 

beynəlxalq  münasibətlərin  normal  təmin  edilməsindən  baĢqa,  digər  ölkələrin  ərazisində  yaĢayan  Azərbaycan 

vətəndaĢlarının qanuni hüquq və mənafelərinin qorunmasını təmin edirlər. 



13 

 

Hər  bir  ölkə  təyin  etdiyi  nümayəndənin  statusunu  (dərəcəsini,  səlahiyyətini)  müəyyən  edir  və  bununla 



əlaqədar  olaraq  ona  verilmiĢ  səlahiyyət  dairəsində  öz  fəaliyyətini  qurur.  Digər  ölkədə  fəaliyyət  göstərən 

fövqəladə  və  səlahiyyətli  səfir  öz  ölkəsinin  maraqlarını  burada  təmsil  edir,  ölkənin  adından  ona  verilmiĢ 

etimadnamələrə  əsasən  müəyyən  dövlətlərarası  məsələləri həll edir.  Beynəlxalq münasibətlərin tənzimlənməsi 

üçün dövlət baĢçıları öz nümayəndələrini göndərir, məktublar vasitəsilə, yaxud bilavasitə müraciət edir. Normal 

münasibətlər həmçinin dövlət baĢçılarının Ģəxsi görüĢləri ilə həyata keçirilə bilər. 

Dövlətlər arasında bağlanan müqavilələr Milli Məclis tərəfindən ratifikasiya (təsdiq) edilməlidir. 

Azərbaycan  Respublikası  BMT-nin  üzvü  olduğundan  bağlanan  müqavilə  və  öhdəliklər  bu  təĢkilatın 

Nizamnaməsinə uyğun qaydada edilir. 

BMT  ona  üzv  olan  dövlətlər  arasında  münaqiĢələr  baĢ  verdiyi  hallarda  bu  münaqiĢələrin  sülh  yolu  ilə 

həllinə  müdaxilə  edir,  ixtiyarında  olan  vasitələr  və  imkanlar  daxilində  münasibətlərin  normal  məcraya 

yönəldilməsi üçün öz səylərini göstərir. Bəzi hallarda silahlı münaqiĢələrin həlli üçün silahlı qüvvələrin tətbiq 

olunmasına yol verilir. BMT belə hallarda onun üzvü olan dövlətlərin silahlı qüvvələrini münaqiĢələrin həllinə 

yönəldir. 

BMT-nin  Nizamnaməsinə  əsasən  üç  əsas  Ģərtə  əməl  olunması  vacib  sayılır:  ərazilərin  toxunulmazlığı, 

sərhədlərin dəyiĢilməzliyi və hər bir ölkənin müstəqilliyinin təmin edilməsi. 

 

 



7. Silahlı qüvvələrin Konstitusiya hüquqi statusu 

 

Hər  bir  müstəqil  dövlətdə  olduğu  kimi  Azərbaycan  da  öz  konstitusiyasında  milli  silahlı  qüvvələrin 



yaradılmasını nəzərdə tutur. 

Konstitusiyasının  9-cu  maddəsində  göstərilir  ki,  Azərbaycan  Respublikası  silahlı  birləĢmələrini  yalnız 

təhlükəsizliyini təmin etmək məqsədilə yaradır. 

Bununla  bərabər  respublika  baĢqa  dövlətlərin  müstəqilliyinə  qəsd  vasitəsi  kimi  öz  ordusundan  istifadə 

etmək  məqsədini  güdmür.  Beynəlxalq  münasibətlərin  həlli  üçün  müharibəni  bir  vasitə  kimi  qəbul  etmir,  onu 

rədd edir. 

Konstitusiyasının bu göstəriĢi Azərbaycan dövlətinin sülhsevər bir dövlət olmasını təsdiq edir. Lakin bu o 

demək  deyil  ki,  Azərbaycanın  müstəqilliyinə  qəsd  edilsə,  onun  ərazi  bütövlüyünə  hər  hansı  bir  qəsbkarlıq 

məqsədilə yürüĢ edilsə, o öz ordusundan istifadə etməyəcəkdir, əksinə müstəqilliyə və ərazi bütövlüyünə qarĢı 

edilən hər hansı müdaxiləni Azərbaycan ordusu ixtiyarında olan bütün vasitələrdən istifadə etməklə dəf etməyə 

borcludur, bu onun vəzifəsidir. 

 

8. Azərbaycan dövlətinin rəmzləri 

 

Müstəqillik  yolunda  inamlı  addımlar  atan  respublikamızın  son  illər  əldə  etdiyi  nailiyyətlərdən  biri  də 



dövlət rəmzləri ilə bağlı görülən məqsədyönlü, sistemli, ardıcıl tarixi əhəmiyyətli iĢlərdir. 

Respublika Konstitusiyasının 23-cü maddəsi Azərbaycan dövlətinin rəmzlərinə həsr edilir, Dövlət bayrağı 

Dövlət gerbi və Dövlət himnini təsbit etməklə, bu rəmzlərin hansı niĢanələrlə seçilməsi bu maddədə təsbit edilir. 

Dövlət bayrağı üç bərabər enli üfüqi zolaqdan ibarət olmaqla, yuxarı zolaq mavi, orta zolaq qırmızı və 

aĢağı zolaq yaĢıl rəngdədir. Qırmızı zolağın ortasında, bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkiz guĢəli 

ulduz təsvir edilmiĢdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. 

1991-ci  il  fevralın  5-də  Azərbaycan  Respublikası  Ali  Soveti  «Azərbaycan  SSR-in  adının  və  Dövlət 

bayrağının dəyiĢdirilməsi haqqında» qərar qəbul etdi. Elə həmin tarixdə «Azərbaycan Respublikasının Dövlət 

bayrağı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minərək Azərbaycan Respublikasının Dövlət 

bayrağının  təsviri  və  Dövlət  bayrağı  haqqında  əsasnamə  təsbit  edildi.  Beləliklə,  üç  rəngli  bayrağımız  yenidən 

tarixin səhnəsinə qayıtdı. 

Azərbaycan  dövlətinin  müstəqilliyinin  rəmzi  olan  Azərbaycan  Respublikasının  Dövlət  gerbi  palıd 

budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləĢən Ģərq qalxanının təsvirindən ibarətdir. Qalxanın 

üstündə  Azərbaycan  Respublikasının  Dövlət  bayrağının  rəngləri  fonunda  səkkizguĢəli  ulduz,  ulduzun 

mərkəzində alov təsviri vardır. 

Azərbaycan  Respublikası  Dövlət  gerbinin  təsvirində  ulduz  ağ,  alov  qırmızı,  palıd  budaqları  yaĢıl, 

sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızıldır. 

Azərbaycan milli dövlətçiliyinin, xalqımızın tarixi-mədəni, milli-mənəvi dəyərlərini hərtərəfli və dolğun 

əks  etdirən,  simvollarla  zəngin  olan  Azərbaycan  respublikası  Dövlət  gerbinin  özünə  məxsus  yaranma  tarixi 

vardır. 


1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Azərbaycan Respublikasının Dövlət gerbinin 

ən  yaxĢı  təsviri  üçün  müsabiqə  elan  olunması  haqqında  qərar  qəbul  etdi.  Bu  qərardan  sonra  bir  sıra  gerb 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə