Azərbаycаn Rеspublikаsı Milli Tеlеviziyа və Rаdiо Şurаsı Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/29
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48407
1   2   3   4   5   6   7   8   9   ...   29

21 
 
(keçirir). 
Qeyri-xəbər proqramları 
Orfoepik normanın pozulması 
  “Həkimsən”  –  İlhamə  Bədəlova  –  09.09.2015  – 
14:43:15  –  Bir  var  bir  yerdə  oturasan,  internet  vasitəsilə 
məlumatlanasan,  bi  (bir  )  də  var  iki  ölkə  arasında  və  eyni 
zamanda,  praktika  da  böyük  rol  oynayır,  üstəgəl  böyük  bir 
təcrübə var burada. 
“Xeyrə  qarşı”  –  İlqar  Mikayıloğlu  –  21.09.2015  – 
22:30:10 – Hər vaxtuuz (vaxtınız) xeyir. 
“Xeyrə  qarşı”  –  İlqar  Mikayıloğlu  –  21.09.2015  – 
22:30:34  –  Səər-səər  (səhər-səhər)  işə  necə  gəldün 
(gəldin)? 
“Xeyrə  qarşı”  –  İlqar  Mikayıloğlu  –  21.09.2015  – 
22:32:49  –  İgirmi  (iyirmi),  maksimum  on,  otuz  maat 
(manat). 
“Xeyrə  qarşı”  –  İlqar  Mikayıloğlu  –  21.09.2015  – 
22:33:18 – Və eləsi var ki, 100 maadnan (manatnan) bütün 
məsələləri həll eləyə bilir. 
“Xeyrə  qarşı”  –  İlqar  Mikayıloğlu  –  21.09.2015  – 
22:33:25 – Amma bu həftə ərzində də bir şekil (şəkil) bizim 
xüsusilə diqqətimizi cəlb elədi.  
“Xeyrə  qarşı”  –  İlqar  Mikayıloğlu  –  21.09.2015  – 
22:37:40  –  Asiya  ölkəsində  Həsən  olucey  (olacax)  bundan 


22 
 
sonra.  
“Xeyrə  qarşı”  –  İlqar  Mikayıloğlu  –  21.09.2015  – 
23:23:57 – Mən niyə (nəyə) görə onu didim (dedim)? 
“Turne”  –  müxbir  –  28.09.2015  –  07:38:26  – 
Məzuniyyət vərəqəsini  tapmaq çox çətin  idi.  Ya  Həmkarlar 
İttifaqında  tanışın  olmalı  idi,  ya  partiya  burakratiya ına 
(bürokratityasına) məxsus olmalı idin, ya da gərək yaxşı pul 
xərcləyib Truskavetsə bilet tapaydın. 
 “Turne” – Mirsəməd Cəfərli – 28.09.2015 – 07:53:20 
– Çünki qışı sərt keçmir, mulayimdir (mülayimdir) və digər 
tərəfdən,  burada  o  qədər  gözəl  şərait  yaradılıb  ki,  il  boyu 
burada istirahət etmək, müalicə etmək mümkündür. 
“Öz  aramızda”  –  Zaur  Baxşəliyev  –  28.09.2015  – 
16:35:06  –  Bu  studiyaya  müraciət  eləyənlərin  böyük 
(böyüxˊ)  əksəriyyəti  etinasızlıqdan,  diqqətsizlikdən,  Qasım 
müəllim,  siz  təsəvvür  eləyin,  siz  özünüz  nə  qədər  seyr 
eləmisiniz  ki,  studiyamıza  gələn  insanlar  olur  ki,  hansı  ki
eşitmə qüsurlu nə qədər insanlar var. 
“Öz  aramızda”  –  Zaur  Baxşəliyev  –  28.09.2015  – 
18:45:17 – Biz davam eliyirik (eliyirixˊ). 
“Həkimsən”  –  İlhamə  Bədəlova  –  13.10.2015  – 
12:23:24 – Buyün (bu gün) bir çoxları səhv başa düşür. Biz 
məsləhət  görürük  ki,  piylənmədən  əziyyət  çəkən  insanlar 
buyün (bu gün) bariatrik əməliyyata müraciət eləsin
“Qadına  görə”  –  Vüsalə  Əlizadə  –  16.10.2015  – 


23 
 
12:11:43  –  Səhər  tezdən  evdən  çıxır,  ta   übdənnən 
(sübhdən), axşama kimi iş başındadır. 
“V  element”  –  Rüfət  Ağayev  –  16.10.2015  – 
19:48:55  –  Xoş  gəlmisiniz.  Təkcə  verilişimizə  yox, 
ümumiyyətlə,  efirə  xoş  qayıtmısınız.  Yeriviz  (yeriniz
görünürdü.  Çox  adam  soruşurdu,  Yusif  Ağayev  haradadır, 
niyə  çıxmır?  Bu  haqda  elə  bu  veriliş  ərzində  özüvüz 
(özünüz) daha ətraflı, yəqin ki, danışarsınız. 
“Ondan  sonra”  –  Yusif  Ağayev  –  28.10.2015  – 
10:21:17  –  Yox,  mənim  bu  Yusif  balam,  Yusif  nəvəm,  o, 
dimey  (deməy)  olar ki,  mən,  hətta  mənə  elə  gəlir ki,  o  əgər 
mənim  uşaqlığımı  görmey  (görməy)  istəyən  getsin  Yusifə 
baxsın. 
“Zərif qəhrəman” – Fatma Bağırova – 28.10.2015 – 
13:03:12  –  Hər  birimizin  arxasında  həyatda  hər  yöndən 
(yönnən)  gələn  ruzigarlardan  yıxılmayaraq  ayaqdaqalma 
mübarizəsinə  aparan,  qanadları  altında  bizi  qoruyaraq 
böyütdükdən  sonra  incəliklə  (incəlixˊlə)  kürəyimizdən 
həyata itələyən (itəliyən) bir qadın vardır. 
“Zərif qəhrəman” – Fatma Bağırova – 28.10.2015 – 
13:03:33  –  Qadın  öz  böyüklüyünü  (böyüxˊlüyünü),  gücünü 
və öz gücündən (gücünnən) doğa biləcək (biləcəxˊ), yarada 
biləcəklərini (biləcəxˊlərini) anlamalı. 
Vurğu ilə bağlı səhvlər 
“V  element”  –  Rüfət  Ağayev  –  16.10.2015  – 
19:46:08 – Hər vaxtınız xeˊyir (xeyi’r) olsun, əziz dostlar. 


24 
 
“Ondan  sonra”  –  Yusif  Ağayev  –  28.10.2015  – 
10:51:41  –  Amma  üzr  istəyirəm,  rəsi′m  (rə′sm)  çəkmə 
qabiliyyəti  olmalıdır  uşaqda,  nədəsə  fikirlərin  izah  etmək 
üçün. 
 
Leksik normanın pozulması 
 “Xeyrə  qarşı”  –  İlqar  Mikayıloğlu  –  21.09.2015  – 
22:32:06  –  Qara  qutumuz  da  var  bu  günnərim  (bu  gün). 
Qara qutuda bu günnərim (bu gün) nə var? 
 “Turne”  –  müxbir  –  28.09.2015  –  07:36:58  –  O 
dövrdən şəhər mərkəzində bir neçə villalar (villa) qalıb. 
“Turne” – Mirsəməd Cəfərli – 28.09.2015 – 07:53:20 
– Çünki qışı sərt keçmir, mulayimdir (mülayimdir) və digər 
tərəfdən,  burada  o  qədər  gözəl  şərait  yaradılıb  ki,  il  boyu 
burada  istirahət  etmək,  müalicə  etmək  (müalicə  olunmaq
mümkündür. 
  “Həkimsən”  –  İlhamə  Bədəlova  –  12.10.2015  – 
12:12:35  –  Çox  şadam,  təklifimi  qəbul  elədiniz.  Sizinlə  ilk 
görüşümdür və ümidvaram ki, bunun davamiyyəti (davamı
olacaq. 
“Qadına  görə”  –  Vüsalə  Əlizadə  –  16.10.2015  – 
12:15:49  –  Bax  mən  mətbəxi  həvalə  verdim  (həvalə  etdim
Mətanətə və gedirəm qarderob otağıma. 
“Qadına  görə”  –  Vüsalə  Əlizadə  –  16.10.2015  – 
12:35:11 – Zatən (Onsuz da) sənətiniz elə bunu tələb eləyir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə