Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə25/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   21   22   23   24   25   26   27   28   ...   164

 
 
Məqalədə,  ölkədə  proqnozlaşdırılan  iqlim  dəyişmələrinə  qarşı  tərəvəz  və  kartof  bitkilərinin 
həssaslığının azaldılması və əhalinin həmin məhsullarla dayanıqlı təminatına imkan verən, yüksək 
adaptasiya qabiliyyətli yeni sortların tətbiqinin əsaslarından bəhs edilir. 
 
Açar  sözlər:  iqlim  dəyişmələri,  stres  təsirləri,  həssaslığın  azaldılması,  yüksək  adaptasiya 
qabiliyyətli yeni sortlar 
Ключевые  слова:  климатические  изменения,  стрессовые  влияния,  уменьшение 
чувствительности, новые сорта с высокими адаптивными способностями 
Key words: climate change, stressfull impact, reduction of vulnerability, new cultivars of high 
adaptiveness ability  
 
Bir  sıra  nüfuzlu  beynəlxalq  təşkilatların  verdiyi  proqnozlara  əsasən  dünyanın  bir  çox 
ölkələrində,  həmçinin  Azərbaycan  Respublikasının  ərazisində  fasiləsiz  olaraq  iqlim  dəyişiklikləri 
baş  verməkdədir  və  yaxın  gələcəkdə  bu  təsirlərin  daha  da  artacağı  gözlənilir.  Baş  verməkdə  olan 
iqlim  dəyişikliyi  nəticəsində  havanın  orta  temperaturunun  onilliklər  üzrə  artdığı,  atmosfer 
çöküntülərinin miqdarının azaldığı, bununla əlaqədar da torpaqların tarla rütubət tutumunun və hətta 
ölkədə iri çayların suyunun xeyli azalması müşahidə olunur. Bu neqativ təsirlər nəticəsində bir cox 
kənd təsərrüfatı bitkilərinin, həmçinin kartof, tərəvəz və bostan bitkilərinin də ekoloji həssaslığının 
artacağı, onların adaptasiya qabiliyyətinin zəifləyəcəyi proqnozlaş-dırılmışdır. 
Verilmiş  proqnozların  nəticələrindən  belə  məlum  olur  ki, iqlim  dəyişikliklərini  yaradan  əsas 
səbəblərdən biri də atmosferdə istilik effektini (parnik effektini) əmələ gətirən qazların (metan qazı, 
azot oksidi və sair) çoxalmasıdır [1; 2; 3; 7; 8]. 
Bu cür iqlim şəraitində kartof və bir sıra tərəvəz bitkilərinə məxsus sortların ekoloji mühitin 
stres  təsirlərinə  qarşı  həssaslığının  artcağı,  onların  adaptasiya  qabiliyyətinin,  həmçinin 
məhsuldarlığının azalacağı gözlənilir [4; 5; 6; 10; 11]. 
Hazırda  ölkədə  qəbul  edilmiş  Ərzaq  Təhlükəsizliyi  Proqramının  tələblərini  və  əhalinin 
müəyyən qisminin yoxsulluq həddində yaşadığını nəzərə alsaq, gözlənilən iqlim dəyişməsi proqnozu 
ciddi bir problem mövqeyində qalır. 
Respublikada  əkin  sahəsinə  və  məhsulun  istehsal  həcminə  görə  kartof  və  pomidor,  soğan, 
xiyar, kələm, yerkökü və sair. (açıq və örtülü sahədə) prioritet bitkilərdən hesab edilir [1; 10; 5; 6; 
7]. Qeyd etməliyik ki, normal iqlim şəraitində bu bitkilər üçün ümumi günəş radiasiyasının minimal 
həddi  il  ərzində  hər  kv.sm  sahəyə  84  kkal,  orta  səviyyədə  85-95  kkal,  yüksək  səviyyədə  isə  96,0 
kkal-dan çox olmamaqla qəbul edilmişdir. Bu halda FAR-ın miqdarı uyğun olaraq 50,51-68 və   68-
75 kkal/sm
2
 hesab edilir. 
Yuxarıda  qeyd  edilənləri  nəzərə  alaraq,  ölkədə  gözlənilən  iqlim  dəyişməsi  şəraitində  açıq 
sahədə kartof və tərəvəz, həmçinin örtülü sahədə pomidor, xiyar  və şirin bibər bitkilərinin yüksək 
adaptasiya  qabiliyyətinə  malik  sort  və  hibridlərinin  tətbiqi  ilə  istehsalın  təşkilinin  əsasları 
göstərilmişdir. 
 
Açıq sahədə iqlim dəyişkənliyinin yaratdığı stres təsirlər şəraitində  
tərəvəz məhsullarının stabil istehsalı üçün həlli vacib tədbirlər 
 
1.
 
Respublikanın əsas tərəvəzçilik bölgələrində kəskin iqlim dəyişikliklərinin, xüsusi ilə quraqlığın 
bitkilərdə yaratdığı bir sıra stres təsirləri azaltmaq, həmçinin torpaqların münbitlik parametrlərini 
qoruyub  saxlamaq  məqsədi  ilə  becərilən  əsas  tərəvəz-bostan  bitkilərinin  (pomidor,  baş  soğan, 
sarımsaq,  xiyar,  bibər,  ağbaş  kələm,  yerkökü,  tərəvəz  noxudu,  qarpız,  yemiş)  yüksək  ekoloji 
plastikliyə və stabilliyə malik yeni məhsuldar sortlarının müəyyən edilməsi və tətbiqi


 
 
2.
 
Bol  və keyfiyyətli tərəvəz  və bostan məhsulunun elmi əsaslarla istehsalının təşkili məqsədi ilə 
hər  bir  bölgə  üçün  bitkilərin  quraqlığa  davamlılığı  nəzərə  alınmaqla,  yenidən  işlənmiş  və 
ixtisaslaşdırılmış  tərəvəzçilik,  tərəvəzçilik-yemçilik  əsaslı  növbəli  əkin  sisteminin 
müəyyənləşdirilməsi və tətbiqi; 
3.
 
Bölgələrdə  yüksək  adaptasiya  qabiliyyətinə  malik,  məhsuldar  tərəvəz  və  bostan  bitkilərinin 
sortlarının  perspektiv  mövcud  ekoloji  şəraiti  nəzərə  almaqla  yeni  səmərəli  becərmə 
texnologiyasının işlənib hazırlanması və tətbiqi; 
4.
 
Suvarma  sularına  qənaətin  edilməsi  və  torpaq  münbitliyinin  yaxşılaşdırılması məqsədi  ilə  yeni 
suvarma texnologiyaları və üsullarının işlənməsi və tətbiqi; 
5.
 
Torpaq  münbitliyinin  qorunub  saxlanması,  onun  mühafizəsi  məqsədi  ilə  tərəvəz  və  bostan 
əkinlərində yeni ekoloji şərait nəzərə alınmaqla azot, fosfor və kaliumun ən müasir, mürəkkəb və 
ya kompleks gübrələrindən istifadənin təşkili
6.
 
Əkinlərin  xəstəlik  və  zərərvericilərlə  yoluxma  ehtimalını  proqnozlaşdırmaqla,  ən  səmərəli 
kimyəvi preparatların müəyyən edilməsi və onların əsasında mübarizə tədbirlərinin keçirilməsi; 
7.
 
Bölgələrdə  iqlim  dəyişikliyinin  stres  təsirləri  şəraitinə  davamlı  olan  yüksək  məhsuldarlığı  və 
əsas  xəstəliklərə  qarşı  davamlılığı  ilə  fərqlənmiş  olan  tərəvəz  və  bostan  bitkilərinin  seçilmiş 
sortlarının, həmin bölgə şəraitində ilkin və reproduksiya toxumçuluğu işinin təşkil edilməsi
8.
 
Tərəvəz  və  bostan  məhsulları  və  onların  konserv  məmulatları  ilə  əhalinin  uzun  müddət  və 
etibarlı təminatının təşkili üçün, yerlərdə müasir səviyyəli texniki imkanlara malik olan saxlama 
anbarlarının və xırda emal müəssisələrinin yaradılması. 
 
İqlimin dəyişməsinə qarşı bitkilərin həssaslığının azaldılması üzrə istixana tərəvəzçiliyinin 
yeni ekoloji şəraitə uyğun təşkili və inkişafı tədbirləri 
 
1.
 
Bölgələrdə əkin üçün az yararlı olan, lakin suvarma suyu, elektrik enerjisi imkanları, küləklərdən 
və  qardan  mühafizəsi,  mümkün  olan  sahələrdə  və  işçi  qüvvəsi  cəlb  etmək  imkanları  olan 
ərazilərdə müasir  səviyyəli istixana qurğularının yaradılması və inkişaf etdirilməsi; 
2.
 
İstixanalarda  becərmək  üçün  yerli  şəraitə  uyğun  və  məhsuldar,  abiotik  faktorların  stres 
təsirlərinə  qarşı  davamlı  olan  pomidor,  xiyar  və  şirin  bibər  sort  və  hibridlərinin 
qiymətləndirilməsi, əlverişli nümunələrin seçilərək becərilməsi
3.
 
İstixana  qurğularının  tipinə  uyğun  olaraq  seçilmiş  pomidor,  xiyar  və  şirin  bibər  sort  və 
hibridlərinin ən səmərəli becərmə texnologiyasının işlənməsi; 
4.
 
İstixana şəraitində pomidor və xiyar bitkilərinin becərilməsi üçün ən əlverişli gübrə formalarının 
və kimyəvi preparatların seçilməsi, onların optimal dozalarının və tətbiq müddətlərinin, eləcə də 
suvarma rejimlərinin müəyyən edilməsi; 
5.
 
İstixana  torpağının  ekoloji  təmizliyinin  qorunub  saxlanması  və  istehsal  edilmiş  məhsulların 
keyfiyyətinə nəzarətin təşkili məqsədi ilə müasir səviyyəli laboratoriya nəzarət cihazlarının əldə 
edilməsi və tətbiqi; 
6.
 
İstixana  şəraitində  istehsal  edilmiş  məhsulların  yığımının,  qablaşdırılaraq  səmərəli  satışa  nail 
olmaq  məqsədi  ilə  müasir  tələblərə  uyğun  texniki  təchizatlı  saxlama  anbarlarının  qurulması 
işinin genişləndirilməsi. 
 
 
İqlimin stres faktorlarının təsirinə davamlı kartof sortlarının  
seçilməsi, əkini və becərmə texnologiyası 
 
1.
 
Suvarılan  aran  ərazilərdə  (dəniz  səviyyəsindən  600  m  hündürlükdə  yerləşən)  yalnız  tezyetişən 
sortların becərilməsi və əkinin 20 fevral-10 mart tarixlərində aparılması məqsədəuyğundur. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə