Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İQTİsadi İslahatlar



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix11.07.2018
ölçüsü0,52 Mb.
#54839
1   2   3   4   5   6   7

       Gözlənilən nəticələr - Azərbaycanda (kiçik və orta) sahibkarlığın sahələr üzrə inkişaf 

perspektivlərinin göstərilməsi, innovasiya yönümlü sahibkarlıq subyektləri üçün uyğun 

strategiyanın  qurulması  üsullarının  verilməsidir  (məsul  icraçı:  i.e.n.  S.H.  Abasova, 

icraçılar: M.M.Osmanov, D.A.Əhmədov, D.C.Hüseynova).  

 

“Sahibkarlığa 

Kömək 

Milli 

Fondunun 

vəsaitlərinin 

səmərəli 

yerləşdirilməsi məqsədilə Respublika iqtisadiyyatının prioritet sahələrinin 

müəyyənləşdirilməsi” 

mövzusu üzrə Respublika iqtisadiyyatının bir sıra vacib məsələləri araşdırılmışdır: 

1)  mövcud  nəzəri  yanaşmalar,  elmi-təcrübi  materiallar  və  mütərəqqi  dünya 

təcrübəsinin  təhlili  əsasında  müasir  dövrdə  ölkə  iqtisadiyyatının  prioritet  sahələrinin 

müəyyənləşdirilməsi üzrə nəzəri-metodoloji əsaslar öyrənilmiş və ümumiləşdirilmişdir; 

 2)  müvafiq  nəzəri-metodoloji  əsaslara  uyğun  olaraq,  bu  vaxta  kimi  aparılmış 

analoji tədqiqatların (BMT-nin İnkişaf Proqramının dəstəyi ilə 2003-cü və 2005-2006-cı 

illərdə  İqtisadi  İslahatlar  Mərkəzində,  2009-2010-cu  illərdə  İqtisadi  İslahatlar  Elmi-

Tədqiqat İnstitutunda, GTZ-in dəstəyi ilə 2009-cu ildə Finre Consulting və Yerli İqtisadi 

İnkişaf  Mərkəzində,  2003  və  2005-ci  ildə  DB-nın  dəstəyi  ilə  aparılmış  müvafiq 

tədqiqatların)  nəticələri  də  nəzərə  alınmaqla  ölkə  iqtisadiyyatının  inkişaf  potensialına 

malik  olması  ehtimal  olunan  sektor  və  alt-sektorların  ilkin  siyahısı  dəqiqləşdirilmişdir 

(bu  zaman  aşkar  cari  və  potensial  müqayisəli  üstünlüklərin  qiymətləndirilməsinin 

Balassa, xalis ixrac, ixrac oxşarlığı üsullarından istifadə edilməklə əldə olumuş nəticələrə 

istinad edilmişdir); 

3)  ölkənin  xüsusiyyətləri  nəzərə  alınaraq,  daha  dərin  və  müfəssəl  tədqiqatlar  və 

təhlillər aparmaqla əvvəlki mərhələdə seçilmiş sektor və alt-sektorların siyahısı daha da 

dəqiqləşdirilmiş və konkretləşdirilmişdir;  

4) seçilmiş prioritet sahələrin inkişaf etdirilməsi və bu sahələrə investisiyaların cəlb 

edilməsi siyasətinə dair təklif və tövsiyələr işlənib hazırlanmışdır (məsul icraçılar:  i.e.n. 

R.N.  Hüseynəliyev,  i.e.n.  V.Ə.  Rüstəmov  icraçılar:  M.M.Mehdiyev,  A.Q.Davudov, 

A.M.İsmayılova). 



 

Problem. İnsan resurslarının inkişafı və sosial-iqtisadi 

problemlər üzrə tədbirlərin keçirilməsi 

 

“İnsan  inkişafının  sosial-iqtisadi  sahələrinin  inkişafı  üzrə  tədris 

proqramlarının hazırlanması və treninqlərin keçirilməsi” 

mövzusu üzrəTürkiyə Respublikası Baş Bakanlığının Türk Əməkdaşlıq və Koordinasiya 

Agentliyinin  (TİKA)  Bakı  nümyəndəliyi  ilə  əməkdaşlıq  çərçivəsində  İnstitutda 

“İnnovasiya  və  Təlim  Mərkəzi”  yaradılması  layihəsi  həyata  keçirilmişdir.  Tədqiqat  işi 

üzrə qarşıya qoyulmuş məqsəd - kadr hazırlığında və innovativ elmi-texniki imkanların 

genişləndirilməsində  müasir  texnoloji  vasitələrdən  istifadə  edilməsi  olmuşdur.  Belə  ki, 

məhz  bu  məqsədlə  də  Mərkəz  “LifeSize”  avadanlığı  vasitəsilə  video-əlaqə  (telemost),  

“Smart Lövhə” (“Ağıllı Lövhə”) vasitəsilə təlimlərin intellektual idarə olunması, təlimdən 

sonra  vəsaitlərin  elektronlaşdırılması,  istifadəçilərin  hər  birinin  çap  vasitələrindən 

faydalanma  imkanları  ilə  təchiz  olunmuşdur.  Aktiv  iştirakçı  tutumu  35,  qeyri-aktiv 

iştirakçı  tutumu  isə  80-100  nəfərdir.Bu  işdə  TİKA  Bakı  nümayəndəliyindən  başqa 

Nazirliyin  İstehlak  Bazarına  Nəzarət  və  Antiinhisar  Siyasəti  Dövlət  Xidməti  də  dəstək 

göstərmişdir.  Daha  sonra  isə  kadr  potensialının  gücləndirilməsində  Mərkəzdən  istifadə 

edilməsi  ilə  Fəaliyyət  Proqramının  ilkin  layihəsi  hazırlanmış  və  bu  Proqramın  növbəti 

illərdə  tətbiqi  nəzərdə  tutulmuşdur(məsul  icraçı:  i.e.d.  V.M.Vəliyev,  icraçı: 

A.M.İsmayılova, K.Q.Hüseynova). 

 



     

 “Sosial-iqtisadi  inkişafın  elmi  əsaslarının  işlənməsi  üzrə  beynəlxalq 

təcrübənin öyrənilməsi və əlaqələrin koordinasiya edilməsi” 

mövzusu  üzrətədqiqat  işi  aparılmışdır.Qeyd  olunan  tədqiqat  işinin  aparılması 

“Azərbaycanın, digər İqtisadiƏməkdaşlıq Təşkilatı (İƏT) ölkələri ilə regional və iqtisadi 

ə

məkdaşlığının  prioritetlərinin  qiymətləndirilməsi”  mövzusu  ilə  davam  etdirilmişdir. 



Belə  ki,  hesabat  dövründə  aparılmış  tədqiqatlar  üzrə  nəticələr  sistemləşdirilmiş  və 

müxtəlif tədbirlərdə məruzə edilmişdir: 

1) “İƏT-ə üzv ölkələrdə nəqliyyat və logistika” mözusunda məqalə hazırlanmış və 5-

6  sentyabr  2013-cü  il  tarixlərində  Bakıda  keçirilmiş  “Enerji,  regional  inteqrasiya  və 

sosial-iqtisadi inkişaf” mövzusunda I Beynəlxalq Konfransa təqdim olunmuşdur

2)  məqalədə  iki  beynəlxalq  nəqliyyat  dəhlizinin  kəsişməsində  yerləşən  İqtisadi 

Ə

məkdaşlıq  Təşkilatına  (İƏT)  üzv  ölkələrin  nəqliyyat  sektoru  araşdırılmışdır.  Hal-



hazırda  beynəlxalq  təcrübədə  qəbul  olunmuş  və  Dünya  Bankı  tərəfindən  150-dən  artıq 

ölkəni  əhatə  etməklə  hazırlanan  “Logistics  Performance  Indeks”  cədvəlində  İƏT-ə  üzv 

ölkələrin  reytinq  göstəricilərindən  istifadə  edilərək  regionda  bu  sahədə  mövcud  olan 

problemlər  öyrənilmiş  və  həmmüəlliflər  tərəfindən  problemlərin  aradan  qaldırılması 

istiqamətində həyata keçirilməsi vacib olan tədbirlər haqqında təklif irəli sürülmüşdür; 

3)  “Azərbaycanla  İƏT-ə  üzv  ölkələr  arasında  əməkdaşlıq  çərçivəsində  logistika 

infrastrukturunun  inkişaf  prioritetlərinin  qiymətləndirilməsi”adlı  məqalə  və  təqdimat 

hazırlanmış,  konfransda  məruzə  edilmişdir.  Qeyd  olunanlarla  yanaşı  tədqiqat  işinin 

icrası  ilə  əlaqədar  olaraq,  Azərbaycan  Texniki  Universitetində  Ümumilli  Lider  Heydər 

Ə

liyevin  anadan  olmasının  90  illik  yubileyinə  həsr  olunmuş  “Heydər  Əliyev  və 



Azərbaycan Təhsili” mövzusunda Respublika elmi konfransında və 13-15 iyun 2013-cü il 

tarixlərində  Bakıda  keçirilmiş  “TransCaspian”  12-ci  Beynəlxalq  Nəqliyyat,  Tranzit  və 

Logistika sərgisində iştirak edilib(məsul icraçı: A.M.İsmayılova, icraçı: K.Q.Hüseynova). 

 

“Sahibkarların 

maarifləndirilməsi 

məqsədilə 

Fondun 

fəaliyyət 

istiqamətlərinə 

uyğun 

metodiki 

materialların 

nümunələrinin 

hazırlanması” 

mövzusu 


üzrə 

İnstitutun 

fəaliyyətinə 

uyğun 


olaraq, 

sahibkarların 

maarifləndirilməsi məqsədilə kitabçaların hazırlanması həyata keçirilməyə başlanmışdır. 

Belə ki, hesabat ilində bu məqsədlə İnstitutun əməkdaşı Albert Tağıyev tərəfindən 3 cib 

kitabçası hazırlanmış və çapa təqdim edilmişdir: 

1)  “Müəssisələrin  inkişafında  françayzinq  dəstəyindən  necə  istifadə  etməli? 

(müəssisə menecerləri üçün)”; 

2) “Müəssisələrin rəqabətlilik qabiliyyətini necə yüksəltməli?”; 

3)  “İnnovasiya:  sual-cavabda”  (məsul  icraçılar:  A.M.İsmayılova,  A.Q.Davudov 

icraçılar:D.C.Hüseynova, Q.F.Mustafayev,N.N.Əhmədov). 



 

Problem. Azərbaycan Respublikasında kommunal 

xidmətlərin sosial-iqtisadi göstəricilərinə təsirinin 

qiymətləndirilməsi 

 

“Mənzil-kommunal  sahəsində    sosial-müdafiə  mexanizmlərinin  nəzəri-

metodoloji aspektləri” 

mövzusu  üzrə  tədqiqat  işi  aparılmışdır.    Tədqiqat  işinin  əsas  məqsədi  mənzil-

kommunal  təsərrüfatı  kompleksinin  (MKTK)  fəaliyyətinin  effektivliyi,  dayanıqlılığı  və 

etibarlılığının 

artırılması, 

sosial-müdafiə 

mexanizmlərinin 

nəzəri-metodoloji 

aspektlərinin  işlənməsindən  ibarət  olmuşdur.Bu  məqsədlə  ilkin  mərhələdə  Azərbaycan 

Respublikasında MKTK-nın cari vəziyyəti təhlil edilmiş, problemlər araşdırılmış, mənzil-

kommunal sektorunda keçmiş Sovetlər Birliyinə daxil olan ölkələrin də təcrübəsi nəzərə 

alınmaqla,  beynəlxalq  təcrübənin  öyrənilməsi  istiqamətində  müxtəlif  mənbələrdən 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə