Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İQTİsadi İslahatlar



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix11.07.2018
ölçüsü0,52 Mb.
#54839
1   2   3   4   5   6   7

məlumatlar  toplanımış  və  sistemləşdirilmiş,  Azərbaycan  Respublikasında  mənzil 

kommunal  təsərrüfatı  kompleksində  qəbul  edilmiş  qanunvericilik  aktlarının  tələbləri 

nəzərə  alınmaqla  idarəetmə  sisteminin  formalaşdırılması  və  bu  sahədə  bazar 

iqtisadiyyatı  və  kommersiyalaşdırma  prinsiplərinin  tətbiqi  yolu  ilə  kommunal 

xidmətlərin  səviyyəsinin  yüksəldilməsi  imkanları  araşdırılmış,  mənzil-kommunal 

xidmətlərində  keyfiyyətin  yüksəldilməsi,  eləcə  də  mənzil-kommunal  təsərrüfatı 

sistemində  sosial-müdafiə  istiqamətində  problemlər  tədqiq  edilmişdir(məsul  icraçılar: 

Ü.P.Piriyeva, F.Q.Mikayılov, icraçı: E.Ş.Rüstəmov). 



 

“Mənzil-kommunal 

təsərrüfatı 

sahəsi 

üzrə 

statistik 

uçotun 

təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması” 

mövzusu  üzrə  tədqiqat  işində  mənzil-kommunal  təsərrüfatı  sahəsi  üzrə  statistik 

uçotun  təkmilləşdirilməsinə  dair  beynəlxalq  təcrübə  araşdırılmış,  materiallar 

toplanmışdır.  Növbəti  ildə  də  yeniləşdirilməsi  nəzərdə  tutulur  (məsul  icraçı:  i.f.d. 

E.F.Qasımov, icraçı: H.H.Məmmədov).  

 

Problem. Azərbaycan Respublikasında sosial inkişaf 

problemlərinin tədqiqi 

 

“İnsan 

potensialının 

inkişafına 

yönəldilmiş 

investisiyaların 

qiymətləndirilməsi”  

mövzusu  üzrə  tədqiqat  işininiki  illik  plan  əsasında  yerinə  yetirilməsi  nəzərdə 

tutulmuşdur.  Cari  ildə  işin  planı  hazırlanmış  və  iş  planına  müvafiq  olaraq  “İnsan 

potensialının  inkişafı  səviyyəsinin  nəzəri  metodoloji  əsasları”  adlanan  birinci  bölmədə 

insan  potensialının  nəzəri  metodoloji  aspektləri  tədqiq  edilərək  ümumiləşdirilmiş, 

müvafiq  qiymətləndirmə  metodologiyası  seçilmişdir.  İkinci  bölmədə  təbii  resurslarla 

zəngin olan oxşar iqtisadiyyatlı ölkələr üzrə insan potensialının inkişafına yönləndirilmiş 

investisiyalar və onun nəticələri müqayisəli tədqiq edilmişdir. Üçüncü bölmə Azərbaycan 

Respublikasında  insan  potensialının  inkişafına  yönəldilmiş  investisiyaların  mövcud 

vəziyyətinin  tədqiqi  adlanır  ki,  burada  da  ölkəmizdə  insan  inkişafına  qoyulmuş 

investisiyalar  onun  insan  potensialının  inkişafına  təsirlərinin  qiymətləndirilməsi  

nəzərdə  tutulmuşdur.  Bu  istiqamətdə  müvafiq  məlumatlar  toplanmış,  emalı  prosesi 

davam  etdirilir.  Növbəti  bölmədə  isə  insan  potensialının  inkişafının  perspektiv  inkişaf 

istiqmətləri  və  bu  inkişafda  investisiyaların  yönəldilməsinin  perspektiv  istiqamətləri 

araşdırılacaq və müvafiq  təklif və tövsiyələr veriləcəkdir(məsulicraçı: F.Q.Mikayılov). 

 

“Qaçqınların  və  məcburi  köçkünlərin  məşğulluq  vəziyyətinin  analitik 



təhlili” 

mövzusu  üzrə  tədqiqat  işi  aparılmışdır.Bu  istiqamətdə  analitik  təhlil  materialları 

toplanılır,  işin  növbəti  ildə  tamamlanması  nəzərdə  tutulmuşdur  (məsul  icraçılar: 

F.Q.Mikayılov, i.f.d. E.F.Qasımov). 



 

“Azərbaycan  Respublikasında  ali  təhsil  müəssisələrində  maliyyələşmə 

mexanizminin tədqiqi” 

mövzusunda tədqiqat işi üzrə aşağıdakı kimi plan tərtib edilmiş və plana müvafiq 

olara  işlər  aparılmışdır.  Ali  təhsildə  maliyyələşmə  mexanizmlərinin  nəzəri  metodoloji 

aspektləri-nəzəri metodoloji məsələlər öz əksini tapmaqla bir sıra beynəlxalq təcrübələrə 

baxılmış, eyni zamanda alitəhsilin hazırkı durumu və onun iqtisadi inkişafda rolu tədqiq 

edilmiş və Boloniya proseslərinə qoşulan ölkəmizdə ali təhsilin hansı mərhələdə olması 

araşdırılmış  və  Boloniya  prosesinin  ali  təhsilin  inkişafına  verdiyi  töhfələr  tədqiq 

edilmişdir.  Tədqiqat  işinin  “Ali  təhsildə  maliyyələşmə  mexanizmlərinə  dair  xarici 

ölkələrin  təcrübəsi”  adlanan  bölməsində  istər  inkişaf  etmiş,  istərsədə  inkişaf  etməkdə 



olan  ölkələrdə  ali  təhsildə  maliyyələşmə  mexanizmləri  qruplaşdırılaraq  araşdırılmış  və 

müqayisələr edilmişdir.Ali təhsildə maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı bölmədə 

bakalavr  pilləsi  üzrə  maliyyələşmə  mexanizmi  ilə  bağlı  ölkəmizdə  aparılan  institutional 

işlər  öz  əksini  tapmışdır.  Sonuncu  bölmədə  isə  magistratura  və  doktorantura  üzrə 

görülmüş  işlərin nəticəsi öz əksini tapacaqdır. 

Yekunda  araşdırmaların  nəticələri  olaraq  perspektiv  inkişaf  istiqamətlərinə  dair 

tövsiyələr  veriləcək  və  növbəti  ilin  birinci  yarısında  başa  çatdırılması  nəzərdə 

tutulmuşdur(məsul  icraçılar:  F.Q.  Mikayılov,  E.S.  İmanov,  icraçılar:  E.B.Məmmədov, 

İ.B.Zeynalov). 

 

Problem. Qeyri-neft sahələrinin inkişafının 

qiymətləndirilməsi 

 

“Ekoloji  təmiz  kənd  təsərrüfatı  inkişafının  nəzəri  aspektləri, 

prioritetlərinin tədqiqi və inkişafı məsələləri (Quba-Xaçmaz iqtisadi rayonu 

timsalında)” 

mövzusu üzrə tədqiqat işində əsas məqsəd ekoloji təmiz kənd təsərrüfatının inkişafı 

prosesinin  planlı  şəkildə  həyata  keçirilməsi  üçün  dünya  təcrübəsi  öyrənilməklə  və  yerli 

şərait nəzərə alınmaqla müasir tələblərə cavab verən inkişaf planının hazırlanması təşkil 

etmişdir.  Tədqiqat  işində  ekoloji  təmiz  kənd  təsərrüfatı  sahəsində  nəzəri-metodoloji 

məsələlər  müəyyən  edilmiş,  ekoloji  təmiz  kənd  təsərrüfatı  sahəsində  beynəlxalq 

təcrübənin  ölkəmizdə  tətbiqi  imkanlarının  sistemli  təhlili  və  qiymətləndirilməsi 

aparılmış,  SWOT  təhlili  əsas  qiymətləndirmə  metodu  seçilməklə  ekoloji  təmiz  kənd 

təsərrüfatının ölkəmizdə inkişafı sahəsində güclü və zəif tərəflər müəyyən edilmiş, imkan 

və təhlükələr aşkar edilmişdir. Tədqiqat işi çərçivəsində ekoloji təmiz kənd təsərrüfatının 

ölkəmizdə  inkişafı  üçün  qısa,  orta  və  uzunmüddətli  dövrləri  əhatə  edən  tədbirlər  əməli 

tövsiyələr  şəklində  verilmişdir.  Tədqiqat  işində  müəyyən  edilmişdir  ki,  kənd 

təsərrüfatının əlavə dəyərinin artırılmasında unikal keyfiyyətli yerli məhusulların dünya 

bazarına  “eko”  sertifikatı  ilə  çıxarılması  mühüm  rol  oynaya  bilər.  Həmçinin,  regionlar 

üzrə  mövcud  ixtisaslaşma  səviyyəsinə  və  dünya  bazarında  tələbi  yüksək  olan  ekoloji 

təmiz  məhsullara  nəzər  saldıqda  demək  olar  ki,  əksər  iqtisadi  rayonda  bu  sahənin 

dəstəklənməsi  olduqca  zəruridir.  Tədqiqat  işinin  nəticəsində  “Ekoloji  təmiz  kənd 

təsərrüfatının  inkişaf  etdirilməsinə  dair  təkliflər  layihəsi”  konsepsiyası,  “Azərbaycan 

Respublikasında ekoloji təmiz kənd təsərrüfatının inkişafı strategiyası və fəaliyyət planı 

(2014-2020)”  layihəsi  hazırlanmışdır.  “Azərbaycan  Respublikasında  ekoloji  təmiz  kənd 

təsərrüfatının  inkişaf  etdirilməsinə  dair  təkliflər  layihəsi”  konsepsiyası  və  “Azərbaycan 

Respublikasında ekoloji təmiz kənd təsərrüfatının inkişafı strategiyası və fəaliyyət planı 

(2014-2020)”  layihəsi  bu  sahənin  ölkəmizdə  inkişafı  istiqamətində  zəruri  dövlət 

siyasətinin konseptual istiqamətlərini, missiyanı, vizyonu, əsas dəyərləri, strateji məqsəd 

və  hədəfləri,  zəruri  tənzimlənmə  tədbirlərini  və  digər  aktual  məsələləri  əhatə  etməklə 

istifadəsi  məqsədəuyğun  hesab  edilir(məsul  icraçı:  i.e.n.  H.Ə.  Eynalov,  icraçılar:  A.Q. 

Davudov, Q.F.Mustafayev, N.N.  Əhmədov). 

 

“Azərbaycanda üzümçülüyün inkişafının aktual məsələləri” 

mövzusu üzrə tədqiqat işinin əsas məqsədi üzümçülük və şərabçılıq sahəsində təbii 

fəlakətlərin  və  digər  risklərin  yaratdığı  fəsadların  qarşılanması  və  müasir 

texnologiyaların  tətbiq  imkanlarının  genişləndirilməsi  üçün  sığorta  və  lizinq  üzrə 

mütərəqqi  beynəlxalq  təcrübənin  öyrənilməsi  və  onun  əsasında  yerli  xüsusiyyətlər  də 

nəzərə  alınmaqla,  müvafiq  sahədə  siyasətə  dair  təklif  və  tövsiyələrin  hazırlanmasından 

ibarət olmuşdur. Tədqiqat işi çərçivəsində üzümçülük və şərabçılıq sahəsində sığorta və 

lizinq xidmətlərinin təşkilinin nəzəri-metodoloji əsasları araşdırılmış və müvafiq sahədə 

mütərəqqi  beynəlxalq  təcrübə  öyrənilərək  mövcud  vəziyyət  təhlil  edilmiş  və  problemlər 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə