Azərbaycan respubliKA



Yüklə 214,7 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix14.10.2017
ölçüsü214,7 Kb.
#4584
1   2   3   4   5   6   7

 

 

qəzetlərinin həmçinin müəllimlərə kömək məqsədi ilə çap edilən  ― Kurrikulum ‖, 



― Azərbaycan məktəbi ‖ elmi-metodik jurnalllarının qısa icmalllarını keçirə bilərik. 

Buraya oxucular və müəllimləri dəvət edilir. Jurnal və nəşrlər müəllimlərə kömək 

məqsədi ilə nəzərdə tutulduğundan icmalda bəzi müəllimləri maraqlandıran suallar 

üzərində  qurulur.  İcmallrın  hərtərəfli  maraqlı  olması  üçün  bir  arada  dəvət  edilən 

müəllim və oxucular arasında yaş fərqini nəzərə alınmalıdır. Nəşrdə müəllimlərlə 

yanaşı  valideyinlərə  uşaqlarla  necə  işləmək  onlara  təlimə  həvəsləndirmək  üçün 

tövsiyələr  verilir.  Gündəlik  nəşrlərdən  ―  Azərbaycan  müəllimi  ‖  qəzetinin  ilk 

səhifələrində  müxtəlif  təhsil  yenilikləri,  yeni  açılmış  uşaq  bağçaları,  məktəblər 

haqqında  məlumat  verilir.  Elmi-metodik  jurnallarda  isə  müəllim  şagird 

münasibətinin  necə  qurulması,  onların  təhsilə  necə  həvəsləndirilməsi,  müəllimlər 

üçün müxtəlif metodik vəsaitlər dərc edilir.            

 Kitabxanada  mövzu  ilə  bağlı  bir  əsərin  səhnələşdirməsinin  uşaq 

psixologiyasına təsiri böyükdür. Uşaq yazıçımız Cahangir Məmmədovun müəllim 

və şagird sevgisi haqqıda yazılmış ― Altıyaşlılar ‖  kiçik hekayəsini ssenarisini verə 

bilərik.  Bu  səhnəcikdə  şagirdlərinin  sevgisini  qazanmış  Zərqələm  müəllimənin 

şagirdlərin  öz müəllimlərini necə sevmələri, ancaq Zərqələm müəllimənin onlara 

dərs  deməsini  istəmələri,  müəllimələrinin  sağalmaları  üçün  əllərindən  gələni 

etdikləri xoş təsir yaradır.  

Uşaqların  ifasında  görkəmli  bəstəkar  Oqtay  Zülfüqarovun  Rəfiq  Zəkanın 

sözlərinə bəstələdiyi ― Məktəbə yazdırsana ‖ mahnısı səslənir. 

                                               

                                               İndi mənim altı yaşım var ana 

                                               Səndə məni məktəbə yazdırsana. 

                                               Yazmağı səndən təzə öyrənmişəm, 

                                               Saymağı səndən yüzə öyrənmişəm. 

                                               Çox rəqəmi çox sözü öyrənmişəm. 

                                               Tulla oyuncaqlarımı bir yana, 

                                               İndi mənim altı yaşım var ana 

                                               Sən də məni məktəbə yazdırsana 

                                               Ay anacan bax küçəyə bax ora

                                               Dərsə gedən qızlara oğlanlara 

                                               Çantamı ver qoşulum onlara. 

                                               Sonra uşaqlarla verib əl-ələ. 

                                               Dərsə gedim mən də bugündən belə 



Məktəbin  idman  zalını  xatırladan  altıyaşlılar  üçün  nəzərdə  tutulmuş  bir 

otaq.  Burada  balaca  skamyalar    var.  Uşaqlar  skamyalarda  qəmli  halda 

oturmuşlar. 5-6-cı sinif şagirdi Yusif əlində topu oynada-oynada onlara yaxınlaşır. 

Yusif:    Hə, indi gəlin voleybol oynayaq. Di qalxın ayağa...Sizinlə deyiləm?  


 

 

               (Topu uşaqların üstünə atır.Heç kəs tutmur.Yusif fikirli halda  



               gəzişir).Voleybol istəmirsiniz...Yaxşı, gəlin futbol oynayaq. (Heç kəs   

               yerindən tərpənmir) Futbolda istəmirsiniz... Bəs nə istəyirsiniz, nə? 

Afaq:      Zərqələm müəlliməni istəyirik... 

Yusif:     Zərqələm müəllimə xəstədir. Dünən gəlməyib, bu gün də   

                gəlməyəcək. Direktor xahiş edib ki, 2-3 saat mən sizinlə məşğul  

                olum. Özünüz bilirsiniz ki, mən məktəbin 9 nömrəli   

                hücumçusuyam. İndiyəcən 16 dəfə qol vurmuşam! Siz isə mənə hörmət   

                etmirsiniz... (Yalvarır). Uşaqlar xahiş edirəm gəlin oynayaq. Direktor    

               gəlib görsə ki, boş-bekar oturmuşuq, hamımızı danlayacaq. 



Sona:     Biz Zərqələm müəllimə ilə oynamaq istəyirik... 

Yusif:    Zərqələm müəllimə ilə futbol? Voleybol? (gülür) 

İlqar:     Obizimlə elə maraqlı oyunlar oynayır ki, heç darıxmırıq. 

Rafiq:    Zərqələm müəllimə dərsi çox maraqlı danışır. 

Afaq:     O bizə dadlı-ləzəttli xörəklər bişirtdirir. 

Sona:     Yataq otaqlarımızı elə qəşəng bəzəyib ki! 

Yusif:     Uşaqlar! Uşaqlar, bunları mən bilirəm. Zərqələm müəllimə  mənədə dərs   

               deyib. Onu hamımız sevirik. İndi neyləmək olar.  Fikriniz nədir? Elə    

               oturub,  darıxacaqsınız? 

Afaq:     Biz müəllimənin öyrətdiyi dərsi təkrar edəcəyik. 

Eldar:    Mən onun əzbərlətdiyi şeiri bərkdən oxuyacağam 

Sona:     Mən nağıl danışacağam. 

Rafiq:    Mən tapmaca deyəcəyəm. 

Yusif:    Nağıl, tapmaca, şeir.  Bəs idman? 

Afaq:     Sən qorxma, get sinfə dərsini öyrən. Direktor, müəllim gəlsə özümüz   

               cavab  verəcəyik. 



Yusif:    (onu yamsılayır) Direktor müəllim! Yox bir dərs hissə müdiri müəllim,  

               zavxoz müəllim. (Deyinə deyinə getmək istəyərkən Zərqələm müəllimə ilə   



               üzləşir.Təəcüblə)  Müəllimə siz gəldiniz? Bəs... bəs... 

Zərqələm müəllimə: Gəlmişəm,Yusif.Çox sağ ol ki, mənim şagirdlərimlə məşğul  

               oldun, onları darıxmağa qoymadın. (Yusif başını aşağı salıb   



               gedir. Uşaqlar müəlliməni  dövrəyə   alırlar.) 

Afaq:      Müəllimə bizi qorxutdular ki, siz bu gün də gəlməyəcəksiniz. 

Eldar:     Hazırlaşırdıq, ki evinizə gedək. 

Sona:      Sizin üçün yaman darıxmışıq,müəllimə! 

Rafiq:     Müəllimə, daha xəstələnməyin də, nə olar.? 

Zərqələm müəllimə: (Gülüb onları qucaqlayır) Mən də sizin üçün  

                 darıxmışam.Həkim evdən çıxmağıma razı olmurdu.  Amma dözə   

                 bilmədim. 



Yüklə 214,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə