Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix08.04.2018
ölçüsü0,79 Mb.
#36757
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

 

 

43 



Orta  aylıq  real  əmək  haqqı 

(manat) 


112.7 

137.5 


184.9 

293.5 


313.6 

337.5 


415.1 

 

Belə ki, 2005-ci ilə nisbətən 2013-cü ildə əhalinin pul gəlirləri 4.7 dəfə, 2010-



ci  illə  müqayisədə  isə  46.7%  artmışdır.  Təhlil  edilən  dövrdə  adambaşına  düşən  pul 

gəlirlərinin həcm və dinamikası da əhəmiyyətli  dərəcədə artmışdır. Belə ki, 2005-ci 

ilə nisbətən 20130-cü ildə əhalinin hər nəfərinə düşən pul gəlirləri  4.1 dəfə, 2010-ci 

illə müqayisədə isə bu artım   41% təşkil etmişdir.  

2005-2013-cü  illərdə  Azərbaycan  Respublikasında  əhalinin  pul  gəlirlərinin 

dinamikasında müşahidə edilən dəyişikliyi xətti qrafik daha əyani göstərir (şəkil. 2.1). 

Qeyd etdiyimiz kimi əhalinin pul gəlirlərinin mühüm tərkib hissələrindən birini 

ə

mək  haqqı  təşkil  edir.  Düzdür,  Azərbaycanda  əmək  haqqı  əhalinin  gəlirlərinin 



aparıcı  hissəsini  təşkil  etməsə  də  bu  göstəricisinin  yüksəldilməsi  istiqamətində  

mühüm    işlər    görülür    və  ən    başlıcası    onun    artırılmasının    real  iqtisadi  əsası 

formalaşır.   

 

 



 

Şə

k.  2.1.  2005-2013-cü  illərdə  Azərbaycan  Respublikasında  əhalinin  pul  gə-



lirlərinin dinamikası. 

 

8064



14558

20735


22396

25607


30525

37555


974,9

1720,6


2378,3

2537,2


2866,1

3371,7


4039,6

0

5000



10000

15000


20000

25000


30000

35000


40000

2005


2007

2008


2009

2010


2011

2013


Əhalinin pul gəlirləri,mln man

Hər nəfərə düşən pul 

gəlirləri, manat



 

 

44 



2005-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı  123.6 manat,  2013-cü ildə 

isə 425.1 manat və ya 3.4 dəfə çox olmuşdur. 2005-ci ilə nisbətən 2013-cü ildə orta 

aylıq  real  əmək  haqqı  təxminən  3.7  dəfə  artmışdır.  Göründüyü  kimi  bu  dövrdə 

inflyasiyanın  aşağı  səviyyəsinə  nail  olunması  real  əmək  haqqının  alıcılıq 

qabiliyyətinə müsbət təsir göstərmişdir. 

 

Ə



halinin  həyat  səviyyəsini  yüksəltmək,  sosial  təminatını  və  müdafiəsini 

gücləndirtmək,  həmçinin  əmək  haqqı  sistemində  yaranmış  uyğunsuzluqları  aradan 

qaldırmaq  üçün  ölkədə  əməyin  ödənilməsi  sahəsində  aparılan  islahatlar  dövlətin 

iqtisadi siyasətində əsas yer tutmuş və bu sahədə müntəzəm olaraq məqsədəuyğun iş 

aparılmışdır. 

 Statistik məlumatlar 2005-ci illə müqayisədə 2013-cü ildə orta aylıq nominal 

ə

mək  haqqının  həm  ölkə  üzrə,  həm  dövlət,  həm  də  qeyri-dövlət  sektoru  üzrə  xeyli 



artdığını  göstərir.  Belə  ki,  2005-ci  illə  müqayisədə  2013-cü  ildə  ölkə  üzrə  bu  artım  

3.4  dəfə,  dövlət  sektoru  üzrə  3.9  dəfə,  qeyri-dövlət  sektoru  üzrə  2.8  dəfə  artmışdır. 

Fəaliyyət  növləri  üzrə  də  bu  cür  artım  müşahidə  olunur.  Göründüyü  kimi  ölkə 

iqtisadiyyatının  və  onun  regionlarının  davamlı  surətdə  inkişaf  etdirilməsi,  onun 

maliyyə  imkanlarının,  həmçinin  əmək  haqqının  artırılması  istiqamətində  həyata 

keçirilən ciddi tədbirlər həm dövlət, həm də qeyri-dövlət sektorunda çalışan işçilərin 

ə

mək  ödənişinin  səviyyə  və  dinamikasının  kəskin  artmasına  müsbət  təsir 



göstərmişdir. 

2013-cü ildə yüksək orta aylıq əmək haqqı ölkə iqtisadiyyatının mədən çıxarma 

sənayesində  (1985.3  manat),  peşə,  elmi  və  texniki  fəaliyyətdə  (1410.7  manat), 

maliyyə  və  sığorta  fəaliyyətində  fəaliyyətində  (1075.9  manat),  tikinti  təşkilatlarında 

çalışan işçilərə (675.4 manat) məxsus olmuşdur.  

         2012-ci  il  üçün  yaşayış  minimumu  ölkə  üzrə  108  manat,  o  cümlədən  əmək 

qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat 

məbləgində  müəyyən  olunmuşdur.  Bu  il  üçün  ehtiyac  meyarının  həddi  87  manat 

müəyyənləşdirilmişdir. Bu göstəricilər 2011-ci il üçün müvafiq olaraq 95 manat, 102 

manat,  72  manat,  76  manat  və  75  manat  müəyyənləşdirilmişdir.  Göründüyü  kimi 




 

 

45 



2012-ci ildə yaşayış minimumu orta aylıq əmək haqqının 26%-ə, ehtiyac meyarı isə 

21%-ə bərabər olmuşdur. 

 

Minimum  əmək  haqqının  iqtisadi  mahiyyəti  işçi  qüvvəsinin  qiymətinin  aşağı 



sərhədini  göstərməkdir.  Bunun  həcmi  işçinin  ən  zəruri  tələbatlarını  ödəmək  üçün 

kifayət  etməlidir.  şçi  qüvvəsinin  dəyərinin  ödənilməsi  xərcləri  qida,  geyim,  məişət 

əş

yalarına,  habelə  mənzilin  saxlanmasına,  tibbi  xidmətə,  ümumi  və  peşəkar  təhsilə, 



həm əmək fəaliyyətində, həm də ondan sonrakı işçinin sosial ehtiyaclarına yönəldilən 

xərcləri nəzərdə tutur. 

 

Avropa Birliyinin Beynəlxalq Komissiyası minimum əmək haqının ən ədalətli 



səviyyəsinin ölkədəki orta aylıq əmək haqqının 68%-nə bərabər olmasını qəbul edir. 

 

Məlumat  üçün  qeyd  edək  ki,  Şərqi  Avropanın  bir  sıra  ölkələrində  iqtisadi 



islahatların  həyata  keçirildiyi  dövrdə  əhalinin  yoxsulluqdan  müdafiəsi  məqsədilə 

minimum  əmək  haqqından  və  yaşayış  minimumundan  istifadə  edilmişdir.  Bu  yolun 

reallığını  və  müsbət  səmərəsini  Çexiyanın  təcrübəsi  sübut  edir.  1991-ci  ildə  orada 

yaşayış minimumu haqqında qanun qəbul edilmişdir. Buna müvafiq olaraq minimum 

ə

mək  haqqı  yaşayış  minimumundan  10%  yüksək,  işsizliyə  yardım  isə  onun 



səviyyəsində müəyyən olunmuşdur. 

 

Həyatın dəyəri artdıqca minimum əmək haqqı da indeksləşdirilmişdir. Hazırda 



Çexiyada  əhalinin  3%-i  kasıblıq  həddindən  aşağı  yaşıyır,  orta  gəlir  isə  1990-cı  ilin 

səviyyəsinin 80-90%-ni təşkil edir [9, 10, 34, 41]. 

 

Onu  da  qeyd  edək  ki,  Azərbaycan  dövləti  əhalinin  yoxsulluq  səviyyəsinin 



minimuma  endirilməsi  istiqamətində  xeyli  müddətdir  ki,  əsaslandırılmış  və 

beynəlxalq təcrübədə qəbul edilmiş standartlara uyğun olaraq tədbirlər həyata keçirir. 

Elə  bunun  nəticəsidir  ki,    2005-ci  ildə  ölkədə  yoxsulluq  həddi    42.6  manat  qəbul 

edilmişdirsə,  2009-cu  ildə   89.5  manat  səviyyəsində  qərarlaşmışdır.  Bununla  yanaşı 

bu  dövrdə  yoxsul  əhalinin  xüsusi  çəkisi  də  xeyli azalmışdır.  Belə ki,  əgər   2004-cü 

ildə  yoxsulluq  səviyyəsi  40.2%  idisə,  2009-cu  ildə  10.9%,    2011-ci  ildə  isə  7.1% 

olmuşdur. Bu istiqamətdə daha əsaslandırılmış nəticələr əldə etmək məqsədilə ölkədə 

istehsal edilmiş milli gəlirin hansı hissəsinin əməyin ödənilməsinə yönəldiyini, onun 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə