Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə188/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   184   185   186   187   188   189   190   191   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

435 


29.3. Özəlləşdirmə prosesində dövlət müəssisələrinin  

səhmdar cəmiyyətlərinə çevrilməsi mexanizmi 

 

Müstəqil Azərbaycan Respublikası  özünün gələcək inkişafını demok-



ratik  və  dünyəvi  dəyərlərə  söykənən  iqtisadi  və  siyasi  sistemlər  üzərində 

qurmağa başladı. Azərbaycan hökuməti öz milli iqtisadiyyatını xüsusi mül-

kiyyət,  azad  sahibkarlıq  və  sağlam  rəqabət  prinsipləri  əsasında  səmərəli 

iqtisadi sistemin qurulması istiqamətində inkişaf etdirməyi strateji xətt kimi 

qarşıya  qoydu.  Həmin  məqsədlərə  nail  olmaq  üçün  hökumətin  ardıcıl  və 

sistemli  iqtisadi  islahatlara  dair  proqramlarının  işlənib  hazırlanması  tələb 

olunurdu.  

Ölkədə getdikcə formalaşan xüsusi mülkiyyət sisteminə keçid tədricən 

mülkiyyət münasibətlərinin kökündən dəyişdirilməsi, iqtisadiyyatın liberal-

laşdırılması  məsələlərini  zəruri  edirdi.  Dövlət  əmlakının  özəlləşdirilməsi, 

ölkənin  sosial-iqtisadi  durumu,  makroiqtisadi  göstəricilərin  kəskin  şəkildə 

aşağı düşməsi və istehsal sahələrində tənəzzül meyilləri ilə də şərtlənirdi.  

Azərbaycanda  dövlət  əmlakının  özəlləşdirilməsi  prosesi  digər  post-

sovet respublikalarından fərqli olaraq müəyyən obyektiv səbəblərdən ləngi-

mişdir.  Müstəqilliyin  ilk  illərində  (1991-1995-ci  illərdə)  respublikamızda 

ictimai-siyasi  və  hərbi  sahədə  gərgin  vəziyyət  iqtisadi  islahatların,  o  cüm-

lədən  özəlləşdirmənin  aparılmasına  ciddi  maneçilik  törətmişdir.  Lakin 

ümummilli  liderimiz  Heydər  Əliyevin  uğurla  həyata  keçirdiyi  daxili  və 

xarici siyasətin nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olduqdan 

sonra  radikal  iqtisadi  islahatlara,  o  cümlədən  dövlət  əmlakının  özəlləşdi-

rilməsinə başlanıldı.  

Təcrübə  göstərir  ki,  özəlləşdirmə  siyasəti  həyata  keçirən  postsosialist 

ölkələrində  bir  qayda  olaraq  milli  iqtisadiyyatın  formalaşması  və  inkişafı 

üçün təməl şərtlərinin yaradılması özəlləşdirmənin başlıca məqsədləri hesab 

edilmişdir ki, bunlar da aşağıdakılardır: 

-  iqtisadiyyatın liberallaşdırılması, xüsusi mülkiyyətçilər təbəqəsinin 

və azad sahibkarlığın inkişaf etdirilməsi; 

-  istehsalın  səmərəliliyinin  və  milli  gəlirin  artımının  həlledici  amili 

kimi mülkiyyətin rasional strukturunun yaradılması; 

-  iqtisadiyyatın  strukturunun  yenidən  qurulması,  inhisarlaşdırma  və 

sağlam rəqabət mühitinin formalaşdırılması; 

-  müəssisələrə  investisiyaların,  o   cümlədən   xarici   investisiya-

ların   cəlb edilməsi; 

-  əhalinin həyat səviyyəsinin və sosial rifahının yaxşılaşdırılması. 

Təcrübə  göstərir  ki,  özəlləşdirməni  həyata  keçirmiş  və  keçirməkdə 

olan bəzi ölkələrdə özəlləşdirmənin digər məqsədləri də nəzərdə tutulur: 

-  özəlləşdirmədən  əlavə  gəlirlər  əldə  edərək  dövlət  büdcəsinə 

köçürmək; 




Бизнесин тяшкили вя идаря едилмяси 

436 


-  fond bazarının yaradılması, qiymətli kağızlar institutunun hərəkətə 

gətirilməsi; 

-  dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması; 

-  təsərrüfatçılıqda yeni idarəçilik metodları, «nou-hau» tətbiq etmək 

bacarığına və imkanlarına malik investorlar cəlb etmək. 

Dövlət əmlakının özəlləşdirilməsinin məqsədlərinə uyğun olaraq onun 

həyata  keçirilməsinin  əsas  prinsipləri  də  işlənib  hazırlanmışdır.  Həmin 

prinsiplər aşağıdakılardan ibarətdir: 

-  özəlləşdirməyə  dair  tədbirlərin  aşkarlıq  şəraitində  həyata  keçiril-

məsi, onun gedişi üzərində dövlət və ictimai nəzarətin təmin edilməsi; 

-  özəlləşdirmə  prosesində  əmək  kollektivlərinin  qanunvericilikdə 

müəyyən olunmuş mənafelərinin qorunması; 

-  sağlam  rəqabət  mühitinin  formalaşdırılması  və  antiinhisar  qanun-

vericiliyinin tələblərinin gözlənilməsi; 

-  özəlləşdirmə  prosesində  bütün  subyektlər  üçün  bərabər  şəraitin 

yaradılması. 

Özəlləşdirmənin  qarşısında  duran  məqsədlərə  nə  dərəcədə  nail  olun-

ması  onun  hansı  model  əsasında  həyata  keçirilməsindən  çox  asılıdır.  Odur 

ki,  özəlləşdirmədən  öncə  bir  çox  ölkələrin,  o  cümlədən  Şərqi  və  Mərkəzi 

Avropa  ölkələrinin,  Rusiya,  Qazaxıstan,  Pribaltika  Respublikalarının  özəl-

ləşdirmə  təcrübəsi  öyrənilərək  hazırlanan  proqramlarda  nəzərə  alınmışdır. 

Aparılmış  dərin  təhlillər  əsasında  Azərbaycanda  özəlləşdirmənin  qarışıq 

modeli qəbul edilmiş, dövlət əmlakının bir hissəsinin əmək kollektivi üzv-

lərinə  və  respublika  vətəndaşlarına  əvəzsiz  verilməsi  qərara  alınmışdır. 

Bunun  üçün  dövriyyəyə  özəlləşdirmə  payları  (çekləri)  buraxılmış,  hər  bir 

vətəndaşa  4  ədəd  özəlləşdirmə  çekindən  ibarət  özəlləşdirmə  payı  veril-

mişdir. Özəlləşdirmə payını almış vətəndaşlar dövlət müəssisələrinin səhm-

lərinin və ya hissələrinin satın alınmasında həmin çeklərdən istifadə etməklə 

güzəştli  qaydada  iştirak  hüququna  malikdirlər.  Bununla  yanaşı,  həmin 

özəlləşdirmə çekləri qiymətli kağızlar bazarında sərbəst alına, satıla və digər 

formada özgəninkiləşdirilə bilər.  

Yuxarıda qeyd olunan məqsəd və prinsiplər nəzərə alınmaqla respub-

likamızda  özəlləşdirmənin  normativ-hüquqi  və  təşkilati  bazası  yaradıl-

mışdır. Mülkiyyətə dair qanunvericilik müddəaları Azərbaycan Respublika-

sının  Konstitusiyasında,  müxtəlif  məcəllə  və  qanunlarda  əks  etdirilmişdir. 

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 1994 və 2000-ci illər-

də «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» iki qanun qəbul edilmiş və 

mütəmadi  olaraq  bu  sahədəki  qanunvericilik  təkmilləşdirilmişdir.  Ölkə 

Prezidenti  tərəfindən  «Azərbaycan  Respublikasında  1995-1998-ci  illərdə 

dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» və «Azərbaycan 

Respublikasında  Dövlət  əmlakının  özəlləşdirilməsinin  II  Dövlət  Proqramı» 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə