Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32569
1   ...   17   18   19   20   21   22   23   24   ...   68

 
63
230  deputatdan  150  nəfəri  gənc  türklərdən  idi.  Ancaq  gənc 
türklər  parlamentdəki  çoxluqlarından  antifeodal  islahatlar 
keçirmək  üçün  istifadə  etmədilər.  Onların  bu  hərəkəti  rəhbər-
liyin  sosial  tərkibi  ilə  izah  olunurdu.  Rəhbərlik  əsasən,  feodal 
və bürokratik dairələrdən təşkil olunduğu üçün “Gənc türklər” 
burjuaziyanın  mənafeyini  ifadə  edirdi.  Bu    zaman    gənc  türk-
lərə qarşı  müxalifətdə olan Əhrar partiyası fəaliyyət göstəriridi 
və onları ingilislər müdafiə edirdilər.  II Əbdülhəmid  və onun 
ə
trafındakılar  Əhrar  partiyası və  “ ttihadi müsəlman” təşkilati 
ilə  birgə  əksinqilabi    çevriliş  edərək,  hakimiyyəti  ələ  aldı. 
“ ttihadi  müsəlman”  feodal  qaragürühçuların  toplaşdığı  bir 
təşkilat  idi.  nqilabçıların  təqib  olunmasına  başlanıldı.  Ölkədə 
vətəndaş  müharibəsi  təhlükəsi  yarandı.  Gənc  türklər  1909-cu 
ilin 23 aprelində Mahmud Şövkət paşanın komandanlığı altında 
Makedoniya ordusunu  stanbul  üzərinə yeritdilər. Əbdülhəmid 
hakimiyyətdən  kənarlaşdırıldı.  Onun    iradəsiz  qardaşı  V 
Mehmet Rəşad sultan elan edildi. Beləliklə, Osmanlı tarixində 
çox  önəmli  rol  oynayan    inqilab  Osmanlı  imperiyasının  siyasi 
quruluşunu  dəyişə  bilmədi.  Çünki  bu  yuxarı  təbəqələrin  in-
qilabı idi. Gənc türklərin   daxili  zəifliyini  görən Avropa məhz 
bundan  yararlanmaq istəyirdi. 1909-1911-ci illərdə “ ttihad və 
tərəqqi” yavaş-yavaş ölkədə yeganə hakim siyasi partiya halına 
gəldi. Osmanlı dövlətinin daxildə qarşılaşdığı çətinliklər xarici 
müdaxilələrdən qaynaqlanırdı. Gənc türklər isə parlamentli bir 
rejim  yaratdıqdan  sonra  Qərb  dövlətlərinin  onlara  göstərə-
cəkləri himayə ilə daxili çətinlikləri aradan qaldıra biləcəklərini 
düşünürdülər.  Ancaq  hadisələr  heç  də  belə  olmadı.  Avstriya-
Macarıstanın  Bosniya  və  Hersoqovinanı  ilhaq  etməsi,  Bolqa-
rıstanın istiqlaliyyətinin elanı gənc türklərin gözlərini açdı.  n-
qilabın  yarımçıqlığına  baxmayaraq  “Gənc  türklər”in  hakimiy-
yəti  dövründə  ölkədə  bir  sıra  islahat  və  tədbirlər  həyata  ke-
çirildi.  qtisadi  baxımdan  gənc  türklərin  ilk  və  ən  mühüm 
addımları  1914-cü  ildə  kapitulyasiyanın  aradan  qaldırılması 
oldu. Bu hərəkat Türkiyədə iş yerlərinin milliləşdirilməsi üçün 
downloaded from KitabYurdu.org


 
64
şə
rait  yaratdı.  1916-cı  ilin  24  martında  verilən  bir  qanunla 
bütün  şirkətlərin  yazışmalarının  türk  dilində  aparılması  məc-
buri idi. Bu dəyişikliklərə müvafiq olaraq, Ziraət bankı yenidən 
təşkil  edilərək  1917-ci  ilin  martında  Osmanlı  Milli  Bankı  adı 
altında  quruldu.  Bu  və  digər  tədbirlərlə  gənc  türklər  bir  növ 
dövlətin  nəzarəti  altında  iqtisadi  dəyişikliklər  etməyə,  sənaye-
ləşməni genişləndirərək milli burjuaziya yaratmağa çalışırdılar.  
Şə
rq  məsələsində  Qərb  dövlətləri  ilə  Rusiyanın  məna-
feləri  toqquşurdu.    Bu  da  gənc  türklərin  xarici  siyasətinə  təsir 
edirdi.  1909-cu  ildə  Osmanlı  əleyhinə  Rusiya  ilə  taliya  ara-
sında  Rakkoniki  razılaşması  imzalandı.  Burada  dövlətlər  razı-
lığa gəlmişdilər ki,  taliya Rusiyanın Balkanlardakı, Rusiya isə 
taliyanın  Trablisdəki  mənafeyini  tanısın.  taliya  hesab  edirdi 
ki,  müharibə  zamanı  Avstriya  və  Almaniya  bitərəf  qalacaq. 
Mərakeş  böhranı  talyanın  müharibəyə  başlamasına  şərait 
yaratdı. 1911-ci il sentyabrın 28-də  taliya hökuməti Türkiyəyə 
nota  göndərdi.  Notada  deyilirdi  ki,  Türkiyə  taliyanın  Tripo-
litaniya və Kirenaika ilə əlaqələrinə mane olur. Türkiyə Şimali 
Afrikada  yerləşən  vilayətlərin  taliya  tərəfindən  işğalına  mane 
olmamalı  idi.  Türkiyə  taliyanın  tələblərini  təbii  ki,  rədd 
etdi.Sentyabrın    29-da    taliya    hərbi    əməliyyatlara    başladı. 
Vilayətlərin əhalisi  taliya qoşunlarına ciddi müqavimət göstə-
rirdi. Trablisdə çox az qüvvəsi olan Osmanlı dövləti  taliyanın 
hücumuna  ilk  anda  lazımi  hərbi  müqavimət  göstərə  bilmədi. 
talyanlar sahildə əlverişli mövqe ələ keçirdilər. Lakin Misir və 
Tunis  vasitəsilə  Trablisə  gələn  könüllü  türk  zabitləri  taliya 
işğalının  genişlənməsinə  mane  ola  bildilər.  taliya  Türkiyəni 
sülhə  məcbur  etmək  üçün  Dardanel  boğazına  donanma  gön-
dərdi  və  Dardanelin  girişini  bombaladı.  taliyanın  bu  hərəkəti 
Qərbin  və  Rusiyanın  ciddi  narazılığına  səbəb  oldu.  Lakin 
boğazlarda  daha  ciddi  hərəkət  etməyə  taliya  cəsarət  etmədi. 
Avstriya-Macarıstan  qorxurdu  ki,  taliya  vəziyyətdən  istifadə 
edib Albaniyanı işğal etsin.  taliya-Türkiyə müharibəsi ilə bağlı 
Osmanlıya Almaniyanın təsiri zəiflədi. Ancaq bu müharibənin 
downloaded from KitabYurdu.org


 
65
gedişinə əsaslı təsir göstərə bilmədi.  Türkiyə müqavilə  bağla-
mağa məcbur oldu. 1912-ci il oktyabrın 18-də Lozannada mü-
qavilə  bağlandı.  Trablis  və  Kirenaika  taliyanın  müstəmləkə-
sinə çevrildi. 
 
taliya-Türkiyə  müharibəsi  artıq  çoxdan  yetişmiş  Bal-
kan böhranını sürətləndirdi. Balkan dövlətləri bu müharibədən 
istifadə edərək, Türkiyəyə qarşı bir ittifaqda birləşmək qərarına 
gəldilər.  Rusiyanın  Serbiya  ilə  Bolqarıstanı  yaxınlaşdırmaq 
cəhdləri 13 mart 1912-ci il Serb-Bolqar ittifaqının yaranmasına 
səbəb oldu. 1912-ci il mayın 29-da Yunanıstan, oktyabrın 6-da 
isə  Çernoqoriya  bu  ittifaqa  qoşuldu.  Osmanlı  dövlətinə  qarşı 
Balkan  dövlətləri  birliyi  yaradılmış  oldu.  1912-ci  ildə  əvvəlcə 
Çernoqoriya,  sonra  isə  Bolqarıstan,  Serbiya  və  nəhayət  25 
oktyabrda  Yunanıstan  Osmanlıya  müharibə  elan  etdi.  Türklər  
səfərbərliyə  çox  gec başladılar. Osmanlılar  bolqarlarla  savaş-
da    Trakyanı  itirdilər,  Çatalçaya  qədər  geri  çəkilmək  məcbu-
riyyətində  qaldı.  Kumovada  isə  türklər  Serbiyaya  məğlub 
oldular.  Yunanlar  Soloniki  ələ  keçirdi,  bütün  şimali  Albaniya 
isə  Çernoqoriya  tərəfindən  işğal  edildi.  Balkan  dövlətlərinin 
qələbələri  imperialist  dövlətlərini  inandırdı  ki,  Balkanlarda 
ə
vvəlki vəziyyəti saxlamaq mümkün deyildir. Bununla bərabər 
bu  dövlətlər  Balkanlardakı  hadisələrdən  müstəmləkə  işğalları 
məqsədi  ilə  istifadə  etməyə  çalışırdılar.  Rusiya  stanbulu    və 
boğazları,  Avstriya-Macarıstan,  Soloniki,  taliya  Albaniyanı, 
Almaniya  Anadolunu,  ngiltərə  isə  Ərəbistan  və  Mesopota-
miyanı işğal etməyə çalışırdı. 
Bu  məğlubiyyətlərdən  sonra  Osmanlı  dövləti  Qərb 
dövlətlərinin vasitəsilə 1912-ci ilin 3 dekabrında atəşin dayan-
dırılmasına  nail  oldu.  1913-cü  il  mayın  30-da  Londonda 
Balkan  dövlətləri  ilə  Osmanlı  arasında  sülh  müqaviləsi  imza-
landı.  Bu  müqavilə  ilə  Türkiyə  Albaniya  və  Egey    adalarının 
sərhədini  müəyyən  etməyi  böyük  dövlətlərin  öhdəsinə  bu-
raxırdı. Krit Yunanıstana verildi, Ədirnə də Bolqarıstana keçdi. 
Avropada  Türkiyənin  əlində  boğazlara  bitişik  dar  bir  ərazi 
downloaded from KitabYurdu.org


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə