Azərbaycan qəzeti səhifələrində neft tarixi


(Azərbayacan qəzeti.V cild səh 205-06.)



Yüklə 40,59 Kb.
səhifə3/4
tarix06.06.2023
ölçüsü40,59 Kb.
#115593
1   2   3   4
Azərbaycan qəzetinin materialları əsasənda 2

(Azərbayacan qəzeti.V cild səh 205-06.). Digər tərəfdən neftin sərbəst satışı barədə təkliflər var idi. Almanlarla əldə edilən razılıga görə onlar Batumdan neftin Ukrayna və digər dövlətlər vasitəsilə aparılması vədini vermişdilər, hətta həmin işi icra etmək üçün gəmilər belə hazır idi. Lakin siyasi vəziyyət buna imkan verməmişdi. İngilislər də AXC hökumətinə neftin ixrac edilməsi üçün gəmilər verəcəyini vəd etmişdi. (Azərbayacan qəzeti.V cild səh 206.). Hökumətin hesablamalarına görə gündə 75 min olmaqla ayda iki mly. puda qədər neft çııxarılarsa, neft artımı 1 mly. 200 min pud ola bilərdi. Bununla da Batuma ayda üç mly. pud neft göndərməyin mümkünlüyü proqnozlaşdırılırdı.( Azərbayacan qəzeti.V cild səh 206.). Bu mülahizələri reallaşdırmağın mümkünlüyünü müəyyən etmək üçün komissiyanın yaradılması da təklif edilir. Əslində ticarət və sənaye naziriliyi mülahizələrdən heç birini real hesab etmirdi. Çünki Azərbaycandan başqa Amerika, İngiltərə və Rumıniyada 3 mld.tondan artıq neft hasil olunurdu ki, Bakı nefti sözsüz ki, Amerika nefti ilə həmin dövrdə rəqabət apara bilməzdi. Odur ki, AXC hökuməti Gürcüstanla tranzit müqaviləsi imzalayır.Müqavilə AXC-nin Ticarət və Sənaye naziri Behbud xan Cavanşir tərəfindən imzalanır. Müqavilənin şərtinə görə Gürcüstan hökuməti Bakı neftinə görə vergi almayacaq, əvəzində isə onlara neft ucuz veriləcək, neftin miqdarı isə 1 milyarddan artıq olmamalı idi.
“ Azərbaycan” qəzetinin parlament iclaslarından birində “ittihadçı”ların neft məsələsi ilə baglı hökumətə münasibəti haqqında məlumat verilir və Ticarət və Sənaye Nazirliyinin neftin satışına nəzarət etmək üçün Büronun yaradılması təşəbbüsünü dəstəklədikləri nəzərə çatdırılır. Lakin Büronun təşkilindən sonra da neftin qiyməti 10 man. 80 qəpik olmuşdu,əvvəl isə 5 manat idi. Azərbayacan qəzeti.V cild səh 209). Qəzetin səhifələrində parlamentin iclaslarında hökumətin neft siyasətinin təhlil edilməsi AXC- nin bu istiqamətdə qarşılaşdıgı çətinliklərin real mənzərəsini yaradır.
AXC dövrünün xüsusi mətbuat orqanı olaraq “ Azərbaycan” qəzetinin iki dildə çıxan nömtrələrinin bir-birindən o qədər də prinsipial fərqi yox idi. Ancaq “ Azərbaycan ” qəzetinin 14 fevral 1919- cu il 114- cü nömrəsində “Milliləşmək əlamətlərindən biri” başlıqlı yazıda qeyd edilirdi ki, qəzetin rus dilində çıxan variantında “məmləkətin müxtəlif millətlərini dövlətin müxtəlif sərəncamları ilə aşina qılmaq vəsiləsi oldugu halda”, qəzetin azərbaycan türkcəsi ilə olan variantı bir çox milli və siyasi məsələlərin həllinə çalışır.
Yüklə 40,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə