Azərbaycan multikulturaliZMİ FƏNNİNİn predmeti, metodlari, funksiyalari və



Yüklə 0,53 Mb.
səhifə5/5
tarix25.02.2022
ölçüsü0,53 Mb.
#84116
1   2   3   4   5
M hazir Ö 1-1

Fəlsəfə “Azərbaycan multikulturalizmi” fənninin nəzəri-metodoloji əsasını təşkil edir.

Azərbaycan ədəbiyyatıAzərbaycan multikulturalizminin əsas qaynaqlarından biridir. Qədim dövrlərdən bəri yaşayıb yaratmış görkəmli Azərbaycan şairlərinin və yazıçılarının əsərlərində irqi, etnik, dini və mədəni müxtəlifliklərin qorunmasını, ümumiyyətlə birgəyaşayışı və tolerantlığı təbliğ edən bədii nümunələrin öyrənilməsi Azərbaycan mul- tikulturalizm modelinin dərin köklərə malik olmasını göstərir.

Multikulturalizm Azərbaycan xalqına xas olan, xalqımızın psi- xologiyasını, milli mentalitetini səciyyələndirən bir dəyərdir. Psixologiya fənniqeyd olunan müddəaların elmi cəhətdən əsaslandırılmasına kömək edir.



Azərbaycan tarixifənni ölkəmizin ərazisində müxtəlif xalqların və dini konfessiyaların nümayəndələrinin əsrlər boyu sülh və əmin- amanlıq şəraitində yaşamaları haqqında bilgilər verir.

Kulturologiya fənniAzərbaycan xalqının mədəniyyətində, ədəbiyyatında, incəsənətində əks olunan onun etnik-mədəni dəyərlərinin əhəmiyyətini araşdıraraq “Azərbaycan multikulturalizmi” fənninin müəyyən müddəalarının əsaslandırılması üçün empirik material təqdim edir.

Hüquq elmietnik, irqi, dini və mədəni azlıqların hüquqlarının müdafiə olunması və onların etnik-mədəni dəyərlərinin qorunması sahəsində dövlətimizin həyata keçirdiyi layihələrdən bəhs edir.

Politologiya elmixarici ölkələrdə, xüsusilə də multikulturalizm siyasətinin meydana gəldiyi Qərb ölkələrində mövcud olan multikulturalizm modellərini ayrılıqda hərtərəfli təhlil edir.

Sosiologiya elmi multikulturalizmə bir sosial hadisə kimi yanaşaraq onun meydana gəlməsində mühüm əhəmiyyət kəsb edən faktorların rolunu müəyyən edir.

Dilçilik elmi Azərbaycan dilinin formalaşmasında və inkişafında onun qədim zəngin potensialı ilə yanaşı, digər dillərin rolunu qeyd edir, dövlət-dil, cəmiyyət-dil münasibətlərini öyrənir və beləliklə, multikulturalizmin Azərbaycan modelinin mühüm xüsusiyyətlərindən bırı olan dil siyasətinin özəlliklərinin dərk olunmasına kömək edir.

“Azərbaycan multikulturalizmi” fənninin üç əsas funksiyası vardır: idraki, proqnozlaşdırım və praktiki.

Fənnin idraki funksiyası ondan ibarətdir ki, biz onun vasitəsilə multikulturalizmin Azərbaycan ərazisindəki təzahürünü, başqa sözlə, Azərbaycan modelini, Azərbaycan multikulturalizmini öyrənərək bu mənəvi “ərazini” hərtərəfli şəkildə dərk edirik. Daha konkret desək, bu fənn vasitəsilə multikulturalizmin Azərbaycanda meydana gəlməsinin və inkişafının səbəbləri, onun ədəbi-bədii, fəlsəfi, publisistik, siyasi və hüquqi qaynaqları, müasir dövrdə onun ölkənin daxili və xarici siyasətində əks olunması, multikulturalizmin Azərbaycan modelinin digər mövcud modellərdən fərqli cəhətləri haqqında həm də müfəssəl məlumat əldə edirik.

“Azərbaycan multikulturalizmi” fənninin proqnozlaşdmcı funksiyası ölkədəki multikultural durumun təhlili nəticəsində əldə olunan' biliyin əsasında bu durumun inkişaf perspektivlərinin müəyyən edilməsi ilə bağlıdır.

Fənnin praktiki funksiyası isə ölkədəki etnik, dini, irqi və mədəni müxtəlifliklərin fəalyyətlərinin tənzimlənməsi, ümumiyyətlə multikultural durumun təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyini göstərir.

“Azərbaycan multikulturalizmi” fənninin idraki, proqnozlaşdırı- cı və praktiki funksiyalarının məzmunundan göründüyü kimi onlar bir-biri ilə sıx surətdə bağlıdır. Fənnin idraki funksiyası vasitəsilə əldə olunan bilik onun proqnozlaşdırım və praktiki funksiyalarının reallaşdırılması üçün zəmin yaradır. Fənnin proqnozlaşdırım funksiyası vasitəsilə ölkədəki mövcud multikultural vəziyyətdə baş verəcək dəyişikliklər qabaqcadan müəyyən edilir və praktiki funksiyanın vasitəsilə bu vəziyyətdə müvafiq islahatlar həyata keçirilir.



Fənnin siyasi əhəmiyyəti ondadır ki, o, obyektiv və subyektiv faktorların təsiri altında dünyanın əsas multikulturalizm mərkəzlərindən birinə çevrilmiş Azərbaycandakı multikultural durum haqqında həqiqətləri yayaraq ölkəmizə qarşı bəzi dövlətlər, beynəlxalq və regional təşkilatlar tərəfindən aparılan qərəzli münasibətin aradan götürülməsinə kömək edir, Azərbaycana qarşı obyektiv münasibətin formalaşmasına öz bəhrəsini verir.

1




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə