Azərbaycan multikulturaliZMİ FƏNNİNİn predmeti, metodlari, funksiyalari və



Yüklə 0,53 Mb.
səhifə3/5
tarix25.02.2022
ölçüsü0,53 Mb.
#84116
1   2   3   4   5
M hazir Ö 1-1

Assimilyasiya, izolyasiya və multikulturalizm.

Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri əsasən iki siyasət modeli, assimilyasiya və ya izolyasiya vasitəsilə tənzimləməyə çalışıblar:



Assimilyasiya siyasəti milli azlıqların mədəni-etnik dəyərlərini titul (əsas) etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur.1

İzolyasiya siyasəti isə milli azlıqların mədəni-etnik dəyərlərinin titul etnosun etnik-mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir.

İzolyasiya siyasəti 2 formada özünü büruzə verir: 1? O, milli azlıqların ölkəyə daxıl olub orada məskunlaşmasına mane olur. 2. Cəmiyyətdə artıq məskunlaşmış müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onları təcrid edir. İkinci halda bu siyasət aparteid adlanır.



Aparteid (afrikaans dilindən tərcümədə “ayrılıq”, “ayrılıqda yaşamaq” mənasını verir)

Aparteid siyasəti ölkə əhalisini 4 irqi qrupa bölürdü: “qaralar”, “ağlar”, “rənglilər” və “hindlilər” . 1960-1983-cü illər ərzində 3,5 milyon qeyri-ağ əhali yaşadıqları yerlərdən xüsusi zonalara (rezervasiyalara) köçürüldü. 1970-ci ildə ölkənin qeyri-ağ əhalisi siyasi təmsilçilikdən məhrum olundu. Onların vətəndaş hüquqları xeyli məhdudlaşdırıldı. Hakimiyyətdə olan irqçilər ayrı-seçkiliyi həyatın bütün sahələrində tətbiq edirdilər. Qeyri-ağ əhali üçün təhsil, səhiyyə, digər xidmət sahələri ayrılıqda fəaliyyət göstərirdi. Məlum olduğu kimi, Cənubi Afrika Respublikasında aparteid sistemi Bu ölkənin ilk qaradərili prezidenti, Nobel Sülh mükafatı laureatı Nelson Mandelanın rəhbərliyi altında 1994-ci ildə demokratik qüvvələrin ümumi seçkilərdə qələbəsindən sonra ləğv edildi.



Tarixi hadisələrin gedişatı etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bu iki siyasət modelinin səmərəsizliyini göstərdi.

assimilyasiya siyasətinin düzgün olmadığı kimi, qloballaşma, mədəniyyətlərin qovuşduğu bir şəraitdə izolyasiya siyasətinin də yanlış olduğu müəyyən olundu.

Ədəbiyyatda multikulturalizmirı zəif və güclü formalarının olmasına dair fikirlər mövcuddur. Multikulturalizmin bu formaları arasında mühüm fərqli cəhətlər vardır.

Multikulturalizmin zəif forması etnik-milli azlıqlara öz etnik- mədəni dəyərlərini qorumaq üçün imkan yaradır. Lakin azlıqlar öz imkanları ilə etnik-mədəni dəyərlərini qorumaq iqtidarında olmadıqlarına görə yaranmış situasiyada cəmiyyətdəki hakim etnik-mədəni dəyərlərin qəbul edilməsini ən optimal çıxış yolu kimi dəyərləndirirlər. Başqa sözlə desək, onlar elə bir vəziyyətə düşürlər ki, onlara bilərəkdən, xarici təzyiq olmadan, öz istəkləri ilə titul xalqın etnik-mədəni dəyərlərini qəbul etmək sərf edir. Öz mədəni kimliyini, etnik-mədəni dəyərlərini qorumaq isə çətin olur. Mövcud vəziyyətdə azlıqların başqa çıxış yolu olmadığına görə, onlar könüllü şəkildə etnik-mədəni dəyərlərini qorumaq fikrindən tamamilə də olmasa müəyyən dərəcədə əl çəkirlər və bununla da yaşadıqları cəmiyyətə inteqrasiya olunmağı praktiki cəhətdən daha əlverişli hesab edirlər.

Multikulturalizmin zəif formasından fərqli olaraq onun güclü forması milli azlıqlara öz etnik-mədəni dəyərlərini qorumaq üçün azadlıq verməklə yanaşı, onların yaşadıqları cəmiyyətin bütün sahələ- çində fəal iştirak etmələri üçün hər cür şəraitin yaradılmasını tələb edir. Multikulturalizmin güclü forması cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə münasibətdə dözümlülüyün nümayiş etdirilməsi ilə kifayətlənmir. O, bu müxtəlifliyin dövlət tərəfindən qorunmasını və inkişaf etdirilməsini, onun maddi, hüquqi və mənəvi cəhətdən dəstəklənməsini vacib hesab edir.

Multikulturalizmin qeyd olunan formalarının hər biri liberalizm nəzəriyyəsinə' əsaslanır. Lakin professor Çandran Kukatasın qeyd etdiyi kimi, cəmiyyətdəki milli münasibətlərin tənzimlənməsinə dövlətin müdaxiləsini qəbul etməyən zəif multikulturalizm klassik liberalizmə əsaslanırsa, qeyd olunan münasibətlərin tənzimlənməsinə dövlətin fəal müdaxiləsini vacib hesab edən güclü multikulturalizm müasir liberalizmə əsaslanır.

Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırır.

Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə vətəndaş cəmiyyəti multikulturalizmin cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır.

Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsi onun yüksək inkişaf mərhələsindən xəbər verir.

Prezident İlham Əliyev Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzi olmasını Azərbaycanın böyük nailiyyəti hesab edərək, bu iki faktorun ölkədə müsbət ab-hava yaratmasını qeyd edir.

Cəmiyyətdəki çoxmədəniyyətliliyı, etnik-mədəni müxtəlifliyi xarakterizə edən multikulturalizm pozitiv hadisədir. O, cəmiyyətin inkişafında differensiasiya prosesini, müxtəlifliklərin artmasını xarakterizə edərək onun inkişafından xəbər verir. Bununla belə cəmiyyətdəki çoxmədəniyyətliliyi, etnik-mədəni müxtəlifliyi xarakterizə etməklə yanaşı, multikulturalizm eyni zamanda bu müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasətdir. Bir siyasət kimi multikulturalizmin etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn digər siyasətlərdən (assimilyasiya, izolyasiya) əsas fərqi, o cümlədən əsas üstünlüyü, ondadır ki, o, müəyyən birləşmiş cəmiyyət daxilində etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasına və hətta inkişafına yönəlmişdir.

Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında multikulturalizmin dövlət siyasəti olmasını dəfələrlə qeyd etmişdir. Belə çıxışlarının birində cənab Prezident bunları söyləmişdir: “Multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki, bununla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat” .

Bu gün dünyada multikulturalizm siyasətinə ikili baxış formalaşmışdır desək, səhv etmərik. Qabaqcıl Avropa ölkələrindəki multikul- tural mühit son zamanlar dövlət siyasətindən kənarda, stixiyanın öhdəsinə buraxılmışdır. Buna əsas səbəb kimi Böyük Britaniyada, Fransada, Almaniyada və başqa inkişaf etmiş Avropa ölkələrində get-gedə dərinləşən mənəvi böhranı göstərə bilərik.

Böyük Britaniyanın sabiq Baş naziri Devid Kameron (2010-2016) bu vəziyyəti ümidsiz kimi qiymətləndirir və qeyd edir ki, onun ölkəsində multikulturalizm siyasəti iflasa uğramış sayıla bilər.

İkinci qütb isə Azərbaycan Prezidenti İlham Əliyevin formalaşdırdığı nikbin qütbdür. Azərbaycan - multikulturalizmin təntənəsini yaşadan ölkə, multikulturalizm isə Azərbaycanda məhz dövlət siyasətidir.

Leksikona “multikulturalizmin Azərbaycan modeli”, “Azərbaycan multikulturalizmi” kimi terminlər daxil olmuşdur.

“Azərbaycan multikulturalizmi” fənni əsrlər boyu multikulturalizmin Azərbaycanda meydana gəlməsinin səbəblərini, onun mahiyyətini, nəzəri-ideoloji, hüquqi-normativ əsaslarını, fərqli cəhətlərini, o cümlədən üstünlüklərini, müasir durumunu və inkişaf perspektivlərini öyrədir.

Fənnin qeyd olunan predmetinə uyğun olaraq onun əsas məqsədi tələbələrə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin mahiyyətini, onun xüsusiyyətlərini və bu siyasətin ölkədə uğurla həyata keçirilməsinin səbəblərini izah etməkdir.

“Azərbaycan multikulturalizmi” fənnini öyrənən tələbə Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin, dilinin, psixologiyasının, etnoqrafiyasının, siyasətinin, sosiologiyasının da əsas yaranış və inkişaf istiqamətlərini öyrənmiş olur.

Azərbaycan multikulturalizmi” bir interdissiplinar fənn kimi ümum- məntiqi metodları və ya elmi idrakın ümumi metodlarını tətbiq edir. Burada istifadə olunarTəsäs ümumməntiqi metodlar aşağıdakılardır: müşahidə, müqayisə, ölçü, eksperiment, induksiya və deduk- siya, analiz və sintez, abstraktlaşma, ümumiləşdirmə.




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə