Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə24/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   20   21   22   23   24   25   26   27   ...   179

48 

 

Q.Ə.Qeybullayevin yazdıqları əsasında Girdiman qalasının harada olduğunu 



müəyyənləĢdirmək  qeyri-mümkündür.  Yəni,  müəllifin  «orada»  deyərkən,  məhz 

haranı  nəzərdə  tutduğu  bəlli  deyil.  Onun  Ġbn  Xordadbehə  istinadən  Girdiman 

qalasını ermənilərə aid etməsi fikri ilə də razılaĢmaq olmaz [379, 187]. Əvvəla ona 

görə  ki,  «Qırtman»  qalasının  məhz  Girdiman  qalası  olduğu  hələ  ki,  heç  kəs 

tərəfindən  sübuta  yetirilməyib.  Ġkincisi,  Ġbn  Xordadbehin  qeydlərində  çox  Ģey 

qarıĢdırıldığından,  dolaĢdırıldığından,  təhrif  olunmuĢ  vəziyyətdə  təqdim 

olunduğundan  onun  hər  hansı  bir  qalanın  yeri  və  kimlərəsə  mənsubluğu  barədə 

yazdıqlarını  da  ciddi  arqument  kimi  qəbul  etmək  düzgün  olmazdı.  Nəhayət, 

Q.Ə.Qeybullayevdən  gətirdiyimiz  iqtibasın  sonuncu  cümləsində  ifadə  olunmuĢ 

fikrin  birinci  hissəsi  Z.M.Bünyadova,  ikinci  hissəsi  isə  M.Barxudaryana 

məxsusdur.  Bu  fikirlər  Q.Ə.Qeybullayevin  mətnində,  sadəcə  olaraq,  bir  qədər 

təhrif  olunmuĢ  vəziyyətdə  təqdim  olunub  və  görünür  elə  bu  səbəbdən  də  həmin 

müəlliflərə  istinad  edilməyib.  Xatırladaq  ki,  M.Barxudaryan  tərəfindən 

xarabalıqları  XIX  əsrin  sonlarınadək  qaldığı  bildirilən  Girdiman  qalası həqiqətən 

də Girdiman çayının sol sahilində olmaqla Ağsu rayonu ərazisindədir. 

Q.Ə.Qeybullayevin  Girdiman  vilayətinin  Ģərq  sərhədlərinin  Kürəkçayadək 

uzandığını  yazarkən  hansı  məntiqə  və  hansı  mənbəyə  əsaslandığı  da  bəlli  deyil. 

Çünki Girdimanı Albaniyanın qərb ərazilərində lokalizə edən müəlliflər belə onun 

Ģərq sərhədlərinin Kürəkçayadək davam etdiyini söyləməyiblər. 

Q.Ə.Qeybullayevin  mətnində  Girdiman  ərazilərinin  lokalizəsi  ilə  bağlı 

prinsipial  əhəmiyyəti  olan  daha  bir  məqama  da  diqqəti  cəlb  etmək  istərdik.  O, 

alban tarixçisi M.Kalankatukluya istinadən yazır: «VI əsrin sonlarında Sasani çarı 

Xosrov  ƏnuĢirəvanın  qohumu  Mehran  Albaniyanın  qərbinə,  Girdiman  vilayətinə 

köçdü»  [379,  188].  Məlumat  üçün  bildirək  ki,  M.Kalankatuklunun  mətnində 

Mehranın  30  minlik  ailə  ilə  «Albaniyanın  qərbinə»  deyil,  sadəcə  olaraq, 

Albaniyaya  gəldiyi  bildirilir.  Görünür,  Q.Ə.Qeybullayev  bilərəkdən  və  məqsədli 

Ģəkildə  «Albaniya  tarixi»nin  mətninə  belə  bir  «əlavə»  edib.  Bununla  da  o, 

Girdiman  vilayətinin  Albaniyanın  qərbində,  daha  doğrusu,  Ermənistana  bitiĢik 

ərazidə olduğunu əsaslandırmaq niyyəti güdüb. Lakin o unudub ki, Mehran Ġrandan 

qaçarkən  xəzərlərlə  birləĢmək  niyyətində  idi.  Bunun  üçün  isə  o,  Albaniyanın 

qərbinə  deyil,  Ģimal  istiqamətində  hərəkət  etməli  idi.  Çünki  xəzərlər  Albaniya 

ərazilərinə məhz Ģimal istiqamətindən daxil olurdular [54, 153]. 



V  versiya.  Girdiman  vilayətinin  dağlıq  ġirvan  ərazisində  olduğu  bildirilən 

bu  versiya  ilkin  olaraq  keçən  əsrin  20-ci  illərində  professor  B.Miller  tərəfindən 

tarixĢünaslığa  gətirilib.  O,  alban  tarixçisi  M.Kalankatukluya  istinad  edərək 

Girdimanın  Albaniyanın  tərkibində  knyazlıq  olduğunu,  ərazilərinin  isə  əsasən 

Girdimançay  hövzəsini  əhatə  etdiyini  bildirib.  Professor  B.Millerin  fikrincə, 

Girdimançay hövzəsində olan onlarla kənd, o cümlədən Lahıc və Qafqazın Cənub 

yamacının ətəklərində olan digər yaĢayıĢ məntəqələri də Girdiman ərazilərinə daxil 

idi  [520,  14]. 40-cı illərdə  M.Y.Vəkilov  [235],  50-ci  illərdə  isə  M.X.ġərifli  [223] 




49 

 

və Ö.ġ.Ġsmizadə [438, 79; 61, 196-198] bu barədə öz mülahizələrini nəĢr etdirib. 



70-ci  illərdə  Ġ.H.Əliyev  və  F.L.Osmanov  da  bu  məsələyə  münasibət  bildirməklə 

Girdimanın  məhz  ġirvan  ərazisində,  daha  konkret  desək  Ġsmayıllı,  Ağsu  və 

Kürdəmir  rayonları  ərazisindən  axaraq  Kür  çayına  qovuĢan  Girdiman  çayı 

hövzəsində olduğuna dair bir sıra çox ciddi arqumentlərlə çıxıĢ ediblər [268, 201]. 

90-cı illərdə Q.Ə.Qeybullayev də bu versiyanı yenidən gündəmə gətirib [379, 186]. 

Bütün  bunlara  baxmayaraq,  həmin  müəlliflər  də  nəticə  etibarı  ilə  Girdiman 

vilayətinin  ġirvan  ərazisində  deyil,  məhz  Albaniyanın  qərbində,  daha  doğrusu 

ġəmkir,  DaĢkəsən,  Tovuz  və  ya  Qazax  rayonları  ərazisində  olması  ehtimalı 

üzərində  dayanmıĢlar.  Beləliklə,  Girdiman  qalasının  və  təbiidir  ki,  həm  də 

Girdiman  vilayətinin  ġirvan  ərazisində  olmasına  dair  mülahizələr  bu  günədək 

ehtimal olaraq qalıb. 

Göründüyü  kimi,  Girdiman  ərazilərinin  lokalizəsi  ilə  bağlı  Azərbaycan 

tarixĢünaslığında hələ  ki,  qəti  və  konkret  bir  elmi  fikir  yoxdur.  Belə  bir  konkret 

elmi fikrin olması üçün əlbəttə ki, hər Ģeydən öncə mövcud versiyaların lehinə və 

əleyhinə olan arqumentlər kompleks Ģəkildə nəzərdən keçirilməlidir. 

Yuxarıda  artıq  bildirildiyi  kimi,  Girdiman  vilayətinin  Albaniyanın  qərb 

ərazilərində, yəni Ġberiya və Ermənistanla sərhəddə lokalizə edilməsi istiqamətində 

ilk  cəhd  erməni  və  gürcü  müəllifləri  tərəfindən  edilib.  Və  bu  gün  artıq  tam 

əminliklə  demək  olar  ki,  bu,  bilərəkdən  və  məqsədli  Ģəkildə  edilib.  Bununla  da 

onlar  gələcəkdə  Girdiman  ərazilərinə  ortaq  çıxmaq  üçün  özlərinə  bir  növ  elmi-

nəzəri  təminat  yaratmaq  niyyətində  olublar.  Əslində,  qonĢulara,  xüsusilə  də 

Albaniyaya  və  albanlara münasibətdə  erməni  müəllifləri həmiĢə qərəzli,  saxtakar 

və  qeyri-obyektiv  olublar.  Bu,  erməni  tarixinin  atası  hesab  edilən  Moisey 

Xorenlidən  tutmuĢ  müasir  erməni  tarixçilərinə  qədər  olan  bütün  erməni 

müəlliflərinə aiddir. Onlardan bəziləri nisbətən loyal olmuĢsa da, əksəriyyəti ifrat 

dərəcədə qərəzli, saxtakar və hiyləgər olub. 

30-cu  illərin  sonlarından  baĢlayaraq  S.T.Yeremyan  tərəfindən  Albaniya 

tarixi, o cümlədən Girdiman tarixi ilə bağlı sovet tarixĢünaslığına gətirilən bir sıra 

saxta müddəalar həm qərəzkarlıq, həm də hiyləgərlik nümunəsi kimi dəyərləndirilə 

bilər.  Bu,  o  dövrdə  baĢ  verirdi  ki,  onda  Azərbaycanda  albanĢünaslıq  məktəbi 

demək  olar  ki,  hələ  formalaĢmamıĢdı.  Ermənistan  isə  Qarabağın  və  Naxçıvanın 

ilhaqı  ilə  bağlı  SSRĠ  rəhbərliyinə  və  beynəlxalq  təĢkilatlara  bir-birinin  ardınca 

müraciətlər  ünvanlayırdı.  Hansı  ki,  o  vaxt  Moskvada,  SSRĠ  Elmlər  Akademiyası 

sistemində Albaniya tarixinin araĢdırılmasına nəzarət də faktiki olaraq ermənilərin 

əlində idi. Girdiman qalasının orta əsr gürcü mənbələrində adı çəkilən XuzaĢeni-

Xunani-Xunakert olması barədə ehtimalın S.T.Yeremyan tərəfindən irəli sürülməsi 

də məhz həmin tarixi dövrə təsadüf edib. Xatırladaq ki, erməni tarixçisi tərəfindən 

istinad edilən mənbədə Girdiman qalasının adı, yeri və mənsubiyyəti barəsində bir 

kəlmə  belə  yoxdur.  Buna  baxmayaraq,  o,  heç  bir  elmi  əsası  olmayan  bu  saxta 

fərziyyəni  sonralar  elmi  tezis  Ģəklinə  salaraq  «SSRĠ  tarixi»  və  «SSRĠ  tarixinin 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə