Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə30/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   26   27   28   29   30   31   32   33   ...   72

mesi üzrə ilkin plan hazırlamışdır. Bu ideya ilk dəfə olaraq praktik 
baxımdan 1953/54-cü illərdə ABŞ hava qüvvələrinin və silahlanma 
üzrə xüsusi layihə ofisində, daha sonra isə 1955-ci ildə ABŞ hərbi 
donanmasının  xüsusi  layihələr  ofisində  tətbiq  edilmişdir.  Bu, 
mürəkkəb  və  böyük  layihələrin  idarə  edilməsi  sahəsində 
inteqrasiyalaşma məqsədilə ilk təşkil olunmuş mexanizm olmuşdur. 
İnteqrasiya  nəticəsində  layihələrin  idarə  edilməsi  praktikası 
meydana  gəlmişdir.  Tələb  olunan  nəticələr  müəyyənləşdirilmiş  və 
plamn  gələcəkdə  dəyiş-  dirilməməsi  üçün  əvvəlcədən  düzgün 
planlaşdırma işləri apa- nlmış, layihənin işlənməsi və icrasına görə 
məsuliyyət daşıyan əsas podratçı təyin edilmişdir. 
1956-cı ildə Du Pont de Nemours Co. şirkəti layihələrin idarə 
edilməsinin  metod  və  üsullannı  işləyib  hazırlamaq  üçün  qrup 
yaratmışdır.  1957-ci  ildə  UNİVAC  tədqiqat  qrupu  və  Reminqton 
Rand  firması  bu  işə  qoşulmuşdur.  1957-ci  ilin  sonunda  Kelli  və 
Valkerin  rəhbərlik  etdiyi  həmin  kollektiv  tərəfindən  Böhranlı  Yol 
Metodunu  (CPM)  UNİVAC  kompüter  proqramının  həyata 
keçirilməsinin  üsulu  işlənib  hazırlan-  mışdn*.  Böhranlı  Yol 
Metodunu  Kentukki  ştatının  Nuisvilli  şəhərində  kimyəvi  lif 
zavodunun  tikilməsində  tətbiq  edilmiş  və  layihə  uğurla  başa 
çatdınimışdır.  Bu  metoddan  (CPM)  sonra  1957/58-ci  illər  ərzində 
«Polaris»  proqramı  üçün  PERT  şəbəkə  planlaşdıniması  sistemi 
işlənib hazırlanmış və təcrübədən keçirilmişdir. 
1956/58-ci  illər  ərzində  şəbəkə  planlaşdınima  metodu  və 
texnikası  layihələrin  idarə  edilməsi  inkişafına  güclü  təkan  verdi. 
1956-cı  ildə  Dyunon  firmasının  əməkdaşı  M.Uolker  vd  Reminqton 
Rend  firmasının  əməkdaşı  D.Kelli  Dymnon  firmasına  malik  olan 
zavodu modernləşdirmək üçün ilk dəfə olaraq elektron hesablayıcı 
maşınlarında nəhəng layihənin idarə 
125
 


edilməsi  ve  planlaşdmlması  işini  tətbiq  etmişdirlər.  Nəticə  çox 
uğurlu  olduğu  üçün  bütün  dünyaya  yayılmış  bu  metoda  Uol- 
ker-Kelli metodu adı vermişdir. 
Bu  kimi  metodlardan  istifadə  etməklə  dünyanm  ən  nəhəng 
tikintilərindən  biri  olan  Labrador  yanmadasmda  Nyufaundlenddə 
bölgəsinin Çerçili çayı üzərində tikilən hidroelektrik stansiyası başa 
çatdınimışdır.  Layihənin  qiyməti  950  mln.  ABŞ  dollan  olmuşdur. 
Stansiya  1967-1976-cı  illərdə  tikilmiş  və  bu  tikintidə  100-dən  çox 
tikinti şirkətləri iştirak etmişdir. 1974-cü ildə müəyyən edilmişdir ki, 
iş  təqvimi  18  ay  qabaqlayır.  Layihənin  uğurla  bitməsinin  əsas 
şərtlərindən  birincisini  sifarişçi  CFL  şirkəti  ilə  Aress  Canadian 
Betchel  layihələrin  idarə  edilməsi  firması  arasmda  bağlanmış 
müqavilə hesab edilir. 
Artıq  1958-ci  ildə  PERT  və  CPM  metodları  işlərin  plan- 
laşdınlması, riskin, dəyərə nəzarət və ABŞ-da bir sıra böyük hərbi və 
mülki  layihələr  üzrə  ehtiyatlann  idarə  edilməsinin  planlaşdmlması 
işlərində istifadə olundu. 
1959-cu  ildə  Anderson  komitəsi  (NASA)  tərəfindən 
layihələrin idarə edilməsində sistemli yanaşma üsulu hazırlanmışdır 
ki,  burada  layihə  niyyəti  meydana  çıxarkən  ətraflı  təhlillərin 
apanimasma  əsas  diqqət  yetirilirdi.  Layihələrin  idarə  edilməsnin 
inkişafı 50-ci illərdə layihələrin idarə edilməsi üzrə ilkin məqalənin 
Harvard Business Review çap edilməsi ilə başa çatmışdır. 
126 


 
3.3.
 
LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİNİN 
TƏŞƏKKÜLÜ 
1960-cı  illərdə  layihələrin  idarə  edilməsnin  inkişafı  demək 
olar ki, PERT və CPM metod ve üsullanna əsaslanmışdır. Deyərin 
optimallaşdmiması, ehtiyatlann paylanması ve planlaşdırılması üzrə 
RPSM, RAMPS ve diger metodlar işlənib hazırlanır. IBM firması 
PERT/COST  bazasmda  layihələrin  idarə  edilməsi  sistemi  kimi 
proqramlar  paketini  və  şəbəkə  texnikası  əsasında  layihələrin 
icrasma nəzarət sistemini (PSC) yaratmışdır. 
Avropa  və  digər  qitələrdə  layihələrin  idarə  edilməsinin 
şəbəkə metodlarmm yayılmasına başlamlır. 
1960-cı  illərdə  teşkilati  inteqrasiya  geniş  vüsət  tapır.  Bu 
dövrlərdə (1966) maddi-texniki təminat ve GERT sistemləri işlənib 
hazırlanır. Bu zaman yeni şəbəkə modelləri meydana gəlir. 
1970-ci  illərdə  şəbəkə  planlaşdmlması  və  idarəetmə 
sistemləri  inkişaf  edir  və  tətbiq  edilir.  Belə  ki,  şəbəkə  təhlilinin 
texnikası  və  bu  işdə  kompüterdən  istifadə  etmə  ilk  dəfə  olaraq 
ABŞ-ın təhsil müəssisələrində məcburi mühəndis fənni kimi tətbiq 
edilir. 
CPM metodu qanunvericilik  dəstəyi  qazanır ve  ABŞ-m  bir 
sıra  məhkəmələri  layihə  iştirakçılannm  iddialarına  yalnız 
kompüterdə müvafiq hesabatlarm təqdim edilməsi halmda baxırdı. 
Bıpıunla  bərabər  layihələrin  idarə  edilməsi  üzrə  yeni  inkişaf 
istiqamətləri də yaranır. 
1970-ci illərdə böyük həcmli layihələr qəfildən ətraf mühiti 
müdafiə  edənlərin  müqaviməti  ilə  rastlaşır  (atom  elektrik 
stansiyalan,  nəqliyyat  şəbəkələri,  neft-qaz  layihələri,  kimya, 
meliorasiya və s.). Bu layihələrin «ətraf» mühitinin iş- 
127 


lənib hazırlanmasına və ətraf faktorlarm - iqtisadi, ekoloji, ictimai 
və s. faktorlann formal olaraq daxil edilməsinə təkan verir. 
Münaqişələrin  idarə  edilməsi  metodlan  (1977),  layihənin 
rəhbəri  və  layihə  komandası  ilə  bağlı  meydana  çıxan  problemlər 
(1971),  layihələrin  idarə  edilməsinin  təşkilati  strukturlarının 
(1977-79)  idarə  edilməsi  sistemləri  və  mexanizmləri  işlənib 
hazırlanır. 
Buna  baxmayaraq  1980-ci  illərin  əvvəllərində  dünyada 
layihələrin idarə edilməsinin uğurlu nəticələri bir o qədər də etiraf 
edilmirdi. İnsan tərəfmdən idarə edilən: kosmosa uçuş, silahlanma 
sisteminin,  atom  energetikasmm,  böyük  neft  və  qaz  sektorunun, 
infrastrukturun,  inşaatın,  üçüncü  dünya  ölkələrinin  inkişaf 
layihələrinin  işlənməsi  ~  layihələrin  böyük  əksəriyyəti  üzrə 
hesabatlarda  xərclərin  artması,  müddətlərə  əməl  edilməməsi 
hallanna hələ də rast gəlinirdi. 
1980-ci  illərin  ortalannda  layihələrin  idarə  edilməsi  yeni 
müstəviyə  keçirildi,  yeni  metodlardan  və  üsullendan  istifadə 
edilməyə  başlandı  və  layihələrin  idarə  edilməsi  reallaşdı  - 
layihələrin  idarə  edilməsi  problemləri  və  layihələrin  təminatı  ilə 
(maliyyə və digər mənbələri) birləşdirildi. 
İnşaat sahəsində layihələrin idarə edilməsi metodlan inkişaf 
edir.  Praktikada  konfiqurasiyanın  (dəyişikliklərin)  idarə  edilməsi 
metodları meydana çıxdı. İnformasiya layihələrin daha yaxşı idarə 
edilməsinə  imkan  yaradan  keyfiyyətin  idarə  edilməsi  funksiyası 
inkişaf edir. Əməkdaşlıq və layihə koman- dasınm mürəkkəb işi öz 
əhəmiyyətini  göstərir.  Risklərin  idarə  edilməsi  funksiyası 
layihələrin idarə edilməsi sferasında müstəqil predmetə çevrilir. 
Nəhayət,  dördüncü  kompüter  nəsli  və  onlarm  əsasmda 
işlənib hazırlanan infomıasiya texnologiyaları layihələrin idarə 
128 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə