Azərbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix04.07.2018
ölçüsü0,7 Mb.
#53304
1   2   3   4   5   6   7   8   9   10   ...   18

 

 

 



 

 

 



  

15 


 

T.hydatigena növünün sahibə görə spesifikliyini öyrənmək məqsədilə 

donuz,  qoyun,  ada  dovşanı,  laboratoriya  siçovulu  və  siçanı  üzərində 

təcrübələr  aparılmışdır  (cədvəl  1).  Təcrübələrin  gedişatı  dissertasiyada 

ətraflı şərh edilmişdir.  

Məlum  olmuşdur  ki,  T.hydatigena  qurdunun  yumurtaları  ilə  geniş 

şəkildə donuzlar və qoyunlar, az hallarda isə siçanlar yoluxurlar. Görünür 

sinantrop  ocaqlıqda  bu  qurdun  inkişafı  ev  yırtıcıları  ilə  əhli  cütdırnaqlılar 

arasında  (qoyun,  əhli  donuzlar)  gedir  və  sanitariya  qaydaları  pozulduqda 

bu prosesdə gəmiricilər də iştirak edirlər. 

 

Cədvəl 1 



 

Təcrübə heyvanlarının T.hydatigena yumurtaları ilə yoluxdurulması  

(şəxsi tədqiqat əsasında) 

 

Heyvanların  



adları 

Yoluxdu- 

rulmuş 

heyvanların  



sayı 

Verilmiş 

yumur- 

taların 


miqdarı 

Yumurtaların 

saxlandığı mühit 

Tapılmış 

qovuqların 

sayı 


Donuz 

6800 



adi su 

74 


Donuz 

4500 



distillə edilmiş su 

23 


Donuz 

3700 



fizioloji məhlul 

89 


Qoyun 

5650 



adi su  

56 


Qoyun 

6700 



distillə edilmiş su  

Qoyun 



2600 


fizioloji məhlul  

74 


Ada dovşanı  

2560 



adi su 

Ada dovşanı 



1970 


distillə edilmiş su 

Ada dovşanı 



3100 


fizioloji məhlul 

Laborotoriya 



siçovulu 

3180 



distillə edilmiş  su 

Laborotoriya 



siçovulu 

 



4100 

fizioloji məhlul 

Laborotoriya 



siçanı 

2800 



distillə edilmiş  su 

Laborotoriya 



siçanı 

3700 



fizioloji məhlul 



 




 

 

 



 

 

 



  

16 


 

2. Taenia pisiformis (Bloch, 1780) 

Tədqiqat  zamanı  Abşeron  və  cənub-şərqi  həmsərhəd  rayonlarından 



T.pisiformis  növünün  yetkin  və  sürfə  mərhələlərinə  dair  helmintoloji 

materiallar  toplanmış  və  tədqiq  edilmişdir.  Tədqiqat  rayonlarında 

gəmiricilər  dəstəsindən  11  növ,  dovşankimilər  dəstəsindən  isə  2  növ 

Taenia pisiformis növünün aralıq sahibi kimi müəyyənləşdirilmişdir. Bu 

rayonlarda  T.pisiformis  növünün  sürfə  mərhələsi  -  Cysticercus  pisifor-



mis  ilə  boz  dovşanda  19,5%,  su  siçovulunda  15,3%,  meşə  siçanında 

12,1%, qara siçovulda 11,5% və boz siçovulda isə 9,7% yoluxma qeydə 

alınmışdır. Bu növlə ən az yoluxma isə adi çöl siçanında 2,2%, ictimai 

çöl siçanında 2,3%, ev siçanında 3,3% müşahidə edilmişdir. 

Axırıncı sahiblərin – yırtıcıların bu növlə yoluxmasını təhlil etdikdə 

görürük ki, bunlarda yüksək yoluxma müşahidə edilmişdir. Bu göstərici 

itdə  28,0%,  tülküdə  25,0%,  çaqqalda  isə  21,0%  olmuşdur.  Tədqiq 

edilmiş  5  canavardan  2-də  bu  qurda  rast  gəlinmişdir.  Sistiserklərin 

gəmiricilər arasında yayılması lokal xarakter daşıyır. Çünki kiçik həcmli 

gəmiricilər yuvaya bağlı olub, çox uzağa getmirlər. Ona görə də onların 

təbiətdə  invazion  mərhələyə  çatmış  qurd  yumurtaları  ilə  yoluxma 

ehtimalı  azalır.  Azərbaycan  şəraitində  T.pisiformis  növünün  aralıq  və 

axırıncı  sahiblərdə  inkişafını  və  spesifikliyini  öyrənmək  məqsədilə  3 

aylıq 10 ada dovşanı, 10 laboratoriya siçanı, 1 aylıq 10 toyuq cücəsi və 

2 it küçüyü üzərində təcrübələr aparılmışdır.  

Nəticədə məlum olmuşdur ki, ada dovşanı və laboratoriya siçanları 

Cysticercus  pisiformis  üçün  spesifik,  toyuq  cücələri  isə  qeyri  spesifik 

heyvanlardır.  Yoluxdurulmuş  itlərdə  T.pisiformis  növünün    yetkin 

buğumları 40-cı gündə görünməyə başlamışdır.  

3. Echinococcus granulosus (Batsch, 1786) 

Tədqiqat  zamanı  protoskolekslərin  və  onkosferlərin  həyat  qabiliy-

yətinə  bəzi  abiotik  amillərin  (temperatur,  nəmlik,  işıq  və  s.)  təsiri 

təcrübələr yolu ilə öyrənilmişdir. Məlum olmuşdur ki, protoskolekslərin 

həyat  qabiliyyəti  10-15

0

C  temperaturda  7  gün,  15-20



0

C-də  4-5  gün  və 

25-30

0

C  temperaturlarda  isə  4  gün  davam  edir  və  sonra  çürümə  baş 



verir.  Ancaq  protoskolekslər  +3  və  -5

0

C  temperaturda  exinokokk 



qovuğunun məhlulunda 10-13 gün, fizioloji məhlulda 8-10 gün, adi suda 

isə 7-8 gün həyat qabiliyyətini saxlamış və sonra çürümə baş vermişdir.  

Ancaq  -10-12

0

C  temperatur  rejimində  protoskolekslərin  inkişafı 



exinokokk qovuğunun məhlulunda və fizioloji məhlulda 2 gün, adi suda 

isə bir gün davam edir, sonra isə həyat qabiliyyətini itirirlər. Göründüyü 




 

 

 



 

 

 



  

17 


 

kimi,  protoskolekslərin  inkişafı  üçün  ən  əlverişli  mühit  sahib  orqanizm 

tərəfindən sintez olunan məhlul və fizioloji məhluldur. Məlum olmuşdur 

ki,  bütün  variantlarda  temperatur  yüksəldikcə  protoskolekslərin  həyat 

qabiliyyətləri 

zəifləyir 

və 

sonra 


inkişaf  dayanır.  Həmçinin 

protoskolekslər +28-30

0

C temperaturda Petri kasalarına və əşya şüşələri 



üzərinə  yerləşdirilmiş  və  bir  saatdan  sonra  onların  həyat  qabiliyyəti 

yoxlanılmışdır.  Məlum  olmuşdur  ki,  məhlul  quruduqdan  sonra 

protoskolekslər  öz  həyat  qabiliyyətini  2  saatdan  4  saata  qədər  qoruyub 

saxlayırlar.  Göründüyü  kimi,  protoskolekslər  aşağı  mənfi  və  yuxarı 

müsbət temperaturlara davamlı deyillər.  

Tədqiqat  zamanı  onkosferlərin  həyat  qabiliyyətini  öyrənmək  üçün 

laboratoriya şəraitində bir sıra təcrübələr aparılmışdır. Məlum olmuşdur 

ki,  +12-20

0

C  temperaturda  onkosferlər  adi  suda  35,  fizioloji  məhlulda 



30-32  və  distillə  edilmiş  suda  20-25  gün  öz  həyat  qabiliyyətini 

saxlayırlar. Laboratoriya və çöl şəraitində onkosferlərin müxtəlif tempe-

raturlarda  yaşama  qabiliyyəti  öyrənilmişdir.  Məlum  olmuşdur  ki, 

onkosferlər  öz  həyat  qabiliyyətini  torpağın  üst  qatında  kölgədə  +10-

26

0

C  temperaturda  1  aya  qədər,  +15-20



0

C  temperaturda  12  gün,  +30-

35

0

C  temperaturda  7-8  gün  saxlayırlar.  Ancaq  0



0

C-dən  –3

0

C-yə  qədər 



temperaturda isə 116  gün saxlayırlar. Temperaturun +48-50

0

C-yə qədər 



yüksəldikdə onkosferlər 1-2 saata, +60

0

C-də 15-20 dəqiqəyə, +100



0

C-də 


isə dərhal həyat qabiliyyətini itirirlər.  

 Məlum  olmuşdur  ki,  ilin  rütubətli  aylarında  (payız,  qış,  yaz) 

şəraitdən  asılı  olaraq  onkosferlər  3  ay  və  daha  çox  müddətdə  öz  həyat 

qabiliyyətlərini  saxlaya  bilirlər.  Yay  aylarında  açıq  çöllükdə  torpağın 

temperaturu  +25-30

0

C-yə  çatdıqda  onkosferlər  7  gün  ərzində  məhv 



olurlar.  Göründüyü  kimi,  exinokokkun  onkosferləri  xarici  mühitin 

təsirlərinə qarşı çox davamlıdırlar.  

Protoskolekslərin  axırıncı  sahibləri  yoluxdurmaq  qabiliyyətini  və 

onların bağırsağında yetkin mərhələyə qədər inkişafını izləmək məqsədi 

ilə küçüklər üzərində 3 variantda təcrübələr aparılmışdır.  

Hər  3  variantda  30-cu  gündən  başlayaraq  mütamadi  olaraq 

koproloji  müayinələr  aparılmışdır.  Kalda  ilk  buğumlar  45,  47  və  60-cı 

günlərdə görünməyə başlamışdır. İnvaziyanın intensivliyi 400-627 ədəd, 

axırıncı  buğumlarda  onkosferlərin  sayı  isə  250-320  ədəd  olmuşdur. 

Qoyun  və  iribuynuzlu  heyvanlardan  götürülmüş  qovuqlarda  itlərin 

(küçüklərin)  yoluxdurulması  göstərdi  ki,  qoyunların  qaraciyərindən  və 

ağ  ciyərindən  götürülmüş  qovuqlar  daha  çox  həyat  qabiliyyətli  olub, 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə