Azərbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix04.07.2018
ölçüsü0,7 Mb.
#53304
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

 

 

 



 

 

 



  

25 


 

edirlər.  Əhli  və  vəhşi  yırtıcılar  tenidi  yumurtaları  ilə  yoluxmuş  həmin 

gəmiriciləri 

də 


yedikdə 

yoluxma 


baş 

verir. 


Nematodlardan 

Gongylonematidae  fəsiləsinə  daxil  olan  növlərin    inkişaf  dövriyyəsinin 

başa çatmasında gəmiricilər axırıncı sahib qismində iştirak edirlər. Tədqiq 

edilən  gəmiricilərdən  ən  çox  helmint  növü  (17  növ)  meşə  siçanında  və 

ictimai çöl siçanında qeyd olunmuşdur. Meşə siçanının helmint faunasının 

tərkibi  5  növ  sestoddan,  1  növ  akantosefaldan  və  11  növdə  nematoddan, 

ictimai çöl siçanının helmint faunasının tərkibi isə 6 növ sestoddan və 11 

növ  də  nematoddan  ibarətdir  Zaqafqaziya  sincabının  helmint  faunasının 

tərkibi 6 növ helmintdən: 1 növ sestoddan və 5 növ nematoddan, nutriyanın 

helmint  faunasının  tərkibi  5  növ  helmintdən:  1  növ  trematoddan,  1  növ 

sestoddan və 3 növ də nematoddan ibarətdir. Hind tirəndazında, süleysində 

və  meşə  süleysinində  isə  hər  birində  2  növ  helmint  aşkar  edilmişdir. 

Biohelmintlərlə  yüksək  yoluxma  su  siçovulunda  (5  növ  trematod,  5  növ 

sestod,  1  növ  də  nematod)  qeyd  olunmuşdur.  Su  siçovulunda  və  meşə 

süleysinində hərəsində 2 növ, zaqafqaziya sincabında, hind tirəndazında və 

süleysində hərəsində 1 növ biohelmint qeyd edilmişdir. Su siçovullarının və 

nutriyaların trematodlarla yüksək yoluxması onların sulu sahələrdə qidalan-

maları ilə əlaqədardır. Bu gəmiricilər qidalanma sahələrində yoluxmuş şirin 

su  ilbizlərini  və  çömçəquyruqları  da  yeyir  və  yoluxma  baş  verir.  Sestod-

lardan Anoplocephalidae və Catenotaenidae fəsilələrinə daxil olan növlərlə 

yoluxma  da  qidalanma  sahələrində  baş  verir.  Bu  zaman  həmin  növlərin 

aralıq  sahibləri  olan  yoluxmuş  oribatid  gənələri  yemlə  birlikdə  udulur  və 

yoluxma 

baş 


verir. 

Hymenolepididae, 

Physalopteridae 

və 


Gongylonematidae  fəsilələrinin  nümayəndələrinin  inkişafı  müxtəlif  növ 

həşəratların  iştirakı  ilə  başa  çatır.  Bu  zaman  yoluxmuş  həşəratlar  yemlə 

birlikdə  udularkən  yoluxma  baş  verir.  Gəmiricilərdə  qeyd  olunan 

nematodlardan  Trichocephalidae,  Capillaridae,  Strongyloidae,  Oxyuridae 

və Syphacidae fəsilələrinin nümayəndələri geohelmintlərdir. Bu helmintoz 

törədiciləri  ilə  yoluxma  qidalanma  sahələrində  ətraf  mühitə  tökülmüş  və 

invazion  mərhələyə  çatmış  nematod  yumurtalarının  yemlə  birlikdə 

udulması zamanı baş verir. 

Azərbaycanda  iqlimləşdirilmiş  gəmiricilərdən  hind  tirəndazı  Fələstin 

ərazilərindən  miqrasiya  edərək  keçən  əsrin  əvvəllərində  Azərbaycanda 

yayılmağa başlamış, nutriya isə elə həmin vaxtlarda iqlimləşdirilmək üçün 

Azərbaycana gətirilmişdir. Bu heyvanların öz vətənlərində olan helmintləri 

miqrasiya  yollarında  itirilmiş  və  indi  yerli  fauna  hesabına  formalaşmaq 

ərəfəsindədirlər.  Gəmiricilər  dəstəsindən  Sincabkimilər,  Tirəndazlar  və 




 

 

 



 

 

 



  

26 


 

Süleysinlər  fəsilələrinin  nümayəndələri  qış  yuxusuna  gedən,  Nutriyalar, 

Ərəbdovşankimilər, 

Siçanlar 

və 

Siçancıqkimilər 



fəsilələrinin 

nümayəndələri isə aktiv həyat tərzi keçirən heyvanlardırlar.  

Bu  heyvanlar  çox  müxtəlif  sistematik  qruplardan  olan  onurğalı  və 

onurğasız  heyvanlarla  və  insanla  trofik,  topik  və  digər  əlaqədədirlər.  Ona 

görə də onların helmintləri içərisində həm yırtıcıların, həm də digər otyeyən 

heyvanların və insanın helmintləri ilə ümumilik təşkil edən helmint növləri 

vardır. 

 Beləliklə,  gəmiricilərin  helmint  faunasının  formalaşması  onların 

qidası,  digər  taksonomik  qruplardan  olan  canlılarla  tropik,  topik  və  s. 

əlaqələri,  həyat  tərzi,  qidalanma  xüsusiyyətləri,  landşaftın  fiziki-coğrafi 

şəraiti  və  həmçinin  sahiblərin  təbiətdə  sıxlığı,  coğrafi  yayılmaları, 

sistematik  və  taksonomik  kateqoriyalarının  çox  olması  və  digər  amillərlə 

əlaqədardır.  

Yırtıcılar dəstəsi – Carnivora 

Azərbaycanda  viverlərdən  başqa  bütün  fəsilələrin  nümayəndələri 

yayılmışdır.  Yırtıcılar  başlıca  olaraq  ətlə,  az  hallarda  bitki  ilə  də 

qidalanırlar. Yırtıcılar Antarktida istisna olmaqla bütün qitələrdə çox geniş 

yayılmışlar. Helmintoloji tədqiqat zamanı 5 fəsiləyə, 9 cinsə daxil olan 12 

növ yırtıcı heyvan tədqiq edilmişdir və onlardan 22  fəsiləyə, 37 cinsə daxil 

olan  63  növ  helmint  aşkar  edilmişdir.  Helmint  faunasının  tərkibi  5  növ 

trematoddan,  18  növ  sestoddan,  1  növ  akantosefaldan  və  38  növ 

nematoddan ibarətdir. Yırtıcıların helmint faunasının tərkibində trematodlar 

2 fəsilə, 4 cinslə, sestodlar 3 fəsilə, 9 cinslə, akantosefallar 1 fəsilə, 1 cinslə 

və  nematodlar  isə  22  fəsilə,  37  cinslə  təmsil  olunmuşlar.  İnkişaf 

dövriyyəsinə görə 39 növ bio-, 23 növ isə geohelmintdir.  

Trematodlardan Alariidae fəsiləsi 2 cins, 3 növlə, Heterophidae fəsiləsi 

isə  2  cins  və  2  növlə  təmsil  olunmuşdur.  Sestodlardan  Taenidae  fəsiləsi  6 

cins, 13 növlə, Mesocestoidae fəsiləsi 1 cins, 3 növlə, Diphillobothriidae və 

Dipiliidae fəsilələrinin hər biri 1 cins və 1 növlə təmsil olunmuşlar. Ən az 

cinsi  və  növü  olan  Akantocephala  sinifidir.  Bu  sinfə  daxil  olan 

Oligacanthorhynchididae  fəsiləsi  1  cins  və  1  növlə  təmsil  olunmuşdur. 

Yırtıcıların helmint faunasının tərkibində ən çox növü olan nematodlardır. 

Faunanın  tərkibində  nematodlar  16  fəsilə,  23  cins  və  38  növlə  təmsil 

olunmuşlar. 

Heterophidae  fəsiləsinə  daxil  olan  növlərin  inkişaf  dövriyyəsi  aralıq 

sahib  qismində şirin  su  ilbizlərinin,  əlavə  sahib  qismində isə  müxtəlif  növ 

balıqlar,  Alariidae  fəsiləsinə  daxil  olan  növlərin  inkişaf  dövriyyəsi  isə 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə