Azərbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix04.07.2018
ölçüsü0,7 Mb.
#53304
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

 

 

 



 

 

 



  

27 


 

aralıq  sahib  qismində  şirin  su  ilbizlərinin,  əlavə  sahib  qismində  isə 

amfibilərin,  rezervuar  sahib  qismində  isə  amfibilərin,  reptililərin,  quşların 

və  məməlilərin  iştirakı  ilə  başa  çatır.  Sestod  faunanın  formalaşmasında 

Diphillobothriidae  fəsiləsinin  nümayəndəsi  S.erinacei-europei  növünün 

inkişafı  aralıq  sahib  qismində  siklop  xərçənglərinin, əlavə  sahib  qismində 

ilanların, qurbağaların, fakültativ sahib qismində boz dovşanın, siçanların, 

rezervuar  sahib  qismində  isə  balıqların,  quyruqsuz  suda-quruda 

yaşayanların, ilanların, kərtənkələlərin, quşların və məməlilərin iştirakı ilə 

başa  çatır.  Dipilidiidae  və  Taeniidae  fəsiləsindən  T.crassiceps, 



T.majcrosystus,  T.pisiformis,  H.krepkogorski  növlərinin  inkişaf  dövriyyəsi 

gəmiricilərin və dovşankimilərin iştirakı ilə başa çatır. T.hydatigena, T.ovis, 



M.multiceps,  E.granulosus  və  A.multilocularis  növlərinin  inkişaf 

dövriyyəsinin başa çatmasında əhli və vəhşi dırnaqlı heyvanlar, dəvə və s. 

və insan da iştirak edir. Mesocestoidae fəsiləsinin nümayəndələrinin inkişaf 

dövriyyəsi aralıq sahib qismində oribatid gənələrinin, əlavə sahib qismində 

isə siçanabənzər gəmiricilərin, quşların, sürünənlərin iştirakı ilə başa çatır.  

Yırtıcı  məməlilərdə  qeyd  olunan  1  növ  akantosefal  –  M.catulinus 

növünün  inkişaf  dövriyyəsi  aralıq  sahib  qismində  qarabədən  böcəklərin, 

rezervuar sahib qismində isə həşəratyeyənlərin, gəmiricilərin və bəzi yırtıcı 

məməlilərin iştirakı ilə başa çatır. Nematodlardan Capillaridae fəsiləsindən 

olan  bəzi  növlərin  (Th.aerophilus)  inkişaf  dövriyyəsinin  başa  çatmasında 

soxulcanlar,  bəzilərində  (T.spiralis)  yırtıcılar,  gəmiricilər,  həşəratyeyənlər, 

donuz, insan və s. iştirak edirlər. Crenosomatidae və Filaroidae fəsilələrinə 

daxil olan növlərin inkişaf dövriyyəsi quru ilbizlərin, Ascarididae fəsiləsinə 

daxil  olan  növlərin  inkişaf  dövriyyəsi  isə  aralıq  sahibin  iştirakı  olmadan 

başa  çatır.  Spiruridae,  Physalopteridae  və  Rictularidae  fəsilələrinə  daxil 

olan  növlərin  inkişaf  dövriyyəsi  aralıq  sahib  qismində  buğumayaqlıların, 

əsasən  də  sərtqanadlıların  iştirakı  ilə  başa  çatır.  Ancaq  Spiruridae 

fəsiləsindən 



S.lupi 

növünün  inkişafında  aralıq  sahib  qismində 

sərtqanadlılarla yanaşı həm də rezervuar sahiblər – suda-quruda yaşayanlar, 

sürünənlər və məməlilər də iştirak edirlər. Yırtıcı məməlilərdə qeyd olunan 

geohelmintlərlə  yoluxma  qidalanma  sahələrində  baş  verir.  Belə  ki,  ətraf 

mühitə  yırtıcı  məməlilər  tərəfindən  səpələnmiş  və  invazion  mərhələyə 

çatmış helmint yumurtalar yemlə birlikdə udulduqda yoluxma baş verir.  

Cütdırnaqlılar dəstəsi – Artiodactila 

Dəstəyə  daxil  olan  10  fəsilədən  Azərbaycan  faunasında  3  fəsilənin: 

donuzkimilərin, maralların və boşbuynuzluların nümayəndələri yayılmışdır. 

Donuzkimilər 

hərşeyyeyən, 

marallar 

və 

boşbuynuzlular 



isə 


 

 

 



 

 

 



  

28 


 

bitkiyeyənlərdir.  Helmintoloji  tədqiqat  zamanı  vəhşi  cütdırnaqlılarda  14 

fəsiləyə,  19  cinsə  daxil  olan  35  növ  helmint  aşkar  edilmişdir.  Helmint 

faunanın tərkibi 3 növ trematoddan, 2 növ sestoddan, 1 növ akantosefaldan 

və  29  növ  də  nematoddan  ibarətdir.  Qeyd  olunan  trematodlardan 

Fasciolidae, Brachilaemidae və Dicrosoeliidae fəsilələrinin hər biri 1 növlə, 

sestodlardan  Anoplocephalidae  2  növlə,  Taenidae  və  akantosefallardan 

Oligacanthorhynchidae  fəsilələrinin  hər  biri  1  növlə  təmsil  olunmuşlar. 

Cütdırnaqlıların  helmint  faunasının  tərkibində  növ,  cins  və  fəsilələrinin 

sayına  görə  nematodlar  üstünlük  təşkil  edir.  Qeyd  olunan  nematodlardan 

Strongyloididae,  Physalopteridae,  Thelaziidae  və  Gongyloematidae 

fəsilələrinin hər biri 1 növlə, Trichocepralidae və Capillariidae fəsilələrinin 

hər  biri  1  növlə,  Metastrongilidae  fəsiləsi  7  növlə  və  Trichocephalidae 

fəsiləsi  isə  15  növlə  təmsil  olunmuşlar.  Trematodlardan  Fasciolidae 

fəsiləsinin  nümayəndəsinin  inkişaf  dövriyyəsi  Limnea  cinsindən  olan  şirin 

su  ilbizlərinin,  Dicrosoeliidae  fəsiləsinin  nümayəndəsinin  inkişaf 

dövriyyəsi  quru  ilbizləri  və  Formica  cinsindən  olan  qarışqa  növlərinin  və 

Brachilaemida  fəsiləsinin  nümayəndəsinin  inkişaf  dövriyyəsi  isə  quru 

ilbizlərinin, dovşankimilərin və sərçələrin iştirakı ilə başa çatır.  

Sestodlardan  Anoplocephalidae  fəsiləsinə  daxil  olan  M.exparsa  və 



M.benedeni  növlərinin  inkişaf  dövriyyəsi  oribatid  gənələrinin  iştirakı  ilə, 

Taenidae fəsiləsinin nümayəndəsi E.granulosus növünün inkişaf dövriyyəsi 

isə yetkin mərhələdə yırtıcıların, xüsusilə canavarların, sürfə mərhələsi isə 

əhli və vəhşi dırnaqlı heyvanların, dəvələrin, dovşanların və insanın iştirakı 

ilə  başa  çatır.  Akantosefallardan  Oligacanthorhynchidae  fəsiləsinə  daxil 

olan  M.hyrudinaceus  növünün  inkişaf  dövriyyəsi  böcəklərin  iştirakı  ilə 

başa  çatır.  Qeyd  olunan  nematodlardan  Metastrongylidae  fəsiləsinin 

Metastrongylus  cinsinin  nümayəndələrinin  inkişaf  dövriyyəsi  yağış 

qurdlarının, 

Physalopteridae, 

Thelaziidae 

və 

Gongylonematidae 



fəsilələrinin  inkişaf  dövriyyəsi  isə  aralıq  sahib  qismində  böcəklərin, 

rezervuar  sahib  qismində  isə  suda-quruda  yaşayanların,  sürünənlərin, 

quşların,  vəhşi  məməlilərin  və  insanın  iştirakı  ilə  başa  çatır. 

Cütdırnaqlılarda  qeyd  olunan  29  növ  nematoddan  23  növü  geohelmintdir 

və  onların  inkişaf  dövriyyəsi  ətraf  mühitlə  sahib  orqanizmlər  arasında 

gedir.  Belə  ki,  ətraf  mühitə  səpələnmiş  və  invazion  mərhələyə  çatmış 

nematod  yumurtaları  qidalanma  sahələrində  yemlə  birlikdə  udulur  və 

yoluxma baş verir.  

Çöl  donuzunda  16  növ  helmint  aşkar  edilmişdir.  Helmint  faunanın 

tərkibi  11  növ  biohelmintdən,  5  növ  də  geohelmintdən  ibarətdir.  Ancaq 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə