Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,9 Mb.
səhifə26/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
1   ...   19   20   21   22   23   24   25   26   27

Ənzəli limanında

Çəharşənbə, 3 rəbiül əvvəl 1293 (29 mart, 1876). Axşam cənub küləyi, gilavar əsirdi. Kapitan deyirdi: bu yaxşı əsən küləkdir, çünki Ənzəli istiqamətinə üzən gəminin qarşısına gələn çirkli suları dənizin içərilərinə aparır. Bu külək Gilan tərəfdən əsdiyi üçün bəziləri ona «Gilva», yəni «Gilan küləyi» də deyirlər. «Gil avər», yəni gil, palçıq gətirən. Mənim fikrimə görə bu küləyin «gilavar» adlanması dürüstdür. Çünki bu külək əsərkən bulanıq, çirkab sular dənizə daxil olur, 2-3 milədək suyun rəngi dəyişir və su lillənir «gilavər» sözünə uyğunlaşır. Şimal küləyi əsdikdə dənizin suyu sahildəki çirkaba dəyir, suyun rəngi çirkabla dəyişir boz rəng alır ki, bu da insanın əhvalına təsir edir.

Dəryabəyi Mirzə Ələkbər xan deyirdi: «Nə vaxt ki, Xəzri küləyi şimaldan əsir, dərya tuğyan və inqilab edir».

Xəzri küləyi Şimal küləyidir, tufan və inqilab küləyidir. Bu külək dənizin, Xəzərin şimal tərəfindən əsdiyi üçün əhali bu küləyi Xəzri adlandırır.

Axşamdan bir saatdan bir qədər artıq keçdikdən sonra Astara limanına yetişdik. Orada beş saat qaldıqdan sonra axşamdan yeddi saat keçmiş gəmi yola düşdü.

Günorta namazından üç saat keçmiş Ənzəli limanına daxil olduq. Bir saata yaxın gəminin dəniz sularında açdığı yola tamaşa etdik. Havada meh və duman vardı. Sahil və dağlar heç görünmürdü. Havada, qərb tərəfdə ağ qövsi-qüzeh peyda olmuşdu. Mən beləsini görməmişdim.

Dumandan ehtiyat edərək, gəminin sürətini azaltmağa məcbur oldular. Bu, onun təhlükəsizliyi üçün lazım idi!

Bu vaxt sahildən «ya Əli», «ya Əli» səsləri eşidildi. Məlum oldu ki, sahil yaxınlıqdadır.

İki-üç qayıq yaxınlaşdı və həyəcan keçib-getdi.

Biz Badkubədən Ənzəliyə otuz saata gəlib çatdıq. Səkkiz saata yaxın yolda dayanmışdıq. Cəmi iyirmi iki saat yol qət etdik.

Uzaqdan, göyərtənin üstündə Mirzə Mehdi göründü. Şən səslə dedi: «Dünən axşam Hacı Əbdülbaqinin teleqramı yetişdi və çəharşənbə günü gələcəyinizi bildirdi. Məni cənab Nasirülmülk (Gilan hakimi Mahmud xan Həmədani-Qaragözlü nəzərdə tutulur. – T.H.) təcili olaraq göndərdi, özü də «Sultani» gəmisi ilə gəlir, yəqin ki, axşama qədər təşrif buyurar».

Biz iki saata yaxın gəmidə gözlədik, nəhayət, «Sultani» gəmisi yetişdi. Təqribən günün batmasına altı saat qalmış Ənzəliyə daxil olduq.

Bu ayəni oxudum: «Ey rəbbim, məni mübarək (xeyir-bərəkətli) bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan» (Mominun surəsi, 29-cu ayə).

Sahildə torpağa diz çöküb səcdəyə gəldim, sükür etdim və dedim:

Səd şükür ke gəşte Ənzəli mənzili-ma

Rəbbi ənzəlni əst bər zəban o deli-ma

Əz lütfi-Əlist vər nə key bovəd ommid

Dər qəsri-Şəhənşah bovəd mənzili-ma?

Tərcüməsi:

Yüz şükür ki, mənzilimiz Ənzəlidir

Allahın nazil etdiyi (quran ayələri) dilimizdə, ürəyimizdədir.

Bu Əlinin lütfündəndir, ümidə bel bağlamaq olmaz

Ki, evimiz padşahların qəsri kimi olsun.

«Sultani» gəmisinin uzunluğu otuz bir zərdir. Bu da təxminən yüz futa bərabərdir. Limandan sahilə on beş dəqiqəyə çatdıq.

Hava elə dumanlı idi ki, hündürdən belə «Sultani» görünmürdü.

Ənzəliyə çatdığımız vaxt mübarək topxanadan on yeddi top atəşi açıldı. Axşam cənab Nasirülmülk Mahmud xan və Hacı Bəhaülmülk Əmanulla xan Ənzəliyə gəldilər.

(Fərhad Mirzənin bu səfəri, özünün yazdığı kimi, 233 gün davam etmişdir. Bundan 117 gün səyahət zamanı olduqları yerlərdə, qaldıqları mənzillərdə, 116 gün isə gah quru, gah da dənizlə yol getdikləri fayton və gəmilərdə keçmişdir. – T.H.).
Mirzə Fətəli Axundovun Fərhad Mirzə Mötəmədüddövləyə məktubları
Nəvvabi-müstətab, əşraf, əmcəd, alinəsəb Fars əyalətinin fərmanfərması Şahzadə Hacı Mötəmə­düd­döv­lə­yə ərz edirəm

Sizə nə dil ilə təşəkkür edəcəyimi bilmirəm. Nəvvabi-müstətabınız böyüklükdə iltifatınızı o dərəcəyə çat­dır­mış­sı­nız ki, «Cami-Cəm», «Xülasətül-hesab» və «İngiliscə lüğət»dən ibarət özünüzə məxsus olan üç cild əsərinizi mənə hədiyyə göndərmişsiniz. Bu hədiyyənin müqabilində, mənim təşəkkür və minnətdarlıqdan başqa sizə təqdim edəcəyim bir şeyim yoxdur. Xudavəndi-aləm Şahzadənin mübarək vücudunu əzizlik və xoşbəxtlik təxtində bərqərar etsin.

Şahzadə! Nəvvabi-müstətabınız Məkkeyi-mükərrəmə və Mədineyi-münəvvərədən qayıdarkən Tiflisdə mənim üçün Rəsuli-əkrəm səlavətüllahi-əleyhin mədhinə yazmış olduğunuz qəsidəni oxudunuz. Mətlə beytinin birinci misrası belə idi:

«Ey göndərilmiş peyğəmbərlərin sonuncusu»

O vaxt qəsidənin surətini Sizdən istəməyə cəsarət etmədim. İndi ki, Şirazdasınız və bir neçə xoşnəvis katibləriniz hüzurunuzda vardır, xahiş edirəm ki, həmin qəsidədən bir nüsxəsini yazdırıb, yadigar olaraq mənə hədiyyə göndərəsiniz!

Şahzadə! Nəvvabi-müstətabınızın fəzilət və kamalına mənim tam etiqadım vardır. Xülasə, həzrət-əşrəf şahzadənin təqva və zöhdü məni valeh etmişdir. Çünki siz tay-tüşlarınızın tamamilə əksinə olaraq, içkidən tamamilə imtina edirsiniz və pak ətəyinizi pis əməllərlə ləkələməyirsiniz. Lakin heyf olar ki, həzrət-əşrəf bu qədər elm və fəzilətlə əhli-batindən xəbərdar olmayasınız.

Yadınızda varmıdır ki, bir dəfə həzrət-əşrəfinizlə kalyaskaya oturub, knyaz Orbelianinin görüşünə gedirdik, yolda mən Sizə ərz etdim ki, islam mütəfəkkirlərindən çoxu vəhdəti-vücuda inanırlar. Siz buyurdunuz: - Yəni Firon da allahdır?

Knyaz Orbelianinin evinə çatmışdıq, mən Sizə cavab verməyə fürsət tampadım. İndi həmin sualınızın cavabında Mollayi-Ruminin bu iki beytini yazıb həzrət-əşrəfinizə göndərirəm:

«Elə ki, rəngsizlik rəngə əsir oldu, Musa Musa ilə müharibəyə başladı. Elə ki, əvvəlki rəngsizliyə çatdılar, Musa ilə Firon barışdı».

Bu o deməkdir ki, Musa və Firon hər ikisi bir vücud idilər. Elə ki, öz əsillərindən ayrılıb zahiri aləmə gəldilər, bir-biri ilə müharibəyə başladılar. Lakin elə ki, yenidən öz əsillərinə qayıtdılar, yenə də həmin vücud oldular.

O əsil hansıdır ki, bunlar ona tərəf qayıdacaqlar? Bu xüsusda Quranda ayeyi-şərifə vardır: «Biz allahdanıq və ona tərəf qayıdanlarıq». Burada Firon müstəsna olunmamışdır. O dəxi, qayıdanlardandır.

Şahzadə! Allah eləməsin ki, mənim şəxsi etiqadım belə olsun! Mən bitərəfliklə mütəfəkkirlərin sözlərini nəql edirəm ki, Molla Əbdülsəməd Həmədani və Molla Hadi Səbzəvari də o cümlədəndirlər. Əgər bu böyük adamların əsərlərindən əli­niz­də varsa, oxuyun və əgər oxusanız, mənim sözümün doğruluğu müt­ləq sübut olunar.

Bir də sizə bildirirəm ki, həzrət-əşrəfinizin səmimi dostu, Bakının sabiq qubernatoru, mələk xasiyyətli cavan general Staroselski indi Qafqaz canişinliyinin ümumi idarə rəisi təyin olunmuş və ona tabe olan bizlərə gözəl günlər qismət olubdur.

1877-ci il martın 14-də, sizə riyasız ixlası olan kolonel Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı.

Şirazda məqamı yüksək, alinəsəb Şahzadə Hacı Mötəmə­dü­d­­­dövlə Fərhad Mirzə – Fars əyalətinin fərmanfərmasına ça­ta­­caqdır.
Əsərləri, c. 3. Bakı, Elm, 1988, s. 263-264.
M.F.Axundov yazırdı: «1861-ci ilin sentyabr ayında Müsyö Berje vasitəsilə Tiflisdən Tehrana «Təmsilat»ımdan dörd nüsxəsini adları aşağıda qeyd olunan şəxslərə, yəni maarif naziri şahzadə Əliqulu Mirzəyə, əyalət naibi Şahzadə Fərhad Mirzəyə, ədliyyə naziri Abbasqulu xan Cavanşirə və Müşi­rud­döv­lə Mirzə Cəfər xana göndərib, «Təmsilat»ın hər bir nüs­xə­si­nin titul vərəqində bu sözləri yazdım. Yazdığım bunlardır: Za­hiri baməzə və xoşagələn, batini isə başdan-başa moizə və nə­sihətdən ibarət olan bu cür qəribə əsərlər müsəlman xalqları ara­sında məlum deyildi. Mən bu işin banisi oldum. Bu əsər­lər­də mənim müsəlman camaatı arasında mövcud olan bəzi xo­şa­gəl­məz adətlərə və ənənələrə qarşı istehza yolu ilə etirazımı gö­rən­lər, bu etirazı mənim təəssübsüzlüyümə və xalqıma qarşı məhəbbətimin olmamasına yazmasınlar gərək! Çünki bu etirazlardan məqsədim ibrət dərsi verməkdir ki, başqaları bu kimi pis adətlərdən çəkinsinlər. Necə ki, açıq fikirli həkim Şeyx Sədi rəhmətullah da öz «Gülüstan»ında Loğmanın dili ilə bu mətləbə işarə etmişdir: «Loğmandan soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: - Ədəbsizlərdən, yəni onların əməllərində hər şeydən ki, xoşum gəlmədi, ondan uzaqlaşdım».
Mizə Fətəli Axundzadə. Əsərləri, c. 3, s. 86.

[Fərhad Mirzəyə]


«Cami-Cəm» coğrafiya kitabını ingiliscədən farscaya tərcümə edən Şahzadə Fərhad Mirzə Qacar, Nəsrəddin Şahın əmisi, Məkkəyə gedərkən, 1875-ci ilin oktyabr ayında Tiflisə gəlmişdi. Görüşdüyümüz zaman islam əlifbasını dəyişdirməyin zəruriliyi barədə aşağıdakıları yazıb ona verdim.

Birinci fikir: əvvəldə olduğu kimi, hərflər bitişir, erab, yəni hərəkələr hərflərin sırasına daxil edilir və bütün nöqtələr atılır.

İkinci fikir: hərfləri bitişməz edib, hərəkələri onların sırasına salmaq və bütün nöqtələri atmaq yolu ilə.

Üçüncü fikir: hərflərin şəkilləri bitişməyən latın hərfləri şəkilləri ilə əvəz edilir, hərəkələr hərflərin sırasına daxil edilir, yazı isə soldan sağa tərəf yazılır.

Bu üç fikirdən mənim zənnimcə, üçüncü fikir daha üstün və məqsədə daha yaxındır. Çünki onunla oxumaq, yazmaq və çap etmək işləri asanlaşmış olur. Əlifbanı dəyişdirmək əsla şəriətə müxalif deyildir. İbn Müqlə küfi xətti nəsx xətti ilə əvəz etdi və din alimlərindən heç birisi ona qarşı bir kəlmə də danışmadı. Köhnə əlifbanı dəyişdirmək nəticəsində, köhnə kitabların qiyməti hesabına ehtimal olunan 20 kürur zərər, bu kimi xeyir işin qarşısında mühüm bir mane olmamalıdır. Çünki köhnə əlifbanı dəyişdirmək sayəsində, yüz kürur müsəlman, kişili-qadınlı, cəhalət qaranlığından xilas olaraq, elmin nurlu dünyasına qədəm qoyacaqdır. Yəni, varlı və yoxsul, şəhərli və kəndli, köçəri və oturaq əhali bütünlüklə az bir müddət ərzində öz ana dillərində kitabları oxuyub başa düşəcəklər. Əksinə, əgər köhnə əlifbanın dəyişdirilməsi baş tutmazsa, islam xalqları dünya durduqca biliklərdən və peşələrdən mərhum olaraq, cahillik və vəhşilik içərisində qalacaqdırlar. Necə ki, hicrətdən bu günə qədər qalmış və özlərini avropalıların rişxənd və istehza oxlarına hədəf etmişlər.

Yazıb-oxumağın çətinliyi üzündən bizim uşaqların əksəriyyəti dərs oxumaqdan bezikir və məktəbdən qaçırlar. Yazıq uşaqlarımız 15 il, hətta 20 il müddətində belə mükəmməl savad sahibi ola bilmirlər. Halbuki avropalıların uşaqları bircə il ərzində savadlanıb, 5-6 il oxuduqdan sonra elmləri mükəmməl öyrənirlər.

Savad öyrənmək və elmlərə yiyələnmək işindəki maneələrin səbəbi köhnə əlifbamızın çətinliyi deyilsə də, bəs nədir? Qoy islam xalqlarının ağıllı başçıları belə bir səbəbi göstərsin və sonra onu aradan qaldırmaq fikrinə düşsünlər.

Köhnə əlifbanı dəyişdirmədən əvvəl, islam ölkələrində heç cür yeni tənzimat və heç cür siyasi qanunlar nəticə verə bilməz və müsəlman xalqlarının tərəqqisinə nail olmaq mümkün olmaz. Çünki hər cür tənzimat və qanun elmə əsaslanmalıdır. Nə qədər ki, əhali, kişili-qadınlı, Prussiya, Amerika və Avropanın digər ölkələrinin əhalisi kimi bilik və savad sahibi olmamışdır, tənzimat və qanunların mənasını anlamayacaqdır. Onları qəbul və icra etməyə qabil olmayacaqdır. Ona görə də islam ölkələrinin padşahları, köhnə əlifbanı dəyişdirmədən və bütün öz təbəələri arasına elmləri və bilikləri yaymadan, tənzimat və yeni qanunların tətbiqi barədə əbəs yerə zəhmət çəkməməlidirlər.

Bundan sonra yazmışdım ki, (nəsr) kəlməsinin on cür oxun­ma­sı ehtimalı vardır.

Necə ki, əlifbanın dəyişdiriliməsi haqqındakı kitabçada ətraflı surətdə yazmışam.

Ərəb dilində isə bu ibarəni yazmışdım:

Kullu mən ləhu-ğanəm fəaleyhu-l-ğurmi

Bir də bu şeiri yazmışdım:

Təruhu anhu-t-tayru va haşiyyətun va-l əsəd min xeyfəti təfzan

Farsca isə bu ibarələri yazmışdım:

Qulamhüseyn emruz dəri-sərai Şahzadə rəfte bud.

Bu ibarə iki cür tərcümə olunur: 1. Qulamhüseyn bu gün şahzadənin evinə getmişdi. 2. Qulamhüseyn bu gün şahzadənin evinin qapısını süpürmüşdür.

Kuri didəm ke, məra did, beistad və nemidanest ke, kurəş dər qəfast, qoftəm Sübhanallah məgər kur əst, ya mibanəd ke, mən kurəm.

(Yenə də mətn müxtəlif oxunur və müxtəlif tərcümə edilir). 1. Bir kor gördüm ki, məni görüb dayandı və bilmədi ki, dalındakı kordur. Dedim allaha pənah, məgər kordur, ya elə bilir ki, mən koram. 2. Bir gur gördüm ki, məni görüb dayandı və bilmədi ki, dalındakı kordur. Dedim allaha pənah, bu kordur, ya elə bilir ki, mən koram.

Fərhad Mirzə ərəbcə ibarələri düzgün oxudu. Görünür ki, bunları əvvəlcədən eşitmişdir. Çünki mən həmin ibarələri əlifbanı dəyişdirmək haqqındakı kitabçamda yazıb Tehrana göndərmişəm. Ancaq farsca ibarələri oxuyarkən səhv etdi.

Dedim: - Şahzadə! Bu əlifba ilə yazılmış fars dilimizi düzgün oxuya bilmirik. Bəs əcnəbi xususi adlarını, şəhərlərin, yerlərin və ölkələrin eşitmədiyimiz adlarını necə oxuya bilərik? Cürbəcür və müxtəlif elmləri və fənləri şərh və izah edən qəribə kəlmələri və istilahları bu zalım əlifba ilə tələffüz etmək və onları öyrənmək necə mümkün ola bilər? Bizim əlifbanın bu qədər açıq-aşkar nöqsanlarını inkar edən hər bir şəxs hər cür şərəf, ağıl və sağlam düşüncədən məhrum olmalıdır.

Dedi: Mən bütün bunları ətraflı surətdə öz səfərnaməmdə yazıb çap etdirəcəyəm.

Dedim: Elə isə sizin səfərnaməniz heç olmazsa, faydalı bir əsər olar. Daha içində ata minmək, kalyaskada yol getmək, şikarla məşğul olmaqdan başqa mətləblər yazılmayan şahın səfərnaməsinə oxşamaz.

Şahın səfərnaməsinin mənasız olduğu barədə bu sözləri eşidərkən, Fərhad Mirzə zahirən pərt oldu və yarım dəqiqəliyə fikrə getdi. Sonra başını qaldırıb dedi:

- Mirzə Fətəli, mənim səfərnaməmi bu cür tərif etmə­mə­liy­din!

Mən dinmədim. Başqa əlacım da yox idi. Söz ağzımdan çıxmışdı. Lakin elə zənn edirəm ki, Fərhad Mirzə mənim onun səfər­naməsini şahın səfərnaməsindən üstün tutduğumdan qəl­bən şad idi və zahirdə bu cür üstünlük üçün özünü pərt gös­tər­mə­yə məcbur oldu. Çünki İran konsulu da həmin məclisdə oturub bizim söhbətimizi dinləyirdi.


Mirzə Fətəli Axundzadə

Əsərləri, c. 3., s. 240-242.

Axundov Mirzə Yusif xana 1875, 8 noyabrda yazdığı məktubda «Təmsilat»ın tərcüməsi ilə əlaqədar məlumat verir və yazır:

«Roman yazmaq da, avropalıların istilahınca, dram adlanan bu kimi əsərlər növündəndir. Təəssüf ki, bizim xalqımız bu fəndən hələ tamamilə xəbərsizdir.

Hətta «Cami-cəm» kitabının mütərcimi şahzadə Fərhad Mirzə Məkkə ziyarətinə getdiyi zaman Tiflisdən keçərkən mənə dedi:

- Mirzə Fətəli, «Tarixit-Aləmara»da Yusif Sərracın hekayəsi sənin yazdığın qədər müfəssəl deyildir. Sən nə üçün o qədər təfsilatı əlavə etmişsən?

Mən ona dedim:

- Şahzadə! Mən məgər tarix yazmışam ki, təkcə baş verən hadisələri yazmaqla kifayətlənim? Mən kiçik bir məsələni əlimdə vasitə edib, öz təfəkkürümlə onu genişləndirərək, o dövrün nazirləri və dövlət başçılarının puçbeyinliyini açıb göstərmişəm ki, gələcək nəsillər üçün ibrət dərsi olsun və onlar saleh münəccimlərin sözlərinə və xəbərlərinə inanmasınlar, özlərini bu kimi hərəkətlərlə əcnəbilərin nəzərində məsxərə hədəfi etməsinlər. Bu cür əsərlərə roman deyirlər ki, dram sənətinin ayrıca bir növüdür.

Ba cavabdan sonra Fərhad Mirzə susdu və məlum oldu ki, avropalıların ədəbi əsərlərinin qayda və üslubundan onun da xəbəri yoxdur.
Əsərləri, c. 3, s. 245.

ŞƏXS ADLARI GÖSTƏRİCİSİ

Abbas Mirzə Naibüssəltənə – 3, 12, 15, 16, 24, 30, 47, 54, 61, 62, 68, 139, 159, 223.

Abbasqulu xan Qacar – 31, 220.

Abdulla xan Nəqqaşbaşı –23, 29.

Abdulla Qazi – 57.

Abdulla Rza – 366

Adəm – 248.

Axund Molla Zeynalabidin Xoyi – 377, 378.

Axundzadə, Mirzə Fətəli – 6, 16, 24, 67, 69, 72, 75-81, 358, 360, 361, 363, 364, 367, 368, 370.

Ağa bəy – 47

Ağa bəyim – 17.

Ağa Məhəmməd şah Qacar – 11, 18, 23, 30, 34, 53, 67, 164, 362.

Ağa Mir Fəttah – 369.

Ağa Mirzə Əbülhəsən müctəhid – 45.

Aleksandr, I – 59.

Aminə – 266.

Andrey Feliksoviç – 49, 381.

Apostol – 354.

Arqutinski-Dolqoruki – 74.

Asəfüddövlə Allahyarxan – 61, 62.

Avşarov Mixail – 11, 383.

Bakıxanov A. – 21, 45.

Baqration – 69, 72-75, 77, 80, 360, 370.

Behcət Əli – 81.

Bell (keşiş) – 374.

Beylik (kolonel) – 359, 372.

Bəhmən Mirzə – 24, 54, 57, 361, 362, 366.

Bəhram Mirzə – 12.

Bəkir ağa – 65.

Bərquq – 258, 264.

Bəylərov, Məlik – 69, 72, 75, 89, 358, 359, 370.

Biger – 365.

Bixeçi – 63.

Binxeçov – 52.

Boqdanovski – 377.

Bruken – 386-388.

Cavad xan – 53.

Cəbrayıl – 208, 219, 220, 260.

Cəfər ağa – 65.

Cəfərqulu bəy – 23, 40.

Cəfərqulu xan Dünbuli – 23, 377-380.

Cəfərqulu xan Qacar – 31.

Cəlaləddin Mİrzə – 16.

Cəmaləddin Əbdürrəzzaq – 20.

Cövdət paşa – 315, 331, 333, 334.

Davud – 17.

Davud (p.ə.) – 72.

Dostəli xan Müəyyirülməmalik – 36.

Ehtişamüddövlə – 29.

Etimadüssəltənə – 12, 19.

Əbdmanaf – 266.

Əbdülməlik Nuri – 62.

Əbdürrəhman ağa – 65.

Əbu Talib – 266.

Əbuzərr – 213, 223.

Əbülfəth ağa – 54, 56, 57.

Əbülhəsən – 32.

Əfrasiyab bəy – 29.

Əhməd əfəndi – 292.

Əhməd xan Dünbuli – 23, 62.

Əli xan – 30.

Əli ibn Əbutalib -100, 313, 314.

Əli Taliqani – 29.

Əliqulu xan Qacar – 30, 31.

Əlinağı mirzə – 30.

Əmanulla xan – 396.

Əmirhac – 8.

Əmirxan Sərdar Qacar – 61.

Ənuşirəvan – 366.

Ənvəri – 20, 353.

Əsədulla bəy – 29.

Əşmuil (İsmayıl, p.ə.) – 385.

Fatimə - 220, 221

Ferdinand de Lesseps – 169.

Fərhad Mirzə Qacar – 3-16, 18-20, 30, 49, 64, 74, 84, 85, 94, 102, 128.

Fətəli şah Qacar – 29, 31, 32, 34.

Fətulla bəy – 29.

Filanov – 374.

Filatov – 372.

Firidun Mirzə – 261.

Göy İmam – 58.

Hacı Əbdülbaqi – 393, 396.

Hacı Əbdülqəni – 393.

Hacı Ələkbər bəy – 44.

Hacı Həsən bəy – 40.

Hacı Hüseyn bəy – 23.

Hacı Məhəmməd Hadi – 34.

Hacı Məhəmmədhüseyn xan – 17, 29.

Hacı Məhəmmədrza – 23, 46.

Hacı Molla Rəfi – 36, 37.

Hacı Möhsün xan – 97.

Hacı Murad – 366.

Hacı Nemət – 393.

Hacı Səid əfəndi – 45.

Hacı Səlim – 393.

Hafiz – 20, 263.

Herodot – 348.

Heydərqulu mirzə – 31.

Həsən ağa – 65.

Həsən bəy Ağalarov Qarabaği – 370.

Həzrəti Həmzə - 201, 202, 220.

Həzrəti Həvva – 181, 248, 271.

Hippokrat – 74, 299.

Hüseyn xan Müşirüddövlə – 3, 13, 15, 22, 126.

Hüseyn xan Şəkili – 378.

Hüseynəli mirzə – 31.

Hüseynqulu xan Cahansuz – 31.

Xacəvənd Koçuri – 62.

Xaqani – 20, 21, 39, 44, 45, 70, 74, 138, 145, 238, 263, 349.

Xanbaba xan – 24, 362.

Xədiceyi-Kübra – 352.

Xəlil Məhəmmədhadi əfəndi – 292.

İbn Fariz – 101.

İbn əl-Əsir – 257.

İbn Müqlə – 78

İbrahim (p.ə.) – 58.

İbrahim Xəlil əfəndi – 45.

İbrahim Xəlil xan Cavanşir – 23.

İbrahim paşa – 138, 142.

İqnatyev – 106, 312, 319, 342.

İmam Rza (ə.s.) – 39.

İmam Şafei – 138.

İmaməli bəy – 51.

İsa (p.ə.) – 98, 241, 354.

İsgəndər bəy– 294.

İsgəndər Rumi – 121.

İsmayıl ağa – 65.

İsmayıl Nəvvab Şəfa –28.

İsmayıl paşa – 6, 17, 18, 27, 49, 136, 142, 151, 154, 286-288, 160, 305.

Kamal paşa – 105.

Kamran Mirzə – 13.

Kazanova – 105, 107, 108.

Kazım bəy Tənkabuni – 23, 33.

Kəlbəli xan Dünbuli – 378.

Kərim xan Zənd – 68.

Kir – 21.

Kokarev – 390.

Qacarlar – 18.

Qaimməqam – 19, 20.

Qasım xan – 36.

Qayıtbay – 208, 210, 244.

Qurban Ağa Ərəşi – 51.

Lazarev – 11, 388.

Linfors – 394.

Loboviç Nikolay – 56.

Mahmud xan Həmədanı – 37.

Mahmud mirzə – 361.

Mahmud paşa – 98, 104, 106, 308, 312.

Mariyski – 72-75, 80.

Mehdi Bamdad – 366.

Mehdi xan – 30.

Mehdi xan Qacar – 30, 31.

Mehdiqulu xan Qacar – 30.

Melkum xan – 27.

Məcnun bəy – 376.

Məhəmməd (s.ə.) – 201, 202, 209, 218, 222, 235, 258, 259.

Məhəmməd ibn Hənifə - 184.

Məhəmməd Əli – 6, 98, 141.

Məhəmməd Müsəddiq – 20.

Məhəmməd şah – 12, 32, 30.

Məhəmmədbağır xan – 5, 29.

Məhəmmədəli paşa – 29, 121, 124, 141, 142.

Məhəmmədhəsən xan Dünbuli – 378.

Məhəmmədbağır imam – 58.

Məhəmmədəli mirzə Dövlətşah – 29.

Məhəmmədəli mirzə, şahzadə – 29.

Məhəmmədhəsən bəy – 50.

Məhəmmədhəsən xan Qacar – 30, 31.

Məhəmmədxan bəy – 29.

Məhəmmədqulu mirzə – 29.

Məhəmmədtağı mirzə – 30.

Məhəmmədvəli xan Qacar – 30, 31.

Məhəmmədvəli mirzə – 30.

Məlik Nəzər bəy – 386, 387.

Mənsur mirzə – 24, 88.

Mənücöhr xan – 33, 37.

Məşədi Əbdülbaqi – 393.

Midhət paşa – 104, 105, 106, 107.

Mixail – 49.

Mixail Nikolayeviç – 16, 27, 363.

Mir İmad – 101.

Mir Sadiq Talış – 46, 47.

Mirzə bəy Gənceyi – 63.

Mirzə Əbdürrəhim – 49, 62.

Mirzə Əbülqasim Qaimməqam – 61.

Mirzə Ələsgər Mustofi – 70.

Mirzə Əli – 51.

Mirzə Əsədulla xan – 56, 69, 70, 75.ş 76, 89, 358-360, 362, 371, 387.

Mirzə Fərəc – 47.

Mirzə Hidayətulla – 20.

Mirzə İsmayıl Mustofi Əlıabadi – 15.

Mirzə Məhəmmədəli – 61.

Mirzə Məhəmmədəli bəy Kaşi – 370.

Mirzə Məhəmmədtağı – 79.

Mirzə Məsud Gərmrudi – 62

Mirzə Möhsun xan – 20, 179.

Mirzə Mustafa – 75, 76.

Mirza Mülküm xan – 7, 105.

Mirzə Rəfi – 70, 172.

Mirzə Səngülax – 141.

Mirzə Yaqub – 7.

Mirzə Zeynalabidin Badkubeyi – 39.

Mirzəyev – 25, 42, 77, 391-393.

Molla Əli – 57, 59.

Molla Hüseyn – 48.

Moltani – 42.

Mötəmədüddövlə – 3.

Murtuzaqulu xan – 31.

Musa (p.ə.) – 247.

Mustafa xan Qacar – 31.

Nadir Mirzə Qacar – 12.

Nadir şah Əfşar – 23, 24, 40, 64, 67, 100, 118, 387, 388.

Napoleon Bonapart – 59, 371, 387.

Napoleon III – 170, 344.

Nasir Xosrov – 20.

Nasirülmülk – 396.

Neqov Andrey – 370.

Nelson – 121.

Nəsrəddin Mirzə (Nəsrəddin şah) – 12-17, 22, 24, 37, 315.

Nəzərəli xan Mərəndi – 61

Nikolay, imperator – 364

Nizami Şeyx – 17, 18, 20, 50, 54, 57.

Nuh (h.) – 240.

Orbeliani Qriqor – 73, 371.

Orlovski – 72, 81, 83, 89, 358-361, 387.

Paşkeviç – 21, 45.

Pənah xan – 23.

Pişnamaz, Ağa Seyid Əli – 45.

Poladov – 57.

Ramazan – 28.

Raşid paşa – 308.

Rauf əfəndi – 81.

Ravlinson – 15.

Röyter – 4, 5.

Rzabəy – 102.

Sarıxan – 111

Seyfulla bəy – 49.

Sədr İsfahani – 17

Səfərov – 391.

Səfvət paşa – 104.

Səhih Buxari – 232.

Səlim xan – 40, 378.

Soltan, M. – 239.

Staroselski – 42, 361, 363, 370, 375, 382, 386.

Sultan Əbdüləziz – 6, 8, 16, 18, 19, 27, 110, 144, 151, 320, 341-344.

Sultan Əhməd camesi – 99, 308-310.

Sultan Əhməd kitabxanası – 100.

Sultan Məhəmməd Fateh – 97.

Sultan Murad mirzə Hüsamüssəltənə – 14, 29.

Sultan Üveys mirzə – 29, 30.

Süleyman Qacarqovanlı – 17.

Süleyman mirzə – 17, 29.

Şaban Əbdülhüseyn – 29.

Şah Abbas, I – 25, 26, 59, 74, 101.

Şah Abbasi-Sani – 51, 384.

Şah İsmayıl, I – 31.

Şah Mirxan – 72.

Şah Sultan Hüseyn – 23.

Şah Süleyman Səfəvi – 26, 44, 46, 51, 384.

Şah Təhmasib, I – 31.

Şahqulu xan – 31.

Çahrux – 101.

Şahzadə İbrahim – 58.

Şamil (şeyx) – 365, 366, 388.

Şelkunnikov – 374, 375.

Şeyx Bəhai – 13.

Şeyx Əttar – 101.

Şeyx Sənan – 70.

Şeyxəli mirzə – 30.

Şəbüstəri Şeyx Mahmud – 78.

Şərif Abdulla – 17, 27, 213, 235, 238, 240, 258, 266.

Şərif Əbdülmətləb – 98, 104, 308, 309. – 106

Teymur bəy – 47.

Teymur Gürgani – 101.

Tufan Hezar Cəribi – 20, 118.

Vali paşa – 27.

Voronsov – 79, 80.

Vüqar – 20.

Yelizaveta – 59.

Yermolov – 62.

Yustinian – 98.

Zərdabi, Həsən bəy – 9, 10, 20, 27, 120, 121, 389, 390.

Zibeydə – 247.

Ziyadoğlu – 53.



Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə