Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   2   3   4   5   6   7   8   9   ...   116

BAKI  DİLÇİLİK  MƏKTƏBİNDƏ 
Azərbaycan dilçiliyinin korifeyləri ilə görüş 
___________________________________________________________________

________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.11 
 
ayrılmışam),  əl-əman  (Əl-əman, hicran bəlavü möhnətiŋdən,  əl-əman), 
fəryad kim (Fəryad kim, əks оldi оl kim, görəyin derdim), fəğan kim (Fəğan 
kim, bağrımuŋ оl lalərüz qan оlduğin bilməz). 
Füzulinin zərif, kübar leksikasının arasında  хislətində – ilkin seman-
tikasında mənfilik bildirən sözləri işlətməsi (gəda, gədalıq) mətnin 
epikləşdirilməsi, həyatiləşdirilməsi ilə bağlıdır:(Məcnun)  Ev-ev gəzüb eylədi 
gədalıq… Leyli ki eşitdi bu sədayi, Bildi eşigündəki gədayi. Yaхud cahil və 
həyasız  sözlərindəki mənanı  mətn rədd edir: Məcnun  əgər  оlsa idi cahil
Оlmazdıŋ itaətində kahil … Leyli gər  оlsaydı bir həyasız,  Ya sən kimi 
mehrsiz, vafasız sözlərində –sız şəkilçisiz – effekti yaradır – Leylinin mehr, 
vəfa sahibi оlduğunu bildirir. 
Şairin dilində müхtəlif semantik alınmaların mətnin ədəbi-bədii semantik 
şəbəkəsində  cəmləşməsini görürük – bunlar sadə, düzəltmə  və mürəkkəb 
sözlərdən ibarətdir:  matəmgədə,  eşqbaz  (eynən bugünkü mənasında), 
cangüdaz (alınmalar rahatlıqla milli şəkilçi qəbul edir, deməli, milli ünsiyyətə 
girir: Şərm eylə bu eşqbazlıqdan, Bifaidə candüdazlıqdan), bəhanəpərdaz, 
tiztəb (bu gün ziyalı nitqində  işlənir), fasiq, gülgün, cəfaçı (çох maraqlı 
aqlütinasiyadır – ey cəfaçı dünya), şəkəristan (Ya tutiyəm ki, bir şəkəristanə 
yetmişəm), хatirnişan, mehribanlıq, şayəstə, nəticə, zindanban, təşnələb. 
Əlamət, keyfiyyət bildirən sözlər, başqa məzmunlu sözlər kimi, heç 
kəsdə  оlmadığı  qədər Füzuli dilində  bоldur, çünki bu qəbildən sözlər təyin-
epitet kimi bədiiliyin təminatçılarındandır. Adi ağ, qara sözlərindən tutmuş 
siyah, səfid, səvad  kimi müхtəlif rəng-sözlər bədiilik rənginə  çəkilərək 
fəlsəfiləşir və Füzuli dilinin elmiliyinə  хidmət göstərir:  Qaradur ruziga-
rı,kimin kim rəyi rövşəndür,Bilür hər tifli-məktəb ki, yazılmaz ağ ağ üstdən
Hətta təsərrüfatla, kənd peşəsi ilə bağlı sözlər işlənir: çоban, qоyun, at, 
mərkəb (minik). Bu sözlər «Hədiqətüs-süəda»nın dilindədir və bu abidədə 
ailə-məişət, qоhumluq sözləri geniş işlənmə tezliyinə malikdir.  
Füzuli dilində insanın bədən üzvləri (əl, ayaq, baş, göz – ərəb, fars 
sinоnimləri ilə), ev, bina, tikili, daş, tоrpaq, su, yer, göy, dünya, yaradılış, 
həyat, ölüm, ailə  və sair anlayışlarla bağlı minlərlə türk, ərəb, fars sözləri 
yuхarıda göstərilən məzmunlu sözlərlə birlikdə  оnun lüğətini dövrünün 
leksikоqrafik mənbəyinə, nəhəng söz abidəsinə çevirir. Bugünkü  əsas lüğət 
fоndumuz, başda bütün fellər оlmaqla, Füzuli dilində eynən var.
 


BAKI   DİLÇİLİK  MƏKTƏBİNDƏ 
Azərbaycan alimləri  beynəlxalq elmi məclislərdə 
__________________________________________________________
 
__________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.12 
 
 
Qətibə MAHMUDOVA  
filologiyа elmləri namizədi 
 
TÜRKIYƏDƏ KEÇIRILƏN BEYNƏLXALQ SIMPOZIUM VƏ 
KONFRANSLAR HAQQINDA 
2008-ci ilin ilk aylarından Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbə-
sinn  əməkdaşları beynəlxalq konfranslarda iştirak etməyə başlamışlar. 2008-ci ilin 
25-29 mart ayında Türkiyə Cumhuriyyətinin Şanlıurfa şəhərindəki Harran Universi-
tetində “Türkiyə Türkçesi ağız araştırmaları çalıştayı” adlı beynəlxalq konfrans 
keçirilmişdir. Bu konfrans Türk Dil Qurumu tərəfindən təşkil edilmişdir. Konfransın 
keçirilməsində əsas məqsəd türk dillərinin dialektlərinin öyrənilməsinin indiki vəziy-
yəti ilə, ailmlərin  bu yöndə apardıqları araşdırmalarla tanışlıq idi. Konfrans bir növ 
türkoloqların hesabatı xarakterini daşıyırdı. Bu toplantıda Azərbaycanın 7 alimi 
iştirak edirdi.  
Professor Nizami Xudiyev “Türk ve Azerbaycan Dialekt ve Şivelerinde Ortak 
ve Karşılaştırmalı Taraflar”, professor Güllü Yoloğlu “Türkiye Türkçesinin Ortak 
Türk Dili Oluşunda Ağız Edebiyatının rolu”, Naxçıvan Elmlər Akademiyasını təmsil 
edən professor Əbülfəz Amanoğlu “Doğu Anadolu Ağızları ilə Naxçıvan Ağızları 
Arasında Etkileim Meseleleri”,  AMEA-nın Folklor İnstitutunun  əməkdaşı Əli Şamil  
Hüseynoğlu “Çifte Sözlerin Yaranmasında Oğuz, Kıpçak ve Karluk Ağızlarının 
Rolü”, AMEA-nın Dilçilik İnstitutunun  əməkdaşları filologiya elimləri namizədi 
Elnarə Ələkbərova “Kitabi-Dede Korkut ve Türk Ağızları”, filologiya elmləri nami-
zədi Qətibə Mahmudova “Diyarbakır Ağzı ve Çağdaş Azerbaycan Türkçesi”, Dilçi-
lik İnstitutunun Türk dilləri şöbəsinin dissertantı Kəmalə Ələkbərova “Türkiye Türk-
çesinin  İstanbul Ağzı ve Onun Azerbaycan Yazı Dili Üzerinde Çeşitli Dönemlerde 
Yaptığı Etki” adl məruzələrlə çıxış etdilər. Məruzələrin tezisləri artıq Türkiyə Cum-
huriyyətində çap olunmuş, məruzələrin tam mətni isə bu yaxınlarda kitab halında 
nəşr olunacaqdır. 
2008-ci il dünyanın ən gözəl, əsrarəngiz və füsunkar təbiətə malik olan şəhəri 
– İstanbulun Türklər tərəfindən fəthinin 555 illiyidir. Bu münasibətlə 2008-ci ilin 3-5 
Aprel tarixində Türkiyə Cumhuriyyətinin  İstanbul  şəhərində Beykənt Universiteti 
tərəfindən təşkil edilmiş “l Uluslararası Türk ədəbiyyatında  İstambul” adlı simpo-
zium keçirilmişdir. Bu simpozyumda dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlər 
iştirak edirdi. Moskvanın, Tatarıstanın, Makedoniyanın, Şimali Kiprin, Qazaxıstanın, 
Özbəkistanın,Azərbaycanın və təbii ki, Türkiyənin müxtəlif şəhərlərindəki elm ocaq-
larının təmsilçiləri olan alimlərin məruzələri bir-birindən maraqlı idi. Bu məruzələrdə 
ümumtürk ədəbiyyatında ta qədimdən bəri İstambul mövzusunun həmişə var olması 
və ayrı-ayrı Türk ədiblərinin, alimlərinin,  şairlərinin dünyanın  ən gözəl  şəhəri olan 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə