Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 460,01 Kb.
Pdf görüntüsü
səhifə5/23
tarix19.03.2022
ölçüsü460,01 Kb.
#84597
1   2   3   4   5   6   7   8   9   ...   23
QULİYEVA XALİDƏ PƏNAH QIZI AZƏRBAYCAN

– 

2000-ci  illər  arasında  bir  çox  sahələri  əhatə  edən  çoxsaylı  lüğətlər 

nəşr  olunmağa  başlandı.  Bu  mənada  əlbəttə  ki,  1990 

– 

2000-ci  illərdə 

orijinal,  mükəmməl  lüğət  yaradanlar  və  onların  xidmətləri  də  öyrənilməli, 

tədqiq edilməlidir. 

Dilin  lüğət  tərkibində  dəyişmə  və  inkişaf  daha  çox  izahlı,  ikidilli, 

terminoloji  və  orfoqrafiya  lüğətlərində  özünü  göstərir.  Məhz  dilin  inkişaf 

səviyyəsini  müəyyən  etmək,  insanların  lüğətə  olan  tələbatını  ödəmək  üçün 

dövrün  tələblərinə  cavab  verəcək  lüğətlər  tərtib  olunmalıdır.  Bu  mənada, 

məhz 1990 – 2000-ci illərdə çap olunmuş tərcümə lüğətləri onlara olan tələb 

                                                             

1

 

Məmmədov  İ.O.  Azərbaycan  dilinin  məcazlar  lüğətinin  tərtib  prinsipləri  //  Azərbaycan 



Elmlər Akademiyasının Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1998, № 3-4, s.113. 

2

 



Həsənov H.Ə. İkidilli lüğətlərin linqvistik təhlili // Azərbaycan Elmlər Akademiyasının 

Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 2000, № 3-4, s. 110-127.

 



 

və  ehtiyacın  zəruriliyindən  irəli  gələrək  çap  olunmuşdur.  Bir  sözlə,  “Rusca-



azərbaycanca  lüğət”  (I,  II,  III  cild),  “Azərbaycanca-ingiliscə  lüğət”, 

“Azərbaycan, ingilis və rus dillərində şəkilli sözlük lüğəti”, “Azərbaycanca-

rusca, 

rusca-azərbaycanca 

lüğət”, 

“Türkcə-Azərbaycanca 

lüğət”, 

“Məktəblinin  talışca-azərbaycanca  lüğəti”,  “Azərbaycanca-rusca-türkcə 

danışıq  kitabçası”,  “Azərbaycanca-almanca  lüğət”,  “İngiliscə-azərbaycanca 

lüğət”  və  s.  zamanın  tələbi  ilə  çap  olunmuş  tərcümə  lüğətləridir.  Belə 

lüğətlərin  5  –  10  ildə  bir  nəşr  edilməsi  bir  tərəfdən  xalqın  mədəni 

səviyyəsinin  artdığını  müəyyən  edirsə,  digər  tərəfdən  də,  mədəniyyətin, 

elmin,  texnikanın  inkişafının  göstəricisi  olur.  Bəli,  məhz  1990-2000-ci 

illərdə  çap  olunmuş  bu  lüğətlərin  tədqiq  olunması  mövzunun  aktuallığı  ilə 

bağlıdır. 

Təsadüfi  deyildir  ki,  “Azərbaycan  dilinin  qloballaşma  şəraitində 

zamanın  tələblərinə  uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair 

Dövlət  Proqramı  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  sərən-

camı”nda  deyilir:  “Azərbaycan  dilində  termin  yaradıcılığı  sahəsində  işlərin 

tənzimlənməsi  və  koordinasiya  edilməsi  üçün  Azərbaycan  Respublikasının 

Nazirlər  Kabineti  yanında  Terminologiya  Komissiyası  yaradılsın”

1

.  Deməli, 



termin,  terminologiya  və  tərcümə  məsələləri  Azərbaycan  dilçilik  elminin 

diqqət  mərkəzində  dayanmalıdır.  Odur  ki,  “Azərbaycan  dilinin  qloballaşma 

şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişa-

fına  dair  Dövlət  Proqramı  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 

sərəncamı”nda  qeyd  olunur:  “Dublyaj  edilən  filmlərin,  xarici  dillərdən 

çevrilən  elmi,  bədii  və  publisistik  əsərlərin  tərcüməsi  bir  qayda  olaraq  yük-

sək  estetik  tələblərə  cavab  vermir,  onlar  sönük  və  yarıtmazdır,  dilimizin  hü-

dudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir”

2



Deməli,  sanballı  tərcümə,  terminoloji  və  izahlı  lüğətlərə  ehtiyac 



böyükdür.  10  illik  bir  dövrü  əhatə  edən  lüğətşünaslığımızın  tarixini  tədqiq 

etmək  bu  mənada  da  aktualdır.  Müstəqillik  əldə  etmiş  respublikamızda 

elmin,  texnikanın,  iqtisadiyyatın  və  mədəniyyətin  inkişafı  ilə  baş  verən 

ictimai-siyasi  dəyişikliklərlə  bağlı,  ümumiyyətlə,  dilimiz,  xüsusən  də  onun 

terminoloji  leksikası  zənginləşməkdə  və  təkmilləşməkdədir.  Terminoloji 

                                                             

1

 

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə 



dilçiliyin  inkişafına  dair  Dövlət  Proqramı  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 

sərəncamı. “Respublika” qəz., 2012, 23 may, s. 1.

 

2

 



Yenə orada, s. 1.

 



 

lüğətlər  mütləq  zamanın,  dövrün  yeniliklərini  özündə  əks  etdirməklə  təkcə 



mütəxəssislərin  deyil,  həm  də  hər  bir  azərbaycanlının  təlabatını  ödəməlidir. 

Odur ki, belə bir tələbat əsasında 1990 – 2000-ci illərdə terminoloji lüğətlər 

kimi  “Rusca-azərbaycanca  idarə  terminləri  lüğəti”,  “Rusca-azərbaycanca 

bazar  iqtisadiyyatı  terminləri  lüğəti”,  “Rusca-azərbaycanca  izahlı  hərbi 

terminlər  lüğəti”,  “Azərbaycan  klassik  ədəbiyyatında  işlədilən  adların  və 

terminlərin  şərhi”,  “Radiotexnika  terminləri  lüğəti”,  “Geologiya  terminləri 

lüğəti”  və  s.  çap  olunmuşdur.  Xüsusilə,  idarə  terminləri,  bazar  iqtisadiyyatı 

terminləri, izahlı hərbi terminlər, hüquq terminləri  müstəqillik əldə  etdikdən 

sonra respublikamızda bu sahələrə olan tələbat və ehtiyacla bağlı olaraq çap 

olunmuş  lüğətlərdir. Odur ki, bu lüğətlərin tədqiq  olunması da lüğətşünaslı-

ğımıza  böyük  fayda  verə  bilər.  Ona  görə  də  mövzunun  aktuallığını  təmin 

edən şərtlərdən biri də budur. 




Yüklə 460,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə