Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


–  1871-ci  illərdə  çap  etdirdiyi  “Sravnitelnıy  Slovar  turetsko-tatarskix  nareçiy”  lüğəti,  V.V.Radlovun  1893  –



Yüklə 460,01 Kb.
Pdf görüntüsü
səhifə4/23
tarix19.03.2022
ölçüsü460,01 Kb.
#84597
1   2   3   4   5   6   7   8   9   ...   23
QULİYEVA XALİDƏ PƏNAH QIZI AZƏRBAYCAN

– 

1871-ci  illərdə  çap  etdirdiyi  “Sravnitelnıy 

Slovar  turetsko-tatarskix  nareçiy”  lüğəti,  V.V.Radlovun  1893 

– 

1911-ci 


illərdə  çap  etdirdiyi  “Opıt  slovarya  tyurkskix  nareçiy”  lüğəti  və  s.  buna 

nümunədir. 

Hazırda  lüğətlərin  vəzifə  və  çərçivəsi  xeyli  məhdudlaşdırılmışdır: 

onlar müasir ədəbi dil, etimoloji, tarixi, sinonimik, dialektoloji, frazeoloji və 

s.  kimi  lüğətlərə  ayrılır  ki,  bunların  da  hər  biri  xüsusi  və  dərin  leksikoloji 

tədqiqat, geniş və ciddi təşkilat işi tələb edən müstəqil mövzulardır və onları 

                                                             

1

 



Xəlilov B.Ə. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: Nurlan, 2008, s. 294.

 

2



 Hacıyev T.İ. Azərbaycan ədəbi dili tarixi. Bakı: ADU nəşriyyatı, 1976, s. 99-104. 


 

bir  lüğətdə  sığışdırmaq  mümkün  deyildir.  Əlbəttə,  adları  çəkilən  lüğətlərin 



1990 

– 

2000-ci  illərdə  ictimai-siyasi,  iqtisadi,  mədəni,  elmi  dəyişikliklərlə 

bağlı olaraq, tərtibi və nəşrinə böyük ehtiyac duyulur və onların hazırlanması 

lüğətçiliyimizin qarşısında duran mühüm vəzifələrdəndir. 

İ.Məmmədov yazır: “Doğrudur, Azərbaycan lüğətçiliyində ilk öncə ən 

vacib  və  lazımlı  lüğətlər  –  “Azərbaycan  dilinin  izahlı  lüğəti”  (4  cildlik), 

“Azərbaycan  dilinin  orfoqrafiya  lüğəti”,  “Azərbaycan  dilinin  dialektologiya 

lüğəti”, “Azərbaycan dilinin frazeologiya lüğəti” … hazırlanıb nəşr edilmiş-

dir.  Əlbəttə,  başqa  lüğətlər  də  (məs.:  ikidilli  tərcümə  lüğətləri,  ensiklopedik 

lüğətlər, terminoloji lüğətlər) çap olunmuşdur”

1

. Ancaq bu lüğətlərin dövrün 



(1990 

– 

2000-ci  illərin)  tələbinə  uyğun  yeniləşməsi  tarixi  bir  zərurət  kimi 

lüğətçiliyimizin qarşısında mühüm bir vəzifə kimi durmuşdur.  

XX  əsrin  əvvəllərindən  başlayaraq,  Azərbaycan  lüğətçiliyi  xüsusi  bir 

sahə  kimi  inkişaf  etməyə  və  qol-budaq  atmağa  başlayır.  Təkcə  ikidilli 

lüğətlərin  linqvistik  təhlili

2

 təsdiq  edir  ki,  XX  əsrdə  lüğətçilik  təcrübəsinin 



nailiyyətlərini  özündə əks  etdirən xeyli sanballı  linqvistik  lüğətlər çap olun-

muş  və  bu  proses  indi  də  davam  etməkdədir.  1990-cı  il  oktyabrın  18-də 

Azərbaycan  Respublikası  müstəqilliyini  elan  etdikdən  sonra  Azərbaycanda 

elm,  texnika,  yüksək  səviyyədə  inkişaf  etməyə  başladı,  iqtisadiyyatın  hər 

sahəsində  dirçəlmə,  canlanma  özünü  göstərdi.  Bu  hadisə  öz  növbəsində 

dilçilikdən  də  yan  keçmədi,  belə  demək  mümkünsə,  leksikoqrafiya  tarixinə 

böyük  töhfə  verdi.  Müstəqilliyimizi  elan  etdiyimizdən  bu  günə  qədər,  yəni 

1990 



Yüklə 460,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə