Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə8/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   4   5   6   7   8   9   10   11   ...   71

33
isə Kufənin ətrafına göndərmişdi. Fəqət yanında bir az
əskər qalmışdı.
Əbdürrəhman oraya toplanan dustdarani-
Həzrəti-Hüseynin (ə) hamusını müsəlləh fədakar
gördikdə  xoşhal  olub  cəsarət  hasil  etdilər.  Dört  bir
tərəfdən təbl vurdılar. Səid bir nitqi-bəliğbəyanlə dedi:
- Cəmaət, bən Azərbaycanda padşah idim. Kufə,
Bəsrə  və  İraqdan  bana  çox  məktublar  gəldi.  Bəni
Kufəyə gəlməgə tələsdirdilər, bəlkə  İmam Hüseynlə
(ə) Məkkədən Kufəyə gələndə mülaqat edəm, yaxud o
Həzrətə (ə) düşmənlər hücum edərsə, imdad edəm.
Biləks, heç biri mümkin olmadı. Hər vəqt Hüseyn (ə)
adı gələndə cigərim yanır, parçalanır, dağılır,
diriligimdən bizar oluram. Zira, İmam Hüseyn (ə) kibi
İslamiyyət, insaniyyət qurbanından sonra bana, bəlkə
bütün müsəlmanlara dirilik həramdır.
Əlhal vəqt intiqam almaq vəqtidir, intiqam,
intiqam! Çünki düşməni iki vəqtdə məğlub etmək
olur: Biri qorxaq düşməni cüz`i bir sədəmə ilə şaşdırub
məğlub etmək olar. İkincisi, təcahüldən məğrur oldığı
halda  şaşmış  düşməni  fəna  bir  gurultı  ilə  tələf  etmək
mümkin  olar.  Binaənəleyh,  indi  Yəzidin  mə`mur  və
əskərləri məğrurlarından bütün-bütünə  şaşmışlardır.
Biz isə fürsəti qənimət bilüb onlardan intiqam
almalıyıq. Halbuki İbn Ziyadın indilikdə heç bir
qüvveyi- əskəriyyə və hərbiyyəsi qalmamışdır. Bizim
qüvayi-hərbiyyə

əskəriyyəmiz nəhayət
dərəcədədir.  Bənimlə  olan  üç  bin  kişi  ilə  siz  dəxi
yekdil, yekcəhət olub ə`daları qırmaqla əsirləri və


34
başları  Şamdan qaytarmalıyıq. Bunlardan maəda, bu
qədər İslam üstinə edilən təcavüzləri himmət və
həmiyyətdən başqa heç bir şeylə rədd etmək olmaz.
Bu qədər İslam millətinə vurulan zərbeyi-
düşmənanəyi heç bir şey əvəz edə bilməz. Fəqət
intiqam! İntiqam! Haydı, arqadaşlar, intiqam.
Bu sözləri dedikdən sonra nəhayət şiddətlə
ağladı. Cəmaət dəxi ağlaya-ağlaya:
- Malımız, canımız Həzrəti-Hüseynə (ə) fədadır -
səsini ucaltdılar.
Səid nəhayət məmnuniyyətlə:
- Allah əcr versin - deyə xətmi-kəlam etdi. Bə`də
dedi:
- Cəmaət, əlhal kimə tabe` olmalıyıq?
Cəmaət ümumiyyətlə dedilər:
- Əbdullah Əfifə tabe` olmalıyıq. Zira də`va
görmiş, təcrübəkar və qüvvəli bir zat oldığı kibi
Cəməl, Süffeyn və Nəhrəvan kibi dəhşətli
müharibələrdə dəxi isbati-vücud etmişdir.
Səid, “bən rizayəm” - deyə ilərü yeriyüb bey`ət
etməklə o gün beş bin kişi Əbdullah Əfifə bey`ət
etdilər. Şadlıqdan nə`rə çəkdilər. Bu xəbər şəhərə
yayıldı. Xəlayiq dükkanları bağladılar. Bə`zi Səidin,
bə`zisi  İbn  Ziyadın  imdadına  getdilər.  Lakin  İbn
Ziyadın əskəri iki bindən ziyadə degildi. İbn Ziyad
beytülmalın qapısını açub onlara mal və silah payladı.
İbn Ziyad qəsri qabağında bir çox xəlayiq dayanub
baxırdılar. Hər saətdə xəfiyyələr dolanub harada
ictima`nın oldığını və kimin nitq söylədigini gəlüb


35
xəbər  gətürdilər.  Bu  halda  Kəsir  ibn  Şihab  adınlı  bir
şəxs dedi:
- Hörmətli əmirimiz, təvəqqüf zəmanı degildir. İş
həddən keçdi. Səid Azərbaycandan gəlmiş, ziyadə mal
gətürmiş və on bindən ziyadə kişilər ilə  Əbdullah
Əfifə bey`ət etmişlərdir. Əgər həmin saət hökm edüb o
rafiziləri dutub həlak edər isən, qiyamətə qədər
dövlətin və səltənətin dəvam edəcəkdir. Biləks, e`tina
etməz isən, böyük inqilablar içində boğulmağına əmin
olmalılsan.
İbn Ziyad bu sözləri eşidərkən filfövr hökm edüb
qəsrdən dışarı çıxdılar. Təbli-cəng vurdılar. Bəni
Ümməyyənin böyüklərini, Yəzidin dostlarını ehzar
edüb dedi:
-  Bən  bilürəm  bu  rafizillər  bir  şey`  edə
bilməyəcək. Qorxumdan kim deyə bilər ki, bən
Hüseynin (ə) dostıyam. Lakin görirsiniz, bu kor bizim
başımıza nə gətürdi. Bütün Bənu Əzd qəbiləsinə üsyan
etdirdi. Şübhəsiz ki, hüquqının müdafiəsinə
ciddiyyətlə, sədaqətlə çalışan bir kişi nəinki bir Bənu
Əzd qəbiləsinə, bəlkə bütün dünyada mövcud olan
insaf  sahiblərinə  üsyan  etdirə  bilər.  Əman,  bən  Kufə
şəhərində bu qədər də dustdari-Ali-Rəsulın (ə)
olmağını  zənn  etməyürdim.  Ah,  böylə  dərdə
mütəhəmmil olmaq olarmı? Dutdığım əsir azad, Kufə
əmirləri isə qətl olundı. Səid isə Müaviyənin keçmiş
əmiri idi, onı özinə tabe` edüb Azərbaycana hakim
tə`yin eylədi. İndi artıq mal toplamış, öylə bilür ki,
dünyanı alacaqdır. Əlhal hər kim Səidin və oğlının


36
başını Tariqin başilə bərabər gətürərsə, istədigi vilayəti
və şəhəri ona verərəm. Bunlardan əlavə, ona on at, on
qulam  və  on  kəniz  bəxş  edərəm.  Hər  gün  də  üç
xahişini  dəxi  qəbul  eylərəm.  Bənim  ən`amım  böylə
oldıqda Yəzidin ən`amı isə ziyadə olmağı şübhəsizdir.
Dəxi axirət səvabını söyləməgə lüzum yoxdur.
Şam və Kufə əhalisi ən`am adını eşitdikdə hamısı
birdən:
- Möhtərəm əmirimiz, əmin ol, zərrə qədər
qorxumız yoxdır. İmam Hüseyni (ə) əshabı ilə
öldürdügimiz kibi, bunları dəxi həlak edərik.
İbn Ziyad dərhal hökm edüb təbli-cəng vuraraq
qəsrdən dışarı çıxdılar. Müharibə etmək üçün
meydanə yürüməgə başladılar.
Səid  təbli-cəng  səsini  eşidərkən  hökm  edüb  on
bin atlı, piyadə müsəlləh olaraq meydani-müharibəyə
tərəf hərəkət etdilər. Dörd yolın ayrıcında beş yüz
müsəlləh kişilərdən qoydılar. Piyadələr damlara
çıxdılar. Səid isə qiymətdar əsləhələr ilə müsəlləh olub
nəhayət baş hərbi qomandanı kibi xuraman-xuraman
yürüyürdi. Fəqət hər qədəmində: “Haydı, qardaşlar!
Düşmənlərdən intiqam almalıyıq” - nidası və hər
baxışından: “Allah eşqinə, zalimin zülminə təhəmmül
edən millət, özi bizzat zalimdir. Hüseynin (ə) etdigi
qəsdinə iqtida etməliyik” - ilhamı duyulırdı.
Beş yüz nəfər qardaşı Bikr ibn Mixnəfə verüb bir
çox hərbi tövsiyələrlə onı yol ağzında qoydı, özi küçə
ilə  Əbdürrəhman arxasında yürüyürdi. Üzərində
“Lailahəilləllah” yazılmış beş tanə ağ beydəq


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə