Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə22/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
67
v Bankların qiymətli kağızlar üzrə əməliyyatlarına nəzarət və
onların tənzimlənməsi;
v Qiymətli kağızlarla əməliyyatların aparılması üçün bank
mütəxəssislərinin attestasiyası;
v Bankların qiymətli kağızlarının buraxılmasının qeydiyyatı;
v Dövlət qiymətli kağızlarının dövriyyəsi və buraxılışının tən-
zimlənməsi (Maliyyə nazirliyi ilə birlikdə);
v Bankların qiymətli kağızlarının reystrinin aparılması.
Rusiyanın fond bazarında özünütənzimləmə funksiyalarını ye-
rinə yetirən təşkilatların da rolu yüksəkdir. Ölkə qanunvericiliyinə
uyğun olaraq, fond bazarının özünütənzimləməsini həyata ke-
çirmək üçün aşağıdakı formalarda təşkilatlar yaradıla bilər:
v Assosiasiyalar;
v Peşəkar ittifaqlar;
v Peşəkar ictimai təşkilatlar.
Rusiyada müvafiq tənzimləyici təşkilatların fəaliyyətinə nəzarə-
ti Qiymətli kağızlar bazarı üzrə Federal Komissiya həyata keçirir.
Müasir Avropada fond bazarlarının dövlət tənzimlənmə si-
yasətinin vahid modelinin formalaşması burada bazarların bir-
ləşməsi nəticəsində vahid bazarın yaradılması prinsipinə əsaslanır.
Avropa tənzimlənmə sistemi investorların maraqlarının qorunması
və bazarda qanunvericiliyin gözlənilməsinə nəzarətin təmin
edilməsi baxımından daha çox fərqlənir. Bu bazarda liberal ya-
naşması üstündür,  həmçinin tənzimlənmə sistemində baş verən
dəyişikliklərə görə ABŞ-ın qanunvericiliyinə və təcrübəsinə yaxın-
laşma meyli hiss olunur. Avropada ABŞ-dan fərqli olaraq, real
sektorunun inkişafı üçün istiqamətlənən investisiyalar bank sekto-
runda formalaşır. Avropada universal bank modeli, yəni investisi-
ya əməliyyatlarını (qiymətli kağızlarla əməliyyatlar, qiymətli ka-
ğızlar portfelinin idarə olunması) kommersiya bankları vasitəsilə
həyata keçirmək istiqamətini nəzərdə tutan model mövcuddur. Av-
ropa dövlətlərində qiymətli kağızların buraxılışı üzrə informasiya-
ların açıqlanması, qiymətli kağızların peşəkar iştirakçılarının


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
68
fəaliyyətinin təşkili və tənzimlənməsi kimi sahələrdə də ABŞ təc-
rübəsinə yaxınlıq nəzərə çarpır.
Son dövrlərdə ABŞ, Yaponiya və Qərb ölkələrində birja ti-
carətinin inkişafı elektron və möhtəkirlik əməliyyatlarının geniş-
lənməsi, birjaların birləşməsi əsasında getməkdədir. Belə ki, ABŞ-
da 13 fond birjasından 8-i qalmışdır. Ölkədə Çikaqo, Sent-Luis,
Klivlend, Minneapolis, Sent-Pol və Yeni Orlean birjalarının birləş-
məsi nəticəsində orta Qərb fond birjası, Los-Anceles və San-Fran-
sisko fond birjalarının bazasında isə Sakit okean birjası yara-
dılmışdır. Ingiltərədə bütün regional birjalar London fond birjasına
tabe olub, praktiki olaraq qiymətli kağızlar üzrə bütün əməliyyatla-
rı onun vasitəsilə həyata keçirirlər. Almaniyada mərkəzi Frankfurt
birjasının adı dəyişdirilərək Alman birjası olmuş, lakin ölkədə re-
gional birjaların sayı dəyişilməz qalmışdır. Isvesrədə 1996-cı ildə
Syurix, Bazel və Cenevrə birjaları Isveçrə fond birjasında (Syurix
şəhəri) birləşmişdir. Fransada 2000-ci ildə qiymətli kağızların lis-
tinq və ticarət əməliyyatlarının aparılma səlahiyyəti Paris fond bir-
jasına verilmişdir. Yaponiyada birjaların sayı dəyişməz qalsada,
lakin qiymətli kağızlar üzrə birja dövriyyəsinin 80%-i Tokio bir-
jasında həyata keçirilməkdədir.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
69
ÜÇÜNCÜ FƏSİL
AZƏRBAYCANDA MALİYYƏ-FOND BAZARININ
İNKİŞAF MƏRHƏLƏLƏRİ
3.1.Azərbaycanda fond bazarının ilkin təşəkkül dövrü
Azərbaycanda XIX əsrin sonunda bazar münasibətlərinin inki-
şafının canlanması hiss olunurdu və bu daha çox Bakı və onun
ətrafında nəzərə çarpıdı. Belə ki, 1883-cü ildə Tiflisdən Bakıya
qədər dəmir yolunun tikilməsi və 1900-cü ildə dəmir yolunun
Cənubi Qafqaz dəmiryol magistralı vasitəsilə Ümumrusiya şəbəkə-
sinə qoşulması böyük əhəmiyyətə malik idi. Həmçinin Xəzər-
də dəniz ticarətinin genişlənilməsi əhəmiyyətli rolu oynadı. XIX
əsrin sonundan etibarən Bakı böyük dəmir yol qovşağı və Xəzər
sahilində böyük porta sahib şəhər idi. Bakı ərazisində neft hasilatı
inkişaf edir. 1872-ci ilə qədər burada neft hasilatı kiçik həcmdə idi.
1872-ci ildən burada birinci böyük sənaye müəssisələri meydana
çıxır, primitiv neft quyuları qazma quyularıyla əvəz olunur, qaz-
mada buxar mühərrikləri tətbiq edilməyə başlanır. Yüksək gəlirin
olması Bakının rayonunun neft sənayesinə yerli və xarici kapitalla-
rı cəlb edir. 1872-ci ildə 26 min tondan 1901-ci ildə 11 milyon t-a
qədər artdı. XX əsrin əvvəlində Bakıda neft hasilatı dünya neft ha-
silatının 50 %-ni təşkil edirdi. Digər tərəfdən, sənaye sahələrinin,
əsasən də yeyinti, yüngül sənayenin inkişafında müsbət meyllər
baş verirdi. Bütün bu və digər amillər artıq Bakıya iş adamlarının
diqqətinin yönəlməsi baxımdan mühüm səbəblər hesab olunurdu
[https://az.wikipedia.org/wiki/Azərbaycan_iqtisadiyyatı].
Qeyd edilən bütün bu kimi təsirlər artıq Azərbaycanda yeni ma-
liyyə-fond bazarının formalaşmasını  şərtləndirirdi. Azərbaycanda
fond bazarının təşəkkül tarixi XX əsrin əvvəlləri ilə sıx bağlı
omuşdur. Belə ki, bu dövrdə bazar münasibətlərinin inkişafı üçün
əlverişli mühtin yaranması, Bakıda və digər bölgələrdə neft və di-
gər xammal resurslarının istsimarının güclənməsi əslində sənaye


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə