Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

 
57 
kömək  edən  məna  çaları  vardır.  “Novruz”  tərkib  elementləri 
etibarilə  arxaik  ritualdır,  mövsüm  mərasimidir,  təqvim 
bayramıdır və ya milli bayramdır. Bunlardan sonuncusu, yəni 
müasir  milli  bayram  anlayışı  onların  məcmusunu  özündə 
ehtiva edir. 
Novruzun  tərkibində  arxaik  ritual  elementlərinin 
(səməni  cücərtmə,  tonqal  qalama,  tonqal  üstündən  tullanma, 
qulaq  falı  və  ya  qapı  dinləmə,  yumurta  boyama  və  yumurta 
döyüşmə, qurşaq atdı, kosa-kosa, kəndirbaz oyunu, deyimlər, 
nəğmələr  və  s.)  bəzən  geniş  şəkildə  və  bəzən  də  rudimentlər 
kimi  müşahidə  olunması  onu  ritualşünaslıq  aspektindən  də 
araşdırmağı şərtləndirir.  
 Arxaik  ritualın  xalq  ənənəsində  yaşayan  qalıq  forması 
Ilahiləşdirilmiş  əcdadların  kosmik  dünyaya  yola  salma 
vasitəsi  kimi  öz  aydın  ifadəsini  tonqal  üstündən  tullanmada 
tapır.  Burada  diqqəti  çəkən  əsas  məsələlərdən  biri  ritualın 
keçirildiyi  zamandır.  Bu  yazın  gəlməsi  ilə  özündə  mövsüm 
mərasimi  elementlərini  birləşdirmiş  olur.  Başqa  deyilişlə, 
“günəşi qarşılama”, “yağış arzulama”, “toxum cücərtmə” 
və s. kimi həyati əhəmiyyət daşıyan arxaik ritual kompleksləri 
burada  iştirak  edir.  Onların  hər  biri  müəyyən  bir  elementlə 
simvolizə  olunur.  Məsələn,  təbiətlə  bağlı  olan  və  insanların 
yaşayışında  mühüm  əhəmiyyət  daşıyan  yaz  mövsümü  ilə 
başlanan  yaşıllanmanı  “Səməni”  təmsil  etməkdədir.  Bu 
element təbiətin dirliməsini bitki səviyyəsində simvolizə edir. 
Bu  kompleksin  içində  ən  mərkəzi  mövqeyi  “Tonqal”  tutur. 
Tonqalın od, alov, atəş mənası bir sıra türk dillərində az fərqli 
sözlərlə  işlənməkdədir.  Tonqal  əski  türkcədə  günəşin 
doğmasını  bildirən  “tanq”  və  günəşin  qürubunu  ifadə  etmək 
üçün istifadə olunan “tünq” kəlmələri ilə fonetik və semantik 


 
58 
baxımdan  əlaqəlidir.  Bunlarla  (tanq,  tünq,  tonqal)  yaxın  olan 
sakral  məzmunlu,  ruh  anlamını  ifadə  edən  “tın”  sözü  də 
vardır.  Eyni  zamanda  “Tanq  Tenqri”  inancının  da  türklərdə 
çox 
əski 
zamandan 
mövcud 
olduğunu 
diqqətdən 
qaçırmamalıyıq.  İndi  rudimentlər  şəklində  olan  ritual 
qalıqlarının  arasındakı  rabitənin  təsəvvür  olunması  ilə  arxaik 
ritualı daha optimal müstəvidə təhlil etmək olar. Heç şübhəsiz 
ki,  bu  elementlərin  içində  Tonqal  ilk  öncə  günəşi  və  bundan 
sonra  da  Tanq  Tenqrini  simvolizə  edir  Diaxron  yanaşmaya 
yer  verməmizin  səbəbi  türk  inanc  sistemindəki  üzvlənmənin 
zamanla  əlaqəli  olmasıdır.  Müəyyən  və  əlbəttə  ki,  kifayət 
qədər  böyük  bir  dövrdə  türk  tanrı  panteonunda  mərkəzi 
mövqeyi  günəşlə  identik  olan  Tanq  Tenqri  tutmuşdur.  Əski 
türklərdə  günəş  həm  Tanrıdır,  həm  də  yaradıcı  əcdaddır. 
Məsələn, sadə sosial kontekstdə Gün Oğuzun böyük oğludur, 
nəvələrinin  atasıdır.  Dünya  modelinin  strukturunda  Xaos 
(Qara  xan-Oğuzun  atası)-Kosmos  (Oğuz)  münasibətlərinin 
vəhdət və zidiyyətindən yaranan yeni həlqəni Gün təşkil edir. 
Əslində,  Gün  xan  və  Qara  xan  xaos-kosmos  modelinin 
tərəfləridir.  Oğuz  onları  əlaqələndirən  və  eyni  zamanda  yeni 
kosmosun 
xaosda 
sakrallaşmasını 
təmin 
edən 
mediatordur.Buradan alınan nəticəyə görə Gün günəşdir və ya 
Tanq  Tenqridir.  Başqa  deyilişlə  də,  Tanq  Tenqri  astral 
səviyyədə  günəşlə,  etnos  səviyyəsində  Oğuzla,  insan 
səviyyəsində Gün xanla simvolizə olunmuşdur.  
Günəş  kultu  birbaşa  Tanrı  kultu  ilə  əlaqəlidir.  Qoyaş 
(Günəş)  həm  də  “kin”  (gün)  adlanır.  Burada  işıq  və  həyat 
eyniləşdirilir.  Hələ  XVIII  əsrdə  alim  İ.  Qeorqi  başqırd 
mərasimlərini  təsvir  edərək  göstərir  ki,  onlar  günəşə  səcdə 
edir və ona qurban gətiridilər. (Г е о р г и И. Описание всех 


 
59 
в  Российском  государстве  народов  обитающих,  также  их 
житейских обрядов, веры, обыкновений жилищ, СПб. Ч.2. 
1776).  Qədim  türklər  belə  hesab  edirdilər  ki,  günəşin  şüaları 
saplardır,  onların  vasitəsilə  bitki  ruhları  günəşlə  ünsiyyətdə 
olur  (П  о  п  о  в  А.А.  Тавшийцы.  М.,  1936,  с.  48). 
Başqırdlara görə günəş Tanrının çöhrəsidir.  
Başqırdların Günəş tanrını (Tösre Qoyaşı) qarşılama 
mərasimində üzü günəşə doğru dayanılır, ovuclar üzə tərəf 
olmaqla əllər açılır. Xalq inancına görə Günəş tanrı sağlamlıq 
verir. Günəşə müraciətlə oxunan ritual mətni belədir: 
Ey Qoyaşım! = Ey Günəşim! 
Ey, Tösre Qoyaş!= Ey Tanrı Günəş! 
Yaqtı kin birzes,= İşıqlı gün verdin, 
Tınıs tin bir! = Dinc gecə ver! 
As itmö! = Ac etmə! 
Yalanqas itmö!= Yalın etmə! 
Qartlıqta moxtaj itmö! = Qocalıqda möhtac etmə! 
Yılıt bezze!= İsit bizi! 
İret bezze!=Qızdır bizi! 
Ey Tösre Qoyaş!= Ey Tanrı Günəş! 
Bu  müraciət  formullarında  Göy  Tanrı  və  Günəş 
eyniləşdirilir. Ayrıca işıqlanmanın özü böyüdülür və müstəqil 
gücə  və  ilahi  təsirə  malik  olan  və  Günü  bəxş  edən  müstəqil 
tanrı  adlandırılır.Başqırd  inanclarında  və  miflərində  Günəş 
tanrı  ilə  Göy  tanrı  differensasiya  olunur  (  История  Башкор-
тостана с древнейших времен до наших дней. Уфа, 2004, 
с.  45).  Volqaboyu  türklərində,  tatarlarda  günəşi  qarşılama 
ritualının izləri folklor mətnlərində qalmaqdadır. Məsələn: 
Koyaş çık, 
Koyaş çık –  


 
60 
deyə  oxunan  mətn  həmin  arxaik  ritualın  rudimentidir. 
Azərbaycan  folklorunda  da  Günəşi  qarşılama  ilə  bağlı  mətn 
məlumdur: 
Gün çıx, gün çıx, 
Kəhər atı min çıx. 
Keçəl qızı evdə qoy, 
Saçlı qızı götür çıx. 
Burada  fiziki  mənada  geçəl  qız  istiliyi  olmayan  qış 
günəşini,  saçlı  qız  isə  isti  və  işıqlı  yaz  günəşini  bildirir.  Bu 
anlamda  məlumat metaforik şəkildə  ifadə olunmuşdur.Amma 
Günəşin  qadın  kimi  təsəvvür  edilməsi  Günəş  tanrı  inancının 
tərkibində məhsuldarlıq kultunun olmasını bildirir.  
Qeyd  etdik  ki,  tonqal  günəşi  simvolizə  edir.  O  da  öz 
növbəsində  Tanq  Tenqrini  ifadə  etməkdədir.  Məsələnin 
gerçək  mərasimi  mahiyyəti  də  bu  münasibətlər  kontekstində 
izah  oluna  bilər.  İnsanların  Tonqal  ətrafına  toplaşması,  onun 
üzərindən  tullanması,  ilk  öncə  hər  hansı  bir  şəkildə  onunla 
təmas  yaratmağa  cəhd  etməsi  diqqəti  çəkməkdədir.  Əlbəttə, 
bu  arxaik  ritualdır;  hətta  rudimentlər  səviyyəsində  belə 
tərkibcə  mürəkkəbdir.  Çünki,  burada  əcdad  dünyasına  yola 
salma  və  tonqalda  Tenqriyə  qurban  vermə  arxaik  ritual 
hərəkətləri gerçəkləşməkdədir. Hər nə qədər tonqal üzərindən 
tullanarkən  söylənən  “ağırlığım,  uğurluğum  burda  qalsın” 
ritual  deyimi  “türklərdə  odun  arındırıcı”  funksiyası  ilə  izah 
olunursa  olunsun,  bizcə  bu  çox  bəsit  və  ritualın  sakral 
mahiyyəti  ilə  uzlaşmayan  profan  səviyyəli  bir  yanaşmadan 
uzağa  getmir.  Özünü  oda  atan,  alovun  içərisindən  keçən 
“ritual personajı” özünü Tanq Tenqriyə qurban etmiş olur.Bu 
qurban  vermə  ritual  və  ya  simvolik  xarakter  daşıyır.  Özünü 
odda  qurban  verən  fərd  Tanq  Tenqrini  simvolizə  edən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə