Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

 
61 
Tonqalda  onunla  birləşir,  bütövləşir,  “o  dünyada”,  xaos 
məkanında olur, əcdad ruhları ilə, “tın”la təmas yaradır, orada 
sakrallaşır  və  yenidən  oddan  çıxaraq  “bu  dünyaya”,  kosmos 
məkanına  qayıdır.  Bizcə,  perifrastik  formada  işlənməsinə 
baxmayaraq,  tərkibində  iki  semantemi  birləşdirən  ritual 
deyiminin  -  “ağırlığın(fiziki)  və  uğurluğun(mənəvi)”  odda, 
tonqalda qalması isə fərdin fiziki və mənəvi baxımdan özünü 
Tanrıya qurban verməsinin ifadəsidir. 
Tanq  Tenqri  ritualında  əski  türk  toplumunun  hər  bir 
fərdi iştirak edir və sakral enerji ilə özünü zənginləşdirir.Hətta 
türklər mal-qaranı da iki tonqal arasından keçirərək onları da 
simvolik  olaraq  Tanrıya  qurban  verir  və  sakrallaşdırır.  Bu 
ənənə bəzi konservativ mühitlərdə indi də qalmaqdadır.  
  
  


 
62 
“NOVRUZ” ADƏTLƏRİNDƏ ARXAİK RİTUAL 
 
Baharın  gəlişi,  havaların  istiləşməsi,  qarların  əriməsi, 
təbiətin  canlanması  bütün  insanları  olduğu  kimi  türklərə  də 
dərin tə`sir etmiş, həyəcanlandırmış və bu dəyişikliyi müxtəlif 
mərasimlərlə qeyd etmələrinə səbəb olmuşdur. Türk sözü olan 
bayram  M.Kaşqarlının  “Divan”ında  “Bedhrem”  (bayram)  – 
bir  yerin  işıqlarla  və  çiçəklərlə  bəzənməsi  və  orada  sevinc 
içində əylənilməsidir” şəklində izah edilmişdir.Buradan aydın 
olur  ki,  bayram  artıq  ritual  kimi  arxaikləşmiş  və  şənlik 
(karnaval)  şəklinə  düşmüşdür.Məlumdur  ki,  “Novruz” 
bayramı  ərəfəsində  bayram  hazırlıqları  başlanır.  Buraya  ev–
eşiyin, həyət-bacanın təmizlənməsi,  yeni paltarların alınması, 
bayram  bazarlığı,  bayram  yeməklərinin  hazırlanması  və  s. 
daxildir. Bayramda müqəddəs yerlər ziyarət edilir, qohumlara 
baş  çəkilir,  bayramlaşılır,  küsülülər  barışır,  kasıblara  yardım 
edilir, bayram payı paylanır və s. Təmizlənməmiş həyət-baca, 
köhnə  paltar,  kasıblıq  və  aclıq  xaosu  simvolizə  edir. 
Küsülülük,  kommunikativ  böhran  sosial  xaosun  ifadəsidir. 
Təmizlik, təzə paltar,  yeməklər, xaosun natəmizlik, köhnəlik, 
aclıq  kimi  formalarını  aradan  qaldırır  və  onları  yeni  nizamla 
əvəz  edir.  Küsülülk  barışla  əvəzlənəndə  sosial  harmoniya 
bərpa  olunur.  Bütün  bunların  edilməsi  üçün  ritualın  sakral 
elementinin  prosesə  cəlb  edilməsi  zərurəti  yaranır.  Çünki 
kosmosun  bərpası  üçün  profan  elementlər  kifayət  etmir. 
Xaosu  sakrallaşdırmaq  üçün  xaos  məkanına,  məsələn, 
qəbirsanlığa (və ya ziyarətgaha, pirə, övliya məzarına) gedilir 
və  qurulacaq  xaos  sakrallaşdırılır.  Sakrallaşmış  xaos  artıq 
köhnə  mahiyyətində  qala  bilmir  və  kosmosla  əvəzlənərək 
yenidən  qurulur:  ev-eşik  təmizlənir,  paltarlar  təzələnir,  aclar 


 
63 
doyur, küsülülər barışır  və s. Təbiətdən alınan təbii boyalarla 
yumurta boyanması dünyanın və təbiətin yenidən rənglənməsi 
və 
ya 
dirilməsi 
mənasını 
simvolizə 
etməkdədir. 
Döyüşdürülən  yumurtalar  da  iki  dünyanın-qışla  yazın, 
soyuqla  istinin,  xaosla-kosmosun  mübarizəsini  nümayiş 
etdirməkdir.  ”Toxum  cücərtmək”  və  ya  “Səməni  qoymaq” 
da  bir  şəkildə  təbiəti  canlandırmaq,  ona  təsir  etmək  vasitəsi 
kimi  anlaşılır.  “Qulaq  falı”  və  ya  “Qapı  pusmaq”  da 
yeniləşmənin  məlumat  səviyyəsini  əks  etdirir.  Eyni  zamnda 
bayram  leksikonunu  nəzarətdə  saxlayaraq  onun  sakral 
məzmununu  mühafizəsini  təmin  edir.  Bunların  ümumi  sxem 
üzrə  arxaik  ritual  semantikası  yeni  nizamın  yaradılması, 
kosmosun bərpası və yeni nizamın dəstəklənməsidir. 
“Xan  bəzəmə”  oyunu  –  Bu  oyun  Naxçıvanda  keçirilir. 
Burada  üç  gün  dalbadal  “xan”  bəzəyirlər.  Bunun  üçün  geniş 
bir  meydanı  al  -  əlvan  bəzəyirlər.  Kənarlarında  tonqal 
qalayırlar. Bir nəfər kişini xan seçirlər. Onu əməlli – başlı xan 
kimi  bəzəyirlər.  Başına  tac  qoyurlar.  Meydanda  hündür  bir 
taxt  düzəldib  xanı  oturdurlar.  İki  nəfər  balaca  uşaq  xanı 
yelpiklə  yelləyir.  Kim  istəyir  könüllü  ona  qulluqçu  olur.  Qız 
gəlinlər,  qonaqlar  meydanın  dövriyəsinə  düzülüb  tamaşa 
edirlər.  Xanın  yanına  bəzənmiş  xonçalar,  səmənilər  düzürlər. 
Xan əmr verir hamı çalıb oynayır. Kimi gücünü sınayır, kimi 
güləşir.  Bir  sözlə,  hamı  şənlənir.  Burada  təlxəklər  də  olur. 
Onlar  xanı  güldürməyə  çalışır.  Xan  isə  gərək  gülməsin,  əgər 
gülsə  onu  suya  basırlar,  təzə  xan  seçirlər.  Meydanda  bir  qab 
qoyurlar  hamı  ora  xələt  atır,  əgər  xan  üç  gün  vəzifəsinin 
öhtəsindən  gəlsə  bu  xələtlər  ona  çatır(39,105).  Bütün  sxemi 
ilə  bu  mövswmlə  bağlı  arxaik  ritualdır  və  onun  oyun 
variantıdır.  


 
64 
Torba  atmaq.  Novruza  aid  olan  bayram  adətlərindən 
biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır. Novruzla 
bağlı  orta  əsrlərə  aid  yazılı  qaynaqlarda  (o  cümlədən  Ömər 
Xəyyamın  “Novruznamə”sində  və  Əbu  Reyhan  əl-Biruninin 
“Asar  əl  baqiyə”  əsərində  bu  adətlərin  zərdüştlik  dönəmində 
mövcud  olduğu  və  onun  xüsusi  icraçılar  –zərdüşt  kahinləri 
tərəfindən yerinə yetirlidiyi haqqında məlumat verilir. 
Sonrakı  dövrlərdə  “torba  atmaq”  “qurşaq  atmaq”  və  ya 
“şal  sallamaq”la  əvəzlənmişdir.  Əlbəttə,  burada  məişət 
mədəniyyətindəki  dəyişikliklər  öz  təsirlərini  göstərmişdir. 
Məsələn: M. Şəhriyarın şeirində deyilir: 
Ay nə gözəl qaydadı şal sallamaq, 
Bayramlığı bel şalına bağlamaq. 
Ən yeni dövrün “torba atmaq” mədəniyyətində “dəsmal 
atmaq”  və  “papaq  atmaq”  kimi  yeni  vasitələrdən  istifadə 
edildiyi  müşahidə  olunmaqdadır.  Bunların  bəziləri  ilə  bağlı 
xalq deyimləri də işlənməkdədir: 
“Papaq  atmaq”  ilk  öncə  aldatmaq  mənasını  ifadə  edir. 
Amma  onun  fiziki  mənada  işlənməsi  sevinc  hissini  göstərən 
bir psixoloji situasiydır. Sevincdən papağını göyə atmaq xalq 
deyimi  milli  paremiologiyada  mövcuddur.  Demək  “papaq 
atmağ”ın  həm  neqativ,  həm  də  pozitiv  komunikativ 
paremioloji  funksiyaları  vardır.  “Papaq  atmağı”ın  tiploji 
səviyyədə də işləndiyi və orta əsrlərdə hökmdarlara göstərilən 
xüsusi  təzim  üsulu  kimi  istifadə  olunduğu  da  məlumdur. 
Papaq  qoyulduğu  başı  simvolizə  edir.  Papağın  hökmdarın 
ayaqları  altına  atılması  onun  qədəm  qoyduğu  yerə  baş 
qoyulmasını  və  ya  başqa  deyilişlə,  ideal  bir  sədaqət  və  sevgi 
ifadə etməkdədir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə