Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə4/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   2   3   4   5   6   7   8   9   ...   47

1953—1956—
cı  illərdə  Azərbaycan  EA  Coğrafiya  İnstitutunun 
aspirantı  olmuş  və  Moskva  şəhərinə  SSRİ  EA  Coğrafiya  İnsti­
tutuna  ezam  olunmuşdur.  1956-cı  ildə  «Naxçıvan  MSSR-in 
İqtisadi-coğrafi  səciyyəsi»  mövzusunda  dissertasiya  müdafiə 
etmiş və  AMEA Coğrafiya  institutuna kiçik elmi  işçi  vəzifəsinə 
qəbul  edilmişdir.  1957—
ci  ildən  AMEA  İqtisadiyyat  bölməsinin 
kiçik  elmi  işçisi,  baş  elmi  işçisi,  şöbə  müdiri,  1964-cü  ildən 
institutun  elmi  işlər  üzrə  direktor  müavini  olmuşdur.  1968—
ci 
ildə  «Azərbaycanda  sənayenin  səmərəli  yerləşdirilməsinin  iqti­
sadi  problemləri»  mövzusunda  doktorluq  dissertasiyası  müdafiə 
etmişdir.  1970-ci  ildə  ona professor elmi  adı  verilmişdir.  1960- 
cı  ildən  indiyə  qədər  Bakı  Dövlət  Universitetinin  müəllimidir.
1966—
  1981 —
ci  illərdə  AMEA-nın  «Xəbərlər» jurnalının  İqtisa­
diyyat  seriyası  baş  redaktorun  müavini,  sonra  baş  redaktoru 
təyin olunmuşdur.  1980-cı  ildə AMEA-nın  müxbir üzvü,  1989- 
cu  ildə  isə  həqiqi  üzvü  seçilmişdir.  1981 —
ci  ildə  AMEA  Rəya­
sət Heyətinin  üzvü  və  baş elmi  katibi,  1990-1997-ci  illərdə  baş 
akademik  katibi  və  yenidən  Rəyasət  Heyətinin  üzvü  seçilmiş­
dir.  O,  bütün  şüurlu həyatını  elmə və təhsilin  inkişafına həsr et­
mişdir.  Respublika  iqtisadiyyatının  ən  mürəkkəb  və  aktual 
problemləri  üzərində  səmərəli  və  intensiv  tədqiqatlar  aparır. 
Onun  tədqiqatları  məhsuldar  qüvvələrin  yerləşdirilməsi,  şəhər­
lərin  və  regionların  inkişafı,  sənaye  qovşaqları  və  ərazi  istehsal 
komplekslərinin  səmərəli  formalaşdırılması,  ərazi  planlaşdırma 
və  iqtisadi  rayonlaşdırma,  sənayenin  inkişafı  və  səmərəli  yer­
ləşdirilməsi  kimi  mühüm  problemlərə  həsr olunmuşdur.  A.Na- 
dirov  regional  iqtisadiyyatın  tədqiqi  sahəsində  Azərbaycan 
məktəbinin  banisi  kimi  tanınmışdır.  Onun  rəhbərliyi  altında  4 
nəfər doktorluq,  37  nəfər  isə  namizədlik dissertasiyası  müdafiə 
etmişdir.  20-dən  artıq  monoqrafiya,  500-dən  çox  elmi  əsərin 
müəllifidir.  A.Nadirov  40  ildən  artıqdır  ki,  bir  sıra  beynəlxalq 
simpozium  və  konfranslarda  Azərbaycan  iqtisad  elmini  ləya­
qətlə təmsil  edir.
A.Nadirovun elm sahəsindəki xidmətləri  yüksək qiymətlən­
dirilərək  respublikanın  ali  mükafatı  olan «Şöhrət»  ordeni,  başqa 
orden  və  medallarla,  nüfuzlu  beynəlxalq  elm  mərkəzlərinin 
diplomları və fəxri  fərmanları  ilə təltif olunmuşdur.
16
M ə m m ə d o v   Q ərib   Ş a m il  o ğ lu
Q.Ş.Məmmədov  1947-ci  ildə  Er- 
mənisitan Respublikası Amasiya rayo­
nunun  Yeniyol  kəndində  anadan  olub.
1970-ci  ildə  Azərbaycan  Pedoqoji 
İnstitutunun  coğrafiya  fakültəsini  biti­
rib,  bir  müddət  Kənd  Təsərrüfatı  Na­
zirliyi  Elmi-Tədqiqat  Erroziya  böl­
məsində  işləyib.  1971 —
72-ci  illərdə 
ordu  sıralarında  qulluq  edib.  1972-ci 
ildən  Azərbaycan  MEA  Torpaqşünas­
lıq  və  Aqrokimya  İnstitutunda  əmək 
fəaliyyətini  davam  etdirib,  1973-cü  ildə  həmin  institutun  aspi­
ranturasına  daxil  olub.  1978-ci  ildə  namizədlik  dissertasiyası 
müdafiə  edərək  torpaqşünaslıq  ixtisası  üzrə  kənd  təsərrüfatı 
elmləri  namizədi  elmi  dərəcəsi  alıb.  Sonra  həmin  İnstitutda 
kiçik  elmi  işçi,  böyük  elmi  işçi,  1984-cü  ildən  isə  laboratoriya 
rəhbəri olub.
Q.Ş.Məmmədov  1991 -ci  ildə  Dnepropetrovsk  Dövlət  Uni­
versitetində  «Azərbaycanın  kənd  təsərüfatı  və  meşə  torpaqları­
nın  ekoloji  qiymətləndirilməsi»  mövzusunda dissertasiya  müda­
fiə  edərək  ekologiya  ixtisası  üzrə  biologiya  elmləri  doktoru  el­
mi  dərəcəsi  adına  layiq  görülüb.  Ölkəmizdə  ekologiya  ixtisası 
üzrə yeganə  professordur.
1994-1997-ci  illərdə  Azerbaycan  MEA  Torpaqşünaslıq  və 
Aqrokimya  institutunun direktoru vəzifəsində çalışıb.
Q.Ş.Məmmədov  400-dən  çox  elmi  əsərin,  o  cümlədən  21 
monoqrafiya  və  kitabın,  20  metodik  tövsiyyə  və  kitabçanın, 
Azərbaycanın  torpaq  və  torpaqların  ekoloji  qiymətləndirilməsi 
xəritələrinin,  19  m üəllif şahədətnaməsinin  və  4  səmərələşdirici 
təklifin  müəllifidir.
Q.Ş.Məmmədov  torpaq  kadastrı,  torpaqların  ekoloji  mün­
bitlik modeli,  torpaqların  ekoloji  qiymətləndirilməsi, torpaqların 
bonitirovkası,  torpaqların  ekoloji  keyfiyyətinin  monitorinqi  ilə 
bağlı  çoxsaylı,  elmi  araşdırmaların  müəllifi,  o  cümlədən  Azər-
Azərbaycan  RespubljJ 
İşlər rdarəsi
PREZİDENT KİTABXANASI


baycan  Respublikasının  ekoloji  problemlərinin  sistem  halında 
öyrənilməsi  konsepsiyasının  yaradıcısıdır.  Torpaq  islahatının 
həyata  keçirilməsində  böyük  əhəmiyyəti  olan,  torpaqların  iqti­
sadi  qiymətləndirilməsi  məsələlərinin  elmi  cəhətdən  həlli 
məhz Q.Ş.Məmmədova məxsusdur.
Onun  rəhbərliyi  altında  35  nəfərdən  çox  elmlər  namizədi 
və elmlər doktoru hazırlanıb.
Professor  Q.Ş.Məmmədov  ABŞ,  Fransa,  Türkiyə,  İsveç, 
İran  İslam  Respublikası,  Rusiya,  Ukrayna,  Özbəkistan,  Qaza­
xıstan,  Qırğızıstan,  Belarusiya,  Moldova,  Türkmənistan,  Gür­
cüstan,  Baltik  ölkələri  və  başqa  ölkələrdə  keçirilən  beynəlxalq 
simpozium  və  konfranslarda  məruzələr  edib.  Azərbaycan  Tor­
paqşünaslar Cəmiyyətinin prezidentidir.
Professor  Q.Ş.Məmmədov  1994-96-cı  illərdə  Azərbaycan 
Respublikası  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının 
kənd  təsərrüfatı  üzrə  ekspert  komissiyasının  Elmi  katibi  olub, 
hazırda  isə həmin komissiyanın üzvüdür.
Q.Ş.Məmmədov  2001-cü  ildən  Azərbaycan  Respublikası 
MEA-nın  müxbir üzvü,  2006-cı  ildən  isə  həqiqi  üzvü,  Beynəl­
xalq Ekologiya Akademiyasının akademiki,  eyni zamanda  Eko­
logiya  bölməsinin  akademik-katibi,  Rusiya  Ekologiya  Akade­
miyasının  həqiqi  üzvü,  10  may  2002-ci  ildən  Beynəlxalq  Elm­
lər Akademiyasının akademikidir.
1997-ci  il  iyul  ayının  25-də  Azərbaycan  Respublikasının 
Prezidenti  Heydər Əliyevin  sərəncamı  ilə  Dövlət Torpaq  Komi­
təsinin,  2001-ci  il  18  aprel  tarixində  isə  Dövlət  Torpaq  və  Xə- 
ritəçəkmə Komitəsinin sədri  təyin olunub.
Q.Ş.Məmmədov  Bakı  şəhəri  Xətai  rayonundan  1995-ci  il 
1 -ci  çağırış  Azərbaycan  Respublikası  Milli  Məclisin  üzvü 
seçilib.
Hazırda  respublikamızın  torpaqşünaslıq,  coğrafi  və  ekoloji 
problemləri  ilə  bağlı  elmi  araşdırmalar aparır və bu  sahədə  elmi 
iş aparan gənc  alimlərin  bir qrupuna rəhbərlik edir.
18
A M EA -nın 
M Ü X B İR   Ü Z V L Ə R İ


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə